Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
6-08-2022, 16:34
Ərdoğan hərbçimizin şəhid olmasından danışdı


Ərdoğan hərbçimizin şəhid olmasından danışdı

Ermənistanın üçtərəfli bəyanatın şərtlərini dərhal yerinə yetirməsi çox vacibdir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyadan səfərdən qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında deyib. "İlk növbədə, azərbaycanlı hərbçinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərində yerləşən Azərbaycan torpağıdır. Təbii ki, Azərbaycan öz torpaqlarında heç bir qanunsuz silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatın qəbulundan təxminən iki il vaxt keçib. Ermənistanın buradakı şərtləri dərhal yerinə yetirməsi çox vacibdir", - deyə Ərdoğan bildirib.
6-08-2022, 16:31
Kəlbəcərdə şəhid olan hərbçinin nəşi ailəsinə təhvil verildi


Kəlbəcərdə şəhid olan hərbçinin nəşi ailəsinə təhvil verildi

Ötən gün Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Babək Əliyevin nəşi ailəsinə təhvil verilib. Butov.az xəbər verir ki, onunla Naxçıvanın Culfa rayonunun Ləkətağ kəndində vida mərasimi keçiriləcək. Vida mərasimindən sonra şəhidin cənazəsi həmin kənd qəbiristanlığında torpağa tapşırılacaq. Qeyd edək ki, Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub. Faktla bağlı Kəlbəcər hərbi prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.
6-08-2022, 16:28
Atasının silahı ilə özünü öldürdü


Atasının silahı ilə özünü öldürdü

Ağstafada intihar hadisəsi baş verib. Butov.az-ın məlumatına görə, hadisə rayonun Köçvəlili kəndində baş verib. Belə ki, 1985-ci il təvəllüdlü Elsevər Şəmkiyev atasına məxsus ov tüfəngi ilə özünə atəş açaraq, canına qəsd edib. Qeyd edək ki, E.Şəmkiyev yol istismar idarəsində fəhlə kimi çalışıb. Faktla bağlı araşdırmalar aparılır. İntiharın səbəbi hələlik məlum deyil.
6-08-2022, 16:23
Avropa Azərbaycandan qaz idxalını artırıb


Avropa Azərbaycandan qaz idxalını artırıb

2022-ci ilin ikinci rübündə Avropanın Azərbaycandan qaz idxalı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 0,9 milyard kubmetr artıb. Bu barədə Oksford Enerji Tədqiqatları İnstitutunun (OIES) hesabatında deyilir. Qeyd olunur ki, hesabat dövründə qeyri-Rusiya mənbələrindən boru kəmərləri ilə idxal il ərzində 3,8 milyard kubmetr (10 faiz) artaraq 41,1 milyard kubmetr təşkil edib. "Norveçdən tədarük 4,5 milyard kubmetr, Azərbaycandan 0,9 milyard kubmetr artıb. Eyni zamanda Şimali Afrikadan tədarük 1,6 milyard kubmetr azalıb. 2021-ci ilin ikinci rübündə Trans-Adriatik boru kəmərinin (TAP) nəql gücü artmaqda davam edirdi. TAP tam buraxılış gücünə 2021-ci ilin dördüncü rübündə çatıb. Ona görə də, qışın əvvəlində bu marşrutla qaz tədarükünün illik müqayisədə artımını gözləmək olmaz", - hesabatda deyilir.
6-08-2022, 16:20
Babadağda itkin düşənlərdən birinin meyiti tapıldı


Babadağda itkin düşənlərdən birinin meyiti tapıldı

İsmayıllı rayonunun Lahıc qəsəbəsindən 25 kilometr şimalda, yüksək dağlıq ərazidə olan Babadağ silsiləsindəki ziyarətgaha gedən 4 nəfər itkin düşüb. Butov.az-ın xəbərinə görə, dağlıq ərazidə piyada və atla Babadağ ziyarətgahına doğru hərəkət edən İsmayıllı rayonun Təzəkənd sakinləri ötən gecə yağış yağması səbəbindən itkin düşüblər. Məsələ ilə bağlı İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri Mahmud Süleymanov APA-nın yerli bürosuna bildirib ki, rayonun Təzəkənd kənd sakini 1968-ci il təvəllüdlü Məmmədov Mübariz Əliağa oğlu ötən gecə yağışlı-palçıqlı dağ yollarında hərəkət edərkən qəflətən ayağı sürüşüb və dərəyə yıxılaraq ölüb. Onunla ziyarətə gedən yoldaşlar, 2002-cı il təvəllüdlü Xudaverdiyev Niyyət Vüqar oğlu, 2006-cı il təvəlüdlü Xudaverdiyev Ağa Adil oğlu və qardaşı 2008-ci il təvəllüdlü Xudaverdiyev Emil Aqil oğlu dərəyə enərək onun meyitini çıxarmağa çalışsalar da geri qayıda bilməyiblər. Hazırda dərədə köməksiz vəziyyətdə qalan bu şəxslərin xilas edilməsi üçün əraziyə yolu tanıyan Lahıc kəndinin sakinləri, FHN-nin əməkdaşları cəlb olunub. Xilasetmə işləri görülür.
6-08-2022, 16:17
Şuşadakı konsert Şəhidlərə görə təxirə salındı


Şuşadakı konsert Şəhidlərə görə təxirə salındı

Bu gün Şuşada keçirilməsi nəzərdə tutulan Qala konsert təxirə salınıb. Bu barədə Azərbaycan Dövlət Televiziyası məlumat yayıb. “Şəhidlərimizin ruhuna hörmət olaraq, VIII “Muğam” Televiziya müsabiqəsinin qala konserti başqa tarixə keçirilib. Allah Şəhidlərimizə rəhmət eləsin”, – Az TV-nin məlumatında qeyd edilib.

6-08-2022, 16:14
Azad edilmiş ərazilərlə bağlı İşçi Qrup yaradıldı


Azad edilmiş ərazilərlə bağlı İşçi Qrup yaradıldı

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb. Butov.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı aşağıdakı tərkibdə əlaqələndirmə və monitorinq üzrə İşçi Qrup yaradılıb:
İşçi Qrupun rəhbəri
Azərbaycan Respublikasının energetika naziri
İşçi Qrupun üzvləri:
Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Azərbaycan Respublikası maliyyə nazirinin müavini
Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini
Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini
Azərbaycan Respublikası rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini
Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti
Energetika Nazirliyi İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 (bir) dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etməlidir. Sərəncam imzalandığı gündən qüvvəyə minir.
6-08-2022, 16:10
Babadağa gedənlər köməksiz qaldı


Babadağa gedənlər köməksiz qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İsmayıllı rayonu ərazisində Babadağ dağında bir neçə nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Bu barədə FHN-dən verilən məlumatda bildirilib. Qeyd edilib ki, məlumat qəbul edilən kimi FHN-nin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri axtarış-xilasetmə işlərinə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.
6-08-2022, 15:48
24 dəfə əməliyyat olunan qazi ata oldu


24 dəfə əməliyyat olunan qazi ata oldu

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Xocavənd, Suqovuşan istiqamətində qəhrəmancasına döyüşən, aldığı xəsarətlər səbəbindən 24 dəfə əməliyyat olunan Ayxan İsayev ata olub. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) rəsmi feysbuk səhifəsində qeyd olunur ki, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu tərəfindən qazi Ayxan İsayevin həyat yoldaşı Bahar İsayeva hamiləlik müddətində xüsusi nəzarət altında olub. Hamiləlik müddətində müxtəlif problemlərlə qarşılaşan B.İsayeva bir neçə dəfə stasionar şəkildə institutda müalicəsini davam etdirib. Daha sonra isə ona davamlı ambulator müalicələr tətbiq olunub. Hamiləliyin 39-cu həftəsində olmasına baxmayaraq, dölün inkişafında ləngimələrin olması və dopler müayinəsi zamanı aşkar olunan problemlərə görə həkim mama-ginekoloq Gülnarə Əzimova tərəfindən təcili olaraq qeysəriyyə kəsiyi əməliyyatı icra olunub. Qazi Ayxan İsayevin çəkisi 2 kilo 550 qram, boyu 48 santimetr olan sağlam oğul övladı dünyaya gəlib.


6-08-2022, 15:43
Səfirliyimizə hücum edənlər heç müsəlman deyillər!


Səfirliyimizə hücum edənlər heç müsəlman deyillər!

Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb. Məsələyə münasibət bildirən Azərbaycan Vətən Müharibəsinin Veteranlar İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev adını dindar qoyan bu iyrənc əməl sahiblərini qınayıb. Füzuli Rzaquliyev deyib: «Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldırıb və radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb. Bu hücuma görə məsuliyyəti Londonda mənzillənən «The Mahdi Servants Union» (Mehdinin nökərləri) adlı radikal dini qruplaşma öz üzərinə götürüb. Bu barədə qrupun sözçüsü özünün «Twitter» səhifəsində yazıb. Beynəlxalq hüququn əsaslarını və normalarını pozan bu cür radikal əməllər ümumbəşəri qınaq obyektidir və onların təşkilatçılarını məsuliyyətə cəlb etmək üçün hərtərəfli araşdırma tələb edir. Maraqlı burasıdır ki, adını şiə qoyan, istər İran, istər bu cür iyrənc toplumlar, nədənsə ASALA kimi din və məzhəb qardaşlarının deyil, xristianlığı belə şübhəli olan ermənilərlə eyni mövqedə və cərgədə dayanırlar. Ölkəmizə qarşı hər cür şərəfsizliyə, təhdidlərə yol verirlər. Belə çıxır ki, bu şəxslər heç müsəlman deyillər. Uydurma və böhtançı bir şəkildə toleriant bir ölkəni dindarlara qarşı olduğunu deyən bu iyrənc məxluqlar İslam torpaqlarının 30 il işğalda qalması əleyhinə bircıə şüarın da müəllifi deyillər. Neçə dəfə Xocalı qətliamı törədən Ermənistanın bayrağını bu şəkildə yerə atıblar? Allah bunlara lənət eləsin. Mənim ölkəmin bayrağını, İslam simvolları olan bir bayrağı təhqiramiz şəkildə yerə atan bu yığnaq faşist ermənilərdən də pisdirlər. Xalqımızın düşmənləridirlər. Onların layiqincə cəzalandırılması istiqamətində Dövlətimizin yanındayıq. Bu iyrənc aksiya millətimizin və xalqımızın minillik varlığına qarşı yönəlib. Bizim düşmənlərlə bir səfdə duran hər kəs birmənalı olaraq düşmənimizdir. «The Mahdi Servants Union» (Mehdinin nökərləri) və buna bənzər ünsürlərin neytrallaşması istiqamətində fəaliyyətə başlamaq lazımdır. Bunlar «Mehdinin nökərləri» deyil, olsa-olsa «Qareginin nökərləri» ola bilərlər. Belələrinin varlığı, nəinki İslama, elə bütün bəşəriyyətə təhqirdir. Diqqət etsək, atılan bu addımın harada planlandığını görə bilərik. Londonda Azərbaycan bayrağına əl uzadan «Xuddamul-Məhdi» qruplaşması və onun rəhbəri Yasir əl-Həbib bu şəkildə gördüyünüz Sadiq Şiraziyə təqlid edirlər. Guya bu yaramaz İranda Vilayəti-Fəqih rejiminə ziddir. Sizcə, doğrudan elə olsa idi, İran rejimi Sadiq Şirazini də Seyid Kazım Şəriətmədari kimi öldürüb tualet yanında dəfn etdirə, yaxud da ən azı Ayətullah Müntəziri kimi ev dustağı edə bilməzmi? Əlbəttə edər. Bəs niyə etmir? Çünki ona «siyasətdən uzaq» «klassik şiə əqidəli» bir «müxalifət» lazımdır, özü edə bilmədiyini onun əli ilə etsin. Bu səbəbdən də Sadiq Şirazini İranda bəsləyirlər. Bu düşmənçilik hərəkətinin Qisas əməliyyatından dərhal sonra baş verməsi də təsadüf deyil. Erməninin başının əzildiyini görüb sərhəddə təlimə baslayan İran hökuməti ilə Avropada aksiya edən «müxalifət»in paralel və koordinasiyalı bir addımı olduğunu görürük. Əgər özünə şiə deyənlər, xüsusiylə cənub qonşumuz, bu vandalizm, terror aktına, İslam simvolları olan bayrağın yerə atılmasına münasibət bildirmirlərsə, elə onlar da bu yığnaqla eyni xislətdədirlər. Köhnə döyüşçülər adından Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallıq hökumətindən baş vermiş bu hadisə iştirakçılarının layiqincə cəzalandırılmasını tələb edirəm.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!