Dostumuza sürpriz yubiley təbriki .....                        Kiberhücumlar və informasiya təhlükəsizliyi: Müharibələrin yeni cəbhəsi .....                        Ağdərədə təlim keçirilib .....                        Xankəndi, Xocalı və Ağdərəyə növbəti dəfə 180 nəfər köçürülüb .....                        Azərbaycan və Türkmənistan münasibətlərində yeni mərhələ .....                        Xalq qəhrəmanı Balo bəy Vəkilovun məzarı ziyarət edilib. .....                        Tarixi yaşayanlar və tarixi yaradanlar .....                        Bir imza ilə başlayan yeni strateji dövr .....                        Dünən səhər Təbrizdə hərbi obyekt vurulub. .....                       
20-03-2023, 23:55
Şuşada Novruz tonqalı qalandı


Şuşada Novruz tonqalı qalandı

Martın 20-də Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub. Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunun yaxınlığında bayram tonqalı qalanıb. “DJ Kənan Drums”ın iştirakı ilə vətənpərvərlik ruhunda, milli və xarici ruhda musiqi səsləndirilir. Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən kabab bişirilib. Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, açılan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb. Ekofəallər bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədası altında rəqs edirlər. Aksiyanın keçirildiyi ərazidə Novruz ab-havası hökm sürür.
20-03-2023, 23:50
Blinken Paşinyanla telefon danışığı aparıb


Blinken Paşinyanla telefon danışığı aparıb

ABŞ Dövlət katibi Entoni Blinken Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb. Bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı zamanı Laçın yolundakı vəziyyət müzakirə olunub. Paşinyan və Blinken Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması və regionda kommunikasiya əlaqələrinin açılması barədə fikir mübadiləsi aparıblar.
20-03-2023, 23:43
Azərbaycan Ukraynaya növbəti humanitar yardım paketini yolladı


Azərbaycan Ukraynaya növbəti humanitar yardım paketini yolladı

Azərbaycandan Ukraynaya növbəti humanitar yardım paketi çatdırılıb. Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski özünün "Facebook" səhifəsində məlumat yayıb. Səfirin sözlərinə görə, dərman və tibbi ləvazimatlardan ibarət olan 13 ton humanitar yardımın ümumi dəyəri 350 min dollardır. "Gözəl Novruz bayramı ərəfəsində Azərbaycan Respublikasından Ukraynaya növbəti humanitar yardım partiyası - ümumi dəyəri 360 min ABŞ dollar olan 13 ton dərman və tibbi ləvazimatın çatdırılması çox simvolikdir. Biz azərbaycanlı dostlarımıza Rusiyanın silahlı təcavüzünə qəhrəmancasına müqavimət göstərən Ukrayna xalqı ilə həmrəylik nümayiş etdirdiklərinə görə ürəkdən minnətdarıq", - səfir yazıb.
20-03-2023, 23:39
Təhsilimizi gücləndirmək üçün 45 min müəllim işə götürəcəyik - Ərdoğan


Təhsilimizi gücləndirmək üçün 45 min müəllim işə götürəcəyik - Ərdoğan

"Hörmətli vətəndaşlarım, dəyərli təhsil ictimaiyyətimizin nümayəndələri, burada sizinlə bir şad xəbəri bölüşmək istəyirəm. Təhsil sistemimizin keyfiyyətini yüksəltmək və kadrlarımızı daha da gücləndirmək üçün 45 min yeni müəllim işə götürəcəyik. Biz müəllimlərimizi fəlakət bölgələrinə ilk növbədə zəlzələnin yaralarını sağaltmaq üçün göndərəcəyik. Bütün müəllimlərimizi, onların ailələrini, tələbələri və təhsil ictimaiyyətimizə xeyirli olsun". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan twitter səhifəsində yazıb.
20-03-2023, 23:31
Qərb Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır - Lavrov


Qərb Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır - Lavrov

“Qərb öz xidmətlərini üç Cənubi Qafqaz ölkəsinə sırımağa çalışır və Cənubi Qafqazda 3+3 formatını sarsıtmağa çalışır. Bu, öz sərhədlərindən uzaqda, hər yerdə hökmranlıq etmək, öz hegemonluğunu təsdiq etmək üçün edilir". Bunu Rusiya XİN başçısı Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında deyib. "Qərb geosiyasi gündəmlərlə yanaşı, növbəti rəngli inqilaba hazırlıq adlandırıla biləcək fəaliyyətlərlə məşğul olan QHT-lərə müxtəlif dəstəkləri təbliğ edir. Biz regionda Qərblə dialoq üçün heç bir imkan və ehtiyac görmürük”, - deyə Lavrov əlavə edib.
20-03-2023, 23:27
Kiyevdə komendant saatının müddəti dəyişdi


Kiyevdə komendant saatının müddəti dəyişdi

Kiyev şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Popko 2023-cü il martın 26-dan etibarən Kiyevdə komendant saatının müddətinin dəyişdirilməsi haqqında sərəncam imzalayıb. Bu barədə məlumatı Kiyev şəhər Hərbi Administrasiyası "Telegram" hesabında paylaşıb. Yeni qərara əsasən, martın 26-dan komendant saatı 00:00-dan 05:00-a qədər olacaq. Qeyd edək ki, bundan öncə komendant saatı 00:00-dan 06:00-a kimi davam edirdi.
20-03-2023, 23:21
Türkiyədə baş vermiş zəlzələnin vurduğu ziyan 104 milyarda çatır


Türkiyədə baş vermiş zəlzələnin vurduğu ziyan 104 milyarda çatır

"Zəlzələnin səbəb olduğu ziyanın dəyərinin təxminən 104 milyard dollara çatacağı anlaşılır. Bu miqyasda fəlakətin öhdəsindən heç bir ölkənin təkbaşına çıxması mümkün deyil". Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. "Zəlzələ bölgəsindəki 11 əyalətdə dağılmış, təcili sökülməsi vacib olan, ağır zədələnmiş və ya istifadəyə yararsız binaların sayı 298 minə çatır", - deyə o əlavə edib.
20-03-2023, 23:18
Avropa Komissiyası Türkiyəyə 1 milyard avroluq yardım ayırdı


Avropa Komissiyası Türkiyəyə 1 milyard avroluq yardım ayırdı

Avropa Komissiyası Türkiyəyə 1 milyard, Suriyaya isə 108 milyon avro məbləğində yardım ayırıb. Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen məlumat verib. Onun sözlərinə görə, hər iki ölkəyə ayrılan vəsait zəlzələ bölgələrində bərpa-quruculuq işlərinə xərclənəcək. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 04:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub.
20-03-2023, 23:15
Qərb Moskvanın iştirakını nəzərdə tutan prinsiplərə zərbə vurur - Lavrov


Qərb Moskvanın iştirakını nəzərdə tutan prinsiplərə zərbə vurur - Lavrov

"Qərb Ermənistan, Rusiya Federasiyası və Azərbaycan arasında bağlanmış üçtərəfli sazişləri qüvvədən salmağa çalışır, bütün bu işlərə özü nəzarət etməyə can atır və Moskvanın fəal iştirakını nəzərdə tutan əsas prinsiplərə birbaşa zərbə vurur". Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib. "Qarabağ sakinlərinin təhlükəsizliyinin təmin edilməsi, hüquqlarının təmin edilməsi məsələsi Bakının nümayəndələri ilə həll edilməlidir, biz tərəfləri buna təşviq edirik", - deyə Lavrov söyləyib. Mirzoyan həmkarını onun üçün əlverişli vaxtda İrəvana səfərə dəvət edib. Ermənistan XİN başçısı İrəvanın ayrı-ayrı Rusiya vətəndaşlarını, o cümlədən jurnalistləri respublikaya buraxmamaq qərarını şərh etməkdən imtina edib.
20-03-2023, 22:56
Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur


Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur

"Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi yoxdur". Bunu Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında deyib. Ermənistan xarici işlər naziri müxtəlif siyasi dairələrin İrəvanda vaxtaşırı keçirdiyi anti-Rusiya aksiyaları ilə bağlı sualı cavablandırarkən deyib ki, ölkədə məqsədyönlü anti-Rusiya kampaniyası yoxdur. Mirzoyan vurğulayıb ki, on minlərlə rus Ermənistan ərazisində kifayət qədər dinc və rahat yaşayır, bizneslərini, işlərini aparır və bu kontekstdə heç bir şikayət daxil olmayıb. "Bu fakt heç bir anti-Rusiya əhval-ruhiyyəsinin olmadığını açıq şəkildə göstərir. Nümayiş və aksiyalara gəlincə, Ermənistan Konstitusiyası və onun qanunları sərbəst toplaşmaq azadlığına təminat verir və bu, uzun müddətdir ki, yeni xəbər deyil. İrəvanda da ölkə rəhbərliyinə qarşı nümayişlər çox tez-tez keçirilir", - XİN başçısı söyləyib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!