"Milli QHT Forumunda "Kəlağayı Bayramı" silsilə tədbirlərinə start verildi .....                        Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                       
12-08-2022, 20:52
Prezident: "Artıq bal ixracatçısına çevrilmişik"


Prezident: "Artıq bal ixracatçısına çevrilmişik"

Kəlbəcər, Laçın, Zəngilan rayonlarında heyvandarlığın çox böyük perspektivləri var. Biz vaxt itirmədən artıq ikinci ildir ki, çobanları qoyun sürüləri ilə artıq oraya göndərmişik və bunun nəticəsini görürük. Arıçıları göndərmişik. Artıq Kəlbəcər, Laçın rayonlarında yol boyunca yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürür. Artıq biz bal ixracatçısına çevrilmişik. Bunu Prezident İlham Əliyev avqustun 12-də Basqal qəsəbəsində Azərbaycan Televiziyasına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı rayonlarında taxılçılıq, həmçinin üzümçülük, meyvəçilik, fındıqçılıq sahələri inkişaf etdirilməlidir. Dövlət öz tövsiyələrini verəcək, fermerlərə, oraya qayıdacaq vətəndaşlara həm dəstək göstərəcək, subsidiya verəcək, tövsiyə verəcək, onların yetişdirdikləri məhsulu bazarlara çıxarmaq üçün dəstək olacaq. “Yenə də deyirəm, bu bölgədə - Şərqi Zəngəzur və Qarabağ bölgəsində kənd təsərrüfatının inkişafı, ən müasir əsaslar üzərində qurulmalıdır. Çünki biz işlərə faktiki olaraq sıfırdan başlayırıq, ona görə səhvə yol verə bilmərik. Vaxtilə Azərbaycanda aparılmış kənd təsərrüfatı islahatı zamanı buraxılan səhvlərə yol verə bilmərik. Hər şey düzgün, şəffaf olmalıdır və əminəm ki, bunun nəticəsində ən böyük məhsuldarlıq məhz işğaldan azad edilmiş torpaqlarda olacaq”, - deyə Azərbaycan Prezidenti vurğulayıb.
12-08-2022, 20:48
Qazaxıstan nefti Rusiya yox, Azərbaycan kəmərindən keçəcək


Qazaxıstan nefti Rusiya yox, Azərbaycan kəmərindən keçəcək

Qazaxıstan neftini Rusiya Federasiyasından yan keçməklə satacaq. Sentyabrdan Qazaxıstan neftinin bir hissəsi Azərbaycanın ən böyük neft kəmərindən keçəcək. Bu barədə “Reuters” məlumat yayıb. Bildirilir ki, Qazaxıstanın dövlət neft şirkəti “Kazmunaqaz” Azərbaycan dövlət şirkətinin, SOCAR-ın bölməsi ilə ildə 1,5 milyon ton neft satışı ilə bağlı danışıqlar aparır. Müqavilənin avqustun sonunda imzalanması, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə tranzitin isə bir aydan sonra başlanacağı gözlənilir. Bundan əlavə, 2023-cü ildə Qazaxıstan daha 3,5 milyon ton nefti Azərbaycanın digər boru kəməri ilə Gürcüstanın Qara dəniz sahilindəki Supsa limanına nəql edə bilər. Beləliklə, ümumi həcm sutkada 100 000 bareldən çox və ya CPC axınının 8%-ni təşkil edəcək.
12-08-2022, 20:42
Peyvənd olunanların sayı açıqlandı


Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 733 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 303, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza vaksin vurduranların sayı 1 070, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 208 nəfərdir. Qeyd edək ki, ölkədə vurulan vaksinlərin ümumi sayı 13 836 046 təşkil edir.
12-08-2022, 20:38
Daha 520 nəfər koronavirusa yoluxub


Daha 520 nəfər koronavirusa yoluxub

Azərbaycanda koronavirusa 520 yeni yoluxma qeydə alınıb, 518 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan ölən olmayıb. Ölkədə indiyədək ümumilikdə 804 165 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 791 203 nəfər müalicə olunaraq sağalıb, 9 768 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Son sutka ərzində 3 446, hazırkı dövrədək isə 7 088 294 test aparılıb.
12-08-2022, 20:31
Hər gün 500 rus işğalçısı ölür və ya yaralanır


Hər gün 500 rus işğalçısı ölür və ya yaralanır

Ukrayna cəbhəsində hər gün 500 rus işğalçısı ölür və ya yaralanır. Bu barədə “Nyu York Tayms" qəzeti müdafiə nazirinin siyasət üzrə müşaviri Colin Kahl və Bayden administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb. Mənbəyə görə, işğalçılar Ukraynanın şərqində bəzi kiçik uğurlar əldə ediblər, lakin bu, yeni silahlar və Ukrayna Silahlı Qüvvələrinin hərəkətləri səbəbindən onlara son dərəcə baha başa gəlib. Bu cür itkilər Rusiyanın ilin sonuna qədər Ukraynanın şərqini ələ keçirə bilməyəcəyi anlamına gəlir.
12-08-2022, 20:23
Putin yenidən Təhlükəsizlik Şurasını topladı


Putin yenidən Təhlükəsizlik Şurasını topladı

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının daimi üzvləri ilə iclas keçirib. Bu barədə Rusiya mətbuatı məlumat yayıb. İclasda ölkənin müdafiə naziri Sergey Şoyqu məruzə ilə çıxış edib. Bundan əlavə, Rusiyanın hərbi sahədə təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub.
12-08-2022, 20:16
Rusiya Zaporojyeni partlada bilər - Ukrayna fəlakətlə üz-üzə


Rusiya Zaporojyeni partlada bilər - Ukrayna fəlakətlə üz-üzə

"Zaporojye AES-i terrorçular ələ keçiriblər, onlar öz texnikalarını həmin əraziyə aparıblar. Əgər biz indi orada onlarla məsələni həll etməyə başlasaq, ehtimal var ki, stansiyanın partladılmasına qərar verəcəklər". Bunu Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib. “Allah eləməsin, orada hansısa nüvə fəlakəti baş versə, deyə bilərəm ki, bu, Çernobılda baş verənlərdən daha dəhşətli olacaq. Çünki Zaporojye Avropanın ən böyük atom elektrik stansiyasıdır, orada altı nəhəng enerji bloku var”, - Danilov vurğulayıb. Onun sözlərinə görə, indi bütün dünya Rusiya işğalçılarının stansiya ərazisini tərk etməsini və AES-in Ukraynanın nəzarətinə keçməsini tələb etməlidir.
12-08-2022, 20:12
Yeni icra başçısı kollektivə təqdim olundu


Yeni icra başçısı kollektivə təqdim olundu

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim olunub. Butov.az xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib. Təqdimatda Zeynal Nağdəliyev çıxış edib. O, dövlət başçısının tapşırıq və tövsiyyələrini çatdırıb. O.Mürsəlov isə ona göstərilən etimada görə minnətdarlığını bildirib.
12-08-2022, 20:06
Ehtiyatda nə qədər maska qalıb?


Ehtiyatda nə qədər maska qalıb?

Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 17,1 milyon maska istehsal edilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Avqustun 1-nə olan məlumata əsasən, ölkəmizdə hazır məhsul ehtiyatı 6,1 milyon ədəddir.
12-08-2022, 19:36
Britaniya növbəti dəfə Ukraynaya silah göndərdi


Britaniya növbəti dəfə Ukraynaya silah göndərdi

"Böyük Britaniya söz verdi, Böyük Britaniya yerinə yetirdi! Yeni M270 MLRS Ukraynaya gəldi". Bu sözləri öz “Twitter” səhifəsində Ukrayna müdafiə naziri Aleksey Reznikov yazıb. O, britaniyalılara dəstəyə görə təşəkkür edib və bunun Ukrayna üçün əhəmiyyətini qeyd edib: "Ukrayna ordusu döyüş meydanında bu silahlardan məharətlə istifadə edir. Əminəm ki, bu hədiyyələrdən tezliklə daha çox gələcək".
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!