TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
23-08-2022, 20:30
Prezident Nəsimi rayonu ilə bağlı sərəncam verdi


Prezident Nəsimi rayonu ilə bağlı sərəncam verdi

Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb. Butov.az xəbər verir ki, sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 2,2 milyon (iki milyon iki yüz min) manat vəsait ayrılıb. Maliyyə Nazirliyi bu sərəncamda nəzərdə tutulan maliyyələşməni təmin etməlidir. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
23-08-2022, 20:28
Ukraynada başqa ölkənin bayrağı dalğalanmayacaq


Ukraynada başqa ölkənin bayrağı dalğalanmayacaq

“Ukrayna heç vaxt öz torpağında və səmasında başqalarının bayraqlarını dalğalandırmayacaq”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib. "Biz iki rəngin birləşməsini yüksək qiymətləndiririk. Biz heç vaxt torpağımızda başqa bayraqların rənglərini tanımayacağıq. Biz mavi və sarı bayrağımızı müdafiə etməyə hər zaman hazırıq. Azadlığın nə olduğunu bilməyənlərin bayrağı ola bilməz”, - Ukrayna lideri vurğulayıb.
23-08-2022, 20:24
Putin Tacikistan prezidentinə zəng etdi


Putin Tacikistan prezidentinə zəng etdi

Rusiya prezidenti Vladimir Putin Tacikistan prezidenti Emomali Rahmona zəng edib. Kremlin mətbuat xidmətinin məlumatına görə, prezidentlər telefon danışığı zamanı ikitərəfli münasibətlər, həmçinin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin mövzusunu müzakirə ediblər. “Rusiya-Tacikistan dostluq münasibətlərinin gələcək inkişafının bəzi aktual məsələləri, eləcə də Şanxay Əməkdaşlıq Təşkilatının sentyabrda Səmərqənddə keçiriləcək sammitinin mövzuları müzakirə edilib”, - məlumatda deyilir.
23-08-2022, 20:21
DSX Rusiya və İranla sərhədi pozmaq istəyən şəxsləri saxladı


DSX Rusiya və İranla sərhədi pozmaq istəyən şəxsləri saxladı

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib. Avqust ayının 22-də saat 06:30-da “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 3 (üç) nəfər naməlum şəxsin Azərbaycandan Rusiyaya doğru hərəkət etməsi və özlərini şübhəli aparması sərhəd naryadının diqqətini cəlb edib. Sərhəd zastavası “Silaha” komandası ilə qaldırılıb, ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd edən şübhəli şəxslər sərhəd pozucusu qismində saxlanılıblar. Araşdırma zamanı onların Azərbaycan vətəndaşı, Ağdaş rayon sakinləri 1986-cı il təvəllüdlü Həsənov Elşad Elxan oğlu, 1986-cı il təvəllüdlü Cahangirov Əkbər Vüqar oğlu və 1987-ci il təvəllüdlü İsayev Xəyyam İntiqam oğlu olması müəyyənləşdirilib. Avqust ayının 22-də saat 15:00-da “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Züngüləş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində yerləşən meşə massivində dövlət sərhədini pozaraq qanunsuz yolla Azərbaycandan İrana keçməyə cəhd edərkən 1 (bir) nəfər Azərbaycan vətəndaşı, Goranboy rayon sakini 1993-cü il təvəllüdlü Əliyev Elvin Əvəz oğlu sərhəd pozucusu qismində saxlanılıb. Araşdırma zamanı E.Əliyevin əvvəllərdə dəfələrlə məhkum edildiyi və bir necə gün öncə Bakı şəhərində törətdiyi cinayətə görə məsuliyyətdən yayınmaq məqsədilə qaçaqmalçılıq yolu ilə İrana keçməyə cəhd etməsi müəyyənləşdirilib. Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
23-08-2022, 20:15
Hacıqabulda şəhidin doğum günündə xatirəsi anıldı


Hacıqabulda şəhidin doğum günündə xatirəsi anıldı

Vətən Müharibəsində Şəhidlik zirvəsinə ucalan Hacıqabul rayonunun Qubalıbalaoğlan kəndində anadan olmuş Alışov Samir Cəlil oğlunun xatirəsi doğum günündə məzarı önündə anılıb. Xatirə tədbirində rayon İcra Hakimiyyətinin Başçısı Rüstəm Xəlilov, İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, idarə və müəssisələrin rəhbərləri, rayon ictimaiyyətinin bir qrup nümayəndələri, şəhidin ailə üzvləri və yaxınları iştirak edib. Şəhidin məzarı ziyarət olundu, üzərinə tər qərənfillər düzülüb. Anım mərasimdə iştirak edənlər tərəfindən Şəhidin valideynlərinə baş sağlığı verərək, Vətən Müharibəsi Şəhidlərinin keçdikləri döyüş yolundan, göstərdikləri qəhrəmanlıqlardan söhbət açılıb. Müzəffər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin 44 günlük Vətən Müharibəsində dünyanı heyrətə salan daxili və xarici siyasətindən, ordumuzun qələbəsindən, bu gün Şəhid ailələrinə, müharibə iştirakçılarına və müharibədə sağlamlığını itirmiş vətəndaşlara Ölkə Rəhbərliyi tərəfindən göstərilən hərtərəfli diqqət və qayğıdan danışılıb. Şəhid ailələrinin qayğılarının, onları narahat edən məsələlərin həlli hər zaman dövlət başçının diqqətində olduğu vurğulanıb. Sonda Şəhidlərin ruhuna dualar oxunub.
Alışov Samir Cəlil oğlu 25.10.2020-ci ildə Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi qəhrəmanlıqlara görə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” , “İgidliyə görə”, “Füzuli azad olunmasına görə” medalları ilə təltif olunub.




23-08-2022, 20:09
Türkiyədə meymunçiçəyinə yoluxma sayı artıb


Türkiyədə meymunçiçəyinə yoluxma sayı artıb

Türkiyədə meymunçiçəyi virusuna yoluxma sayı artaraq 11-ə yüksəlib. Bu barədə qardaş ölkənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib. "Bu, Türkiyə üçün qorxulu xəstəlik deyil. Nə pandemiya, nə də epidemik vəziyyət olacaq. Koronavirusa yoluxma sayı da son günlər azalmağa başlayıb", - deyə nazir əhalini təşvişə düşməməyə çağırıb.
23-08-2022, 20:02
Ağsuda yanğın törətmiş şəxs bunu etiraf etdi


Ağsuda yanğın törətmiş şəxs bunu etiraf etdi

11 avqust 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağsu rayonu, Maşadqanlı kəndində Tahir Əliağa oğlu Vəlidova məxsus sahədə yanğın baş verməsi barədə məlumat daxil olub. FHN-in yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın söndürülüb, yaxınlıqdakı Maşadqanlı kənd məktəbi yanğından mühafizə olunub. Butov.az xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində yanğını törətmiş şəxs müəyyən edilib. Belə ki, hadisənin 1980-ci il təvəllüdlü Yusif Vidadi oğlu Ağayev tərəfindən törədildiyi aşkar edilib və vətəndaş əməlini etiraf edib. Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

23-08-2022, 19:58
Bakıya 20 yeni metro vaqonu gətiriləcək


Bakıya 20 yeni metro vaqonu gətiriləcək

Bakı metropoliteninin Rusiyanın "Metrovaqonmaş" şirkətindən aldığı daha 20 vaqondan ibarət 4 qatar bu il Bakıya gətiriləcək. Bunu Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin Depolar üzrə iş Departamentinin rəisi Faiq Əhmədov deyib. Qurum rəsmisi bildirib ki, artıq adıçəkilən şirkət müqaviləyə uyğun olaraq qatarların istehsalına başlayıb. "Bu ilin sentyabr ayında Bakı metropoliteninin nümayəndə heyəti istehsal olunan qatarlara baxış keçirmək üçün Ruaiyaya yola düşəcək. Qatarlara baxış keçiriləndə sonra həmin vaqonlar razılaşmaya uyğun olaraq Bakıya gətiriləcək. İlin sonuna qədər 20 vaqonun hamısı Bakıya gətiriləcək", - F.Əhmədov qeyd edib.
23-08-2022, 19:55
Sabaha gözlənilən hava proqnozu


Sabaha gözlənilən hava proqnozu

Azərbaycanda avqustun 24-nə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Modern.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24°, gündüz 32-35° isti, Bakıda gecə 20-22°, gündüz 33-35° isti olacaq. Atmosfer təzyiqi 764 millimetr civə sütunu, nisbi rütubət gecə 50-55, gündüz 30-35 faiz təşkil edəcək. Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 25-26° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 26-27° isti olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 19-24°, gündüz 34-38° isti, dağlarda gecə 10-15°, gündüz 20-25° isti olacağı gözlənilir.
23-08-2022, 19:51
Çavuşoğlu ermənilərin Laçını yandırmasından danışdı


Çavuşoğlu ermənilərin Laçını yandırmasından danışdı

"Üçtərəfli bəyannaməyə əsasən Rusiya sülhməramlıları gələndən sonra Ermənistan əsgərləri Qarabağdan çıxmalı idi. Amma iki il keçməsinə baxmayaraq, hələ də Qarabağda separatçı qüvvələr var". Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Haber Global” televiziyasına müsahibəsində deyib. "Eyni zamanda orada (Qarabağda- red) sivil əhali də var. Amma onlar hər yeri dağıdırlar. Təəssüf ki, ətrafa zərər vuraraq çıxırlar, Laçını yandırırlar. Azərbaycanın buna qarşı haqlı etirazı oldu. Amma Ermənistan dərs çıxarmır. Bizimlə əlaqələrin normallaşmasını istəyirlərsə, Azərbaycanın istədiklərini etməlidirlər. Azərbaycan deyir ki, vətəndaşlığımızı qəbul edən ermənilər Qarabağda yaşaya bilərlər. Bundan artıq Azərbaycan daha nə etsin?", - Türkiyə XİN başçısı vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!