TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
17-11-2025, 19:50
Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT


Ramiz Mehdiyevin gəlininin yerinə TƏYİNAT

Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikasında yeni kadr təyinatı olub.
Klinikanın müalicə işləri üzrə direktor müavini vəzifəsinə tibb üzrə fəlsəfə doktoru Tamara Sayad qızı Quliyeva təyin edilib.
O, bu təyinata qədər Onkologiya Klinikasının Poliklinika və diaqnostika şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, bundan əvvəl həmin vəzifəni Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva tuturdu. O, qayınatası dövlətə xəyanət və digər cinayətlərdə ittiham olunduqdan sonra vəzifəsindən azad olunub.
17-11-2025, 19:31
Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama


Onlar məhkəmə qərarı ilə evlərindən çıxarılır - Nazirlikdən açıqlama

Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyinin balansında olan xidməti yaşayış sahələrindən əməkdaşların guya qanunsuz çıxarılması ilə bağlı görüntülər yayılıb.
Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin balansında olan Bakı şəhəri, Suraxanı rayonu, Səttar Bəhlulzadə küçəsi, 107 ünvanında yerləşən xidməti yaşayış sahələrindən “Azərbaycan Respublikası Mənzil Məcəlləsi”nin 102-ci maddəsinin tələblərinə uyğun olaraq əmək fəaliyyətinə xitam verilmiş şəxslərin çıxarılmaları ilə bağlı tərəfimizdən Suraxanı Rayon Məhkəməsinə müraciət edilib, həmin şəxslərin Nazirliyə məxsus həmin xidməti mənzillərdən çıxarılmaları və mənzilləri Fövqəladə Hallar Nazirliyinə təhvil vermələri barədə məhkəmə qətnamələr qəbul edib və məhkəmə qətnamələri qanuni qüvvəyə minib.
Qeyd edilib ki, qanuni qüvvəyə minmiş 7 məhkəmə qətnaməsi Suraxanı Rayon Məhkəməsi tərəfindən icra edilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Suraxanı Rayon İcra Şöbəsinə göndərilib və həmin şöbə tərəfindən məcburi icra hərəkətləri həyata keçirilərək, mənzillərin Nazirliyə təhvil verilməsi istiqamətində işlər davam etdirilir.
16-11-2025, 22:55
ABŞ vitse-prezidenti qəzaya düşdü


ABŞ vitse-prezidenti qəzaya düşdü

ABŞ vitse-prezidenti Cey Di Vensin korteji noyabrın 14-də qəzaya düşüb.
Qəza nəticəsində bir polis əməkdaşı ağır xəsarət alıb.
İnsident Tennessi ştatının Merivil şəhərində qeydə alınıb. Həmin gün Vensin müşayiəti zamanı kortejə daxil olan və polisə məxsus "SUV" tipli avtomobil qəzaya düşüb.
Qəza zamanı polis əməkdaşı Castin Braun ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin kritik olduğu və əməliyyat olunduğu bildirilir.
16-11-2025, 22:32
Rusiyaya hücum etməyəcəyik - Orban


Rusiyaya hücum etməyəcəyik - Orban

Rusiya Avropa İttifaqına üzv ölkələrin ərazisinə hücum etməyi planlaşdırmır.
Bunu Macarıstanın Baş naziri Viktor Orban "Axel Springer" media qrupunun baş direktoru Matias Döpfnerin podkastına müsahibəsində deyib.
“ Rusiyanın Aİ-yə və ya NATO-ya hücum edəcəyi ilə bağlı iddialar mənə gülünc görünür”, — Orban bildirib.rib.
16-11-2025, 21:50
Prezidentin Özbəkistan səfərindən GÖRÜNTÜLƏR


Prezidentin Özbəkistan səfərindən GÖRÜNTÜLƏR

Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Özbəkistan səfərindən paylaşım edib.
Butov.az paylaşımı təqdim edir:

16-11-2025, 21:34
Fransa Azərbaycanla oyunda önə keçdi - YENİLƏNİR


Fransa Azərbaycanla oyunda önə keçdi - YENİLƏNİR

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında hesab bərabərləşib.
Fransa millisinin heyətində 17-ci dəqiqədə Mateta fərqlənib.

***

21:22

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında qonaqlar hesabda irəli çıxıblar.
Fransa millisinin heyətində ikinci qolu 30-cu dəqiqədə Akliuş vurub.

***

21:11

2026-cı il futbol üzrə dünya çempionatının seçmə mərhələsinin altıncı turu çərçivəsində keçirilən Azərbaycan - Fransa matçında hesab açılıb.
Millimiz oyunun ilk dəqiqələrində hesabı açıb.
İlk qolu 4-cü dəqiqədə Renat Dadaşov vurub.

***

21:03

DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin VI turu çərçivəsində keçirilən Azərbaycan - Fransa oyunu başlayıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:00-da start götürüb.
Matçı latviyalı FIFA referisi Andris Treymanis idarə edir.
16-11-2025, 21:17
Ağcabədidə ağır qəza - Ölən var


Ağcabədidə ağır qəza - Ölən var

Ağcabədi şəhərinin Səməd Vurğun küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
“Opel” markalı minik avtomobili “VAZ-2106” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Qəza nəticəsində “VAZ-2106”nın sürücüsü hadisə yerində ölüb. Bir nəfər isə xəsarət alaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
16-11-2025, 20:50
Ermənistan darmadağın edildi


Ermənistan darmadağın edildi

DÇ-2026-nın Avropa seçmə mərhələsində növbəti oyunlar keçirilir.
F qrupunda Portuqaliya yığması doğma meydanda Ermənistanı qəbul edib.
Qarşılaşma portuqalların 9:1 hesablı qələbəsi ilə başa çatıb.
Bununla da Portuqaliya millisi DÇ-yə birbaşa vəsiqəni təmin edib. Qeyd edək ki, Fransa, İngiltərə və Xorvatiya da DÇ-yə vəsiqə qazanıb.
16-11-2025, 19:23
Sumqayıtda avtomobil dərəyə aşdı


Sumqayıtda avtomobil dərəyə aşdı

Sumqayıtda avtomobil dərəyə aşıb.
Hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsində qeydə alınıb.
İlkin məlumatlara görə, avtomobilin sürücüsü yüksək sürət səbəbindən idarəetməni itirib və minik maşını yolun kənarına yuvarlanıb
Faktla bağlı araşdırma aparılır.
16-11-2025, 18:49
Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı


Prezident Xəzərin dibi ilə çəkiləcək elektrik kabelindən danışdı

“Rəqəmsal rabitə sahəsində əməkdaşlığımız böyük potensiala malikdir”.
Bu fikirləri Prezident İlham Əliyev Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşünün iclasında çıxışı zamanı səsləndirib:
“Rəqəmsal İpək Yolu” layihəsinə Xəzər dənizinin dibi ilə fiber-optik kabel şəbəkəsinin çəkilməsi planları daxildir.
Xəzər dənizinin dibi ilə elektrik kabelinin çəkilməsi layihəsi qlobal bazarlara elektrik enerjisinin birgə ixracı üçün böyük perspektivlər açır.
Sonda Azərbaycanın Mərkəzi Asiya ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə hörmətli həmkarlarıma təşəkkür etmək istəyirəm. Bu qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcəkdir”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!