Arda Gülərdən YENİ REKORD .....                        Fidan Əraqçi ilə hərbi əməliyyatlardan danışdı .....                        Rusiyada dollar qadağası - RƏSMİ .....                        Millimiz məğlubiyyətlə başladı .....                        "İran Yaxın Şərqdəki bütün ABŞ bazalarını məhv edib" .....                        Mirzoyan: "İrəvanın məqsədi Bakı ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmaqdır" .....                        "ABŞ “Buşehr” AES-lə bağlı heç bir zəmanət vermir" .....                        Xaçmazda meşədə gənc oğlan meyiti tapıldı .....                        Livanda ölənlərin sayı 1094-ə çatıb .....                       
10-10-2025, 16:38
Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? - AÇIQLAMA


Azərbaycan və Ermənistan deputatları İstanbulda görüşəcək? - AÇIQLAMA

16-20 noyabr tarixlərində ATƏT Parlament Assambleyasının (PA) Payız Sessiyası keçiriləcək. Toplantı Türkiyənin İstanbul şəhərində baş tutacaq.
İclasda üzv ölkələrin parlament nümayəndələri iştirak edəcək.
Ermənistan parlamentinin “Mülki müqavilə” fraksiyasının Xarici Əlaqələr Daimi Komitəsinin sədri Sarqis Xandanyan, nümayəndə heyətinin üzvləri, deputatlar Mariya Karapetyan, Lilit Minasyan, Artur Hovhannisyan və digərlərinin də tədbirdə iştirak edəcəyi gözlənilir.
Azərbaycan parlamentinin deputatları də sessiyanın işində iştirak etmək üçün İstanbula səfər edəcək.
Bu barədə Milli Məclisin deputatı, ATƏT PA nümayəndə heyətinin üzvü Azay Quliyev bildirib.
O vurğulayıb ki, heyətin üzvləri hələlik məlum deyil.
Azay Quliyev bildirib ki, tədbirdə iştirak edəcək erməni nümayəndələri ilə görüş nəzərdə tutulmur.
Qeyd edək ki, Milli Məclisdə ATƏT PA-nın nümayəndə heyətinə Qaya Məmmədov rəhbərlik edir. Üzvləri Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Pərvin Kərimzadə, Azay Quliyev və Gülşən Paşayevadır.
10-10-2025, 16:29
Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu


Azərbaycan Kubokunda I təsnifat mərhələsinə yekun vuruldu

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsi başa çatıb.
İkinci oyun günündə iki görüş təşkil olunub.
“Göygöl” evdə “Şəmkir”i 1:0 hesabı ilə məğlub edib. “Quba” isə doğma meydanda “Xankəndi”yə uduzub – 1:2.
Bununla II təsnifat mərhələsinin cütlükləri bəlli olub.

"Səbail" - "Şamaxı"

"Göygöl" - "Baku Sportinq"

"Karvan-Yevlax" - "Səki Siti"

"Qaradağ Lökbatan" - "İmişli"

"Qəbələ" - "Mingəçevir"

"Cəbrayıl" - "Şəfa"

"Zaqatala" – "Sumqayıt"

"Neftçi" - MOİK

"Xankəndi" - "Difai"

"Dinamo" - "Turan-Tovuz"

"Ağstafa Gəncləri" – "Kəpəz"

"Şimal" - "Şahdağ-Qusar"
10-10-2025, 16:19
Abşeronda qətl - 60 yaşlı kişi öldürüldü


Abşeronda qətl - 60 yaşlı kişi öldürüldü

Abşeronda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.
Rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 9-da Abşeron rayonu ərazisində 1965-ci il təvəllüdlü Maşallah Cəfərovun öldürülməsi barədə məlumat daxil olub. Araşdırma zamanı 1968-ci il təvəllüdlü Eldar Məmmədovun bıçaqla xəsarət yetirərək Maşallah Cəfərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Eldar Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam edir.
10-10-2025, 16:15
MDB-nin növbəti sammiti bu ölkədə olacaq


MDB-nin növbəti sammiti bu ölkədə olacaq

Müstəqil Dövlətlər Birliyinin növbəti sammiti 2026-cı il oktyabrın 9-da Türkmənistanda keçiriləcək.
Bu barədə MDB-nin baş katibi Sergey Lebedev sammitin genişləndirilmiş iclasında açıqlayıb.
Bu qərar əsas təşkilati məsələlərin müzakirə olunduğu iclasın qapalı hissəsində qəbul edilib: "Nümayəndə heyətlərinin başçıları qərara gəliblər ki, Türkmənistan 2026-cı ildə Birliyə sədrlik edəcək, həmsədrlik Tacikistan Respublikası və Özbəkistan Respublikasında olacaq", - Lebedev iclasda deyib.
Qeyd edək ki, Müstəqil Dövlətlər Birliyinin sammit Düşənbədə keçirilir.
10-10-2025, 16:07
Marketdə satıcıya qarşı soyğunçuluq edənlər saxlanıldı


Marketdə satıcıya qarşı soyğunçuluq edənlər saxlanıldı

Paytaxtın Nərimanov rayonunda soyğunçuluq hadisəsi və avtomobillərdən silsilə oğurluqlar edilib. İki nəfər rayon ərazisində yerləşən marketlərin birində kassada olan pul vəsaitini açıq talama yolu ilə ələ keçirib.
Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş - 35 yaşlı Şirməmməd Məmmədov və 21 yaşlı Rəcəb Qulamov saxlanılıblar. Araşdırmalarla Ş.Məmmədov və R.Qulamovun əlavə olaraq rayon ərazisində 3 avtomobilin şüşəsini qıraraq nəqliyyat vasitələrindən qiymətli əşyalar oğurladıqları da məlum olub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

10-10-2025, 16:02
Bakıda 32 yaşlı qadın itkin düşdü - FOTO


Bakıda 32 yaşlı qadın itkin düşdü - FOTO

Xəzər rayon sakini 32 yaşlı Aygün Həsənova yaşadığı ünvandan çıxıb naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
"A.Həsənovanın əlamətləri: boyu 160 sm, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində qara rəngli şalvar və qara rəngli jaket olub. Onun ruhi-əsəb xəstəliklərindən əziyyət çəkdiyi bildirilir.
Şəkildəki şəxsi görənlərdən və haqqında məlumatı olanlardan DİN-in "102” Xidməti Zəng Mərkəzi və sosial şəbəkələrdəki rəsmi səhifələrinə, həmçinin Xəzər Rayon Polis İdarəsinin (012) 590-22-39, (012) 453-02-02 şəhər nömrələri və (050) 222-82-80, (070) 529-26-23 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd olunub.

10-10-2025, 15:56
Cinayət Məcəlləsinə dəyişikliklər edilir


Cinayət Məcəlləsinə dəyişikliklər edilir

Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma ilə bağlı sanksiyalar sərtləşdirilir.
Məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, cinayət yolu ilə əldə edildiyini bilə-bilə əmlakın həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların yerdəyişməsinin, belə əmlaka olan hüquqların və ya onların kimə məxsus olmasımn ört-basdır edilməsi və ya gizlədilməsi 4 min manatdan 8 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Təklif edilən dəyişikliyə əsasən, bu cinayət cinayətin predmetinin dəyərinin 50 faizindən 70 faizinədək miqdarında cərimə və ya 5 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.
Qanun layihəsi səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
10-10-2025, 15:53
Əminə Yusifqızı “Qurd qapısı" qəbiristanlığında dəfn olundu


Əminə Yusifqızı “Qurd qapısı" qəbiristanlığında dəfn olundu

Oktyabrın 10-da Xalq artisti Əminə Yusifqızı Bakının Yasamal rayonunda, “Qurd qapısı" qəbiristanlığında dəfn olunub.
Dəfn mərasimində Xalq artistinin ailə üzvləri, sənət dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
10-10-2025, 15:50
Prezident rəsmi qəbulda iştirak etdi - FOTO


Prezident rəsmi qəbulda iştirak etdi - FOTO

Bu gün Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmonun adından MDB dövlət başçılarının şərəfinə rəsmi qəbul təşkil olunub.
Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.




10-10-2025, 15:47
“YARADANIN SEVGİSİ İLƏ   HAQQ VƏ HƏQİQƏT AXTARIŞINDA


“YARADANIN SEVGİSİ İLƏ

HAQQ VƏ HƏQİQƏT

AXTARIŞINDA
-FOTOLAR

İnsan ruhunun təzahürü ədəbiyyatda öz əksini tapır. Şeir, qəzəl isə qəlbin gizli səsidir. Tarix boyu Azərbaycan torpağında Nizami, Füzuli, Nəsimi kimi xalqına, vətəninə, dininə bağlı şəxsiyyətlər yaşayıb yaratmışdır. Bütün bu xüsusiyyətlər onların qəzəllərində təcəssüm olunur. Milli kimlik, Allah sevgisi, haqq, doğruluq axtarışı böyük Azərbaycan şairi, mütəfəkkir İmadəddin Nəsimi yaradıcılığının ana xəttidir. Orta dövr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi olan İ.Nəsimi anadilli fəlsəfi qəzəlin əsasını qoymuşdur. Dini və dünyəvi elmlərə dərindən yiyələndiyi üçün qəzəl, qəsidə, rübai, tuyuq, müstəzad janrlarında yazdığı şeirləri ilə dövrünün şairlərindən seçilirdi. Dininə sevgi ilə bağlanan Nəsimi “Seyyid” və “Hüseyni” təxəllüsləri ilə də şeirlər yazırdı. Əvvəl sufi idi. Bir müddət sonra hürufilik onu cəlb etdi. Çünki hürufilik ideyaları düşüncələrinə daha çox yaxın idi. Həyata baxışı, dünyagörüşü ilə fərqlənirdi. Nəsimi insanlara humanist yanaşmanın tərəfdarı idi. Allahın insanda təcəssüm olunduğunu düşünürdü. Müəyyən cahil kütlə Nəsiminin ideologiyasını birmənalı qarşılamır, ona düşmən kimi yanaşırdılar. Çünki şeirlərində fəlsəfi düşüncə əsas idi. Bu səbəbdən çoxları anlaya bilmirdi. Buna baxmayaraq, Nəsiminin fikirlərini alqışlayanlar da az deyildi. Yaradanın sevgisi ilə haqq və həqiqət axtarışında olan Nəsimi həbs olunaraq 1417-ci ildə edam olundu. Allahına aşiq şair heç vaxt düşmənlərə baş əymədi.

Nəsiminin qələmə aldığı mövzular, ideyalar çağdaş dövrümüzdə də aktualdır. 2018-ci ildə Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə İ.Nəsimi yaradıcılığına həsr olunmuş şeir, sənət və mənəviyyat festivalı təşkil olundu. Festivalda “Söz” ədəbi layihəsinin elan etdiyi şeir müsabiqəsində mən də iştirak etdim. Nəsimi poeziyasını uşaq dünyagörüşü çərçivəsində təqdim etdiyimə görə diplomla təltif olundum.

Yeddi il sonra Nəsimiyə olan eyni sevgi ilə yenidən Nəsimi festivalında oldum. Nəsimi-şeir, mənəviyyat və incəsənət festivalının ilk günündə Hüseyn Cavidin “İblis” əsərinin yeni quruluşda təqdimatı oldu. Əsər simfonik orkestr musiqiçilərinin və Azərbaycan Dövlət Pantomim Teatrının iştirakı ilə səhnələşdirildi. Tamaşa müddətində aktyorlarla bərabər, orkestr musiqiçiləri də iştirakçıya çevrildilər. Yeni təqdimatın əsas özəlliyi də məhz bu idi. Hüseyn Cavidin oxucuya çatdırmaq istədiyi fikir və ideyaları aktyorlar böyük məharətlə tamaşaçılara təqdim etdilər. Tamaşanın baş rejissoru Xalq Artisti Bəxtiyar Xanızadə idi. Baş rolun ifaçısı və dirijor isə Mustafa Mehmandarov idi.

Festivalın 3-cü günündə şair Nigar Həsənzadənin rəhbərliyi ilə “Söz” sənət mərkəzinin təqdimatında “SAVALAN” qrupunun ifası ilə Nəsimi irsinə həsr olunmuş spiritual-irfani musiqili ədəbi-bədii gecə keçirildi. Açıq səma altında Nəsiminin qəzəllərini dinləmək o qədər qəlb oxşayırdı ki, tədbirin yekunlaşmasını istəmirdim. Özümü sanki Nəsiminin yaşadığı illərdə hiss edirdim. Rəqs və musiqinin vəhdəti insanın ruhunu dincəldirdi. Çünki Nəsimi yaradıcılığı düşündürür, həyatı dərk etməyə sövq edir. Ən əsası da insanı Allaha yaxınlaşdırır.

İ.Nəsimi həm dövrünün, həm də bu günümüzün əbədi əyilməz dağ simvoludur. Onun poeziyası bu gün də aktualdır, illər, əsrlər keçsə də yaşayacaq, unudulmayacaq.





Aysel MÜBARİZQIZI,

BDU Jurnalistika fakultəsinin magistrantı
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Tanınmış telejurnalist vəfat edib


Tanınmış telejurnalist vəfat edib

Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib.
Bu barədə onun dostları məlumat yayıblar.
O, ağır xəstəlikdən əziyyət çəkirmiş.
Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 1997-2006-cı illərdə musiqi verlişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb.
2006-ci ildə “Space” telekanalında bir neçə verlişin rejissoru işləyib. 2009-cu ildən TRT telekanalının əməkdaşıdır. TRT Avaz-da yayımlanan “Qafqazlara əsən yellər” proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır.
Allah rəhmət etsin!
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!