Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
5-10-2021, 11:53
İTV-nin Yayım Şurasına yeni üzvlərin namizədliyi irəli sürülüb

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlərinin namizədlikləri irəli sürülüb

APA-nın məlumatına görə, Milli Məclisin Mədəniyyət komitəsinin 2021-ci il 6 oktyabr tarixdə videokonfrans formatında keçiriləcək iclasının gündəliyinə “İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının üzvlüyünə namizədlikləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi” daxil edilib.

Butov.az
5-10-2021, 11:23
Təhsil naziri müəllimləri təbrik etdi - FOTO

Təhsil naziri Emin Əmrullayev 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimləri təbrik edib.

Təbrikdə deyilir:

“Əziz müəllimimiz,

Övladlarımızın təlim-tərbiyəsini etibar etdiyimiz Sizə təşəkkür edir, şərəfli peşənizdə uğurlar arzulayıram!

Beynəlxalq Müəllimlər Gününüz mübarək!”



Butov.az
5-10-2021, 11:19
İlham Əliyevin Araz çayından Tehrana mesajları: İranı ikinci ifşa dalğası gözləyir – TƏHLİL

Prezident İlham Əliyevin İrana yeni xəbərdarlıqlarında diqqət çəkən əsas məqamları qeyd etmək zəruridir.

Birincisi, İranda Azərbaycan əleyhinə kampaniya aparıldığı bir zamanda Prezident İlham Əliyev dövlət başçısı kimi birbaşa İranla sərhəddən, Cəbrayıldan mesaj verdi.

İkincisi, İlham Əliyev siyasi simvolik məna tutumuna malik Araz çayı sahilindən İrana səsləndi və Tehranın İsraillə bağlı məqamlarda Bakıya qarşı əssassız iddialarından əl çəkməsini vurğuladı.

Üçüncüsü, İlham Əliyev Araz çayı sahilindən arxa fonda “Qarabağ Azərbaycandır” yazısı olan ərazidən İsrail istehsalı olan “Harop”la foto çəkdirdi, bununla İranın hədələyici təlimlərinə cavab olaraq Azərbaycanın ordusunda müasir silahların olduğuna diqqət çəkdi.

İlham Əliyevin seçdiyi zamanlamanın da gedişatı ilə bağlı detallara toxunmaq vacibdir.

Prezident İlham Əliyev bundan əvvəl “Anadolu” agentliyinə müsahibəsində dünya azərbaycanlılarının İranın təlimləri niyə indi keçirməsi ilə bağlı suallar verdiyini deməsi İranda müzakirələr yaratmışdı.

Prezidentin “dünya azərbaycanlıları” ifadəsi İranda narahatlıqla izlənilir. İlham Əliyevin müsahibədə İranın əməllərini tutarlı dəlillərlə ifşa etdi, bunu, qarşı tərəfin konstruktiv mövqeyə köklənməsi üçün çağırış kimi də dəyərləndirə bilərik.

Lakin İranın mövqeyində təhdid qarışıq ikili çalarlar getdikcə çoxalır, gah dostluq əlaqələrindən bəhs edilir, gah da ali dini rəhbərin və generalların dilindən birbaşa və ya dolayı yollarla aşkar hədələr səslənir.

Azərbaycan Prezidenti İrana qarşı “ikinci cəbhə”nin açılmasının zərurətindən irəli gələrək Cəbrayıla səfərində İran mövzusunu yenidən bəyanatlarının mərkəzinə gətirdi.

Bununla belə Prezident bir daha postmüharibə dövrünün reallıqları çərçivəsində yeni əməkdaşlıq platformasında təmsil olunmağın vacibliyini dilə gətirdi.

Bu o deməkdir ki:

1. Baş verənlərə rəğmən, yeni platforma region dövlətlərinə yeni fürsətlərin təqdim edilməsi baxımından önəmlidir,

2. Kimin istəyindən və ya maraqlarından asılı olmayaraq, yeni geosiyasi reallığın çərçivəsində layihələr həyata keçiriləcək,

3. Platformada iştirak etməyən region dövlətləri özləri uduzacaqlar.

İranın kompleksləri ona görə qabarır ki, onu ikinci ifşa dalğası gözləyir. Prezident İlham Əliyev Cəbrayılda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündəki işlətdiyi bir cümlə arqumentlərimizi möhkəmləndirən tezis hesab oluna bilər.

İlham Əliyevin “Biz 130 kilometr Azərbaycan-İran sərhədini işğalçılardan təmizlədik. Bu 130 kilometr Ermənistanın işğalı altında idi. O vaxt burada hansı proseslər gedirdi, onu gərək araşdırsınlar. Biz indi bunu araşdırırıq” deməsi işğal müddətində İranla Ermənistanın Qarabağ üzərindən gizli və illeqal ticari maraqları həyata keçirdiyinə dair Azərbaycanda mötəbər məlumatlar olduğuna işarədir.

İlham Əliyevin Azərbaycanın xarici siyasətini özünün müəyyənləşdirdiyini bildirməsi Tehrana “daxili işlərimə qarışma” mövzusunda yeni bir xatırlatmadır.

Bununla belə, bu əlaqələrin Azərbaycanı hansısa qüvvənin idarə etməsinə gətirib çıxarmadığını da elan edib.

İlham Əliyevin Cəbrayıla səfəri zamanı İrana digər rəmzi mesaj da verildi. Məsələn, dünən, yəni Cəbrayıl şəhərinin işğaldan azad olunduğu gün İlham Əliyevin “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının yaradılması haqqında fərmanı dərc olundu.

Bu səfərlərdən hansı nəticələrə gələ bilərik?

Tehran mövqeyinə redaktələr etməlidir, əks təqdirdə, Azərbaycan da özünün diplomatik və siyasi cavab hüququndan geniş şəkildə istifadə edəcək.

Butov.az
5-10-2021, 11:16
Azərbaycanın Xalq artisti vəfat edib

Gəncə Dövlət Dram Teatrının rejissoru, Xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Vaqif Şərifov vəfat edib.

Butov.az-ın məlumatına görə, Xalq artisti 78 yaşında vəfat edib.

Bir neçə gün əvvəl V.Şərifovun ürəyində problem yaranıb və o, Gəncə şəhər 3 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, Vaqif Şərifov 12 avqust 1943-cü ildə Gəncədə anadan olub. 1960-cı ildən teatrda əmək fəaliyyətinə başlayıb. 1967-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Rejissorluq fakültəsini bitirib. 1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə yenidən Gəncə Dövlət Dram Teatrında quruluşçu rejissor, 1984-cü ildən 1998-ci ilədək həmin teatrda direktor və bədii rəhbər vəzifəsində çalışıb.

Müxtəlif illərdə Nazim Hikmətin “Domokl qılıncı”, Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Anarın “Şəhərin yay günləri”, Elçinin “Qatil”, Süleyman Sani Axundovun “Eşq və intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə Məmmədlinin “Unutmaq istəyirəm”, Sahib İbrahimlinin “Sadığın toyu” və s. pyeslərə quruluşlar verərək, ümumilikdə 120-dən artıq tamaşaya səhnə həyatı bəxş edib.

Görkəmli sənətkar “Qanun dəllalı” (Mirzə Məhəmməd Axundzadə) tamaşasının quruluşuna görə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl dərviş” mükafatını qazanıb. 1992-ci ildə respublikanın Əməkdar incəsənət xadimi və 2014-cü ildə Xalq artisti fəxri adlarına layiq görülüb.
5-10-2021, 11:14
Elvin Rəhimovun Şamaxıda zəlzələdən sonra yaratdığı vəlvələdən Kəmaləddin Heydərovun xəbəri varmı?

2019-cu ilin fevralın 5-də Ağsu, İsmayıllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması işləri hələ də davam edir. İlkin açıqlamalarda episentri İsmayıllı və Ağsu rayonlarının ərazisində olan zəlzələ nəticəsində Ağsu, İsmayıllı və Şamaxı rayonlarında 748 yaşayış evinin qəzalı vəziyyətə düşdüyü, yüzlərlə yaşayış evinə, eləcə də sosial və infrastruktur obyektlərinə müxtəlif dərəcədə ziyan dəydiyi bildirilirdi. Sonradan bu siyahıya minlərlə bərpaya ehtiyac evlər də daxil edilmişdi.

Zəlzələdən dərhal sonra, nəticələrinin aradan qaldırılması məqsədi ilə Prezident İlham Əliyev sərəncamla Fövqəladə Hallar Nazirliyinə 7 fevral 2019-cu ildə iki milyon manat, 7 mart 2019-cu ildə isə beş milyon manat vəsait ayırdı. Bundan əlavə zəlzələnin baş verdiyi rayon İcra Hakimiyyətlərinə də bir neçə dəfə milyonlarla manat dövlət vəsaiti ayrdı. Bəs necə oldu ki, hələlik tam sayı bəlli olmayan qəzalı evlərin təmir bərpa işləri hələ də davam etdirilir. Yəni iki il yeddi ay ərzində bu işlər nə üçün başa çatdırılmadı?

Şamaxı rayonunun Saqiyan kənd sakini Natiq Sadıqov aktualinfo.org-a etdiyi müraciətində bildirir ki, 2020-ci ilin oktyabr- noyabr aylarında kənddə qəzalı vəziyyətdə olan bir evin təmir bərpa işlərində çalışıb. Üç nəfərlə evin beton- karkas işlərindən tutmuş hörgüsünü və suvaq işlərini də bir ay ərzzində gecə-gündüz çalışaraq təhvil verdiyini deyən şikayətçi bunun müqabilində üç nəfərə cəmi 350 manat əmək haqqı verildiyini bildirir. Natiq Sadıqov deyir ki, dövlət sifarişini yerinə yetirən “Mahal” MMC-nin rəhbərliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, gəlib başa çatdırdığınız tikintini ölçüb bizim əmək haqqımızı vermir, hər gün bir bəhanə ilə bizi süründürürlər.

Şikayətçi Natiq Sadıqovun dediklərindən də göründüyü kimi “MAHAL ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyəti ötən ildən Fövqəladə Hallar Nazirliyinin sifarişləri əsasında Şamaxı rayonunda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinə cəlb olunub, onlarla evlərin təmir, bərpasını həyata keçirib. Apardığımız araşdırmalar nəticəsində məlum oldu ki, bu işlərin görülməsi üçün heç bir tender keçirilməyib. Bunun üçün nə qədər vəsait ayrılıb heç bir məlumat əldə edə bilmədik. Onu öyrənə bildik ki, ötən il dövlət sifarişi həyata keçirmiş MMC bu il, iyul ayında yaranıb.

Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “MAHAL ŞİRKƏTLƏR QRUPU” Məhdud Məsuliyyətli Cəmiyyətinin 16.07.2021-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 100 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏSİMİ RAYONU, ƏNVƏR QASIMZADƏ, ev 72, m. 10, qanuni təmsilçisi kimi isə Rəhimov Elvin Adil oğlu qeyd olunub.

Qeyd edək ki, “MAHAL ŞİRKƏTLƏR QRUPU” -nun hüquqi ünvanında “MAHAL” Mənzil-Tikinti Kooperativi də 27.05.2016-cı ildə dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi isə Rəhimov İlqar Vəlyəddin oğludur.

Elvin Rəhimov kimdir? Aldığımız məlumatlara görə atası uzun illər Heydər Əliyev adına neft emalı zavodunda direktorun 1-ci müavini işləyib. Prezident İlham Əliyevin sərəncamı ilə 2011-ci ildə”Şöhrət” ordeni ilə təltif edilib. Neft sənayesi sahəsində səmərəli fəaliyyətinə görə 2014-cü 2019-cu illərdə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünü alıb. Əldə etdiyimiz məlumatlra görə Adil Rəhimov şəxsi əlaqələri və nüfuzu sayəsində tikinti sahəsində geniş biznes şəbəkəsi qurub ki, başında da oğlu Elvin Rəhimov dayanır.

Şikayətçi Natiq Sadıqovun əmək haqqının nə üçun verilmədiyi ilə bağlı “Mahal Şirkətlər Qrupu”nun qanuni təmsilçisi, Elvin Rəhimovla telefon danışığımız zamanı MMC rəhbəri onun heç kimə borcu olmadığını, hamının pulunu verdiyi bildirdi. Əlavə etdi ki, pulunu gedib subpodratçıdan alsın. Onun bizə subpodratçı kimi təqdim etdiyi Sahib adlı şəxs isə bizə bildirdi ki, “mən subpodratçı deyiləm, briqadirəm. Subpodratçı Elvin Rəhimovun əmisi oğlu Şükrandır, gətirib məni burada zibilə salıb.

Göründüyü kimi burada iki nəfərin sözü üst-üstə düşmür. Bəlli olan odur ki, Fövqəladə Hallar Nazirliyi heç bir tender keçirmədən, heç bir maddi-texniki bazası olmayan bir MMC ilə qəzalı vəziyyətdə olan evlərin təmir bərpa işlərini həyata keçirmək üçün müqavilə bağlayıb. Heç bir maddi-texniki bazası olmayan “Mahal” MMC-nin rəhbəri isə işləri yenə də heç bir maddi-texniki bazası olmayan başqa şirkətə, subpodratçı kimi əmisi oğluna tapşırıb. Əmioğlu Şükran isə işə briqadir kimi Sahibi cəlb edir. Sahib isə müzdlu işçilərdən briqada təşkil edərək ücüz işçi qüvvəsi ilə təmir bərpa işlərini həyata keçirir. Ortada olan pullar necə olur?

Əldə etdiyimiz məlumatlara görə Elvin Rəhimovun rəhbərlik etdiyi MMC Bakı şəhərində hündürmərtəbəli evlər tikir. Şamaxı şəlzələsinin aradan qaldırılması işlərinə heç bir tenderdə iştirak etmədən, qalib gəlmədən cəlb olunması onun Fövqəladə Hallar Nazirliyinin rəsmilərinə bağlı biri olduğunu təsdiq edir. Qeyd edək ki, Elvin Rəhimovun rəhbəri olduğu “Mahal” MMC-nin gördüyü işlərdən təkcə Natıq Sadıqov deyil. Burada aylarla çalışaraq maaşlarını almayan yüzlərlə şikayətçilər var ki, Elvin Rəhimov onları həftədən-həftəyə aldadaraq pullarını vermir. Bəhanəsi isə o olur ki, Fövqəladə Hallar Nazirliyi pul vermir. Amma əslində isə FHN pul verir. Pulları sadəcə Elvin Rəhimov təyinatı üzrə xərcləmir ki, bu da zəlzələnin fəsadlarını aradan qaldırmağa çalışan, əmək haqqlarını ala bilməyən işçilər arasında vəlvələ yaradıb. Hamı Elvin Rəhimovun onların pulunu verməyəcəyindən çox narahatdır. Əldə etdiyimiz məlumatlara görə hazırda onlarla qəzalı evlər sükülub, lakin pul çatışmamazlığından işlər yarımçıq qalıb. Bəs dövlətin Fövqəladə Hallar Nazirliyinə bu məqsədlərlə ayırdığı milyonlarla vəsait hara xərclənib?

Ayrılan dövlət vəsaitinin müəyyən faizi müqavilə bağlanılan şəxsin, yəni Elvin Rəhimovun əli ilə Fövqəladə Hallar Nazirliyinin rəsmilərinə qaytarılır. MMC rəhbəri öz payını da götürdükdən sonra işi əmisi oğlu Şükrana həvalə edib ki, onun da qazancı olsun. Əmioğlu da öz payını götürdükdən sonra işi muzdla çalışan briqadalara tapşırır. Onlara verilmiş cüzi pullarla isə işləri başa çatdırmaq mümkün olmur. Nəticədə isə dövlətə hərtərəfli maddi ziyan vurulur. Həm ayrılan vəsaitin müəyyən hissəsi ortadan çıxarılır, həm də dövlətə heç bir vergi və sosial ödəmə verilmir. Əziyyəti çəkən fəhlələrə isə qəpik-quruş çatır ki, onu da vaxında vermirlər,çox vaxt arxasına keçirlər. Bütün bunlardan isə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun xəbərinin olub, olmaması sual altındadır.

Onu qeyd etməyi unutduq. Əldə etdiyimiz məlumatlara görə MMC rəhbərliyi təmir bərpaya ehtiyacı olan hər evin sahibindən də pul alırmış. Evin böyüklüyündən və kiçikliyindən asılı olaraq.Araşdırmalarımızı davam etdirirk və zamanı gələndə Şamaxı rayonunun Saqiyan kəndində, evləri təmir olan sakinlərin hər birindən nə qədər pul alındığını da açıqlayacağıq.

Butov.az
5-10-2021, 11:11
Nazir bu təhsil şöbəsinə yeni müdir TƏYİN ETDİ

Ağdam Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olunub.

Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə Tahir Abbasov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Ağdam Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.

Butov.az
5-10-2021, 10:59
Azərbaycan nefti kəskin bahalaşdı

Azərbaycan nefti bahalaşmaqda davam edir.

“Azeri Light” markalı neftin bir barelinin dəyəri 3,08 ABŞ dolları və ya 3,93 faiz artıb.

Nəticədə dünya bazarında Azərbaycan neftinin bir barelinin qiyməti 83,56 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyədə - 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə - 149,66 dollara satılıb.

Butov.az
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Oktyabr 2021    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!