Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
20-08-2022, 23:30
Makron Əlcəzairə gedir - Qaz məsələsi gündəmdədir


Makron Əlcəzairə gedir - Qaz məsələsi gündəmdədir

Fransa prezidenti Emmanuel Makron gələn həftə Əlcəzairə səfər etməyi planlaşdırır. Bu barədə Yelisey sarayı məlumat yayıb. Makron Əlcəzair prezidenti Əbdülməcid Tebbunun dəvətini qəbul edib. Bu, Makronun Parislə sıx işgüzar əlaqələri olan şimali Afrika ölkəsinə ikinci rəsmi səfəri olacaq. Qeyd edək ki, Avropa İttifaqı Rusiyadan gələn təbii qazın azalması fonunda böyük təbii qaz ehtiyatlarına malik Əlcəzair ilə əlaqələri gücləndirməyə çalışır.
20-08-2022, 23:16
Meymunçiçəyi daha bir ölkədə aşkarlandı


Meymunçiçəyi daha bir ölkədə aşkarlandı

İndoneziyada meymunçiçəyinə ilk yoluxma halı aşkar edilib. Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Xəstənin hansı ölkədən gəldiyi açıqlanmayıb. 27 yaşlı kişinin paytaxt Cakartada verdiyi testin nəticəsi müsbət çıxıb. Onun vəziyyətinin yaxşı olduğu, yüngül simptomlar müşahidə edildiyi bildirilir.
20-08-2022, 23:14
Təngəaltıda yanğın lokallaşdırılıb


Təngəaltıda yanğın lokallaşdırılıb

Quba rayonunun Təngəaltı kəndindəki meşə massivində baş verən yanğın artıq lokallaşdırılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, hazırda ərazidə soyutma işləri aparılır: "Bəzi yerlərdə tüstülənmə var. Hazırda əməkdaşlar tədbirləri davam etdirir".
20-08-2022, 23:11
Rusiya Ukraynanı “kimyəvi terror”da ittiham edir


Rusiya Ukraynanı “kimyəvi terror”da ittiham edir

Zaporojye vilayətinin müvəqqəti işğal olunmuş hissəsində rusiyalı hərbçilər zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib. Moskva bunu əsas gətirib, Ukraynanı kimyəvi silahdan istifadə etməkdə ittiham edir. Bu barədə RİA Novosti məlumat yayıb. Qeyd edilir ki, müayinə zamanı xəstəxanaya yerləşdirilən işğalçıların üzərində zəhərli maddə - "b" tipli botulinum toksini aşkarlanıb. Rusiya öz növbəsində Ukraynanı “kimyəvi terrorizm”də ittiham etmək üçün təhlillərin nəticələri ilə təsdiqləndiyi iddia edilən sənədləri hazırlamağa başlayıb.
20-08-2022, 23:08
"Qalatasaray" "Qarabağ"ın müdafiəçisi ilə maraqlanır


"Qalatasaray" "Qarabağ"ın müdafiəçisi ilə maraqlanır

"Qarabağ" klubunun müdafiəçisi Toral Bayramov "Qalatasaray"ın diqqətini çəkib. Butov.az xəbər verir ki, baş məşqçi Okan Burukun müdafiəçinin keçidini istədiyi bildirilir. 21 yaşlı futbolçunun Çempionlar Liqasındakı çıxışları ilə "Qalatasaray"ın transfer hədəfinə çevrildiyi qeyd olunub. İstanbul klubunun Bayramovun meneceri ilə danışıq apardığı deyilir. Xəbərdə o da qeyd olunub ki, Toral Bayramovla Türkiyə Superliqasının daha bir klubu "Kayserispor" və 1-ci Liqadan "Eyüpspor" da maraqlanır.
20-08-2022, 22:45
Rusiyanın iki PUA-sı məhv edilib


Rusiyanın iki PUA-sı məhv edilib

Ukrayna hərbçiləri ölkənin Şərqində rusiyalı işğalçıların iki pilotsuz uçuş aparatını vurublar. Bu barədə Hava Komandanlığı Mərkəzinin "Facebook” səhifəsində bildirilib. Qeyd edilib ki, "Mərkəz" hava komandanlığının zenit atıcıları müəyyən istiqamətlərdə Ukrayna səmasını hər dəqiqə qoruyaraq düşmən texnikasını məhv edirlər.
20-08-2022, 22:43
Nazir müavini yanğınlardan danışdı: "Məsuliyyətsizlik göz qabağındadır”


Nazir müavini yanğınlardan danışdı: "Məsuliyyətsizlik göz qabağındadır”

Ölkədə quru, isti hava şəraiti başlanandan yanğınlar da dərhal özünü göstərdi və isti hava axını böyük ərazilərdə yanğınlarla müşayiət olundu. Qlobal istiləşmə, iqlim dəyişmələri fonunda planetdə baş verən yanğınlar zamanı, təəssüf ki, yaşıllıqlar yanır, biomüxtəlifliyə, kənd təsərrüfatına, ətraf mühitə ciddi zərər dəyir. Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib. “Bəli, isti hava axını var və demək olar ki, hər il müşahidə olunur. Amma yanğınların baş verməsində əsas faktor insanların ehtiyatsızlığıdır. Xatırlayırsınızsa, qızmar istilərin başlanacağı ilə əlaqədar təbiətdə olarkən odla ehtiyatlı davranmaq barəsində əhaliyə xəbərdarlıq edilmişdi. Lakin yenə də, məsuliyyətsizliyin nəticəsi göz qabağındadır”. Nazir müavini bildirib ki, bu cür ürəkağrıdan mənzərə ilə qarşılaşmamaq üçün verilmiş xəbərdarlıqları ciddiyə almaq, təbiətdə olarkən maksimum dərəcədə yanğın təhlükəsizliyi qaydalarına əməl etmək vacibdir. “Yanğının söndürülməsində iştirak etməyənlər, bəlkə də, bunun necə ağrılı-acılı və çətin vəziyyət olduğunu bilmirlər. Gözümüzün qabağında yaşıllıqların alovlar içərisində bir anda məhv olmasını görmək çox çətindir. Bunu sözlə ifadə etmək mümkün deyil. Ona görə də, hər kəsdən xahiş və tələb edirik ki, yanğının böyük fəlakət olduğunu nəzərə alsınlar və buna səbəb olmasınlar”.
20-08-2022, 22:41
BMT baş katibi Türkiyəyə gəlib


BMT baş katibi Türkiyəyə gəlib

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Türkiyəyə səfər edib. Butov.az xəbər verir ki, Quterreş əvvəlcə Zeytinburnudakı limana baş çəkib. BMT baş katibi burada Ukraynadan taxıl daşıyan gəmilərə baxıb. Daha sonra taxıl ixracı ilə bağlı yaradılmış Birgə Koordinasiya Mərkəzində müzakirələr aparacağı gözlənilir.
20-08-2022, 22:37
Xarkovda 20 amerikalı muzdlu öldürülüb


Xarkovda 20 amerikalı muzdlu öldürülüb

Ukraynanın Xarkov vilayətində 100-dən çox hərbçi öldürülüb. Butov.az xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib. İqor Konaşenkov iddia edib ki, Xarkovda öldürülən 100-dən çox hərbçidən 20-si ABŞ-a məxsus muzdlu əsgər olub.
20-08-2022, 22:31
Ermənidən vandalizmin etirafı: “Ağdamı söküb-dağıtdıq, yaşamadıq”


Ermənidən vandalizmin etirafı: “Ağdamı söküb-dağıtdıq, yaşamadıq”

Laçın rayonunun Zabux kəndində məskunlaşan daha bir erməni dünən səhər saatlarında tərk etdiyi evi yandırıb. Amma bir neçə dəqiqə sonra hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun qarşısını alıblar. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Məlumata görə, hadisə yerinə yanğınsöndürmə briqadası ərazidəki rusiyalı sülhməramlıların tələbi ilə göndərilib. Bunu Zabuxdakı erməni icmasının rəhbəri Andranik Çavuşyan da təsdiqləyib. Qarabağdakı separatşı-terrorçulardan nümayəndəsi isə “Hraparak”a bildirib ki, onsuz da azərbaycanlılar ermənilərin Zabuxda qoyub getdikləri evlərdə yaşamayacaqlar. O, vaxtilə Ağdamda törətdikləri vandalizmdən də danışıb: “Azərbaycanlılar ermənilərin Ağavnoda (Zabuxda-red.) qoyub getdikləri evlərdə yaşamayacaq, onların nəzarətinə keçəndən sonra həmin tikililəri sökəcəklər. Yəqin ki, bununla 30 il əvvəlki qələbəmizə cavab verməyə çalışacaqlar. Vaxtilə biz də Ağdamı, qəsəbələrini dağıtdıq, torpaqlarından istifadə etdik, yaşamadıq, amma örüş-tarlaya çevirdik, bağlar saldıq, binaların, tikililərin uyğun yerlərini çıxarıb istifadə etdik, indi qisas alırlar. Bizim evlərdə yaşamayacaqlar, amma kəndlərin ərazilərindən istifadə edib, qazanc götürəcəklər”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!