Təcili yardım maşınları ilə meyit daşına bilər? - AÇIQLAMA .....                        İnsan beynində mikroplastik aşkarlandı - İLK DƏFƏ .....                        İsveçrədə məktəbə hücum: 10 nəfər öldü .....                        Azərbaycanda meyitlər yandırılacaq? - RƏSMİ .....                        Kadi yenidən "Qarabağ"da .....                        Ərdoğan Suriya prezidenti ilə nələrdən danışdı... .....                        Təyyarəmizi Rusiya raketi vurub - RƏSMİ MƏNBƏ .....                        "Əhmədli"də şübhəli çanta aşkarlandı .....                        Rusiya ifşa edildi: 8 dəqiqə sonra məlumat verilibmiş .....                       
31-08-2022, 14:04
Tayvan Çin PUA-sına atəş açdı


Tayvan Çin PUA-sına atəş açdı

Tayvan ordusu Çinin pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb. Bu barədə “Focus Taiwan” məlumat yayıb. Bildirilib ki, Şi adası zastavasının əsgərləri 30 metr hündürlükdə, təxminən 200 metr aralıda qadağan olunmuş ərazidə uçan pilotsuz uçuş aparatını aşkar ediblər. Cavab olaraq PUA-ya atəş açılıb. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.
31-08-2022, 14:02
Ağ ev: İran Rusiyaya PUA-lar göndərib


Ağ ev: İran Rusiyaya PUA-lar göndərib

ABŞ administrasiyası Rusiyanın İrandan “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatları aldığını düşünür. Bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib. “Bizim qiymətləndirməmizə görə, Rusiya avqustda bir neçə gün ərzində İrandan PUA-lar alıb", - deyə o qeyd edib. Ağ ev rəsmisinin sözlərinə görə, bu, ilkin tədarüklərdir, lakin davamı da olacaq.
31-08-2022, 14:01
Putinə qarşı çıxan sabiq deputata cinayət işi açıldı


Putinə qarşı çıxan sabiq deputata cinayət işi açıldı

Rusiya parlamentinin keçmiş deputatı, “Ədalətli Rusiya” siyasi partiyasının üzvü İlya Ponomaryov haqqında cinayət işi açılıb. Bu barədə TASS məlumat yayıb. Keçmiş deputat Rusiya ordusu haqqında yalan məlumat yaymaqda ittiham olunur. Hazırda Ukraynada yaşayan sabiq deputat haqqında qiyabi həbs qərarı verilib. Rusiyada axtarışda olan Ponomaryov 2014-cü ildə parlamentdə Krımın ilhaqının əleyhinə səs verən yeganə deputat olub. Bundan sonra deputat təzyiqlərə məruz qalıb.
31-08-2022, 07:43
Ərdəbildə dərman çatışmazlığı yaşanır


Ərdəbildə dərman çatışmazlığı yaşanır

Yerli sosial media fəallarının verdiyi məlumata görə, iki həftədir Ərdəbildə dərman çatışmazlığı şiddətlənib və apteklərin qarşısında izdiham yaranır. Məlumatda bir sıra adi dərmanların, o cümlədən antibiotiklərin tapılmadığı, vətəndaşların müraciətlərinə qaneedici cavab verilmədiyi bildirilib.
"Günlərdir yeddi aylıq uşaq üçün dərman axtarıram, ancaq hələ də heç bir aptekdə tapa bilməmişəm. 24 saat işləməli olan apteklər axşam saat 10-dan sonra bağlanır, bunu gərəkli dərmanların çatışmazlığı ilə əlaqələndirirlər. İlgili qurumlara müraciətlərimiz cavabsız qalır və israr etdikdə kobud davranışla üzləşirik"-deyə, ərdəbilli ata sosial mediadakı paylaşımında yazıb.
Fəallar problemlə bağlı müraciətlərə laqeyd yanaşıldığını, əlaqədar qurum və şəxslərin məsuliyyəti bir-birlərinin üzərinə atdığını qeyd ediblər.
Qeyd edək ki, dərman istehsalı müəssisələrinin verdiyi məlumata görə, xammal vaxtında təmin olunmadığı üçün bir sıra istehsal bölmələri bağlanıb. Dərman Sənayesi Sahibləri Birliyinin yaydığı xəbərdarlıqda durumun belə davam edəcəyi təqdirdə avqust ayından başlayaraq bütün müəssisələrin bağlanacağı və dərman çatışmazlığının pik həddə çatacağı qeyd olunur. Dərman Sənayesi Sahibləri Birliyinin başçısı Məhəmməd Əbdzadənin verdiyi məlumata görə, hazırda ölkədə 300 adda dərman tamamilə yoxa çıxıb və adi antibiotik və serum çatışmazlığı yaşanır.
Talassemiya Xəstələrinə Dəstək Birliyinin başçısı Yunis Ərəb isə mediaya verdiyi açıqlamada son bir neçə ay ərzində dərman çatışmazlığı səbəbindən ən azı 70 talassemiya xəstəsinin öldüyünü bildirib.
Cavidan
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!