Dövlət Komitəsində Miqrasiya Əməkdaşlıq Platformasının təmsilçiləri ilə görüş keçirilib .....                        Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
2-08-2022, 21:22
Puta Dəniz Limanında gəmi yanır


Puta Dəniz Limanında gəmi yanır

Bakı şəhərinin Qaradağ rayonunda Puta Dəniz Limanında gəmidə yanğın olması barədə məlumat daxil olub. Butov.az xəbər verir ki, məlumat qəbul edildikdən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

2-08-2022, 21:17
"Fəryad 2" filmi ilə bağlı vacib açıqlama


"Fəryad 2" filmi ilə bağlı vacib açıqlama

"Fəryad 2" filminin prodakşın mərhələsi yekunlaşıb. Bu barədə mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında bildirib. "Mən bu barədə ictimaiyyəti bir az səbrli olmağa çağırıram. Kino qaydalarına görə, biz yeni hazırlanan filmləri festivallara göndəririk. Orada müəyyən rəylər toplandıqdan sonra filmi ictimaiyyətə təqdim edəcəyik", - nazir vurğulayıb.
2-08-2022, 21:08
Baş nazir AzTV ilə bağlı qərar verdi


Baş nazir AzTV ilə bağlı qərar verdi

"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu təsdiq edilib. Butov.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, "Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu aşağıdakı kimi olacaq:

1. Departamentlər.

2. Direktorluq.

3. Şöbələr.

4. Bölmələr.
2-08-2022, 20:11
Küveyt parlamenti buraxıldı


Küveyt parlamenti buraxıldı

Küveyt parlamenti rəsmi olaraq buraxılıb. Məlumatı “KUNA” dövlət informasiya agentliyi məlumat yayıb. Bildirilib ki, Küveyt vəliəhdi şahzadə Мəşəl əl-Əhməd əl-Caber əs-Sabah parlamenti növbədənkənar seçkilər keçirməyə çağırıb.
2-08-2022, 19:51
İllik su təsərrüfatı balansı təsdiqləndi


İllik su təsərrüfatı balansı təsdiqləndi

Ölkə üzrə 2021-ci il üçün illik su təsərrüfat balansı təsdiqlənib. İllik su təsərrüfatı balansı su obyektlərində su ehtiyatlarının mövcudluğunun və onlardan istifadə dərəcəsinin qiymətləndirilməsi məqsədi daşıyır. Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Ehtiyatlarının İdarə Edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov bildirib. O qeyd edib ki, respublika üzrə illik su təsərrüfatı balansı son üç ilin faktiki məlumatları, cari ilin gözlənilən, növbəti ilin isə rüblük və illik proqnoz göstəriciləri əsasında tərtib edilir. M.Əbdülhəsənovun sözlərinə görə, torpaqlarımızın işğaldan azad olunması nəticəsində artıq iki ildir ki, ölkə üzrə illik su təsərrüfatı balansında Qarabağın və Şərqi Zəngəzurun su ehtiyatları haqqında məlumatlar da öz əksini tapıb. Nazirlik rəsmisi onu da bildirib ki, respublika üzrə illik su təsərrüfatı balansı su təsərrüfatı sahəsində müasir informasiya sisteminin yaradılmasına mühüm dəstəkdir.
2-08-2022, 19:43

Həsənovla Şoyqu telefonla danışıb

Həsənovla Şoyqu telefonla danışıb

Avqustun 2-də Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqunun təşəbbüsü ilə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov arasında telefon danışığı olub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı tərəflər regional təhlükəsizlik, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
2-08-2022, 19:27
Paşinyan Putinə zəng etdi  - Razılığa gəldilər


Paşinyan Putinə zəng etdi - Razılığa gəldilər

Rusiya Prezidenti Vladimir Putin ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kreml rəsmi məlumat yayıb. Bildirilib ki, danışıqlar zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında 2020 və 2021-ci illərdə imzalanmış üçtərəfli bəyanatların həyata keçirilməsinin praktiki aspektlərinə toxunulub. Məlumata görə, Ermənistan və Rusiya liderləri müxtəlif səviyyələrdə təmasları davam etdirmək barədə razılığa gəliblər.
2-08-2022, 19:22
Dolların sabaha olan məzənnəsi


Dolların sabaha olan məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 3-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. AMB-dən bildirilib ki, bankın avqustun 3-dən etibarən USD/AZN rəsmi məzənnəsi 1,7000 manat səviyyəsində müəyyən olunub.
2-08-2022, 19:19
“Meymunçiçəyini bizə sırımağa çalışdılar” - Lukaşenko


“Meymunçiçəyini bizə sırımağa çalışdılar” - Lukaşenko

“Bizə meymunçiçəyini sırımağa çalışdılar, amma insanlar buna reaksiya vermədi. Nəticədə koronavirusa qayıtdılar”. Butov.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.“Unutmayın, COVID başlayanda çoxları məni başa düşmürdü, kimsə koronopsixoz haqqında danışanda mənə nifrət edirdi. Sonra bunun niyə baş verdiyini, niyə belə olduğunu izah etməyə çalışdım. Dedim ki, bu, dünyanın yenidən bölüşdürülməyinin başlanğıcıdır. Pandemiya bütün bu yaraları daha da şiddətləndirir. Belə vəziyyət həmişə qarşıdurmalara, müharibələrə səbəb olur”, - deyə Lukaşenko söyləyib.
2-08-2022, 19:14
Daxili İşlər Nazirliyində yeni təyinat


Daxili İşlər Nazirliyində yeni təyinat

Daxili İşlər Nazirliyində yeni təyinat olub. Butov.az xəbər verir ki, polis polkovniki Nəsimi Şikarov Daxili İşlər Nazirliyinin Azərbaycanın Qazaxıstandakı səfirliyi yanında nümayəndəsi vəzifəsindən geri çağırılıb. Daxili işlər nazirinin müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsində idarə rəisinin müavini vəzifəsinə təyin edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!