Qətlə yetirilən müəllim haqda yeni məlumat .....                        II Qareginin Tbilisiyə getməsinin qarşısı alındı .....                        ABŞ-İsrail koalisiyası İranın Natanz nüvə obyektini vurdu .....                        İsrailli generalın elektron poçtu sındırıldı .....                        “Bəsic”in öldürülən rəhbərliyindəki adlar açıqlanıb - SİYAHI .....                        Tramp İranla müharibəni dayandırmaq istəyir .....                        İsrail İran kəşfiyyatının axtarılan məmurunu öldürüb .....                        Ərdoğan Türk dünyasına mesaj verdi: Bu il... .....                        Sabahın hava proqnozu açıqlandı .....                       
18-12-2025, 15:08
Azərbaycan benzini Ermənistanda necəyə satılacaq? - Nazir danışdı


Azərbaycan benzini Ermənistanda necəyə satılacaq? - Nazir danışdı

“Yaxın günlərdə Ermənistana 20 vaqon Azərbaycan yanacağı gələcək”.
Bunu Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan bunu jurnalistlərə müsahibəsində deyib. O, Azərbaycan mediasının yanacağın ilk partiyasının artıq Ermənistana göndərildiyi barədə xəbərlərini təsdiqləyib.
"Məqsədimiz müharibə deyil, ticarətin aparıla biləcəyi bir sahəyə biznes gətirmək idi. Müharibə qurbanlar və itkilər gətirir, ticarət isə rifah gətirir", - deyə Papoyan əmin edib.
Bakı ilə Azərbaycan yanacağının davamlı tədarükü ilə bağlı dəqiq bir razılaşmanın olub-olmadığı soruşulduqda, nazir müsbət cavab verib: "Əlbəttə ki, razılaşma var, amma bu, gələcək bazar şərtlərindən asılıdır".
Ermənistanın özəl şirkətinin Azərbaycandan yanacağı hansı qiymətə aldığı ilə bağlı suala cavab olaraq nazir bildirib ki, bu, şəxsi məsələdir və onlar müdaxilə etmirlər.
"Qiymət məsələlərinə müdaxilə etmək düzgün deyil. Burada dövlətin işi düzgün mühit yaratmaqdır. Misirdən və ya Rusiyadan benzin idxal edərkən nə edirik? Eyni şeydir: lazımi hüquqi və müqavilə çərçivəsi yaradılır, siyasi mühit formalaşır, siyasi razılaşmalar əldə edilir və qalanını biznes görür", - deyə o bildirib.
Ermənistan bazarında Azərbaycan benzininin hansı qiymətə satılacağına gəlincə, Gevork Papoyan belə cavab verib:
"İndi bunu demək çətindir. İlk çatdırılma qeyri-standart olacaq və görünür, növbəti çatdırılma da qeyri-standart olacaq. Daha az və ya çox sabit, görünən bazar vəziyyəti yarandıqdan sonra hər şeyi aydın şəkildə deyə biləcəyik. Özəl sektorda qiymətlər rəqabətə əsasən müəyyən edilir. Məqsədimiz mümkün qədər çox bazar iştirakçısı və müxtəlif mənbələr təmin etməkdir. Bu, rəqabətin artmasına və nəticədə qiymətlərin mümkün azalmasına səbəb olacaq".
İqtisadiyyat naziri Azərbaycan benzininin hansı özəl vasitəsilə alındığını açıqlamayıb.
18-12-2025, 14:41
Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildi


Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edildi

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) nəzdində fəaliyyət göstərən “Su ehtiyatları və meliorasiya sahəsi”nin Standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 48) konsensus qərarı ilə tullantı suları üzrə 3 yeni dövlət standartı hazırlanıb, Azərbaycan Respublikasının Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsdiq edilib. Bu barədə ADSEA-dan bildirilib. Qəbul edilən dövlət standartları aşağıdakılardır:

* AZS 983:2025– “Təmizlənmiş tullantı sularının təkrar istifadəsi üzrə tələblər”;
* AZS 984:2025– “Tullantı sularının su və su təsərrüfatı obyektlərinə axıdılması üzrə tələblər”;
* AZS 985:2025– “Sənaye müəssisələri, ictimai iaşə obyektləri və fərdi xidmət sahələrinin istehlakçıları tərəfindən mərkəzləşdirilmiş kanalizasiya sisteminə axıdılan tullantı sularında zərərli və çirkləndirici maddələrin miqdarına və tərkibinə nəzarət”.

Yeni dövlət standartlarının tətbiqi su ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasına, tullantı sularının təkrar istifadəsinin tənzimlənməsinə, su obyektlərinə axıdılan tullantı sularının ekoloji və sanitar-gigiyenik təhlükəsizliyinin təmin edilməsinə, eləcə də mərkəzləşdirilmiş kanalizasiya sisteminə daxil olan tullantı sularının tərkibinə nəzarətin gücləndirilməsinə xidmət edəcək.
Qeyd edək ki, təsdiq edilmiş dövlət standartlarını AZSTAND Standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edib.
18-12-2025, 14:36
Putin Paşinyanı Sankt-Peterburqa çağırıb


Putin Paşinyanı Sankt-Peterburqa çağırıb

21-22 dekabr tarixlərində MDB liderlərinin və Ali Avrasiya İqtisadi Şurasının ənənəvi qeyri-rəsmi sammiti Sankt-Peterburqda keçiriləcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan da 21 dekabrda Sankt-Peterburqda keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək. O bunu hökumət brifinqi zamanı jurnalistlərə bildirib.
"Gələn bazar günü beynəlxalq tədbirdə, Avrasiya İqtisadi Birliyinin Ali Şurasının iclasında iştirak etmək üçün səfərim planlaşdırılır", - Paşinyan jurnalistlərə deyib.
İclas 21-22 dekabr tarixlərində Sankt-Peterburqda keçiriləcək MDB liderlərinin qeyri-rəsmi görüşü ilə üst-üstə düşür.
Birlik ölkələri arasında qarşılıqlı əlaqələrin cari məsələləri müzakirə olunacaq. Bunlar aşağıdakılardı: iqtisadi əməkdaşlıq; texnoloji və ərzaq təhlükəsizliyinin təmin edilməsi; əmək miqrasiyasının tənzimlənməsi; sanksiya təzyiqlərinə və Qərbin MDB ölkələrinin daxili siyasətinə müdaxilə cəhdlərinə qarşı mübarizə; cinayətkarlıq və terrorizmlə mübarizədə əməkdaşlıq; könüllü hərəkatlar arasında qarşılıqlı əlaqə; vahid mədəni və humanitar məkanın qorunması və vətəndaşlar arasında mübadilənin genişləndirilməsi.
18-12-2025, 14:29
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışlayırıq - Paşinyan


Azərbaycandan Ermənistana neft məhsullarının tədarükünü alqışlayırıq - Paşinyan

Azərbaycan istehsalı olan neft məhsulları ilə yüklənmiş qatar yola düşüb və Ermənistana doğru hərəkət edir.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərə bildirib.
Baş nazir bunu alqışladığını qeyd edib.
“Ticarət özəl şirkətlər arasında həyata keçirilir, lakin məhz Ermənistan Respublikası ilə Azərbaycan arasında bərqərar olunmuş sülh bunun üçün siyasi şərait yaradıb”, - o vurğulayıb.
Qeyd edək ki, bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir. 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.

18-12-2025, 14:14
Bakıda narkokuryer tutuldu - VİDEO


Bakıda narkokuryer tutuldu - VİDEO

Bakıda saxlanılan narkokuryerdə 11 kq marixuana aşkarlanıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı 36 yaşlı Emin Mirzəyev narkokuryerlikdə şübhəli bilindiyi üçün saxlanılıb. Onun üzərindən və Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki evindən 11 kiloqrama yaxın narkotik vasitə olan marixuana, psixotrop maddə metamfetamin və 2 ədəd elektron tərəzi aşkarlanıb.
Saxlanılan şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkədə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə etdiyini və paytaxt ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb. E.Mirzəyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edilib ki, cari ilin əvvəlindən Nəsimi RPİ-nin əməkdaşları tərəfindən 171 kiloqram müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

18-12-2025, 14:10
"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" TƏSDİQLƏNDİ


"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" TƏSDİQLƏNDİ

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası" təsdiq edilib.
Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Nazirlər Kabineti üç ay müddətində su obyektlərindən xüsusi məqsədlər üçün istifadə ilə bağlı ödənişlərin məbləğlərini, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə fiziki və hüquqi şəxslər arasında su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə dair müqavilənin formasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat verməli və digər məsələləri həll etməlidir.
18-12-2025, 13:55
Ermənistana neft məhsulları yola salındı


Ermənistana neft məhsulları yola salındı

Bu gün SOCAR tərəfindən ilk dəfə olaraq yerli mənşəli neft yükünün Ermənistana tədarükü həyata keçirilir.
22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı ADY-nin yük qatarı ilə Bakı Yük Stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq.
Qeyd edək ki, neft məhsullarının ilk partiyası noyabrın 28-də Qəbələ şəhərində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mher Qriqoryanın görüşündə əldə edilmiş razılaşmaya əsasən yola salınır.
18-12-2025, 13:50
Prezident bu universitetin əməkdaşlarını təltif etdi - SİYAHI


Prezident bu universitetin əməkdaşlarını təltif etdi - SİYAHI

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əməkdaşları təltif ediliblər.
Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.
Sərəncama görə, Azərbaycanda təhsilin inkişafında xidmətlərinə görə Azərbaycan Memarlıq və İnşaat Universitetinin aşağıdakı əməkdaşları təltif ediliblər:


“Şərəf” ordeni ilə

Məmmədova Gülçöhrə Hüseyn qızı

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayev Asəf Mirzə oğlu

Babayev Nəbi Miri oğlu

Əliyev Fəqan Qənbər oğlu

Hacıyev Müxlis Əhməd oğlu

Haqverdiyeva Tahirə Axi qızı

Mehtiyev Əlixan Qafar oğlu

Məmmədov Nurməmməd Yaşar oğlu

Şirinzadə İradə Nüsrət qızı

“Tərəqqi” medalı ilə

Abdullayeva Nərgiz Cavad qızı

Aslanov Telman İmran oğlu

Aslanova Nigar Məhər qızı

Danyalov Şəfi Danyal oğlu

Əhmədova Salatın Alı qızı

Əkbərova Samirə Misirxan qızı

Əliyev Ramiz Dadaş oğlu

Əliyeva Səlmi Saleh qızı

Fərzəliyev Sahib Abduləli oğlu

Həsənov Fərzəli Həsən oğlu

Hüseynov Hüseynağa İbrahim oğlu

Hüseynova Rəna Ömər qızı

İskəndərov Ramiz Əziz oğlu

Qasımov Akif Fazil oğlu

Quliyeva Əzizə Mürsəl qızı

Məmmədov Sabir Baladin oğlu

Musayeva Nailə Fuad qızı

Naqdiyev Əcəm Özübəy oğlu

Nəbiyev Aydın Xalıq oğlu

Sazairov Əmirxan Bəhsət oğlu

Yusifzadə Elçin Nazim oğlu.

Eyni zamanda, Azərbaycanda təhsilin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Nağıyev Nizami Həsən oğluna Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
18-12-2025, 13:27
Vardanyanı Azərbaycana mən satmamışam! - Şahramanyan


Vardanyanı Azərbaycana mən satmamışam! - Şahramanyan

Keçmiş Qarabağ separatçılarının sonuncu başçısı Samvel Şahramanyan İrəvanda şahid qismində dindirilib.
Şahramanyanın jurnalistlərə bildirdiyinə görə, İstintaq Komitəsində dindirilmə 44 günlük müharibə ilə deyil, 2023-cü ilin hərbi əməliyyatları və onların nəticələri ilə bağlı olub.
İlkin istintaqın məxfiliyi səbəbindən o, təfərrüatları açıqlamayıb.
Şahramanyan izah edib ki, heç vaxt hüquq-mühafizə orqanlarına gəlməkdən və sualları cavablandırmaqdan yayınmayıb.
Şahramanyan deyib ki, Azərbaycan tərəfinin əlinə keçən separatçı liderlərin koordinatlarının qarşı tərəfə onun tərəfindən verildiyi barədə iddialar doğru deyil. O, Ruben Vardanyan, Arayik Harutyunyan, Arkadi Qukasyan və digərlərini satmadığını söyləyib
"Azərbaycan tərəfi kimin harada olduğunu çox yaxşı bilirdi. Ruben Vardanyan hansısa sığınacaqda, bunkerdə, meşədə deyildi və ya alternativ yollarla çıxmağa çalışarkən saxlanılmayıb...
O, hamı kimi, Ermənistana yeganə işlək yol - Laçın dəhlizi vasitəsilə keçməyə cəhd edib”.
Şahramanyanın sözlərinə görə Ruben Vardanyan Həkəri çayı üzərindəki körpüdə saxlanılıb.
O bildirib ki, Azərbaycan tərəfi həmçinin Kamo Vardanyanın (qondarma “artsaxın keçmiş müdafiə naziri”) həbs olunmasına çalışıb. Rəsmi Bakı onu da əsir götürmək niyyətində olduğu şəxslərin siyahısına daxil edib.
Kamo Vardanyan 2024-cü ilin avqustunda Ermənistan müdafiə nazirinin müşaviri təyin edilib.
18-12-2025, 13:22
Hospitalda ölən əsgərlə bağlı araşdırma aparılır


Hospitalda ölən əsgərlə bağlı araşdırma aparılır

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Əli Vahab oğlu Cəfərovun xəstəlikdən müalicə olunduğu hospitalda bu ilin dekabr ayının 15-də ölməsi ilə bağlı araşdırma aparılır.
Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılıb, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər prosessual tədbirlər icra edilib.
Faktla bağlı hazırda araşdırma davam etdirilir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!