11-08-2022, 20:34
Xəstəxanada qanun pozuntusu - Araşdırma aparılır
Azərbaycan Respublikasının Baş Prokurorluğu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkarlanmış qanun pozuntuları ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanun pozuntularına dair araşdırma aparılır.
11-08-2022, 20:31
İslamiada: Daha üç güləşçimiz finaldaAzərbaycanın 3 sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə əldə edib.
Butov.az xəbər verir ki, Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda İslam Bazarqanov (61 kq) yarımfinalda iranlı Məcid Dastana (10:0), Gözəl Zutova (72 kq), Ngiri Nyehə (6:0), Leyla Qurbanova (53 kq) isə türkiyəli Rahime Arifeyə (10:0) qalib gələrək finala yüksəlib.
11-08-2022, 20:27
Vaksin vurduranların yeni statistikasılAzərbaycanda son sutkada koronavirus əleyhinə 1766 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza vaksin vurduranların sayı 1116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 834 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 226, üç və daha çox doza vaksin vurduranların sayı 3 349 143, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 573 təşkil edir.
11-08-2022, 20:24
Yoluxanların bu günə olan sayı açıqlandıAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 803 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 685 nəfər müalicə olunaraq sağalıb, 9768 nəfər vəfat edib, aktiv xəstə sayı 3192 nəfərdir. Son sutka ərzində 4076, hazırkı dövrədək isə 7 084 848 test aparılıb.
11-08-2022, 20:21
Almaniya kansleri ruslara qarşı sanksiyanın əleyhinə çıxdı
"Ruslara Şengen vizalarının verilməsinin dayandırılması ideyasını düzgün hesab etmirəm". Bunu Almaniya kansleri Olaf Şolts mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya vətəndaşlarının hamısına sanksiya tətbiq etmək doğru yanaşma deyil. “Moskvanın güc mərkəzi”ndən olan insanlara qarşı tətbiq edilən sanksiyaları Almaniya həmişə dəstəkləyəcək. Lakin bu, Putinin müharibəsidir, ona görə də vizaların dayandırılması ideyası ilə razılaşmaqda çətinlik çəkirəm. Bütün ruslara qarşı sanksiyaların tətbiqini haqlı hesab etmirəm", - deyə Kansler vurğulayıb.
11-08-2022, 20:18
Azərbaycanda 1 ildə bu qədər adam xərçəngə tutulub - Dəhşətli statistikaTəkcə ötən il Azərbaycanda 13644 nəfərə bәdxassәli şişlәrlә xәstәlәnmə diaqnozu qoyulub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, bu rəqəm əvvəlki illərlə müqayisədə artım deməkdir. Belə ki, 2020-ci ildə ilk dəfə bәdxassәli şişlәrlә xәstәlәnənlərin sayı 11595 nəfər olub. Rəsmi statistikaya görə, Azərbaycanda qadınlar kişilərə nisbətən daha çox xərçənglə xəstələnirlər. Belə ki, ötən il ilk dəfə bәdxassәli şişlәrlә xәstәlәnən 13644 nəfərdən 6437-ü kişilər, 7207-si qadınlar olub. 2021-ci ildə bәdxassәli şiş aşkarlanan xəstələrdən 87-si 13 yaşadək uşaqlar olub.
11-08-2022, 20:15
AzTV-nin əməkdaşı vəfat etdiAzərbaycan Dövlət Televiziyasının (AzTV) operatoru Fariz Babayev vəfat edib.
Butov.az xəbər verir ki, bununla bağlı onun iş yoldaşları məlumat yayıblar. Gənc operatorun ölüm səbəbi hələlik açıqlanmayıb. Allah rəhmət eləsin!