UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                        İtkin düşən qadının meyiti tapıldı .....                        İlham Əliyev quru sərhədləriylə bağlı önəmli açıqlama verdi .....                        Qonşularla əla münasibətlər qura bilmişik - İlham Əliyev .....                        Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək .....                       
29-07-2022, 20:04
Vergi Məcəlləsində dəyişiklik təsdiqləndi


Vergi Məcəlləsində dəyişiklik təsdiqləndi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunu imzalayıb. Butov.az xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.17-ci maddəsində “Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına öz səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün qanunla müəyyən edilmiş miqdarda verilən aylıq pul təminatı və müvafiq” sözləri “Müvafiq” sözü ilə əvəz edilir. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.
29-07-2022, 20:03
"Nur Ocağı" Qulu İsmayılov Xaləddin oğlunun şeirlərini təqdim edir:


"Nur Ocağı" Qulu İsmayılov Xaləddin oğlunun şeirlərini təqdim edir:
(Qulu Xaləddinoğlu)

VƏTƏN
Ana yurdun torpağının,
Hər qarışı,daşı Vətən.
Dünya qızıl bir üzüksə,
O,üzüyün qaşı Vətən.

Odur əsil sevgili yar,
Onsuz mənə gen dünya dar,
Ürəyimdə nə sevda var,
Hamısının başı Vətən.

Sərt küləklər əssə yandan,
Can ayrılsa əziz candan,
Əgər ayrı düşsəm ondan,
Gözlərimin yaşı Vətən.

KÜSÜB MƏNDƏN
Nə vaxtdır qələmdən gen gəzdiyimdən,
Qələm küsüb məndən,söz küsüb məndən.
Vəsf etmirəm deyə hüsnünə şeir,
Bir aybəniz sima-üz küsüb məndən.

Qayğılar o qədər başımı qatıb,
Çağlayan ilhamım elə bil yatıb,
Yollar da aparmır əlimdən tutub,
Cığır küsüb məndən,iz küsüb məndən.

Şeirlər azalıb,say vermir daha,
Sanki,"ilham pərim" pay vermir daha,
Dağlar da səsimə hay vermir daha,
Dərə küsüb məndən,düz küsüb məndən.

Misralar lal olub,dinmir,danışmır,
Təbim incik düşüb,mənlə barışmır,
Bir vaxt yanan ocaq indi alışmır,
Alov küsüb məndən,köz küsüb məndən.

GƏNCLİYİ
Necə oldu,harda qaldı bilmədim,
Çox axtardım,tapammadım gəncliyi.
O hey oldu atlı,mənsə piyada,
Çapıb getdi,tutammadım gəncliyi.

Gedən gündən dünyam oldu qaranlıq,
Sevinc susdu,qəm eylədi fironluq,
İstəsəm də geri dönə bir anlıq,
Ömrə bir də qatammadım gəncliyi.

Aramızdan aylar,illər ötsə də,
Yarı yolda qoyub məni getsə də,
Gözlərimdən həmişəlik itsə də,
Ürəyimdən atammadım gəncliyi.

TƏLƏSDİM
Bir zaman gəncliyə qovuşmaq üçün,
Böyümək istədim,yaşa tələsdim,
Anlamadım gedən ömürdən gedir,
Yuxarı can atdım,başa tələsdim.

Həyat yollarında durmadan qaçdım,
Xəyalımda aya,ulduza uçdum,
Gəncliyin başına min oyun açdım,
Yazı yolda qoyub,qışa tələsdim.

Xatirəyə dönüb itən günlərə,
Ömürdən xəbərsiz bitən günlərə,
Durna qatarıtək ötən günlərə,
Sevinclə,kədərlə qoşa tələsdim.

Görəndə ömürün çoxu gedibdir,
İllər saçlarımı bəyaz edibdir,
Qocalıq xəlvəti məni güdübdür,
Onda ayıldım ki,boşa tələsdim.

BAŞQADIR
İstərsə sonradan yüzünü sev sən,
İlk eşqin ləzzəti,dadı başqadır.
Qəlbinə,ruhuna hakim kəsilən,
Hisslərin doğması,yadı başqadır.

Xəyalından getməz nurlu ay üzü,
Daim xatırlanar söhbəti,sözü,
Ürəkdə alışan alovu,közü,
İçini yandıran odu başqadır.

Sevda yollarına ilk dəfə çıxan,
Sənə məhəbbətin gözüylə baxan,
Qəlbini əbədi odlara yaxan,
O ülvi sevginin adı başqadır.

YAZDIM
Nə zaman əlimə qələm götürdüm,
Şeiri duyğuma uyğun,tən yazdım.
"Ilham pərim" cuşa gəldiyi anda,
Təb vadar edəndə,gərəkdən yazdım.

Hər zaman oturdum,durdum ər ilə,
Duz-çörək kəsmədim namərd biriylə,
Mərdin süfrəsində alın təriylə,
Halal qazandığı çörəkdən yazdım.

Qələmə verdiyim əhdi pozmadım,
Səmtimi düz tutdum,yolda azmadım,
Yazmaq xatirinə şeir yazmadım,
Nə yazdımsa onu ürəkdən yazdım.
İSTƏDİM
Yaşadığım bu həyatda,
Nə şöhrət,nə şan istədim.
Nə var-dövlət,zəngin həyat,
Nə süni ad-san istədim.

Nur olsun deyə gözümə,
İşıq salsın yol,izimə,
Səhərləri mən üzümə,
Xoş açılan dan istədim.

Arzuladım hey baharı,
Sevmədim heç baran,qarı,
Bir-birinə insanları,
Ola mehriban istədim.

Səsləyərək mələkləri,
Etdim arzu,diləkləri,
Soyuq əsən küləkləri,
Keçə məndən yan istədim.

Özümü dərk edən andan,
İstəmədim çox şey ondan,
Hey duamda Yaradandan,
Əsas sağlam can istədim.

VAXTIDIR
Nə qədər istəsə daha coşammaz,
Artıq, dalğaların senən vaxtıdır.
Hərarəti azdır,qızdırmır yeri,
Günəşin qüruba enən vaxtıdır.

Daha yox əvvəlki,o odlu baxış,
Günlərim ömürə vurmayır naxış,
Dəyəmi isladır yağanda yağış,
Köçümün geriyə dönən vaxtıdır.

Aşıq,bir hava çal xəyala dalım,
Ötən günlərimi bir yada salım,
Mən də şeir deyim ay qadan alım,
Könlümün susmayıb,dinən vaxtıdır
GƏLƏCƏM
Məndən küsüb,üz döndərən,a kəndim!
Bir gün sənlə barışmağa gələcəm.
Mənə əziz,doğma olan kəslərin,
Cərgəsinə qarışmağa gələcəm.

Dərəsindən,təpəsindən keçməyə,
Yer belləyib,dağlarda ot biçməyə,
Bulaqların gözündən su içməyə,
Təbiətlə qovuşmağa gələcəm.

Vəfalı dost,bir mehriban üz olub,
Niyyəti saf,əqidəsi düz olub,
Yurdu sevən ürəklərdə köz olub,
Ocaq kimi alışmağa gələcəm.

O əvvəlki şən-şuxluğum ta yoxdu,
Dərdim var ki,ürəyimə bir oxdu,
Deyiləsi söhbət çoxdu,söz çoxdu,
Dərdlərimi danışmağa gələcəm.

Gələcəyəm üzə gələn bu yazda,
Yolumu gözləsin qoy telli saz da,
Boynumda haqqı var onun bir az da,
Elim üçün çalışmağa gələcəm.
29-07-2022, 20:00
Bakıda azyaşlı qaynar suda yandı


Bakıda azyaşlı qaynar suda yandı

Bakıda 2 yaşlı uşağın ağır xəsarətlər alması ilə nəticələnən bədbəxt hadisə baş verib. Qaradağ rayonu Qobustan qəsəbəsində 2020-ci il təvəllüdlü Z.Qədirovanın üzərinə ehtiyatsızlıqdan qaynamaqda olan su tökülüb. Termiki yanıq xəsarətləri alan körpə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
29-07-2022, 19:56
Paşinyana qarşı yenidən etirazlar başlayır


Paşinyana qarşı yenidən etirazlar başlayır

Bu gün Ermənistanın paytaxtı İrəvanda “Müqavimət” hərəkatının üzvləri etiraz aksiyası keçirəcək. Bu barədə erməni mediası məlumat yayıb. Bildirilib ki, müxalif nümayəndələri Fransa meydanına toplaşaraq, Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiya, yürüş və mitinqlər keçirəcək.
29-07-2022, 19:51
Bağçalara qəbulla bağlı rəqəmlər açıqlandı


Bağçalara qəbulla bağlı rəqəmlər açıqlandı

Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi (www.bq.edu.az) vasitəsilə 27 257 valideyn (qanuni nümayəndə) elektron kabinet yaradıb, 24 748 uşaq isə valideynlər tərəfindən şəxsi kabinetə qəbul edilib. Bu barədə Təhsil Nazirliyindən xəbər verilib. Rəsmi məlumata görə, uşaqların məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə regionlar üzrə mərhələli formada 22 iyul 2022-ci ildən start verilib. İyulun 22-dən Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan şəhər və rayonlar üzrə (Mingəçevir, Ağdaş, Göyçay, Kürdəmir, Ucar, Yevlax, Zərdab) növbəyə yazılanlar 2 302 nəfər, iyulun 26-dan Bakı şəhəri üzrə növbəyə yazılanlar isə 10 258 nəfər olmaqla ümumilikdə 12 560 nəfəri əhatə edir.
29-07-2022, 19:47
Magistraturaya sənəd verənlərin sayı məlum oldu


Magistraturaya sənəd verənlərin sayı məlum oldu

Ali təhsilin magistratura səviyyəsinə ümumilikdə 10 957 nəfər portal.edu.az vasitəsilə elektron qaydada müraciət edib, 10 832 nəfər isə qəbul olduqları ali təhsil müəssisələri tərəfindən təsdiq edilib. Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ali təhsilin magistratura səviyyəsi üzrə elektron qaydada sənəd qəbulu 26 iyul 2022-ci il tarixində başa çatıb. Ali təhsil müəssisələrinə elektron qeydiyyat prosesilə tələbələr təhsil haqlarını nağdsız formada portal.edu.az, gpp.az, "eManat" ödəniş terminalları, həmçinin poçtlar, banklar və bankların mobil tətbiqləri vasitəsilə ödəyə bilərlər. Dövlət sifarişi ilə qəbul olan tələbələr əgər valideyn himayəsindən məhrum və ya onlar arasından olanlardırsa, müəyyən edilmiş təqaüdün minimum iki misilindən az olmayaraq təqaüdün alınması, ödənişli əsaslarla qəbul olanlar isə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün müraciət imkanına malikdirlər. Eyni zamanda Təhsil Tələbə Krediti üçün müraciət etmək istəyən şəxslər portal.edu.az-dan qeydiyyatdan keçərkən hansı növ təhsil krediti almaq istədiyi barədə təhsil müəssisəsini məlumatlandıra bilərlər.
29-07-2022, 19:44
İsraildə Azərbaycanın mina problemi ilə bağlı bəyanat

İsraildə Azərbaycanın mina problemi ilə bağlı bəyanat

İsraildə fəaliyyət göstərən Dona Qrasiya Diplomatiya Mərkəzi minatəmizləmə və partlamamış hərbi sursatların təftişi üzrə ixtisaslaşmış “Open Minded Solutions LTD” beynəlxalq şirkəti ilə birlikdə “Azərbaycanın azad edilmiş ərazilərində minalar: Cənubi Qafqaz bölgəsində sülhə ən böyük maneə” mövzusunda dəyirmi masa təşkil edib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Tədbir tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın təşəbbüsü ilə İsrailin Yerusəlim şəhərindəki Menahem Begin İrsi Mərkəzində baş tutub.
Tədbirdə “Open Minded Solutions LTD” şirkətinin təsisçisi və baş direktoru Royi Nahari, BMT-nin İnkişaf Proqramının çevik reaksiya üzrə eksperti, ANAMA yanında İctimai Şuranın sədr müavini Emil Həsənov, İsrail Muzeylər Assosiasiyasının sədri, Yəmən Yəhudiləri və İsrail Qəbilələri İrsinin Qorunması, Cəmiyyət və Mədəniyyət, Sənədləşdirmə və Tədqiqatlar üzrə Assosiasiyasının prezidenti, Hayfa Universitetinin sosiologiya və antropologiya üzrə fəlsəfə doktoru Yiqal Ben Şalom, Bar-İlan İsrail Universitetinin professoru, İsrailin İran və ərəb dünyası üzrə ən tanınmış eksperti, “NEWSRAEL” xəbər agentliyinin vitse-prezidenti, politoloq Mordexay Kedar, İsrailin sabiq rabitə, peyk və kibertəhlükəsizlik naziri, İqtisadi Sülh Mərkəzinin prezidenti Ayub Kara, strategiyaların hazırlanması üzrə “Reut Group” beynəlxalq təşkilatının baş direktoru Eran Şayson, Azərbaycanın İsraildəki Turizm nümayəndəliyinin rəhbəri Cəmilə Talıbzadə, İsraildəki dağ yəhudiləri icmasının liderlərindən ravvin Şmuel Simantov iştirak ediblər.
Dəyirmi masada minatəmizləmənin ləng və məsrəfli proses olduğu vurğulanıb, Ermənistanın Birinci və İkinci Qarabağ müharibələri zamanı, həmçinin işğal dövründə Qarabağ ərazisini böyük mina sahəsinə çevirməsi nəticəsində Azərbaycanın dünyada minalardan ən çox əziyyət çəkən ölkələr sırasında yer alması barədə fikirlər səsləndirilib. Qeyd olunub ki, işğalçı tərəf Qarabağı tarixi ərazisi hesab edərək ona iddialar irəli sürsə də, işğal dövründə bu ərazilərdə quruculuq işləri görməyib, hətta iddia etdiyi torpaqları minalarla “zəhərləyib”. Üstəlik, Azərbaycana təqdim olunmuş müvafiq mina xəritələrinin dəqiqliyi də suallar doğurur. Vurğulanıb ki, ərazilərin minalardan təmizlənməsi humanitar məsələ olduğundan, beynəlxalq ictimaiyyətin də diqqətini çəkməli, bütün mövcud mina xəritələrinin təqdim olunması üçün Ermənistana təzyiq göstərilməli, Azərbaycana isə ekspert və maliyyə baxımından yardım təklif edilməlidir.
Tədbir iştirakçıları donor ölkələrin diqqətini mina probleminin həllinə cəlb etmək üçün yol xəritəsinin hazırlanması məsələsini də müzakirə ediblər. Tədbirin sonunda dəyirmi masa iştirakçıları birgə bəyanat yayaraq, beynəlxalq ictimaiyyəti Azərbaycanda mina probleminin həllinin irəliləyişində fəal əməkdaşlığa və qarşılıqlı dəstəyə çağırıblar. Birgə bəyanatın beynəlxalq ictimaiyyətin müxtəlif subyektlərinə təqdim olunması nəzərdə tutulur.
29-07-2022, 19:43
Dolların bu ay üçün son məzənnəsi


Dolların bu ay üçün son məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 1-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən Butov.az-a bildirilib ki, bankın avqustun 1-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
29-07-2022, 19:39
Arvadını öldürən kişiyə 20 il həbs cəzası verildi


Arvadını öldürən kişiyə 20 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda həyat yoldaşını qətlə yetirməkdə, qayını və qayınanasını bıçaqlamaqda təqsirləndirilən Bəxtiyar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Butov.az-ın məlumatına görə, prosesdə iş üzrə məhkəmə istintaqı yekunlaşıb. Dövlət ittihamçısı B. Məmmədovun 20 il azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra hakimlər müşavirə otağına yollanıb. Müşavirədən sonra təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə B. Məmmədov 20 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, fevralın 25-də Xətai rayonu ərazisində 1 nəfər şəxsin aldığı xəsarətlərdən ölməsi, 2 nəfər şəxsin isə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Bəxtiyar Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı yaşadıqları evdə arvadı Ülkər Məmmədova, qaynı Heydər Hacıyev və qayınanası Fəridə Hacıyevaya bıçaqla xəsarətlər yetirib. Nəticədə Ülkər Məmmədova aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb. Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Bəxtiyar Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
29-07-2022, 19:35
Gürcüstanda helikopter qəzaya uğradı


Gürcüstanda helikopter qəzaya uğradı

Gürcüstanın Qudauri kurort zonasında Daxili İşlər Nazirliyinin sərhəd xidmətinə məxsus helikopter qəzaya uğrayıb. Bu barədə Gürcüstan DİN məlumat yayıb. Bildirilib ki, qəzaya uğrayan helikopterin göyərtəsində DİN-in Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri və tibb işçiləri olub.



����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!