17-08-2022, 21:32
Ukrayna Ali Baş Komandanı dəyişəcək
Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı dəyişə bilər. Bu barədə Ukraynanın "Teleqraf" nəşri hakimiyyətə yaxın mənbələrə istinadən yazıb. Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Ali Baş Komandanı Valeri Zalujnını Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının baş komandanı Aleksandr Sırski ilə əvəz etməyi planlaşdırır. Yerdəyişmə avqustun sonu və ya sentyabrın əvvəlində baş verə bilər. Bildirilir ki, Valeri Zalujnıya müdafiə naziri postu təklif olunacaq.
17-08-2022, 21:30
Məsciddə partlayış - 20 ölü, 40 yaralı varBu gün Kabilin şimal-şərqindəki məscidlərin birində partlayış olub. Hadisə nəticəsində azı 20 nəfər həlak olub, 40 nəfər yaralanıb. Bu barədə "Al Jazeera" telekanalı Əfqanıstanın güc strukturlarına istinadla məlumat yayıb. Hələlik hadisə ilə bağlı digər təfərrüatlar açıqlanmayıb.
17-08-2022, 21:29
Meşə yanğını qaz təsərrüfatına ziyan vurubŞabran rayonu ərazisində baş verən yanğın qaz təsərrüfatına da zərər vurub. Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib. "Avqustun 15-də Şabran rayonunda yanğın səbəbindən fövqəladə vəziyyət elan olunduğu və Yanğın təhlükəsizliyi baxımından Xaçmaz Regional qaz istismarı İdarəsinin Şabran xidmət sahəsi ərazisində "Taxtalar" QPS-dən qidalanan Zeyvə, Kirvar kəndləri istiqamətində çəkilmiş 9 kəndi qidalandıran daşıyıcı qaz xəttində müvəqqəti olaraq qaz təchizatı dayandırıldığı haqqında tərəfimizdən məlumat verilib. Yanğın hələ də davam etdiyi üçün Dağ Bilici, Mumlu, Zöhramlı, Pirəbədil, Sumağa, Qazmalar, Qorağan, Zeyvə və Kirvar kəndlərinin qaz təchizatı bərpa olunmayıb. Yanğın nəticəsində 4 ədəd sonradan ödənişli (mexaniki tipli) qaz sayğacı yanaraq istismardan çıxıb. Yanan sayğaclardan 3 ədədi yenisi ilə əvəz olunub, 1 ədədi isə fərdi yaşayış evinin tamami ilə yanması səbəbindən əvəz edilməyib", - məlumatda qeyd olunub.
17-08-2022, 21:27
Meymunçiçəyinə yoluxma 20% artıb Dünyada son bir həftə ərzində 7,5 minə yaxın şəxs meymunçiçəyinə yoluxub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib. Onun sözlərinə görə, bu rəqəm ötən həftə ilə müqayisədə 20% çoxdur. Ümumilikdə, dünyada 92 ölkədə 35 mindən çox şəxs meymunçiçəyinə yoluxub, onlardan 12-si vəfat edib. Ən çox yoluxma halları ABŞ, İspaniya, Böyük Britaniya, Almaniya və Fransada qeydə alınıb.
17-08-2022, 21:25
Norveç Ukraynaya yeni hərbi yardım göndərəcəkUkraynanın müdafiə naziri Aleksey Reznikov norveçli həmkarı Byorn Arild Qramla telefon danışığı aparıb.
Butov.az xəbər verir ki, məlumatı Reznikov öz "Twitter" səhifəsində yayıb. Ukraynalı nazir bildirib ki, Norveç Ukraynaya yeni hərbi yardım paketi göndərəcək. O əlavə edib ki, bundan əlavə, Norveç Ukrayna əsgərlərinə təlim keçəcək.
17-08-2022, 21:22
İslamiadada növbəti qızıl medalı qazandıqTürkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisi ilk qızıl medalını qazanıb.
Butov.az xəbər verir ki, dünya çempionu və XI Ümumdünya Oyunlarının qalibi Bəhram Rəcəbzadə (low kick, +91 kq) finalda meydan sahibi Türkiyə idmançısı Kadir Yıldırım üzərində qələbə qazanıb. Bundan başqa, Amil Məmmədov (full contact, 51 kq) isə bürünc medal əldə edib. Bəhram Rəcəbzadənin nailiyyəti Azərbaycanın İslamiadada qazandığı 25-ci qızıl medal olub. Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları 2021-ci ildə keçirilməli olsa da, qlobal pandemiya səbəbindən yarış bir il təxirə salınıb. V İslam Həmrəyliyi Oyunlarında 56 ölkədən 4 mindən çox atlet idmanın 24 növü üzrə 483 dəst medal uğrunda mübarizə aparır.
17-08-2022, 21:20
Güləşçimiz dünya çempionu olduAzərbaycan güləşçisi Cəbrayıl Qadjıyev dünya çempionu olub.
Butov.az xəbər verir ki, Qadjıyev Bolqarıstanın paytaxtı Sofiyada keçirilən güləş üzrə U-20 dünya çempionatında fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, finalda yapon idmançısı üzərində tuşe ilə qələbə qazanıb.
17-08-2022, 21:17
Azərbaycan BMT-yə məruzə təqdim etdi
Avqustun 15-16-da Cenevrə şəhərində BMT-nin İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 107-ci sessiyası çərçivəsində “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiya üzrə Azərbaycan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı keçirilib. Bu barədə XİN-dən məlumat verilib. Tədbirdə Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərlik etdiyi, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət nümayəndə heyəti təmsil edib. Təqdimat zamanı nazir müavini Azərbaycan Respublikasının BMT-nin insan hüquqları sahəsində müvafiq müqavilə qurumları ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd edib. Azərbaycanın multi-etnik ölkə olduğu diqqətə çatdırılıb, Bakı Beynəlxalq Multikultiralizm Mərkəzinin ölkədə multikultiralizm dəyərlərinin təşviqi, mədəni, dini və linqvistik müxtəlifliyin qorunub saxlanılması sahəsində səmərəli fəaliyyəti barədə məlumat verilib. Nazir müavini qeyd edib ki, Ermənistanın etnik təmizləmə apararaq Azərbaycan ərazilərini onilliklər ərzində işğal altında saxlaması Konvensiyanın həyata keçirilməsinə əsas maneə olub. Vətən Müharibəsində əldə edilmiş Zəfər ilə münaqişəyə son qoyulduqdan sonra məcburi köçkünlərin öz evlərinə qayıtması və həmin ərazilərdə multi-etnik icmaların bərpa olunması üçün Azərbaycan tərəfindən görülən işlər barədə məlumat verib, bu ərazilərin minalardan və partlamamış sursatlardan təmizlənməsinin bu istiqamətdə prioritet vəzifələrdən olduğunu bildirib. Ermənistanın Azərbaycana qarşı Beynəlxalq Ədalət Məhkəməsində qaldırılmış iş üzrə Məhkəmənin müvəqqəti tədbirlərə dair qərarında Ermənistanın bir çox müraciətinin rədd olunduğu vurğulanıb, Azərbaycanın Ermənistana qarşı qaldırdığı iddia üzrə analoji işdə irqi nifrətin qızışdırılması və təşviqinin qarşısının alınması üçün Ermənistan tərəfindən tədbirlər görülməsinin Məhkəmə tərəfindən tələb olunduğunu qeyd edilib. Komitə tərəfindən Ermənistanda nifrət nitqi ilə bağlı məsələlərin Ermənistan Respublikası Hökumətinin dövri məruzəsinin təqdimatı zamanı nəzərə alınacağı bildirilib. Nümayəndə heyəti rəhbərinin təqdimatından sonra konstruktiv və qarşılıqlı anlaşma şəraitində interaktiv dialoq aparılıb və Komitə üzvləri tərəfindən qaldırılan suallar cavablandırılıb. Komitə üzvləri Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülük dəyərlərinin qorunub saxlanılması istiqamətində həyata keçirilən ardıcıl tədbirləri müsbət dəyərləndirib.
17-08-2022, 21:13
Rusiya ABŞ-ın məşhur brendinin adını dəyişdiUkraynada müharibə başladıqdan sonra Rusiya bazarını tərk edən ABŞ-ın məşhur “Starbucks” qəhvə şirkətinin əvəzinə Moskvada yeni obyektlər açılacaq. Bu barədə "Moskva 24" agentliyi məlumat yayıb. Bildirilir ki, Rusiyada "Starbucks" brendi "Stars coffee" adlanacaq və loqoda su pərisi əvəzinə kokoşnikli qız olacaq. Moskvada yeni qəhvəxanalar sabahdan fəaliyyətə başlayacaq.
17-08-2022, 21:09
Snayperlərimiz ustalıqlarını nümayiş etdirdi
“Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Snayper həddi” müsabiqəsində müxtəlif epizodlar icra olunur. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan snayperləri birinci mərhələnin daha iki çalışmasını uğurla yerinə yetiriblər. Hərbi qulluqçular müxtəlif mövqelərdən 300-600 metr məsafədə yerləşən xüsusi hədəfləri məhv etməklə öz ustalıqlarını nümayiş etdiriblər.