Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                        DÜŞÜNCƏ FƏDAİSİ OLAN YAZIÇI .....                        Söz ruhunda İlqar Fəhmi imzası .....                        “Elmdə keyfiyyət riyazi statistikaya qurban verilir...” .....                        Aeroport gücləndirilmiş rejimə keçdi .....                        İsaqoğlunun "Günahsız günahkar" dünyası .....                        Şuşaya gedirsən? .....                        BA Tv Youtube kanalı yayıma başlayır .....                        Stansiyaların sayı 40-a çatdırılacaq .....                       
26-04-2023, 16:30
“Heydər Əliyevin 100 illiyi” medalı təsis olundu


“Heydər Əliyevin 100 illiyi” medalı təsis olundu

“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı təsis edilib. Bununla bağlı Prezident İlham Əliyev qanun imzalayıb.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə və “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsviri təsdiq edilib.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər:
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev irsinin tədqiqində və təbliğində xüsusi xidmətlərinə görə;
Azərbaycan Respublikasının dövlət quruculuğunda, o cümlədən milli azadlıq hərəkatında xüsusi xidmətlərinə görə;
azərbaycançılıq ideyasının həyata keçirilməsində, dünya azərbaycanlılarının həmrəyliyinin möhkəmləndirilməsində xidmətlərinə görə;
sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və beynəlxalq əməkdaşlığın inkişafında xidmətlərinə görə;
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin qorunub saxlanılmasına və inkişafına, Azərbaycanın tərəqqisinə və şöhrətinin artmasına töhfə verən xidmətlərinə görə;
Azərbaycan Respublikasının sosial-iqtisadi, elmi-texniki və mədəni inkişafında xidmətlərinə görə;
dövlət idarəçiliyində, dövlət qulluğunda və ictimai-siyasi sahədə səmərəli fəaliyyətinə görə.
“Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində qeyd olunan şəxslər Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndinə uyğun olaraq təltif edilirlər. “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda ordenlərdən sonra taxılır.
26-04-2023, 16:00
Zelenski müharibədən sonra ilk dəfə çinli həmkarı ilə telefon danışığı apardı


Zelenski müharibədən sonra ilk dəfə çinli həmkarı ilə telefon danışığı apardı

Ukrayna prezidenti Volodimir Zelenski və Çin lideri Si Tsinpin arasında telefon danışığı olub. Bu barədə Zelenski tviter səhifəsində məlumat paylaşıb. "Uzun və mənalı telefon danışığı apardıq. Bu zəngin və Ukraynanın Çinə səfir təyin etməsinin ikitərəfli əlaqələrimizin inkişafına güclü töhfə qazandıracağına inanıram", - deyə Zelenski qeyd edib. Çin Xarici İşlər Nazirliyi bildirib ki, Zelenski ilə Si Tsinpin arasında söhbətin təşəbbüskarı Ukrayna tərəfi olub. Ukrayna prezidentinin nümayəndəsi Sergey Nikiforov isə deyib ki, söhbət bir saata yaxın davam edib. "RİA Novosti" agentliyinin məlumatına görə, Çin lideri diqqətə çatdırıb ki, beynəlxalq vəziyyətdən asılı olmayaraq, Pekin Kiyevlə əməkdaşlığa hazırdır. O, həmçinin qeyd edib ki, Çin öz nümayəndəsini həlledici məsləhətləşmələr üçün Ukraynaya və digər ölkələrə göndərəcək.
26-04-2023, 15:30
İranda ayətullah silahlı hücum zamanı qətlə yetirildi


İranda ayətullah silahlı hücum zamanı qətlə yetirildi

İran Ekspertlər Şurasının üzvü, Zahidən şəhərinin keçmiş imamına qarşı silahlı hücum olub. Bu barədə Mazandaran valisinin müavini Ruhullah Səlaqi bildirib. Məlumata görə, Babolsarda Ekspertlər Şurasının üzvü ayətullah Abbas Əli Süleymani silahlı hücum nəticəsində qətlə yetirilib. Ona hücum edən şəxs artıq həbs edilib. Abbas Əli Süleymani Ali rəhbər Əli Xameneinin Sistan və Bəlucistan vilayətindəki nümayəndəsi, Zahidanın imam cüməsi olub.
26-04-2023, 15:00
Laçın rayonunda kəllə sümüyü aşkarlandı


Laçın rayonunda kəllə sümüyü aşkarlandı

Laçında insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkarlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib. Qeyd edilib ki, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.
26-04-2023, 14:30
Ərdoğanın bütün görüşləri ləğv olundu


Ərdoğanın bütün görüşləri ləğv olundu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bu günə planlaşdırılan bütün görüşləri və səfərləri ləğv edilib. Bu barədə Ərdoğan "Facebook" hesabında məlumat yayıb. O, dünən canlı yayım zamanı yaşanan kiçik narahatlığa görə arzu və dualarını çatdıran hər kəsə təşəkkür edib. "Bu gün həkimlərimizin məsləhəti ilə evdə istirahət edəcəm. Təəssüf ki, bu gün Kırıkkale, Yozgat və Sivasdan olan qardaş-bacılarımla bir araya gələ bilməyəcəyik. Hamısından xahiş edirəm ki, haqqını halal etsinlər. Kırıkkale, Yozgat və Sivas proqramlarında bizim adımızdan vitse-prezident Fuat Oktay iştirak edəcək. Allahın izni ilə sabahdan proqramımıza davam edəcəyik", - Ərdoğan deyib. Qeyd edək ki, dünən Ərdoğanın yerli telekanallara müsahibəsi zamanı halı pisləşib. "Kanal 7" və "Ülke TV" kanallarının birgə canlı yayımı zamanı o, jurnalistin sualını cavablandırarkən canlı yayım kəsilib və reklama keçid edib. 20 dəqiqə fasilədən sonra müsahibə davam edib və Ərdoğan mədəsinə soyuq olduğunu bildirib.
26-04-2023, 14:00
Paşinyan Putinlə Laçın dəhlizini müzakirə etdi


Paşinyan Putinlə Laçın dəhlizini müzakirə etdi

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub. Telefon danışığı zamanı Laçın dəhlizi ətrafındakı vəziyyət müzakirə olunub. Qeyd edək ki, bundan əvvəl Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə danışmışdı.
26-04-2023, 13:30
Sabahın havası - 28 dərəcəyə qədər yüksələcək


Sabahın havası - 28 dərəcəyə qədər yüksələcək

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 11-15° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 13-18° isti olacaq.
26-04-2023, 13:00
Minaya düşən gəncin ayağı amputasiya olundu


Minaya düşən gəncin ayağı amputasiya olundu

Bu gün Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya olunub. Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində minalardan təmizlənməmiş ərazidə baş vermiş mina partlayışı nəticəsində xəsarət alan 1990-cı il təvəllüdlü Babaşov Xəzər Tariyel oğlunun sağ ayağı topuqdan amputasiya olunub. Qeyd edək ki, Xəzər Babaşov Tərtər Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Onun həyati təhlükəsinin olmadığı bildirilir.
26-04-2023, 12:30
“Formula 1”ə görə metronun fəaliyyəti 2 saat uzadıldı


“Formula 1”ə görə metronun fəaliyyəti 2 saat uzadıldı

"Formula 1" üzrə Azərbaycan Qran Prisi ilə əlaqədar "Bakı metropoliteni"nin iş rejimi 2 saat uzadılacaq. Bu barədə jurnalistlərə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədov bildirib. Onun sözlərinə görə, aprelin 28-dən 30-dək keçiriləcək "Formula 1" yarışları ilə əlaqədar Bakı metropoliteninin iş rejimində dəyişiklik ediləcək: "Paytaxtda təşkil olunan kütləvi tədbirlərlə əlaqədar müvafiq əməliyyat planı əsasında, yarışın keçiriləcəyi müddətdə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Yarışın keçiriləcəyi müddətdə nəzərdə tutulmuş kütləvi-mədəni proqramların başa çatacağı vaxtlar nəzərə alınaraq, aprelin 28-dən 29-na və 29-dan 30-na keçən gecə saat 02:00-a qədər metropoliten stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Aprelin 30-da bazar günü olsa da, qatarların hərəkəti "Həzi Aslanov-28 May" sahəsində 2,5 dəqiqəlik intervalla təşkil ediləcək". B.Məmmədov qeyd olunan tarixlərdə gün ərzində qatarların hərəkəti qış qrafikinin tələblərinə uyğun nizamlanacağını vurğulayıb. "Bununla belə, idman yarışı məkanlarına yaxın stansiyalar üçün müvafiq tədbirlər planına uyğun olaraq, hazır vəziyyətdə saxlanılan ehtiyat qatarlar ehtiyac yaranacağı təqdirdə xəttə buraxılacaq", - deyə o əlavə edib.
26-04-2023, 12:00
İrəvana etiraz: “Nemezis-ə həsr olunmuş abidənin açılmasını pisləyirik”


İrəvana etiraz: “Nemezis-ə həsr olunmuş abidənin açılmasını pisləyirik”

Cari ilin 25 aprel tarixində Ermənistanın paytaxtı İrəvan şəhərində “Nemezis” terror əməliyyatına həsr olunmuş abidənin açılmasını qətiyyətlə pisləyirik. Bu barədə Xarici İşlər Nazirliyidən bildirilib. Bu abidənin Ermənistanın aidiyyəti dövlət qurumlarının icazəsi və təsdiqi ilə hazırlanması, habelə açılış mərasimində hakim partiyanın üzvü olan Ermənistan merinin müavini və digər rəsmilərin də iştirak etməsi Ermənistan tərəfindən terrorçuluq siyasətinin təşviq olunması və tarix boyu həyata keçirdiyi terror əməllərinin təbliğatıdır. Azərbaycan Demokratik Respublikası və Osmanlı dövlət xadimlərini hədəf alan “Nemezis” terror əməliyyatı zamanı, Osmanlı dövlətinin rəsmi şəxsləri ilə yanaşı, 1920-1922-ci illərdə Azərbaycanın keçmiş baş naziri Fətəli xan Xoyski, Azərbaycan parlamentinin keçmiş sədr müavini Həsən bəy Ağayev, Azərbaycanın keçmiş daxili işlər naziri Behbud xan Cavanşir, Azərbaycanın keçmiş Baş naziri Nəsib bəy Yusifbəyli qətlə yetiriliblər. Hər kəsə bəllidir ki, Ermənistanda dövlət siyasəti səviyyəsində irəlilədilən terrorçuluq, ASALA və digər erməni terror təşkilatları 1970-1980-ci illərdə dünyanın 22 ölkəsində 235-dən çox terror aktı törədərək, 24 türk diplomatını qətlə yetiriblər. 1980-ci illərin sonundan etibarən Ermənistan Azərbaycana qarşı metro və avtobusların partladılması daxil, 30-a yaxın genişmiqyaslı terrorçuluq aktları törədilib, mülki əhali terrorçuların hədəfinə alınıb. Azərbaycanlılara qarşı Xocalıda soyqırımının törədilməsində ASALA və onun alt-qolları olan “Arabo” və “Aramo” terrorçu qruplarının yaxından iştirak etməsi məlumdur. Türkiyə diplomatı Kamal Arıkanı qətlə yetirən erməni terrorçu, ASALA üzvü Ambik Sassunyanın Ermənistanda qəhrəmanlaşdırılması, Ermənistanda Nasizmin təbliğinin dövlət siyasətinin tərkib hissəsi olması, SS generalı Njde Qaregin və “Dro” ləqəbi ilə tanınan Drastamat Kanayanın “milli qəhrəman” kimi təbliğ edilməsi, onların adlarının əbədiləşdirilməsi və “Njdeizmin” təbliğatı Ermənistan rejiminin əsl mahiyyətini açıq şəkildə göstərir. Tarix boyu radikal erməni qruplarının istifadə etdiyi terrorçuluğun Ermənistanda dövlət səviyyəsində dəstəklənməsi beynəlxalq ictimaiyyət tərəfindən qətiyyətlə qınanmalı, bölgədə sülh və əmin-amanlığın təmin edilməsi üçün Ermənistan tərəfindən terrorçuluq siyasətinə son qoyulmalıdır. Erməni terrorizmi, ekstremizmi, aqressiv separatizmi və irqi ayrı-seçkiliyin bütün forma və təzahürlərinə qarşı birmənalı və ikili standartlardan kənar şəkildə qəti mübarizə aparılmalıdır. Ermənistanın bu cür addımları, bu ölkənin Azərbaycan və Türkiyə ilə davam edən normallaşma danışıqları ilə bağlı iddia etdiyi “səmimiyyətini” və “xoş iradəsini” ciddi sual altına qoyur. Qeyd edək ki, sülh və barışığa aparan yol сinayət və səhvlərin daha çox tərənnüm edilməsindən deyil, bunların etiraf olunmasından keçir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!