Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        “Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                       
6-07-2022, 07:41
Qərbi Azərbaycan idman sahəsinə görə sonuncu yerdədir


Qərbi Azərbaycan idman sahəsinə görə sonuncu yerdədir

Qərbi Azərbaycan əyaləti adambaşına düşən idman sahəsinə görə sonuncu yerlərdən birini tutur. Bu barədə Qərbi Azərbaycan əyalətinin İdman və Gənclər İdarəsinin başçısı Səccad Bayrami açıqlama verib. S.Bayrami hal-hazırda Qərbi Azərbaycanda adambaşna düşən idman sahəsinin 62 santimetr olduğunu, bununla da əyalətin bu göstəriciyə görə 31 ostan arasında 25-ci yeri tutduğunu söyləyib.
Qeyd edək ki, bundan öncə Qərbi Azərbaycanda idmana, özəlliklə kollektiv idman növlərinə diqqətsizlik İdman və Gənclər İdarəsinin, idmançıların və əhalinin etirazlarına səbəb olub. Uzun illər öncə idman mərkəzlərinin tikintisi ilə bağlı bir çox layihələr dövlətin büdcə vəsaiti ayırmaması üzündən yarımçıq qalıb.
1996-cı ildə Xoy şəhərində inşasına başlanılan və 4 il müddətinə təhvil veriləcəyi nəzərdə tutulan “Həft Tir” idman kompleksinin tikintisi yarımçıq qalıb. Hazırda kompleksin ərazisi narkomanların sığınacaq yerinə çevrilib.
Yerli fəallar və idmançılar 400 min nəfər əhalisi olan əyalətin ikinci böyük şəhəri Xoyda 5000 nəfərlik idman kompeksinin tikintisinin 26 il yarımçıq saxlanılmasını bölgə əhalisinə olan saymazlıq kimi dəyərləndiriblər.
6-07-2022, 07:36


Vərziğanda kənd evləri dağıdılıb
Vərziğanda kənd evləri dağıdılıb

Süngün mis mədənini genişləndirmək üçün əhali bölgədən köçürülür.
Yayılan məlumatlara görə, iyulun 5-də Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində yerləşən Süngün mis mədənini genişləndirmək üçün Kəngavər kəndinin əhalisinin məcburi köçürülməsinə çalışılıb. Media fəallarının verdiyi xəbərdə şirkət rəhbərliyinin kənd evlərini dağıtmaq üçün cəlb etdiyi texnikanın kəndə girişinə mane olmağa çalışan əhali ilə məmurlar arasında qarşıdurma olub.
Məlumatda bir neçə kənd evinin uçurulmasına baxmayaraq, evi uçurulan bir qadının infarkt keçirərək ölməsindən sonra uçurma işləri dayandırılıb. Bununla yanaşı eyni gündə Süngün mis mədənində işləyən mədənçilər etiraz aksiyası keçiriblər. Onlar rəsmi işçilərlə müqavilə əsasında işləyən fəhlələrin əmək haqqı və imtiyazlarında ayrı-seçkiliyə yol verilməsinə görə narazılıqlarını bildiriblər.
6-07-2022, 07:30
Tanınmış jurnalist Məsud Bastani prokurorluğa çağırılıb


Tanınmış jurnalist Məsud Bastani prokurorluğa çağırılıb

İyulun 4-də tanınmış jurnalist Məsud Bastani izahat vermək üçün Evin həbsxanasının prokurorluğuna çağırıb.
Qeyd edək ki, bir neçə gün öncə- iyun ayının 12-də İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin işçiləri Bastaninin evinə basqın edib, ona və həyat yoldaşına məxsus kompüter, flaş-kartı və başqa şəxsi əşyaları özləri ilə aparıblar.
İnsan haqları müdafiəçilərinin verdiyi məlumata görə, Məsud Bastaninin prokurorluğa çağrılması onun media fəaliyyətləri ilə əlaqəlidir.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!