AZAL-da yeni təyinat .....                        Mehriban Əliyevadan Zəngilan paylaşımı - FOTO .....                        Məleykə Abbaszadədən abituriyentlərə çağırış .....                        Arif Hacılıya Müsavatda yeni vəzifə verildi .....                        Ərdoğandan su müharibələri ilə bağlı xəbərdarlıq .....                        Zəngilanda yeni inşa olunan məscidin açılışı - FOTO .....                        Böyük Mərcanlıda 542 nəfər üçün ev tikilir .....                        Şair İnqilab İsaq vəfat etdi .....                        Karxuluda 940 ev tikiləcək .....                       
5-10-2021, 15:45
Ərdoğan: Qərbin hegomoniyası bitdi, dünyada sözünü deyən Türkiyə var

“Dünya dəyişir. BMT də dəyişməlidir. “Qərb üstündür” anlayışının sonuna gəldik”.

Butov.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Kriter” nəşrinə belə açıqlama verib. O bildirib ki, əsrlər boyu davam edən qərb hegomoniyası artıq bitib. Ərdoğanın sözlərinə görə, dünyada yeni beynəlxalq sistem formalaşıb. ABŞ-ın səbəb olduğu problemlərə diqqət çəkən Ərdoğan, “soyuq müharibədən” sonra Vaşinqtonun uğursuz siyasət xətti seçdiyini ifadə edib.
“Türkiyənin gücü gündən-günə artır və beynəlxalq siyasətdə rolu genişlənir. Başqa orta səviyyəli ölkələr də inkişaf edir. Yəni sadəcə böyük güclərin sözünün keçdiyi dünyada yaşamırıq artıq”.
5-10-2021, 15:25
Futbolçu hakimi döydü - VİDEO

Braziliyanın "SK San-Paulu" klubunun futbolçusu Uilyam Ribeyro hakim Rodriqo Krivellaronu döyüb.

Butov.az xəbər verir ki, 30 yaşlı oyunçu "Quarani" ilə olan görüşün 61-ci dəqiqəsində hakimə yumruqla vurub, sonra isə boynuna təpiklə zərbə endirib. Huşunu itirən hakim xəstəxanaya aparılıb və görüş dayandırlıb.

Bu səbədən polis futbolçunu həbs edib. O, cərimə ödəməli olacaq.

5-10-2021, 15:17
“Taliban” İŞİD-in hücrəsini məhv edib

Əfqanıstanın “Taliban” təşkilatı İŞİD terror qruplaşmasının bir hücrəsini məhv edib.

Bu barədə “Taliban” hökumətinin məlumat və mədəniyyət nazirinin müavini Zabihullah Mücahid “Twitter” hesabında bildirib:

“Dünən gecə Kabilin 17-ci məhəlləsində İslam Əmirliyinin mücahidlərindən ibarət xüsusi bir qrup İŞİD yaraqlılarının yuvasına qarşı əməliyyat keçirdi”.

Onun sözlərinə görə, “bu qətiyyətli və uğurlu əməliyyat” nəticəsində İŞİD təşkilatının mərkəzi tamamilə dağıdılıb və orada olan bütün hərəkat üzvləri məhv edilib.

Qeyd edək ki, dünən Kabildə İŞİD terrorçuları tərəfindən İdgah məscidinin yaxınlığında həyata keçirilən partlayış nəticəsində 12 nəfər ölüb, azı 32 nəfər yaralanıb.

Butov.az
5-10-2021, 15:13
DƏHŞƏTLİ HADİSƏ: İnternet kəsildi - VİDEO

Dünya miqyasında baş verən internet problemi Çində az qalan böyük faciəyə səbəb olacaqdı.

Butov.az CNN-ə istinadən xəbər verir ki, internet kəsildiyinə görə, insanların sıx olduğu ərazidə müxtəlif tapşırıqları icra edən yüzlərlə dronla əlaqə dayanıb. Nəticədə onlar idarəetmədən çıxaraq insanların üzərinə düşüb.
Xoşbəxtlikdən fəsad qeydə alınmayıb. Lakin dronlara zərər dəyib.

[media=https://www.youtube.com/watch?v=S15OsuW4eGE]
5-10-2021, 15:09
Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirildi - FOTO

Oktyabrın 5-də Gürcüstanın Kaxeti bölgəsində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli formatda görüş keçirilib.

Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə müdafiə nazirləri regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələlərini müzakirə ediblər.

Qarşılıqlı etimada əsaslanan bu strateji tərəfdaşlıq platformasının bölgədə sülhün və sabitliyin, davamlı inkişafın, eləcə də xalqlarımızın rifahının təmin olunması baxımından mühüm rol oynadığı xüsusi vurğulanıb.

Tərəflər, həmçinin üçtərəfli hərbi əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

Sonda danışıqların yekununa dair protokol imzalanıb.



Butov.az
5-10-2021, 14:53
Dövlət başçısı: “Elə bir yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək”

“Bu gün artıq yeni reallıqlar yaranıb və bəziləri bu reallıqları həzm edə bilmirlər. Azərbaycana qarşı yenə də təxribat və uydurma kampaniyasının yeni dalğası başlayıb. Bu, davam edəcək, biz buna hazır olmalı idik və hazır idik”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

Artıq bərpa işlərinə start verdiyini qeyd edən dövlətimizin başçısı deyib: “Əminəm ki, təqribən 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək. Bunu biz, ilk növbədə, insanlar üçün edirik. Əziyyət çəkmiş, çadırda, vaqonun altında, yataqxanada, uşaq bağçasında dözülməz şəraitdə yaşamış o insanlar ən yaxşı şəraitdə yaşamalıdırlar və yaşayacaqlar. Bunu biz təmin edəcəyik”.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!