Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
23-07-2022, 19:06
Hulusi Akardan Odessaya hücumla əlaqədar AÇIQLAMA


Hulusi Akardan Odessaya hücumla əlaqədar AÇIQLAMA

Türkiyə milli müdafiə naziri Hulusi Akar Ukrayna müdafiə naziri Aleksey Reznikov və infrastruktur naziri Aleksandr Kubrakov ilə telefon danışığı aparıb. Bu barədə o, "Anadolu" agentliyinə açıqlamasında bildirib. Akar ukraynalı nazirlərlə Odessaya endirilən zərbələri müzakirə edib. O, Rusiya tərəfi ilə də danışıqların olduğunu qeyd edib. "Ukrayna raket zərbələrindən birinin limandakı siloslardan birinə, digərinin isə silosun yaxınlığındakı əraziyə düşdüyünü bildirib, amma vacib olan odur ki, gəmilərin yükləmə qabiliyyəti ilə bağlı heç bir mənfi cəhət yoxdur və oradakı fəaliyyətlər davam edə bilər", - deyə Akar vurğulayıb. Nazirin sözlərinə görə, ruslar bu hücumla heç bir əlaqələrinin olmadığını bildiriblər. Akar hadisənin dünən imzalanan taxıl sazişindən dərhal sonra baş verməsinin Türkiyəni də narahat etdiyini vurğulayıb.
23-07-2022, 19:02
Əfqanıstan İrandan 350 min ton neft alacaq


Əfqanıstan İrandan 350 min ton neft alacaq

Əfqanıstanda hakimiyyətdə olan Taliban hərəkatının Maliyyə Nazirliyi İrandan 350 min ton neftin alınması üçün müqavilə imzalayıb. Bu barədə İranın "Mehr" xəbər agentliyi məlumat yayıb. Müqavilənin məbləği barədə məlumat verilməyib. Əfqanıstan Maliyyə Nazirliyinin məlumatına görə, müqavilə ölkədə yanacağın qiymətinin aşağı salınması məqsədi ilə imzalanıb. Bundan əvvəl Əfqanıstan nümayəndə heyəti neft alışı, qiymətləri və neft məhsullarının Əfqanıstana tranzitini müzakirə etmək üçün İrana səfər edib.
23-07-2022, 18:59
Yoluxanların sayı açıqlandı - 2 nəfər ÖLDÜ


Yoluxanların sayı açıqlandı - 2 nəfər ÖLDÜ

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 309 yeni yoluxma faktı qeydə alınıb, 145 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 796 141 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 784 653 nəfər müalicə olunaraq sağalıb, 9 735 nəfər vəfat edib, aktiv xəstə sayı 1 753 nəfərdir. Ölkədə son sutka ərzində 3026, hazırkı dövrədək isə 7 021 193 test aparılıb.

23-07-2022, 18:54
Lev Tolstoy küçəsinə Consonun adı verildi


Lev Tolstoy küçəsinə Consonun adı verildi

Ukraynanın Zakarpatiya bölgəsində yerləşən Xust şəhərində bəzi küçələri adları dəyişdirilib.Bu barədə Ukrayna Ali Radasının "Telegram" kanalı məlumat yayıb. Belə ki, şəhərdəki Lev Tolstoy küçəsi Böyük Britaniyanın baş naziri Boris Consonun şərəfinə adlandırılıb. Qərarın şəhər bələdiyyəsi tərəfindən qəbul edildiyi bildirilir.

23-07-2022, 18:19
İmişlidə ər arvadını BIÇAQLADI


İmişlidə ər arvadını BIÇAQLADI

İyulun 21-i saat 6 radələrində İmişli rayon sakini Günel Abdullayevanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. İmişli rayon prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri, 1983-cü il təvəllüdlü Xanoğlan Quliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Günel Abdullayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Xanoğlan Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. İş üzrə istintaq davam edir.
23-07-2022, 18:16
Generalı qətlə yetirən şəxs edam olundu


Generalı qətlə yetirən şəxs edam olundu

İranda polis generalını qətlə yetirən şəxs edam olunub. Butov.az xəbər verir ki, Şiraz şəhərində polis generalı Əli Əkbər Rəncbəri qətlə yetirən şəxs bu gün səhər edam edilib. Fars əyalətinin prokuroru seyid Kazim Musəvi deyib ki, edam cinayətin törədildiyi yerdə baş tutub.
23-07-2022, 18:13
Ağdaş sakinini cərəyan vurub öldürdü


Ağdaş sakinini cərəyan vurub öldürdü

Ağdaşda kişini elektrik cərəyanı vurub. Butov.az xəbər verir ki, hadisə rayonun Nehrəxəlil kəndində olub. 1978-ci il təvəllüdlü T.Hüseynov özünə məxsus traktorda qaynaq cihazı ilə təmir apararkən onu elektrik cərəyanı vurub. Nəticədə o, hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.
23-07-2022, 18:08
Putin sabiq Baş nazirin dəfninə BURAXILMAYACAQ


Putin sabiq Baş nazirin dəfninə BURAXILMAYACAQ

Rusiya Prezidenti Vladimir Putin Cojoji məbədində iyulun 8-də sui-qəsd nəticəsində öldürülən Yaponiyanın keçmiş Baş nazir Şinzo Abenin dəfninə buraxılmayacaq. Butov.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb Putinə qarşı Yaponiyanın tətbiq etdiyi giriş qadağasıdır. Bildirilib ki, Putin Abenin dəfnində iştirak etmək istəsə belə, Tokio qadağa qərarını ləğv etməyəcək. Qeyd edək ki, Yaponiya Rusiyanın Ukraynaya hərbi təcavüzünə görə Vladimir Putinə qarşı sanksiya tətbiq edib.
23-07-2022, 18:04
Şəkidə Vito camışları vurdu


Şəkidə Vito camışları vurdu

Şəkidə sərnişin daşıyan "Vito" markalı mikroavtobus qəzaya düşüb. Hadisə bu gün səhər saatlarında Şəki-Qax avtomobil yolunun Şəkinin Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində baş verib. Hərəkətdə olan "Vito" markalı sərnişin daşıyan mikroavtobus yolla hərəkət edən 3 baş camışı vurub. Qəzadan sonra Vito yoldan çıxaraq ağaca dəyib. Üç baş camış tələf olub. Faktla bağlı araşdırma aparılır.
23-07-2022, 17:54
[center]İranda qısaqol köynəklər qadağan edildi

İranda qısaqol köynəklər qadağan edildi

İranda qısaqol köynəklərin satışına qadağa qoyulub. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb. İranın Qum əyalətinin Sahibkarlar Palatasının sədri Həmid Xorrəminin göstərişinə əsasən, Qum şəhərindəki mağazalarda qısaqol köynək satışı qadağan edilib və bu qaydaya əməl etməyənlər barəsində qanuni tədbirlər görüləcək.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!