TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
31-08-2022, 14:29
Bu gün İlham Əliyev Paşinyanla görüşəcək


Bu gün İlham Əliyev Paşinyanla görüşəcək

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Butov.az xəbər verir ki, üçtərəfli görüş Brüsseldə baş tutacaq. Ötən həftə Şuşada mediaya açıqlama verən Prezidentin köməkçi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbəsinin müdiri Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycan tərəfi ümid edir ki, bu görüşdə sülh sazişinin mətninin hazırlanması ilə bağlı işçi qrupunun təşkili razılaşdırılacaq. Qeyd edək ki, Azərbaycan və Ermənistan liderləri arasında sonuncu görüş mayın 22-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Brüsseldə keçirilib.
31-08-2022, 14:27
“Qazprom” Fransanı qazsız qoydu


“Qazprom” Fransanı qazsız qoydu

Rusiyanın "Qazprom" şirkəti Fransanın ən böyük təchizatçısı olan “Engie”yə qaz tədarükünü dayandırıb. Bu barədə "Qazprom" rəsmi açıqlama yayıb. Buna səbəb kimi şirkətin iyul ayı üzrə tədarük məbləğini tam ödəmədiyi əsas gətirilib. “Qazprom”dan bildirilib ki, avqustun 30-da iş gününün sonuna kimi “Engie”dən tələb olunan məbləğin hamısı alınmayıb. Sentyabrın 1-dən hesaba pul daxil olana qədər şirkət Fransaya qaz verməyəcək.
31-08-2022, 14:25
“Qəbələ” üçün 7 rəqib - Bu gün püşk atılır


“Qəbələ” üçün 7 rəqib - Bu gün püşk atılır

Bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun püşkü atılacaq. Butov.az xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə ilk iki mərhələnin cütləri müəyyənləşəcək. Azərbaycan Gənclər Liqasının çempionu “Qəbələ”nin ilk mərhələdə üz-üzə gələcəyi komanda, həmçinin növbəti raunddakı mümkün rəqibi bəlli olacaq. Çempionlar yolunda 32 komanda mübarizə aparacaq. Bunlar “Nant” (Fransa), “Alkmaar” (Niderland), “Genk” (Belçika), “Hibernian” (Şotlandiya), “Rux” (Ukrayna), “Qalatasaray” (Türkiyə), “Omoniya” (Kipr), “Srvena Zvezda” (Serbiya), “Slaviya” (Çexiya), “Hayduk” (Xorvatiya), “Yanq Boyz” (İsveçrə), “Panatinaikos” (Yunanıstan), “Aşdod” (İsrail), “Molde” (Norveç), AİK (İsveç), “Slaviya” (Bolqarıstan), “Çiksereda” (Rumıniya), “Qəbələ” (Azərbaycan), “Astana” (Qazaxıstan), MTK (Macarıstan), “Zaqlebiye” (Polşa), “Domjale” (Sloveniya), “Trençín” (Slovakiya), “Jalgiris” (Litva), “Rasinq” (Lüksemburq), “Borats” (Bosniya və Herseqovina), “Şemrok Rovers” (İrlandiya), “Pobeda” (Şimali Makedoniya), “Pünik” (Ermənistan), “Yelqava” (Latviya), “Apoloniya” (Albaniya), “Kolreyn” (Şimali İrlandiya) klublarıdır. Püşk öncəsi komandalar 4 qrupa bölünüb. Üçüncü “səkkizlik”də yer alan “Qəbələ”nin U-19 komandasının 7 mümkün rəqibi müəyyənləşib: “Rux” (Ukrayna), MTK (Macarıstan), “Zaqlebiye” (Polşa), “Hayduk” (Xorvatiya), “Trençín” (Slovakiya), “Jalgiris” (Litva), “Yelqava” (Latviya). Birinci mərhələnin oyunları sentyabrın 14-də və oktyabrın 5-də baş tutacaq. İkinci raund oktyabrın 26-da və noyabrın 2-də keçiriləcək.
31-08-2022, 14:21
Avropa çempionatında ölkəmizi onlar təmsil edəcək


Avropa çempionatında ölkəmizi onlar təmsil edəcək

Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) paracüdo idman növü üzrə milli komandasının üzvləri İtaliyanın Kalyari şəhərində keçiriləcək Avropa çempionatında iştirak edəcəklər. Butov.az xəbər verir ki, çempionatda ölkəmizin idman şərəfini 5 kişi və 2 qadın paracüdoçu qoruyacaq. Kişilərin yarışında İsmayıl Muradov (60 kq), Anar İsmayılzadə, Namiq Abaslı (hər ikisi 73 kq), Zakir Mislimov (90 kq) və İlham Zəkiyev (+90 kq) tatami üzərinə çıxacaqlar. Qadınların mübarizəsində isə Xatirə İsmiyeva və Dürsədəf Kərimova (hər ikisi +70 kq) medallar uğrunda mübarizə aparacaqlar. Eyni zamanda Kalyaridə idmançılar üçün beynəlxalq həkimlərin iştirakı ilə tibbi təsnifat da keçiriləcək. Avqustun 31-dən sentyabrın 5-dək davam edəcək yarış “Paris-2024” XVII Yay Paralimpiya Oyunlarına lisenziya xalı qazandıracaq.
31-08-2022, 14:19
Britaniyanın yeni səfiri Bakıya gəldi


Britaniyanın yeni səfiri Bakıya gəldi

Böyük Britaniyanın Azərbaycana yeni təyin olunmuş səfiri Ferqus Ould Bakıya gəlib. Bu barədə diplomat tvitter hesabında paylaşım edib. “Salam Bakı! Böyük Britaniyanın Azərbaycandakı səfiri olaraq yeni vəzifəmin icrasına başlamağı səbirsizliklə gözləyirəm”, - paylaşımda deyilir.
31-08-2022, 14:18
NASA Aya raket göndərir


NASA Aya raket göndərir

Hazırda NASA-nın mühəndisləri "Voyager-1" zondu ilə bağlı problemləri həll edirlər. Aya pilotsuz uçuş çərçivəsində daşıyıcı raketin göndərilməsi sentyabrın 3-nə nəzərdə tutulub. Bu barədə NASA-nın Aya uçuş proqramının rəhbəri Maykl Sarafin bildirib. Onun sözlərinə görə, hava gəmisinin startı 3 sentyabr saat 14:17-də ABŞ-ın şərqində həyata keçiriləcək.
31-08-2022, 14:16
Mixail Qorbaçov öldü


Mixail Qorbaçov öldü

SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin sonuncu Baş Katibi Mixail Qorbaçov ölüb. Bu barədə TASS agentliyi məlumat yayıb. Qorbaçov 91 yaşında vəfat edib. "Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - deyə Rusiya Mərkəzi Klinik Xəstəxanasından bildirilib.
31-08-2022, 14:14
İraqın Baş naziri istefaya gedir


İraqın Baş naziri istefaya gedir

İraqın Baş naziri Mustafa Əl-Kazimi istefa verə bilər. Bu barədə o, özü mediaya açıqlamasında bildirib. Kazımi qeyd edib ki, ölkədə mürəkkəb siyasi vəziyyət davam edərsə, vəzifəsindən istefa verəcək. Baş nazir, həmçinin ölkədə baş verən iğtişaşlardan sonra kabinet iclaslarını növbəti xəbərdarlığa qədər dayandırıb. Qeyd edək ki, bir neçə gündür İraqda müxtəlif siyasi qruplar arasında qarşıdurma yaşanır. Polislə iğtişaşçılar arasında baş verən toqquşmalarda və siyasi qruplar arasındakı siyasi qarşıdurmada 20-dən artıq insan həlak olub.
31-08-2022, 14:12
Erməni terroru və “Dina”nın missiyası...


Erməni terroru və “Dina”nın missiyası...

Müharibə başa çatsa da, ermənilərin Azərbaycana qarşı amansız terroru davam edir. Düşmənin hədəfi təkcə, mülki insanlar, hərbçilər deyil, həm də bütün canlılardır. Bəli, bütün canlılar...Təki, qan tökülsün, ölüm olsun – Vəhşiliyi həyat tərzi seçən erməni barbarlarının yaşam devizi məhz belədir. Bu gün bir daha şahid olduq ki, 30 illik işğaldan sonra azadlığa qovuşan torpaqlarımızın hər addımı ölüm saçır, ermənilərdən “miras” qalan mina tələləri hər an öz qurbanlarını gözləyir. Təəssüflər olsun ki, avqustun 30-da Qubadlıda baş verən mina partlayışı da qansız-qadasız ötüşmədi. Erməni terrorçularının basdırdığı növbəti minanın işə düşməsi ANAMA-nın bələdçisinin xəsarət alması, minatəmizləmə əməliyyatlarına cəlb edilən “Dina” ləqəbli Belçika malinuasının tələf olması ilə nəticələndi. ANAMA işçisinin dəhşətli hadisədən sağ-salamat çıxmasına sevinsək də, “Dina”nın ölümü hər birimizi üzdü, ürəyimizi ağrıtdı. Axı o da canlıdır! Onun da öz missiyası, öz hədəfləri vardı...Ermənilərdən fərqli olaraq, “Dina”nın missiyası insanları xilas etmək, illərlə vətən həsrətilə yaşayan keçmiş köçkünlərin öz evlərinə təhlükəsiz qayıdışına yardımçı olmaq idi...Bəlkə də, çoxlarına bu xəbər sıradan hadisə kimi gələ bilər. Lakin “Dina”nın tələf olması özlüyündə bir çox həqiqətləri üzə çıxardı. “Dina” ölümü ilə göstərdi ki, heyvan haqları bayrağına bürünərək küçələrə axışan, etiraz aksiyaları keçirən Qərb heyvansevərləri necə ikiüzlü, necə də riyakardılar. Başqa vaxtı “heyvanları öldürməyin, onlara qıymayın” deyən Qərb təşkilatları Belçika malinuasının Qarabağda faciəli ölümünü görməzdən gəldilər, sanki heç nə olmamış kimi səslərini çıxarmadılar. Budurmu Qərbin ədaləti? Bir itin ayağı sınanda, bir pişiyin dişi qırılanda Avropanı ayağa qaldıran dırnaqarası heyvansevərləri param-parça olmuş “Dina”nın ölümü qətiyyən narahat etmədi. Bəs, oxşar hadisəni ermənilər yox, azərbaycanlılar etsəydi, nə baş verərdi? Təsəvvür etmək çətin deyil. İndi yəqin ki, qalaq-qalaq bəyanatlar yayıb, Azərbaycanın haqqında olmazın iftiralarını yağdırar, sanksiya hədələrini sıraya düzərdilər. Bu azmış kimi bizə “qatil” damğasını da vursalar, təəccüblənməzdik. Bilirsiniz niyə? Çünki Qərbin demokratiya dəyərləri saxta olduğu kimi, təşkilatları da saxta və ədalətsizdir. Bunu 44 günlük Vətən müharibəsində Gəncə, Bərdə, Tərtər və digər şəhərlərimiz bombalananda, mülki insanlarımız ermənilər tərəfindən amansızlıqla qətlə yetiriləndə, şikəst ediləndə də müşahidə etmişik. Heç nə dəyişməyib, onda da Qərbin ədalət gözü görmürdü, indi də. Qubadlıdakı partlayış Qərbin dəyərsizliyini təsdiqləyən nə ilk hadisədir, nə də son. Allah bilir, bundan sonra neçə “Dina” erməni terrorunun qurbanına çevriləcək, neçəsinin parçalanmış hissələri havada uçuşacaq. Ancaq yenə susacaqlar, yenə it dedikləri bu canlının ermənilərdən fərqini sezə bilməyəcəklər. Dərk edə bilməyəcəklər ki, “Dina” və onun kimi minaaxtaran itlər bu gün müdafiə etdikləri ermənilərdən daha dəyərli və həyatcanlıdır. “Dina”nın ermənilərdən fərqi bilirsiniz nədədir? Ermənilər günahsız insanları öldürür, “Dina” xilas edir, ermənilər qan tökmək üçün yerin altında ölüm tələləri qurur, “Dina” onları üzə çıxarır və Allahın bəxş etdiyi canlıların həyatını qoruyur. Bax budur, Qubadlıda minaya düşərək tələf olan itin erməni canilərindən üstünlüyü...
31-08-2022, 14:06
Ukraynanın bərpası üçün 800 milyard dollar lazımdır


Ukraynanın bərpası üçün 800 milyard dollar lazımdır

Ukraynanın bərpası üçün 800 milyard dollara qədər vəsait lazım olacaq. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib. "Hər şeyi bərpa etmək üçün 600-800 milyard dollara ehtiyac var”, - deyə Zelenski qeyd edib. O, həmçinin təhsil, liman, nəqliyyat və yaşayış infrastrukturunun bərpasına diqqət yetirməyi təklif edib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!