22-03-2023, 22:33
Dəhşətli yol qəzasında “SOY” prodakşının rəhbəri dünyasını dəyişdiXalq artisti Mehriban Zəki, Əməkdar artist Dilarə Əliyeva və onun həyat yoldaşı, “SOY” prodakşının rəhbəri Oqtay Əliyev yol qəzasına düşüblər. Hadisə Abşeron rayonu, Saray qəsəbəsində baş verib. Məlumata görə, Oqtay Əliyevin idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza nəticəsində O.Əliyev dünyasını dəyişib. Avtomobildə olan Mehriban Zəki yaralanıb, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
22-03-2023, 22:28
Ermənistanın XİN başçısı iranlı həmkarıyla Laçın yolunu müzakirə edibErmənistanın xarici işlər naziri Ararat Mirzoyan İranın xarici işlər nazirinin müavini Əli Baqeri Kani ilə görüşüb. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüş zamanı ikitərəfli əlaqələr, regional təhlükəsizlik mövzuları müzakirə olunub. Mirzoyandan əvvəl Kani Ermənistan XİN başçısının müavini Vahan Kostanyanla danışıqlar aparıb. Görüş zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub.
22-03-2023, 22:25
Fransa prezidenti ilin sonuna qədər qalmaqallı islahatı təsdiqləyəcək
Fransa prezidenti Emmanuel Makron ilin sonuna qədər qalmaqallı pensiya islahatları haqqında qanunu təsdiqləyəcək. Bu barədə o, dövlət televiziyasına müsahibəsində bildirib. Makron pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan qanun layihəsinin həyata keçiriləcəyini deyib. Yaxın həftələrdə qanun layihəsi Konstitusiya Şurasının müzakirəsinə çıxarılacaq və yalnız təsdiq edildikdən sonra qanuna çevrilə bilər. Qeyd edək ki, qanuna görə Fransada bir neçə dəfə iğtişaşlar baş verib, polislə vətəndaşlar arasında toqquşma yaşanıb.
22-03-2023, 22:14
Türkiyə ordusu hərbi təlimlərə start veribTürkiyə ordusu hərbi təlimlərə başlayıb. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, "Anadolu Qartalı-2023/1" adlı təlimdə Türkiyə Hərbi Hava Qüvvələri Komandanlığı iştirak edir. Təlimlər martın 24-dək davam edəcək. Təyyarələr plana uyğun olaraq, ölkənin 8 müxtəlif bazasından havaya qalxıb və tapşırıqları icra ediblər.
22-03-2023, 22:11
Sülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir - MirzoyanSülh prosesi ilə bağlı Azərbaycanla danışıqlar davam edir. Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib. O qeyd edib ki, İrəvan tezliklə sülh müqaviləsi ilə bağlı öz cavab təkliflərini Bakıya göndərəcək. Xatırladaq ki, bir müddət əvvəl rəsmi Bakı Ermənistana öz təkliflərini göndərdiyini açıqlayıb.
22-03-2023, 22:07
“Qarabağ” Bakı Olimpiya Stadionunun mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb“Qarabağ” Türkiyənin “Qalatasaray” klubuna qarşı keçirəcəyi xeyriyyə oyununun baş tutacağı Bakı Olimpiya Stadionunun (BOS) mövcud vəziyyətini əks etdirən fotolar paylaşıb. Ağdam təmsilçisinin sosial şəbəkə hesabında yerləşdirilən şəkillərdə arenanın ot örtüyünün ideal vəziyyətdə olduğu görünür. Klub stadionun qarşılaşmaya hazır olduğunu qeyd edib. Bundan başqa, bir daha matçdan əldə olunacaq gəlirin Türkiyədə zəlzələdən zərər çəkənlərə yardım üçün göndəriləcəyi qeyd edilib. Xatırladaq ki, BOS rəhbərliyi matçın xeyriyyə məqsədli olduğunu nəzərə alaraq, təşkilati işlər üçün "Qarabağ"dan heç bir məbləğ tələb etməyib.“Qarabağ” - “Qalatasaray” matçı martın 26-da saat 20:00-da start götürəcək.
22-03-2023, 22:01
İsraildən Qəzza zolağına PUA hücumu İsrail Silahlı Qüvvələrinə məxsus “Dəmir qübbə” (İron Dome) sistemi Qəzza zolağında HƏMAS təşkilatına məxsus pilotsuz uçuş aparatı (PUA) vurub. Bu barədə ölkənin Müdafiə Nazirliyinin (MN) mətbuat xidməti bildirib. MN sözçüsü qeyd edib ki, PUA-nın İsrail ərazisinə keçməsinin qarşısı alınıb, Qəzza səmasının cənub hissəsində vurulub. Qeyd edək ki, İsrail mediası partlayış səslərinin Eşkol Regional Şurasında eşidilməsi barədə məlumat yayıb.
22-03-2023, 21:57
İordaniya deputatlarından təklif: İsrail səfiri ölkədən qovulsunİordaniya parlamenti İsrail səfirinin ölkədən çıxarılmasına səs verib. Deputatlar İordaniya hökumətinə İsrail səfirini qovmağı tövsiyə ediblər. Qərarın qəbul edilməsinə səbəb İsrail maliyyə naziri Bezalel Smotriçin çıxışı zamanı nümayiş olunan İsrail xəritəsi olub. Xəritədə İordaniya və Fələstinin əraziləri İsrailin ərazisini kimi göstərilib. Bundan əvvəl İsrail səfiri İordaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
22-03-2023, 21:48
Rus ordusu Ukraynanın 11 bölgəsini atəşə tutduRusiya ordusu son sutka ərzində Ukraynanın 11 bölgəsini atəşə tutub. Bu barədə Ukrayna Hərbi Media Mərkəzi məlumat yayıb. Ruslar Ukrayna ərazisinə minaatan, tank, artilleriya, “Qrad” və “Smerç”, “S-300” hava hücumundan müdafiə sistemi ilə zərbələr endirib. Hücumda raket sistemləri və İran pilotsuz uçuş aparatlarından da istifadə edilib. Ümumilikdə 121 yaşayış məntəqəsi atəşə tutulub, 42 infrastruktur obyektinə ziyan dəyib. İlkin məlumatlara görə, zərbələr nəticəsində 14 nəfər ölüb, 24 nəfər yaralanıb. Rusiyanın Ukraynanı növbəti dəfə raket atəşinə tutması nəticəsində Kiyev vilayətində 4 nəfər ölüb. Vilayətin Milli Polis İdarəsinin rəisi Andrey Nebitovun sözlərinə görə, atılan raketlərdən biri beşmərtəbəli yataqxana binasına düşüb.
22-03-2023, 21:46
Rusiyanın Kiyevə PUA-larla hücumu 4 nəfərin ölümünə səbəb olduRusiya qüvvələri tərəfindən Ukraynanın paytaxtı Kiyevə PUA hücumu nəticəsində həyatını itirənlərin sayı 4 nəfərə çatıb. Bu barədə "Ukrinform" məlumat yayıb.