“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
8-08-2022, 21:23
Rusiyanın nüvə sektoruna qarşı sanksiya planı


Rusiyanın nüvə sektoruna qarşı sanksiya planı

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel ilə Rusiyanın nüvə sektoruna qarşı sanksiyaları müzakirə edib. Butov.az xəbər verir ki, bu barədə Ukraynanın Avstriyadakı səfiri Aleksandr Şerba bildirib. Avqustun 7-də Zelenski Rusiyanın “nüvə terroru”na daha sərt cavab verməyə çağırıb. Ukrayna tərəfi bildirir ki, avqustun 5-i və 7-də Zaporojye AES-in atəşə tutulmasına görə Rusiya məsuliyyət daşıyır. Rusiya tərəfi insidentdə Ukrayna silahlı qüvvələrini günahlandırır. Zelenskinin sözlərinə görə, Zaporojye AES-dəki vəziyyətlə əlaqədar beynəlxalq ictimaiyyət Rusiyanın nüvə sənayesi və nüvə yanacağına qarşı sanksiyalar tətbiq etməlidir. Avropa İttifaqının Rusiya uranına və nüvə sənayesinin digər məhsullarına qarşı sanksiyalar tətbiq etmək planları barədə aprel ayında "Politico" nəşri avropalı diplomatlara istinadən məlumat yayıb. Bununla belə, nə altıncı, nə də yeddinci məhdudiyyətlər paketi çərçivəsində Rusiyanın nüvə sənayesi sanksiyalara məruz qalıb. Bu müzakirələr fonunda mart ayında uranın qiyməti rekord səviyyəyə qalxıb.
8-08-2022, 21:19
Yaxın 3 gündə hava necə olacaq?


Yaxın 3 gündə hava necə olacaq?

Milli Hidrometeorologiya Xidmətinin avqustun 8- i saat 18:00-a olan məlumatına əsasən, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Kişçay (Şəki), Xaltan, Qrız, Şabran, Şahdağ, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Kürdəmirdə şimşək çaxıb, arabir yağış yağıb. Xidmətdən verilən xəbərə görə, yaxın üç gün ərzində Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin avqustun 8-dən 9-na keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub şərq küləyi əsəcək. Havanın maksimal temperaturu günorta saatlarında 31-36 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da avqustun 9-u gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı bölgələrdə yağışın intensivləşəcəyi proqnozlaşdırılır. Avqustun 10-u və 11-də ölkə ərazisində hava şəraitinin sabitləşəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın maksimal temperaturu aran rayonlarında 34-39 dərəcə, dağlarda 20-25 dərəcə isti olacaq.
8-08-2022, 21:16
“Neftçi”dən yeni transfer


“Neftçi”dən yeni transfer

"Neftçi” futbol komandası heyətini daha bir oyunçu ilə gücləndirib. Butov.az xəbər verir ki, paytaxt klubu yeni transfer üçün xüsusi videoçarx hazırlayıb. "Ağ-qaralar" gürcüstanlı yarımmüdafiəçi Vato Arveladzeni transfer edib. 24 yaşlı oyunçu 2020-2022-ci illərdə Türkiyənin “Fatih Karagümrük” klubunda çıxış edib. 18 nömrəli forma geyinəcək yarımmüdafiəçi bu mövsümdən Azərbaycan Premyer Liqasında çıxış edəcək.
8-08-2022, 21:13
Yolu bağlamağa çalışan TIR sürücüsü həbs edildi


Yolu bağlamağa çalışan TIR sürücüsü həbs edildi

Bakıda yükdaşıma qaydalarını pozan və polisin qanunu tələbinə əməl etməyərək idarə etdiyi nəqliyyat vasitəsi ilə yolu bağlamağa çalışan sürücü həbs edilib. Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Bildirilib ki, avqustun 6-a idarə etdiyi “DAF” markalı yük maşını ilə yükdaşıma qaydalarını pozduğuna görə YPX əməkdaşları tərəfindən saxlanılan, bu zaman polisin qanuni tələbinə əməl etməyərək yolu bağlamağa çalışan Ağstafa rayon sakini Mikayılov İsmayıl Eldar oğlu barəsində müvafiq sənədləşmə apaılaraq aidiyyəti üzrə məhkəməyə göndərilib. O, məhkəmənin qərarı ilə inzibati qaydada həbs edilib.
8-08-2022, 21:11
Başkənd şəhidi anıldı


Başkənd şəhidi anıldı

Uğurlu Başkənd əməliyyatının 30-cu ildönümü ilə bağlı Müdafiə Nazirliyi və Gədəbəy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhid olduğu Mutudərə yüksəkliyində və qəhrəmanın rayon mərkəzində ucaldılan tunc abidəsinin qarşısında "Heç kim unudulmur, heç nə yaddan çıxmır!" adlı vətənpərvərlik tədbiri keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, nazirlik rəsmilərinin, Gədəbəy rayon ictimaiyyəti nümayəndələrinin, şəhid qəhrəmanın valideynlərinin, döyüşçü dostlarının, eləcə də bölgənin müdafiəsində dayanan hərbi hissənin bir qrup əsgər və zabitinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə Mutudərə yüksəkliyində bir neçə il öncə polkovnik A.Qurbaninin təşəbbüsü ilə yaradılan xatirə obeliskini ziyarət edərək qarşısına qızılgül çələngi qoyub və Milli Qəhrəman Məzahir Rüstəmovun timsalında respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər. Polkovnik A.Qurbani hərb tariximizin parlaq səhifələrindən olan Başkənd əməliyyatından, igid oğullarımızın mərdlik və şücaətlərindən, "Topçu İsgəndər" kimi tanınan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun və digər qəhrəmanların fədakarlıqlarından geniş söhbət açıb, Milli Qəhrəman Məzahir Rüstəmovun hər bir gənc üçün örnək olan mənalı ömür və dastana çevrilmiş döyüş yolu barədə ətraflı məlumat verib. Nəzərə çatdırılıb ki, Məzahir Rüstəmov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb, xatirəsi əbədiləşdirilib, haqqında kitablar yazılıb, sənədli filmlər çəkilib. Şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanım və atası Əməkdar elm xadimi, professor İzzət Rüstəmov ulu öndər Heydər Əliyevdən və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevdən həmişə diqqət və qayğı gördüklərini söyləyib. Hər il övladlarının xatirəsinə tədbirlərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib. Mutudərə yüksəkliyində Əməkdar artist Cahangir Qurbanov, tanınmış müğənni Vüqar Qarabağlının ifasında səslənən vətənpərvərlik mahnıları tədbir iştirakçılarına qürurverici və duyğulu anlar yaşadıb. Mutudərə yüksəkliyində keçirilən tədbirdən sonra Gədəbəy şəhərinin mərkəzində Milli Qəhrəman Məzahir Rüstəmovun tunc abidəsi ziyarət olunaraq qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyulub, qərənfillər düzülüb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev tədbir iştirakçılarını salamlayaraq bütün xalqımız kimi, Gədəbəy sakinlərinin də Birinci Qarabağ müharibəsində, o cümlədən İkinci Qarabağ müharibəsində fəal iştirak etdiklərini vurğulayıb. Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun təqdim etdiyi “Xatirələrdə, nəğmələrdə yaşayan şəhidlər” adlı ədəbi-bədii kompozisiya ilə anım mərasimi başa çatıb.
8-08-2022, 21:02
“Qarabağ zəfəri Türk dünyasının özünə güvənini artırıb” - Çavuşoğlu


“Qarabağ zəfəri Türk dünyasının özünə güvənini artırıb” - Çavuşoğlu

“Azərbaycanla qardaşlıq bağlarımız müstəsna rol oynayır". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada XIII Səfirlər Konfransında çıxışı zamanı deyib. XİN başçısı qeyd edib ki, 2020-ci ildə Türkiyə xalqı Azərbaycana dəstək olub. “Şuşa Bəyannaməsi ilə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırdıq. Türk dövlətlərinin 30 illik müstəqilliyi dövründə ən vacib hadisə Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Qarabağ zəfəridir. Bu zəfərdən sonra Türk dünyasının özünə güvəni daha da artıb", - deyə türkiyəli nazir bildirib. Çavuşoğlu onu da vurğulayıb ki, Ermənistanla normallaşma prosesi Azərbaycanla koordinasiya şəklində davam edir. Onun sözlərinə görə, normallaşma prosesi sadəcə sözdə deyil, həm də əməldə inkişaf etməlidir.
8-08-2022, 20:58
Paşinyan Qarabağa görə Putinə zəng etdi


Paşinyan Qarabağa görə Putinə zəng etdi[center]

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı Paşinyanın təşəbbüsü ilə baş tutub. Tərəflər Qarabağdakı vəziyyəti, eyni zamanda, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyin təmin edilməsi məsələlərini müzakirə ediblər.
Bundan əlavə, Putinlə Paşinyan Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının icrasının vacibliyini vurğulayıblar.
8-08-2022, 19:38
Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya


Güneyli fəaldan Urmu gölü ilə bağlı maraqlı aksiya

Tehranda yaşayan güneyli fəal Urmu gölündə yaşanan ekoloji fəlakətlə bağlı maraqlı aksiya keçirib. Mehdi Tanrı kimi tanınan Mehdi Müəzzəmi Tehranda iki bidon su dolduraraq Urmu gölünə aparıb və orada suyu gölün qurumuş yatağına boşaldıb.
Bu simvolik aksiya sosial mediada maraqla qarşılanıb.
Güneyli fəal bununla İran məsullarının Urmu gölünün canlandırılması üçün əməli addım atmadıqlarına işarə edib. O, azərbaycanlıları gölün canlandırılması üçün hərəkətə keçməyə çağırıb.
Türkcə şeir oxuyan Mehdi Müəzzəmi Kərbəla çölündə baş verənlərə yas tutan İran hökumətinin Urmu gölünün susuzluğuna biganə qaldığını bildirib.
8-08-2022, 19:30
"Yarpaq" ekoloji cəmiyyəti Xoyda aksiya keçirib


"Yarpaq" ekoloji cəmiyyəti Xoyda aksiya keçirib

Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində çevrə fəallarının qurduğu "Yarpaq" cəmiyyəti aksiya keçirib. Onlar vətəndaşların diqqətini ekologiyanın qorunmasına cəlb etməyə çalışıblar.
Azərbaycanlı çevrə fəalları şəhərin bir sıra bölgələrində iməcilik keçirib. Fəallar təmizlik işləri aparıb. yaşıllıqların səhmana salınmasında iştirak ediblər.
"Urmu gölü susuzdur", "Ağaclar şəhərin kimliyidir", "Şəhərimizin kimliklərini məhv etməyək", "Xoyda su böhranı siyasi oyunlarla həll edilməyəcək" və s. şüarlar yazılmış plakatlar daşıyan fəallar hökuməti ekoloji problemlərin həllinə çağırıblar.

8-08-2022, 18:24
Güney Azərbaycan təşkilatlarının İranın anti-Azərbaycan siyasətləri ilə bağlı bəyanatı


Güney Azərbaycan təşkilatlarının İranın anti-Azərbaycan siyasətləri ilə bağlı bəyanatı

GÜNEY AZƏRBAYCAN TƏŞKILATLARI IŞBIRLIYI MƏRKƏZININ ZƏNGƏZUR DƏHLIZININ AÇILMASI VƏ İRANIN ANTI-AZƏRBAYCAN SIYASƏTI ILƏ BAĞLI BƏYANAT YAYIB 2 BUtov.az Bəyanatı təqdim edir.
Zəngəzur dəhlizinin açılmasına mane olmaq məqsədilə İran fars rejimi tərəfindən rəsmi olaraq yenə də Azərbaycanın tarixi ərazi gerçəklikləri təhrif olundu, saxta və əsassız bəhanələrlə hədələyici açıqlamalar səsləndirildi. İranın uydurma “İran-Ermənistan sərhədinin bağlanması” bəhanəsi əslində onun anti-Azərbaycan və anti-Türk düşmənçiliyindən qaynaqlanır. Bu bir faktdır ki, İran fars rejimi illərdir işğalçı Ermənistan üzərindən erməni və kürd (PKK, PJAK və s.) terror örgütlərini bəsləyir, Ermənistan ərazisini narkotik və silah qaçaqmalçılığı üçün tranzit olaraq istifadə edir.
Ona görə də İran Zəngəzur dəhlizinin açılması ilə bağlı yersiz açıqlamaları ilə əslində bölgədə təhlükəsizlik və sabitliyə qarşı çıxır, regionun siyasi və iqtisadi gəlişməsinə mane olmaqla sülh və əməkdaşlığın yaranmasını istəmir. Bu məqsədlə İran rejimi həm də himayə etdiyi terror-təxribat qrupları vasitəsilə din adı altında Azərbaycana qarşı fars siyasi şiəçilik təbliğatı aparır. Son günlərdə İranın radikal şiə ünsürlərinin anti-Azərbaycan fəaliyyətlərinin artması, Londondakı Azərbaycan səfirliyinə hücumun təşkili və dövlət bayrağımızın təhqir olunması onun Azərbaycan dövlətçiliyinə qarşı ideoloji və terror xarakterli düşmənçiliyinin açıq sübutudur.
Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi hər zaman Azərbaycan dövlət və dövlərçiliyinin yanında olacağını bəyan edir, İran rejiminin bölgəsəl və qlobal strateji əhəmiyyətə malik olan Zəngəzur dəhlizi ətrafındakı hədələyici tutumunu qınayır və İran fars rejimindən Azərbaycan dövlətçiliyinə qarşı apardığı təxribat planlarını dayandırmasını tələb edir.
GÜNEY AZƏRBAYCAN TƏŞKILATLARI IŞBIRLIYI MƏRKƏZI
Güney Azərbaycan Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
8.8.2022
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!