Bakının mərkəzində ağac avtobusun üstünə aşdı .....                        "Fənərbaxça" "Beşiktaş"ı məğlub etdi .....                        Meral Akşenerin yerinə o seçildi .....                        Hakan Fidan yunan həmkarı ilə görüşdü .....                        Cəsədi 7 gün sonra tapılan İbrahimin fotosu yayıldı .....                        “Mülki əhali demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir” - Hikmət Hacıyev .....                        Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Ermənilər illərdi musiqimizi oğurlayır .....                        Sən təkcə mənim anam deyildin .....                       
12-07-2022, 12:20
Putin İrana səfər edəcək


Putin İrana səfər edəcək

Rusiya Prezidenti Vladimir Putinin gələn həftə İrana səfər edəcəyi gözlənilir.
Bu barədə İran parlamentindən bildirilib. Məlumata görə, Prezident Vladimir Putin gələn həftə İran və Rusiya arasında iqtisadi əlaqələrin genişləndirilməsi planını müzakirə etmək üçün Tehrana səfər edəcək. Onun iranlı həmkarı İbrahim Rəisi ilə təkbətək görüş keçirəcəyi gözlənilir.
12-07-2022, 12:16
Ərdoğan Putinlə danışdı

Ərdoğan Putinlə danışdı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə telefon əlaqəsi saxlayıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Tərəflər Suriyadakı vəziyyətlə yanaşı, Rusiya-Ukrayna müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələləri müzakirə edib.
Ərdoğan bəyan edib ki, BMT-nin Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlər yaratmaq planına uyğun hərəkət etməyin vaxtı çatıb.
12-07-2022, 12:01
Ərdoğan Zelenski ilə danışdı


Ərdoğan Zelenski ilə danışdı

Türkiyə və Ukrayna prezidentləri Rəcəb Tayyib Ərdoğan ilə Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyәtlә Әlaqәlәr İdarәsindәn verilәn mәlumatda bildirilib. Söhbәt zamanı Ukrayna-Rusiya müharibəsi və Qara dənizdə taxıl ixracı üçün təhlükəsiz dəhlizlərin yaradılması ilə bağlı məsələlər müzakirə olunub.
Rәcәb Tayyib Ərdoğan Ukraynanın taxıl məhsullarının dünya bazarına çıxarılması üçün BMT-nin hazırladığı plan üzərində işləməyə davam etdiklərini bildirib. Ukrayna ilə Rusiya arasında danışıqlar masasının açıq saxlanılmasının lazım olduğunu bildirən Ərdoğan İstanbul prosesində asanlaşdırma və vasitəçilik də daxil olmaqla, hər cür dəstəyi təqdim etməyə hazır olduqlarını vurğulayıb.
12-07-2022, 11:49
Ordumuz atəşə tutuldu

Ordumuz atəşə tutuldu

Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub. Müdafiə Nazirliyindən verilən məlumata görə, İyulun 11-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Ordumuzun mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən adekvat cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
12-07-2022, 11:44
Hikmət Hacıyevlə görüşə ümid edirəm

Hikmət Hacıyevlə görüşə ümid edirəm

Ermənistan-Azərbaycan münasibətlərinin gündəminin sürətlə irəliləməsi üçün fəaliyyətimizi davam etdiririk. Bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycan PA rəsmisi Hikmət Hacıyevin danışıqlar prosesinin dalana dirənməsi ilə əlaqədar açıqlamasını şərh edərkən deyib:
“Mən deməzdim ki, bu, dalana dirənib, çünki delimitasiya ilə bağlı ilk görüş baş nazirin müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Növbəti görüş Moskvada, daha sonra Brüsseldə keçiriləcək. Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq. Siz də bilirsiniz ki, baş nazirin müavinləri bu yaxınlarda Sankt-Peterburqda görüşdülər və ümumilikdə öz mövqelərini mümkün qədər yaxınlaşdırmağa çalışdılar. Hesab edirəm ki, bununla bağlı bizdə müsbət impuls və irəli getmək üçün imkanlar var”.
Qriqryanın sözlərinə görə, Ermənistan danışıqlara hazırdır və Azərbaycan tərəfdən belə siyasi iradə olarsa, daha sürətli irəliləyiş mümkün olacaq. Eyni zamanda, Qriqoryan yaxın vaxtlarda onunla Hikmət Hacıyev arasında görüşün baş tutacağına ümid etdiyini bildirib:
“Bu görüş və digər məsələlər müzakirə olunur. Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq və biz irəliyə gedə biləcəyik, Xarici İşlər nazirlikləri bunun üzərində işləyirlər”.
11-07-2022, 12:33
Lapid Ərdoğana minnətdarlıq edib

"Türkiyə-İsrail münasibətləri Yaxın Şərqdə sabitlik üçün böyük əhəmiyyət kəsb edir"

Lapid Ərdoğana israillilərə qarşı terror aktlarının qarşısının alınmasına görə minnətdarlıq edib
İsrailin baş naziri Yair Lapid bazar günü, iyulun 10-da, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqları aparıb.
Bu, Lapidin hökumət başçısı seçiləndən sonra Türkiyə prezidenti ilə ilk danışığıdır. Bu barədə "Vesti" saytı məlumat yayıb.
Lapid Ərdoğanı və ölkəsinin vətəndaşlarını Qurban bayramı münasibətilə təbrik edib.
Lapid Ərdoğana Türkiyədə israillilərə qarşı terror aktlarının qarşısının alınmasında əməkdaşlığa və yardıma görə təşəkkür edib.
Öz növbəsində Türkiyə prezidenti Lapidi baş nazir vəzifəsinə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.
Ərdoğan Lapidin 26 iyun 2022-ci ildə Ankaraya səfərini yüksək qiymətləndirib (o zaman Lapid xarici işlər naziri vəzifəsində olub).
Söhbət zamanı hər iki lider Türkiyə-İsrail münasibətlərinin Yaxın Şərqdə təhlükəsizlik, iqtisadiyyat və sabitlik üçün böyük əhəmiyyət kəsb etdiyi barədə yekdil fikrə gəlib.
Onlar Türkiyə ilə İsrail arasında aviasiya sahəsində yeni sazişi yüksək qiymətləndirib və ikitərəfli münasibətlərin bundan sonra da yaxşılaşdırılmasına ümid etdiklərini bildiriblər.
11-07-2022, 12:06
Yaponiyada matəm elan olundu


Yaponiyada matəm elan olundu[b][/b]

Kuba rəhbərliyi Yaponiyanın keçmiş baş naziri Sindzo Abenin öldürülməsi ilə əlaqədar matəm elan etmək qərarına gəlib.
Bu barədə yerli “Prensa Latina” agentliyi məlumat yayıb.
Bildirilib ki, iyulun 11-də matəm elan olunacaq. Ölkənin hərbi və digər dövlət qurumlarında dövlət bayraqları yarıya endiriləcək.
Xatırladaq ki, iyulun 8-də Yaponiyanın keçmiş baş naziri Sindzo Abeyə qarşı sui-qəsd olub. 67 yaşlı siyasətçi ölkənin Nara şəhərində seçki kampaniyası çərçivəsində çıxış edərkən vurulub. Belə ki, 41 yaşlı Nara sakini Tetsuya Yamaqami əldəqayırma odlu silahla keçmiş baş nazirə iki dəfə atəş açıb. Sindzo Abe xilasedici helikopterlə xəstəxanaya aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
11-07-2022, 11:54
“Şimal axını” kəmərində qaz nəqli dayandırıldı

“Şimal axını” kəmərində qaz nəqli dayandırıldı
Rusiyadan Avropaya "Şimal axını" kəməri ilə göndərilən qaz nəqli dayandırılıb. Bu barədə Rusiya mətbuatı məlumat yayıb.
“Şimal axını” kəmərində qaz təchizatı 11-21 iyul tarixlərində - 10 gün müddətinə planlı təmir işləri aparılması məqsədilə dayandırılıb.
Qeyd edək ki, iyun ayında Rusiyanın “Qazprom” şirkəti “Şimal axını” ilə Avropaya qaz axınını əhəmiyyətli dərəcədə azaldıb.
11-07-2022, 11:52
Şimali Qafqazda İŞİD-in 11 üzvü həbs edildi

Şimali Qafqazda İŞİD-in 11 üzvü həbs edildi
Rusiya Federal Təhlükəsizlik Xidməti Qaraçay-Çərkəz Respublikasında region sakinlərini terror fəaliyyətinə cəlb etməkdə iştirak edən İŞİD beynəlxalq terror təşkilatının gizli şəbəkəsinin 11 üzvünü saxlayıb. Bu barədə TASS FTX-nin ictimaiyyətlə əlaqələr mərkəzinə istinadla xəbər yayıb.
Məlumata görə, saxlanılan 11 nəfərin hamısı Rusiya vətəndaşıdır. Onların həmçinin, internetdə təbliğat apardıqları bildirilir.
Saxlanılan zaman onlardan 10 ədəd mülki odlu silah, 1 ədəd “Makarov” tapançası, lüləsi kəsilmiş ov tüfəngi, 3 ədəd qumbara, xeyli miqdarda döyüş sursatı və təbliğat materialları götürülüb.
11-07-2022, 11:39
İsveç PKK üzvlərinin siyahısını hazırladı


İsveç PKK üzvlərinin siyahısını hazırladı

İsveç Türkiyəyə ekstradisiya üçün Kürdüstan İşçi Partiyası (PKK) üzvlərinin siyahısını hazırlayıb.
Siyahıya 10 nəfərin adı daxil edilib.
Qeyd edək ki, Türkiyə İsveç və Finlandiyaya ölkədə qadağan olunmuş PKK üzvlərinin ekstradisiyası üçün yazılı tələb göndərib.
Xatırladaq ki, Madriddə keçirilən NATO sammiti ərəfəsində Türkiyə, İsveç və Finlandiya təhlükəsizliklə bağlı memorandum imzalayıb. Ölkələr terrorla mübarizə sahəsində əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!