5-08-2022, 21:06
Hərbçimiz minaya düşərək həlak olduKəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. "Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!", - məlumatda qeyd edilib.
5-08-2022, 20:52
Paşinyan və Blinken Qarabağdakı gərginliyi müzakirə etdiABŞ Dövlət katibi Entoni Blinken və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub.
Butov.az xəbər verir ki, məlumatı Ermənistan tərəfi yayıb. Tərəflər son günlər Qarabağda yaranmış vəziyyəti müzakirə ediblər. Blinken gərgin vəziyyətdən narahatlığını vurğulayıb və sabitləşməyə töhfə verməyə hazır olduğunu bildirib.
5-08-2022, 20:50
Son sutkada vurulan vaksin sayı açıqlandıAzərbaycanda son gündə koronavirus əleyhinə 1 723 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 268, ikinci doza vaksinlərin sayı 127 təşkil edib. Ölkədə üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı isə 1 095 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə peyvənd olunanlar isə 233 nəfər olub. Qeyd edək ki, Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 825 764 təşkil edir.
5-08-2022, 20:47
Yoluxanların sayı 500-ü keçdi - Ölən yoxdurAzərbaycanda koronavirusa 540 yeni yoluxma qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, sutka ərzində koronavirusdan ölən yoxdur. Ölkədə indiyədək 801 018 nəfər koronavirusa yoluxub. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 3 054 nəfərdir. Ölkədə son sutka ərzində 3 485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.
5-08-2022, 20:43
Əfqanıstanda partlayış - Ölən varƏfqanıstanın paytaxtı Kabildə şiələrin məskunlaşdığı ərazidə partlayış törədilib. Bu barədə "Reuters" yerli rəsmilərə istinadən məlumat yayıb. Partlayış nəticəsində 2 nəfər ölüb, 3 nəfər yaralanıb. Polis bildirib ki, partlayış insanların çox olduğu yerdə baş verib. Partlayışa görə məsuliyyəti üzərinə götürən olmayıb.
5-08-2022, 20:41
Gənc oğlan 13-cü mərtəbdən yıxılıb öldüXətai rayonunda gənc oğlan binadan yıxılıb.
Butov.az xəbər verir ki, hadisə "Babək Plaza"nın yaxınlığında qeydə alınıb. Həmin ərazidə yerləşən hündür mərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılan şəxs aldığı xəsarətlərdən həyatını itirib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş vermə səbəbləri araşdırılır.
5-08-2022, 20:38
Özünü yandırmaq istəyən şəxs müharibə iştirakçısı deyil - Nazirlik“Bu gün nazirlik qarşısına gələrək etiraz edən İsmayılov Samir İsmayıl oğlu müharibə iştirakçısı deyil”. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov sosial şəbəkə hesabında məlumat paylaşıb. Qurum rəsmisi qeyd edib ki, İsmayıl İsmayılova 2017-ci ildə hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlillik statusu verilsə də, əlilliyinin müddəti 2022-ci ilin fevralında bitib. "Əlilliyinin təkrar qiymətləndirilməsi üçün mart, may və iyul aylarında etdiyi müraciətə dərhal baxılaraq əyani müayinələr aparılıb, diaqnozunun əlillik əlaməti təyin etmədiyi üçün təyinatdan imtina edilib. Bu barədə bu yaxınlarda nazir müavini Hidayət Abdullayevin qəbulunda olarkən də ona ətraflı izahat verilib. Nazirlik onun məşğulluq məsələsinə dəstək göstərib. O, aprel ayında DOST İş Mərkəzinin ödənişli ictimai işlər proqramına cəlb edilib, Mərkəz tərəfindən rəsmi əmək müqaviləsi ilə aylıq 300 manat maaş ödənilməklə Nizami Rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyinə sosial işçi kimi təhkim edilib" - deyə o sosial şəbəkə hesabında yazıb.
5-08-2022, 20:35
Valideynlər gənc əsgərlərin andiçməsinə buxarılmayacaqMüdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən, avqustun 7-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Andiçmə mərasimləri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Raket və Artilleriya Qoşunları, eləcə də digər təminat hərbi hissələrində rituala uyğun olaraq təşkil ediləcək, gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz verəcəklər. Son günlər ölkədə COVID-19 virusuna yoluxma sayında artımın müşahidə edildiyi nəzərə alınaraq hərbi qulluqçuların sağlamlığının qorunub saxlanılması məqsədilə andiçmə mərasimlərində hərbi hissələrə giriş-çıxış, mədəni-kütləvi tədbirlərin keçirilməsi, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların valideynləri və yaxınları ilə görüşləri məhdudlaşdırılıb. Bütün bunları nəzərə alaraq hərbi qulluqçuların valideynləri və yaxınlarının andiçmə mərasiminə qatılmamalarını, vətəndaşlarımızı ordumuzda tətbiq olunan tibbi təminat tədbirlərini anlayışla qarşılamalarını xahiş edirik. İctimaiyyətə əlavə məlumat veriləcək
5-08-2022, 20:29
İki bacının bir qardaşı - Qətlə yetirilən əsgərin fotosuBu gün Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından həyatını itirən əsgər Pünhan Səyavuş oğlu Ağamirovla bağlı yeni məlumatlar üzə çıxıb.
Butov.az-ın əldə etdiyi xəbərə görə, 2003-cü il təvəllüdlü Pünhan Ağamirov Xaçmaz rayonunun Yergüc kənd sakinidir. İki bacının 1 qardaşı olan Pünhan ötən il hərbi xidmətə yola salınmışdı. Onun ailəsi bir müddətdir ki, Siyəzəndə yaşayır. Yaxınlarının bildirdiyinə görə, əsgər Pünhan Ağamirov doğulub boya-başa çatdığı Xaçmazın Yergüc kəndində dəfn olunacaq, yas mərasimi də həmin kənddə keçiriləcək. Qeyd edək ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Ağamirov Pünhan Səyavuş oğlunun Tovuz rayonu ərazisində yerləşən hərbi hissədə qeyri-döyüş şəraitində aldığı güllə yarasından vəfat etməsi faktı ilə bağlı Şəmkir Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. İstintaqla cinayətin zərərçəkmişlə eyni hərbi hissədə xidmət edən əsgər Kazımov Amil Famil oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Amil Kazımov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə istintaq tədbirləri davam edir.
5-08-2022, 19:27
Ceyhun Bayramov Türkiyəyə gedirTürkiyədə 13-cü Səfirlər Konfransı keçiriləcək.
Butov.az xəbər verir ki, konfrans 6-12 avqust tarixlərində paytaxt Ankarada baş tutacaq. Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək. Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmit, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da tədbirdə iştirakı gözlənilir.