22-03-2023, 21:42
Sabahın hava proqnozuAzərbaycanda martın 23-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 7-10°, gündüz 14-19° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 50-60 faiz təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-11°, gündüz 17-22° isti, dağlarda gecə 0-5°, gündüz 5-10° isti olacağı gözlənilir.
22-03-2023, 21:40
HDP prezident seçkilərində namizədlik irəli sürməyəcəkTürkiyənin Xalqların Demokratik Partiyası (HDP) 14 mayda keçiriləcək prezident seçkilərində namizəd irəli sürməyəcək. Bunu partiyanın həmsədri Pervin Buldan açıqlayıb. Qeyd edək ki, HDP eyni tarixdə keçiriləcək parlament seçkilərinə qatılacaq "Əmək və Azadlıq İttifaqı"nın üzvüdür. Bu siyasi ittifaq da prezidentliyə namizəd çıxarmayacağını elan edib.
22-03-2023, 21:02
Çin ABŞ-a çağırış dolu mesaj göndərdi"Çin ABŞ-ı Ukrayna münaqişəsindəki roluna yenidən baxmağa və Pekini ittiham etməyi dayandırmağa çağırır". Bu, Çin Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib. Qeyd olunub ki, Çinin Ukrayna məsələsində heç bir "eqoist məqsədləri" yoxdur. "Biz heç vaxt baş verənləri əli-qolu bağlı vəziyyətdə izləməmişik, amma vəziyyəti daha da gərginləşdirməyə də getməmişik və təkcə öz mənfəətimizi güdməmişik", - deyə Çin XİN-in açıqlamasında vurğulanıb.
22-03-2023, 20:59
Rusiya XİN müavinindən ABŞ-la bağlı açıqlama"ABŞ konqresmenləri kasetli sursatların Kiyevə çatdırılmasının təhlükəsindən bixəbərdirlər. ABŞ Kiyevi təchiz etmək üçün getdikcə ölümcül sistemləri nəzərdən keçirir. Moskva Vaşinqtonu eskalasiya yolu ilə getməməyə çağırır. Vaşinqton Ukrayna münaqişəsində iştirak edən tərəf statusunu bir daha ortaya qoyur". Bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. "Rusiya Federasiyası və Çin liderləri ABŞ-ı deeskalasiya yolu ilə getməyə çağırırlar, lakin bunun əksi baş verir. Vaşinqton Qara dənizdə vurulan PUA məsələsində olduğu kimi, Rusiyanın əks tədbirlərinə qarşı çıxır. Rusiya Federasiyasının təhlükəsizliyi bütün mümkün vasitələrlə təmin ediləcək, heç bir ABŞ PUA-sı bu qətiyyəti sarsıda bilməyəcək".
21-03-2023, 23:56
Yaponiyadan Ukraynaya 30 milyon dollarlıq yardımYaponiya Ukraynaya müdafiə silahlarının alınması üçün 30 milyon dollar verəcək. Bu barədə Yaponiyanın baş naziri Fumio Kişida Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransı zamanı məlumat verib. Kişidanın sözlərinə görə, Yaponiya, həmçinin Ukraynanın enerji və digər sektorları üçün 470 milyon dollarlıq yeni qrant yardımı ayıracaq. Xatırladaq ki, martın 21-də Yaponiyanın baş naziri Fumio Kişida Ukraynaya səfər edib.
21-03-2023, 23:54
Ukrayna məsələsində sülh tərəfdarıyıq - Çin lideriÇin lideri Si Cinpin ölkəsinin Ukrayna məsələsində
sülh və dialoqun tərəfdarı olduğunu bildirib. Bu barədə o, Rusiya prezidenti Vladimir Putinlə mətbuat konfransı zamanı danışıb. O qeyd edib ki, keçən ay Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi dərc olunub. "Vurğulamaq istərdim ki, bu nizamlanmada biz BMT Nizamnaməsinin məqsəd və prinsiplərini davamlı şəkildə rəhbər tutur, obyektiv və qərəzsiz mövqe tutur, barışığı fəal şəkildə təşviq edir. Bizim mövqeyimiz məsələnin mahiyyətinə və həqiqətə əsaslanır. Biz həmişə sülh və dialoqun tərəfdarıyıq”, - deyə Si vurğulayıb.
21-03-2023, 23:50
Çinin sülh planı Rusiyanın yanaşmalarıyla üst-üstə düşürÇinin sülh planı Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün əsas götürülə bilər. Bu barədə Rusiya prezidenti Vladimir Putin Çin lideri Si Cinpinlə danışıqların yekunlarına dair mətbuat konfransında bildirib. O qeyd edib ki, Çinin irəli sürdüyü sülh planının bir çox müddəaları Rusiyanın yanaşmaları ilə üst-üstə düşür: "Qərb və Kiyev buna hazır olsa, sülh yolu ilə nizamlanma üçün əsas götürülə bilər. Lakin indiyədək biz onların buna hazır olmasını müşahidə etməmişik”. Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb. Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Çinin təqdim etdiyi 12 maddəlik plan “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.
21-03-2023, 23:45
Azərbaycan tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdırAzərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı zamanı deyib. Belə ki, Azərbaycan son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Dövlət başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir.
21-03-2023, 23:42
İlham Əliyev ABŞ-ın dövlət katibi ilə telefon danışığı aparıbAmerika Birləşmiş Ştatlarının dövlət katibi Antoni Blinken martın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. Telefon danışığı əsnasında Azərbaycanın Laçın-Xankəndi yolu ətrafındakı vəziyyət müzakirə olunub. Dövlətimizin başçısı qeyd edib ki, ötən il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarının və Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə buradan 4700-dən artıq nəqliyyat vasitəsinin, tibbi yardıma ehtiyacı olan şəxslərin və onları müşayiət edənlərin keçidi təmin olunub. Buna görə də bu yolun guya blokadada olması barədə məlumat Ermənistanın yalançı təbliğatıdır. Azərbaycan Prezidenti vurğulayıb ki, Ermənistanın Laçın yoluna köməkçi yoldan istifadə edərək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi ərazilərimizdə qanunsuz hərbi daşımalar, şəxsi heyətin rotasiyasını həyata keçirməsi, habelə Ermənistan silahlı qüvvələrinin 10 minə yaxın hərbçisinin hələ də Azərbaycan ərazisində olması ciddi narahatlıq doğurur. Bu xüsusda dövlətimizin başçısı Azərbaycanın Laçın yolunun Ermənistanla sərhədinin son nöqtəsində sərhəd-keçid məntəqəsinin yaradılmasının labüdlüyünü xüsusilə vurğulayıb. Prezident İlham Əliyev son həftələr ərzində Ermənistan tərəfinin Avropa İttifaqının bu ölkədəki missiyasının yerləşməsindən sui-istifadə edərək vəziyyəti qəsdən gərginləşdirmək istiqamətində siyasət yürütdüyünü, Azərbaycan-Ermənistan dövlət sərhədi boyu və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində Ermənistan silahlı qüvvələri və qanunsuz erməni hərbi birləşmələri tərəfindən atəşkəsin intensiv şəkildə pozulması hallarının müşahidə olunduğunu diqqətə çatdırıb. Azərbaycan Prezidenti bu xüsusda 2023-cü il martın 5-də qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində 2 hərbi qulluqçumuzun şəhid olmasını və Novruz bayramı günü - martın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində Ermənistanın növbəti təxribatı nəticəsində Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralandığını qeyd edib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan sülh gündəliyinə tam sadiqdir, Ermənistanla münasibətlərin normallaşdırılmasına və tezliklə sülh müqaviləsinin imzalanmasına hazırdır və son təklif və düzəlişlərinin olduğu sülh müqaviləsinin mətnini Ermənistan tərəfinə təqdim edib. Dövlətimizin başçısı bildirib ki, ABŞ və şəxsən dövlət katibi Antoni Blinkenin bu istiqamətdə səylərini yüksək qiymətləndirir. Dövlət katibi Antoni Blinken bir daha vurğulayıb ki, ABŞ Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsinin imzalanması üçün səylərini bundan sonra da davam etdirəcək. Dövlətimizin başçısı Münxendə keçirilmiş görüşün davamı olaraq Azərbaycanın Qarabağdan olan erməni sakinlərlə təmaslara hazır olduğunu və bu xüsusda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası tərəfindən reinteqrasiya üzrə təmasları davam etdirmək və infrastruktur layihələrini müzakirə etmək üçün onların Bakıya dəvət edildiyini də xatırladıb.
21-03-2023, 23:39
Laçın-Xankəndi yolunda bayram konserti qeyd edilibLaçın-Xankəndi yolunda ekoaksiyanın iştirakçıları üçün bayram konserti keçirilir. Konsertdə tanınmış müğənnilər səhnə alıblar. Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında quraşdırılan səhnədə müğənni Hissin ifasında onun repertuarından olan mahnılar səsləndirilib. Daha sonra Azərbaycanın Xalq artisti Röya Ayxan, Nuri Serinlendirici və Jane Shirokih çıxış ediblər. Onların ifaları aksiya iştirakçılarında və səhnə ətrafındakı insanlarda bayram əhvali-ruhiyyəsi yaradıb.