Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                       
17-08-2022, 20:05
Mişustin Əli Əsədova zəng edib


Mişustin Əli Əsədova zəng edib

Avqustun 17-də Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycanın baş naziri Əli Əsədova zəng vurub. Nazirlər Kabinetindən verilən məlumata görə, telefon danışığı zamanı Azərbaycan-Rusiya strateji əməkdaşlığının inkişafından razılıq ifadə olunub. Müxtəlif sahələrdə ikitərəfli əlaqələrin genişləndirilməsi perspektivləri müzakirə olunub. Eyni zamanda, qarşılıqlı maraq doğuran bir sıra məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
17-08-2022, 20:01
Prezident “Qaraheybət” şəhidlərini təltif edib


Prezident “Qaraheybət” şəhidlərini təltif edib

Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, təltif olunanlar arasında “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı baş vermiş helikopter qəzasında həlak olan hərbçilərin adları da yer alıb. Butov.az təltif edilən şəhid sərhədçilərin siyahısını təqdim edir:
3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə
Əliyev Xəyyam Əlixan oğlu – kapitan (ölümündən sonra)
“Vətən uğrunda” medalı ilə
Əliyev Emil Elman oğlu – mayor (ölümündən sonra)
Əhmədxanov Ceyhun Xanlar oğlu – tibb xidməti kapitanı (ölümündən sonra)
Əhmədov Elburus Səmrəddin oğlu – mayor (ölümündən sonra)
Qaraisayev Teymur Ənvər oğlu – kapitan (ölümündən sonra)
Nağıyev Fərid Təyyar oğlu – baş leytenant (ölümündən sonra)
Süleymanov Abdulla Telman oğlu – leytenant (ölümündən sonra)
Xatırladaq ki, DSX-nin hərbi helikopteri 2021-ci ilin noyabrın 30-da Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb. Nəticədə 14 nəfər şəhid olub, 2 nəfər - polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilov yaralanıb. Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb.
17-08-2022, 19:56
Son sutkada bu qədər vaksin vurulub


Son sutkada bu qədər vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1791 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 301, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 261, üç və daha çox doza vaksin vurduranların sayı 1057, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 172 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 842 888, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 370 777, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 860 329, üç və daha çox doza vaksin vurduranların sayı 3 354 294, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 257 488 təşkil edir.

17-08-2022, 19:53
Gündəlik yoluxma sayı 700-ü keçdi


Gündəlik yoluxma sayı 700-ü keçdi

Azərbaycanda koronavirus infeksiyasına 710 yeni yoluxma faktı qeydə alınıb, 503 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb. İndiyədək ümumilikdə 806 472 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 793 268 nəfər müalicə olunaraq sağalıb, 9777 nəfər vəfat edib, aktiv xəstə sayı 3427 nəfərdir. Son sutka ərzində 4852, hazırkı dövrədək isə 7 106 376 test aparılıb.

17-08-2022, 19:50
Firəngiz Rəhimbəyovanın nəşi Bakıya gətiriləcək?


Firəngiz Rəhimbəyovanın nəşi Bakıya gətiriləcək?

Azərbaycanın tanınmış estrada müğənnisi Firəngiz Rəhimbəyova ötən gün vəfat edib. Firəngiz xanım ABŞ-da 62 yaşında infarktdan dünyasını dəyişib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, müğənninin yaxınlarından kimsə mərhumun Azərbaycanda dəfn olunması ilə bağlı müraciət etməyib. Qeyd edək ki, Firəngiz Rəhimbəyova ötən əsrin 80-ci illərinin sonunda Azərbaycan müasir estradasının parlaq ifaçılarından biri olub. Rafiq Babayev, Eldar Mansurov, Oqtay Kazımov kimi bəstəkarlarla işləyən müğənni “Əgər məni unutsan”, “Bu sevgi”, “İnanıram bu sevgiyə”, “Bizim dağlar”, “Ana torpaq”, “Məhəbbətim gələcək”, “Gülə-gülə”, “Bəri bax”, “Oğlan” adlı mahnılar ifa edib. Bir neçə filmdə aktrisa kimi də özünü sınayan Rəhimbəyovaya ən böyük uğuru “Bəxt üzüyü” filmindəki Seda rolu gətirib. O, 1993-cü ildə Azərbaycandan ABŞ-ın Los-Anceles şəhərinə köçüb. Firəngiz Rəhimbəyova 1999-cu ildə orada amerikalı arxitektor Raymond Antoni ilə ailə həyatı qurub. 2017-ci ildə Tahir İmanovun dəvəti ilə Bakıya gələrək "Bəxt üzüyü 2" filmində yenidən Seda roluna çəkilib. Müğənninin qızı Raisa da ABŞ-da yaşayır və o da əcnəbi şəxsə ailə həyatı qurub. Qeyd edək ki, mərhum sənətçi avqustun 7-də 62-ci yaşını qeyd etmişdi.
17-08-2022, 19:47
Sumqayıtda evdən meyit tapıldı


Sumqayıtda evdən meyit tapıldı

Sumqayıtda mənzildə meyit aşkar edilib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1 nəfərin meyitini aidiyyəti üzrə təhvil veriblər.
17-08-2022, 19:44
6 nəfəri gün vurub, biri azyaşlıdır


6 nəfəri gün vurub, biri azyaşlıdır

Avqustun 7-dən bu günə qədər təcili tibbi yardıma günvurma ilə əlaqədar 6 nəfər müraciət edib. Bunu Səhiyyə Nazirliyinin mütəxəssisi-eksperti, terapevt Zakir Quliyev deyib. Onun sözlərinə görə, həmin şəxslərdən 3-ü hospitalizasiya olunub, 3-nə isə yerində yardım göstərilib. "Hospitalizasiya olunanlardan 1-i azyaşlıdır. Hazırda onların vəziyyəti kafi olaraq qiymətləndirilir", - deyə Z.Quliyev vurğulayıb.
17-08-2022, 19:41
Nazirlik işçilərinin sayı artırıldı - Fərman


Nazirlik işçilərinin sayı artırıldı - Fərman

Gənclər və İdman Nazirliyinin işçilərinin sayı artırılıb. Bu barədə Prezident İlham Əliyev müvafiq fərman imzalayıb. Fərmana əsasən, Gənclər və İdman Nazirliyi aparatının işçilərinin say həddi 113 ştat vahidindən 163 ştat vahidinədək artırılıb.
17-08-2022, 19:34
Prezident onlara general rütbəsi verdi


Prezident onlara general rütbəsi verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.Butov.az xəbər verir ki, sərəncamla Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:
general-leytenant ali hərbi rütbəsi
general-mayor Rəsul Afiq oğlu Tağıyevə
general-mayor Müzəffər Ələsgər oğlu Pirizadəyə
general-mayor Elçin Zaur oğlu İbrahimova
general-mayor ali hərbi rütbəsi
polkovnik Zaur Rəşidoviç Niftullayevə
polkovnik Natiq Zahid oğlu Abuzərliyə
polkovnik Misir Əziz oğlu Əliyevə
polkovnik Aqil İnşalla oğlu Babayevə
polkovnik Azad Əyyub oğlu Abdullayevə
polkovnik Vüsal Eynulla oğlu Sultanova.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!