Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
24-10-2021, 20:43
ŞƏHİD VARSA, VƏTƏN VAR!!!


Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən Müharibəsində qəhrəmancasına döyüşərək düşmənə qan udduran Mürsəl balamızın Şəhidlik zirvəsinə yüksəlməsindən bir il kecir. Onun xatirəsini, vaxtsız dünyasını dəyişmiş tələbə yoldaşımız, şair Süleyman İsmayıloğlunun “Şəhid varsa, Vətən var” şeiri ilə bir daha yad edir, bütün şəhidlərə Allahdan rəhmət, qəhrəmanlıqla həlak olan Mürsəl balamızın anası, tələbə yoldaşımız Lalə xanıma, onun timsalında bütün şəhid analarına səbr diləyir, qarşılarında baş əyirik.
Lalə xanımın qrup yoldaşları adından Elman Rüstəmov


ŞƏHİD VARSA, VƏTƏN VAR!!!

ƏZİZİMİZ, ŞƏHİDİMİZ MÜRSƏLƏ

Nə qədər ki, bu bayraq
Göylərdə dalğalanar,
Nə qədər ki, səmada
Ulduz yanar, Ay yanar,
Nə qədər ki, bu Vətən
Himnimizlə oyanar,
Siz qürurla dayanın,
Başı uca analar -
Şəhid varsa, Vətən var!!!


Bu torpaq Allah payı
Qorumasaq ar olar!
Qandan məlhəm vurmasan,
Sağalarmı yaralar?
Bu gün sabaha qalsa
Əsrlərcə dərd olar.
Oğullar meydan sular,
Oğullar zəfər çalar -
Şəhid varsa –Vətən var!!!

Dağ mənim, sazaq mənim,
Ey başı qarlı dağlar.
Aç qala qapısını,
Şanlı qonaqların var.
Qovuldu, rəzil oldu
Tamah salan yağılar.
Budur sinə gəribdi,
Dağa dirək oğullar -
Şəhid varsa –Vətən var!!!


Yaşayar tarıx boyu,
Bu tarixi yazanlar!
Yazmasa qəhr olarıq -
Nə yaxşı ki, yazan var!
Başının üstə quran,
Dodağında azan var!
Bu müzəffər tarixə
Qanla möhür vuranlar-
Şəhid varsa –Vətən var!!!


Süleyman İsmayıloğlu

15.12.2020 Bakı şəhəri
24-10-2021, 17:33
Universitetdə partlayış olub

Çinin Nankin Aerokosmik Universitetinin laboratoriyasında partlayış baş verib.
Bu barədə "Sina" informasiya mənbəyi məlumat yayıb.
Partlayış nəticəsində 2 nəfər ölüb, daha 9 insan yaralanıb.
Mütəxəssislər hadisənin səbəblərini araşdırır. Digər təfərrüatlar hələlik verilməyib.
24-10-2021, 17:23
Kolumbdan əvvəl Amerikaya onlar gəliblər

Vikinqlər Şimali Amerikaya 1000 il əvvəl – Xristofor Kolumbdan yüzlərlə il öncə gəliblər.
Bu barədə ABŞ-ın CBS telekanalında yayımlanan araşdırmada bildirilib.
Tədqiqatçılar Kanadanın Nyufaundlend şəhərindəki tarixi yaşayış məkanında kəsilmiş üç müxtəlif ağacdan üç nümunəni təhlil edərək bu tayfaların bölgəyə gəlişinin tarixini müəyyən edə biliblər.
Tədqiqatçılar vikinqlərin gəlişinin vaxtını müəyyən etmək üçün ağacın radiokarbon tarixindən istifadə ediblər. Araşdırmaçıları maraqlandıran amil 992-ci ilində baş vermiş günəş qasırğasıdır. Günəşin yaydığı nəhəng enerji emissiyaları atmosferə əlavə karbon buraxır və bununla da canlı orqanizmlərdə karbonun həcmini artırır.
Vikinqlərin kəsdikləri odunların içindəki halqalar hələ də qalıb. Kəsilmiş odunlardan biri günəş qasırğasına məruz qalıb və bundan sonra əmələ gələn 29 böyümə halqasına malik olub. Bu da həmin odunun qasırğadan 29 il sonra - 1021 -ci ildə kəsildiyi deməkdir.
Tədqiqatçıların fikrincə, odunlar metal alətlərlə kəsilib ki, o vaxtlar bölgədəki yerli icmalarda belə alətlər olmayıb.
Eyni zamanda, bölgədə o dövrə aid qədim tikililər Skandinaviya, Qrenlandiya və İslandiyada olduğu üslubda tikilib. Məkanda tapılan digər artefaktlar göstərir ki, vikinqlər dəmir və ağacdan əşyalar hazırlayıblar.

24-10-2021, 16:53
Hərbi hissədə təlim toplanışı keçiriləcək

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.
Müdafiə Nazirliyindən Ordum.az-a verilən məlumata görə, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.
Təlim toplanışı noyabrın 6-dək davam edəcək.
Butov.az
24-10-2021, 11:27
İranın Azərbaycan əleyhinə təbliğat maşını – VİDEO

Aylarla davam edən gərginlikdən sonra İran hökuməti nəhayət bu ölkənin yük maşınlarının Laçın dəhlizi vasitəsilə Azərbaycanın Qarabağ regionuna qeyri-qanuni səfər etməsini faktiki qadağan edən qərar verdi.

Bununla bağlı “Azad İran” “YouTube” kanalı videosüjet hazırlayıb.

Bildirilib ki, İran hökumətinin bu qərarından sonra Azərbaycan tərəfi də yol vərəqələrində Xankəndinin Ermənistan şəhəri kimi qeyd olunduğu və Qarabağa qanunsuz səfər etdiyi üçün saxlanılmış iki sürücünü sərbəst buraxdı.

Lakin bir çoxlarının düşündüyünün əksinə olaraq bununla İranla Azərbaycan arasındakı problemlər bitmədi.

Daha ətraflı süjetdə:



Bütöv.az
24-10-2021, 09:41
UCALIQDA QƏRARLAŞAN NAZİM KİRXLAROV


2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda erməni faşistlərinə qarşı ölüm-dirim savaşı başlandı. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusunun hərbi qulluqçuları sözün əsl mənasında tarix yazdılar. Azərbaycanın 30 il həsrətində qaldığı tarixi əraziləri - Füzuli, Cəbrayıl, Qubadlı, Ağdam, Kəlbəcər, Laçın, Hadrut, Xocavənd, Suqovuşan, Şuşa igid və qəhrəman oğullarımızın hesabına erməni işğalından azad olundu. Vətən müharibəsində böyük qəhrəmanlıq və şücaət göstərərək tarixi torpaqlarımızı erməni faşistlərindən azad edən igid oğullaran biri də Nazim Kirxlarovdur. Vətən müharibəsində minamyotçu olan Nazim Kirxlarov gənc nəslə nümunə olacaq şərəfli ömür yolu keçib. Nazim Nadir oğlu Kirxlarov 1993-cü il dekabrın 20-də Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. 1999-cu ildə Əmircan qəsəbəsindəki 114 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. Bu təhsil ocağında iki il oxuduqdan sonra 226 nömrəli tam orta məktəbdə təhsilini davam etdirib. 2008-ci ildə həmin məktəbin IX sinfini bitirib.
2008-ci ildə Nazim Kirxlarov 1 nömrəli peşə liseyinə daxil olaraq, kompyüter ixtisası üzrə təhsil alıb. 2011-ci ildə Nazim Kirxlarov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Suraxanı rayonu İdarəsi tərəfindən hərbi xidmətə çağırılır. 2011-2013-cü illərdə Şamaxı rayonunda yerləşən hərbi hissədə qulluq edir. Nazim Kirxlarov hərbi xidmətini başa vurduqdan sonra hərbiçi olmaq qərarına gəlir. 4 il Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında, Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Sülhməramlı Taborunda isə şəhid olduğu günə kimi şərəflə xidmət edir. 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda Vətən müharibəsində Nazim Kirxlarov erməni faşistlərinə qarşı döyüşür. Nazim Kirxlarov Cəbrayılın, Qubadlının, Laçının ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edib. Nazim Kirxlarov oktyabrın 21-də Qubadlı rayonundakı dağ yüksəkliyi ugrunda gedən döyüşlərdə şəhid olub. Oktyabrın 23-də Suraxanı rayonunun Əmircan qəsəbəsindəki qəbirstanlıqda dəfn olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş hərbi qulluqçu Nazim Kirxlarov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub. Oğul itkisi ağır olsa da anası Sultanxanım Kirxlarova hər zaman qəhrəman oğluyla qürur duyur. Ana deyir ki, “oğlum ən ağır döyüşlərdə ermənilərin qabağından geri çəkilməyib, mənfur düşməni məhv edib, hətta güllələr başına tərəf tökülsə belə namaz qılıb”.
Cəsur döyüşçü Nazim Kirxlarov ölümündən bir gün qabaq komandiri ilə birgə Laçının azad edilməsi uğrunda döyüşə atılır. Həmin döyüşdə komandir şəhadətə ucalandan sonra o, komandirinin qisasını almağa and içir. Bir gün sonra Nazim Kirxlarov əsl kişi kimi döyüşərək erməni faşistlərindən komandirinin qisasını alır. Ancaq qəflətən düşmənin atdığı minomyot qəlpəsi Nazim Kirxlarovu şəhidlik zirvəsinə ucaldır. Minomyotdan qopan digər qəlpə isə onun döyüşçü yoldaşı Mirkənanı ağır yaralayır. Sultanxanım ananın dilindən düşməyən sakit, dözümlü, əxlaqlı, qeyrətli, vətənpərvər övlad olan Nazim Kirxlarovla bütün Azərbaycan fəxr edir. Şəhid atası Nadir müəllimə, şəhid anası Sultanxanım anaya təşəkkür edirik ki, onlar Vətən üşün qəhrəman oğul böyüdüblər. Bu günlərdə 44 günlük Vətən müharibəsi şəhidi Nazim Kirxlarovun anım günündə adının əbədiləşdirilməsi üçün Suraxanı rayonunun Əmircan qəsəbəsində bulaq-abidə kompleksi istifadəyə verilib. Qədirbilən xalqımız tərəfindən yaradılan bulaq-abidə kompleksi bir daha şəhid Nazim Kirxlarovun ruhuna böyük ehtiramdır ki, yüz illər ötsə belə onun xatirəsi unudulmayacaq.

Təranə Cəbiyeva

24-10-2021, 09:25
ŞƏHADƏTƏ UCALAN SƏBUHİ ORUCOV


2020-ci il oktyabrın 26-da tarixi torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda başlanan savaşda Səbuhi Orucov şəhadətə yüksəldi. 44 günlük Vətən müharibəsində iştirak edən, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamları ilə Səbuhi Orucov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
Oktyabrın 22-də hərbi qulluqçu Səbuhi Orucovun xatirəsi əbədiləşdirilərək yaşadığı evin yaxınlığında bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib. Açılış mərasimi Azərbaycan Dövlət Himni ilə başladı. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Məclisin deputatı Afət Həsənova, rayon hüquq-mühafizə orqanlarının və RİH-nin məsul şəxsləri, şəhidin ailə üzvləri, qazilər, döyüş yoldaşları, qəsəbə sakinləri, şəhid anaları, məktəblilər iştirak edib.
Tədbirdə şəhid Səbuhi Orucovun Vətən müharibəsindəki qəhrəmanlıq və şücaətindən, onun Vətənə, torpağa bağlılığından, igid, qorxmaz olmasından, eyni zamanda şəhidlərin xatirəsinin hər zaman əziz tutulduğu diqqətə çatdırıldı. Anım mərasimində bədii qiraət ifaçısı Ağalar Bayram, məktəblilər çıxış edərək, şəhidlərə, Vətənə və Azərbaycana həsr olunan şeirlər söylədilər. Sonda mərasim iştirakçıları bulaq-abidə kompleksinni önünə gül dəstələri qoydular.



Təranə Cəbiyeva
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!