Qətlə yetirilən müəllim haqda yeni məlumat .....                        II Qareginin Tbilisiyə getməsinin qarşısı alındı .....                        ABŞ-İsrail koalisiyası İranın Natanz nüvə obyektini vurdu .....                        İsrailli generalın elektron poçtu sındırıldı .....                        “Bəsic”in öldürülən rəhbərliyindəki adlar açıqlanıb - SİYAHI .....                        Tramp İranla müharibəni dayandırmaq istəyir .....                        İsrail İran kəşfiyyatının axtarılan məmurunu öldürüb .....                        Ərdoğan Türk dünyasına mesaj verdi: Bu il... .....                        Sabahın hava proqnozu açıqlandı .....                       
6-12-2025, 12:26
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb


Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint əli bin-Nasser əl Misnad ilə görüşüb.
Bu barədə Hikmət Hacıyev X hesabında bildirib.
“Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”,-deyə paylaşımda bildirilib.
6-12-2025, 12:20
Əsgərliyə yararsız olanlar məcburi müalicəyə göndəriləcək


Əsgərliyə yararsız olanlar məcburi müalicəyə göndəriləcək

Nazirlər Kabinetinin ötən həftə qəbul etdiyi qərarla hərbi xidmətə çağırışda bir sıra yeniliklər edilib.
Qeyd edək ki, yeniliklər “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə dəyişiklikdə öz əksini tapıb. Sənəd Baş nazir Əli Əsədov tərəfindən imzalanıb və çağırışaqədər yaşda olan gənclərlə çağırışçıların tibbi müayinəsi prosesinə yeni tənzimləmələr gətirir.
Əvvəlki qaydada tibbi müayinə zamanı diaqnozun dəqiqləşdirilməsinə və ya müalicəyə ehtiyac yarandıqda gənclər yalnız əlavə ambulator və ya stasionar müayinələrə və ya lazım gəldikdə müalicəyə göndərilirdi.
Yeni dəyişiklik müalicə məsələsini daha konkret və məcburi hala gətirir.
Dəyişikliyə əsasən, tibbi müayinə nəticələri diaqnozun dəqiqləşdirilməsini tələb etdikdə həmin şəxslər əvvəlki kimi tibb müəssisələrinə əlavə müayinəyə göndəriləcək. Lakin gənc “hərbi xidmətə müvəqqəti yararsız” hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək.
Bu müalicənin maliyyə təminatı da dəqiqləşdirilib. Proses dövlət büdcəsinin vəsaiti hesabına, xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək.
6-12-2025, 12:13
Naxçıvanda dəmir yollarının tikinti-bərpa işləri başladı


Naxçıvanda dəmir yollarının tikinti-bərpa işləri başladı

"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolları infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.
ADY-dən bildirilib ki, tikinti işləri 188 km-lik dəmiryol xəttini əhatə edir. Məqsəd müasir tələblərə cavab verən yeni dəmir yolu şəbəkəsinin qurulmasıdır.
Əsaslı təmir işləri başa çatdıqdan sonra dəmir yolunun illik yükötürmə qabiliyyəti 15 milyon ton təşkil edəcək.
2025-ci il avqustun 8-də Vaşinqtonda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) açılmasına dair razılaşma çərçivəsində Zəngəzur dəhlizi boyunca dəmir yolu əlaqəsi bərpa olunacaq.
Orta dəhlizin mühüm tərkib hissəsi kimi Avropa və Asiya arasında yükdaşımalarda mühüm marşrut kimi qiymətləndirilən Zəngəzur dəhlizi Şimal-Cənub dəhlizinin də əsas halqalarından birini təşkil edəcək.
6-12-2025, 12:10
Ov tüfəngi ilə özünü güllələdi


Ov tüfəngi ilə özünü güllələdi

Ov tüfəngindən ehtiyatsız davranış hadisəsi rayonun Baydarlı kəndinin otlaq sahəsində baş verib.
46 yaşlı rayon sakini Rasim Məmmədov Baydarlı kəndi ərazisində qoyun otararkən ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində açılmış atəşdən xəsarət alıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan sakin Rayon Mərkəzi Xəstəxana yerləşdirilib. Həkimlər onun vəziyyətini qənaətbəxş hesab edir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata əsasən, R. Məmmədovdan müvafiq sənədləri olan ov tüfəngi götürülüb.
Faktla bağlı Qax rayon polis şöbəsində istintaq araşdırmaları aparılır.
6-12-2025, 11:26
Pensiyalarla bağlı vacib xəbər


Pensiyalarla bağlı vacib xəbər

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının pensiya ödənişi başa çatdırılıb.
Bu barədə nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Pensiyaçılar öz pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
5-12-2025, 18:25
Daha bir marşrut xəttinin avtobusları yeniləndi


Daha bir marşrut xəttinin avtobusları yeniləndi

Bakının Xətai rayonunun Cavanşir küçəsini Nizami rayonunun Məmmədəli Şərifli küçəsi ilə əlaqələndirən 12 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, dekabrın 7-dən sərnişinlərin xidmətinə veriləcək 18 yeni "Yutong" markalı avtobus müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,6 manat müəyyən edilib.
5-12-2025, 17:39
36 nömrəli marşrut üzrə avtobuslar qismən yenilənəcək


36 nömrəli marşrut üzrə avtobuslar qismən yenilənəcək

"Bakı Metropoliteni" QSC-nin "Ulduz" stansiyasını Yeni Günəşli qəsəbəsi ilə əlaqələndirən 36 nömrəli marşrut üzrə mövcud avtobuslar qismən yenilənəcək.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Məlumata əsasən, dekabrın 7-dən marşrutda istismar olunan nəqliyyat vasitələri müasir "İsuzu" markalı avtobuslarla əvəz ediləcək. Avtobuslarda ödəniş nağdsız qaydadadır.
5-12-2025, 17:32
Mişustin və Əli Əsədov telefonla danışdı


Mişustin və Əli Əsədov telefonla danışdı

Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla telefon danışığı aparıb.
Bu barədə Rusiya Hökuməti məlumat yayıb.
Hökumət başçıları Rusiya-Azərbaycan ticari-iqtisadi və elmi-texniki əməkdaşlığının aktual məsələlərini, habelə Müstəqil Dövlətlər Birliyi çərçivəsində qarşılıqlı fəaliyyətin dərinləşdirilməsini müzakirə ediblər.
5-12-2025, 17:27
Bakıda kafedə partlayış - 3 nəfər YARALANDI


Bakıda kafedə partlayış - 3 nəfər YARALANDI

Bakıda kafedə partlayış olub.
Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, S.Məmmədova küçəsində obyektdə partlayış baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 40kv.m. olan kafe kimi fəaliyyət göstərən obyektdə, ilkin ehtimala görə, qaz borusunda ani alışma nəticəsində partlayışın baş verdiyi müəyyən olunub.
Hadisə nəticəsində kafeyə ziyan dəyib, kafenin 3 nəfər işçisi xəsarət alıb.
FHN əməkdaşları tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Faktla əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

***

17:20

Paytaxtın Binəqədi rayonunda obyektlərdən birində partlayış baş verib.
Bu barədə Baku.ws məlumat yayıb.
Qeyd edilib ki, hadisə rayonun 6-cı mikrorayon ərazisində yaşanıb. Partlayış güclü yanğınla müşayiət olunmayıb.
Hadisə şahidlərinin bildirdiklərinə görə, partlayış zamanı xəsarət alanlar var.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib ki, əraziyə qurumun müvafiq əməkdaşları cəlb edilib.
5-12-2025, 17:23
Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq? - Ankaradan REAKSİYA


Türkiyə Ermənistanla sərhədi 6 aya açacaq? - Ankaradan REAKSİYA

"Bloomberg" agentliyi Türkiyənin Ermənistanla quru sərhədini yaxın altı ay ərzində açmağı nəzərdən keçirdiyini yazıb. Agentlik məlumatı yayarkən adı açıqlanmayan mənbələrə istinad edib.
Qeyd olunur ki, bu addım Avropada "soyuq müharibə" dövründən qalan son bağlı sərhəd xəttinin aradan qaldırılması demək olacaq və bu, Cənubi Qafqazda ticarət və kommunikasiya xəritəsini dəyişə bilər.
Türkiyə Böyük Millət Məclisinin(TBMM) Türkiyə-Azərbaycan Dostluq Qrupunun sədri Şamil Ayrım bildirib ki, Ermənistanla 6 ay ərzində sərhədlərin açılacağı ilə bağlı yayılan xəbərlər dezinformasiyadır:
“Azərbaycanla Ermənistan arasında müharibə bitib. Azərbaycan torpaqlarını işğaldan azad edib. Amma Azərbaycanın müharibədən sonra Ermənistan qarşısında qoyduğu iki mühüm şərt vardı: Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasına dəyişiklik etmək. Ermənistan konstitusiyasında Qarabağın Ermənistana aid olması ilə bağlı torpaq iddiası var ki, bunu Azərbaycanın qəbul etməsi mümkün deyil. Hazırda bu istiqamətdə müəyyən işlər gedir.
Cənab İlham Əliyevlə cənab Nikol Paşinyan arasında gedən dialoqlar yaxşı səviyyədədir. Onu gözləmək lazımdır. Türkiyə Azərbaycana rəğmən "mən Ermənistanla sərhədləri açıram" deməz. Bu istiqamətdə yayılan xəbərləri yalan və dezinformasiya olaraq qəbul etmək lazımdır. Prezident və xarici işlər nazirinin açıqlaması yoxdursa, deməli, bu yöndəki xəbərlərin hamısı yalandır”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!