Seyfəddin RZASOY yazır: .....                        Məryəm GƏNCƏLİYEVA yazır: .....                        "Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                       
3-08-2022, 16:03
“Təxribata görə sülhməramlılar məsuliyyət daşıyır” – Hərbi ekspert


“Təxribata görə sülhməramlılar məsuliyyət daşıyır” – Hərbi ekspert

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki erməni separatçıları bu gün səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Erməni təxribatı nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Erməni silahlı dəstələri ilk dəfə deyil ki, bu cür təxribata əl atır. Bundan qabaq da müxtəlif vaxtlarda ordumuzun mövqeləri dəfələrlə atəşə məruz qalıb. Erməni terrorçularının təxribatçı əməllərinə Rusiya sülhməramlıların göz yumması Azərbaycanda haqlı olaraq, etiraz doğurur. Bildirilir ki, Azərbaycan ərazilərində təxribatların baş verməsinə görə, erməni terrorçuları ilə yanaşı, rus sülhməramlı qüvvələri də məsuliyyət daşıyır. Bu barədə danışan hərbi ekspert Üzeyir Cəfərov artıq vəziyyətin dözülməz həddə çatdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu sülhməramlıların xidmət zonasında baş verən istənilən təxribata sərt şəkildə cavab verməlidir. "Əgər Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdən Azərbaycan Ordusu atəşə tutulursa, əsgərimizi şəhid veririksə, bu artıq vəziyyətin dözülməz olduğunu göstərir. Təxribatlara sərt şəkildə cavab verilməlidir. Digər tərəfdən, baş vermiş təxribatlara görə Rusiya sülhməramlıları erməni tör-töküntülərindən daha çox məsuliyyət daşıyır. Çünki Rusiya sülhməramlılarının borcudur ki, orada atəşkəsi qorusun. Biz dəfələrlə, bunu qeyd etmişik. Ancaq təəssüflər olsun ki, heç bir tədbir görülmür, addımlar atılmır. Bir sözlə, Azərbaycan həm Rusiya sülhməramlılarını ərazilərindən çıxarmalı, həm də qeyri-qanuni hərbi birləşmələrin cəzalandırılmasını həyata keçirməlidir", - hərbi ekspert Üzeyir Cəfərov vurğulayıb. Xatırladaq ki, avqustun 3-də Azərbaycan Ordusunun əsgəri şəhidlik zirvəsinə yüksəlib. Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində ordumuzun əsgəri Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. 2004-cü il təvəllüdlü Anar Kazımov Şəmkir rayonunda dəfn olunacaq. Şəhidin nəşi doğulduğu Qaracəmirli kənd qəbiristanlığında torpağa tapşırılacaq. 4 aydır ki, xidmət edən A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var.

3-08-2022, 15:58
Fındıq ixracına görə dünyada üçüncü yerdəyik


Fındıq ixracına görə dünyada üçüncü yerdəyik

Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Bunu Prezident İlham Əliyev “Grand-Agro İnvitro” Məhdud Məsuliyyətli Cəmiyyətinin müəssisəsinin fəaliyyəti ilə tanış olarkən deyib. Dövlət başçısı bildirib: "Son vaxtlar fındıqçılıq Azərbaycanda çox inkişaf edir. Fındıq bağlarının sahəsini iki dəfədən çox artırmışıq. Fındıq ixracına görə biz indi dünyada üçüncü yerdəyik. Amma badam istehsalı, əfsuslar olsun ki, Azərbaycanda çox aşağı idi və daxili tələbatı ödəmirdi. Ona görə indi badamçılıqla da ciddi məşğul olmaq lazımdır".
3-08-2022, 15:55
İqtisadiyyat Nazirliyinə daha iki səlahiyyət verildi


İqtisadiyyat Nazirliyinə daha iki səlahiyyət verildi

Prezident İlham Əliyev “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisində aldığı istehsal və yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 12 iyul 2016-cı il tarixli fərmanında dəyişiklik edib. Butov.az xəbər verir ki, dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi ƏDV-nin qaytarılması ilə bağlı vahid elektron məlumat bazasında toplanan məlumatların təhlükəsizliyini və məlumat mübadiləsinin fasiləsizliyini təmin etməlidir. Bundan başqa, dövlət başçısı "Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 16 dekabr 2016-cı il tarixli qanunun tətbiqi və “Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” qanunun və bu qanunla təsdiq edilmiş Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” ölkə prezidentinin 30 avqust 2000-ci il tarixli fərmanında dəyişikliklər edilməsi haqqında” ölkə prezidentinin 23 dekabr 2016-cı il tarixli fərmanında dəyişiklik edib. Dəyişikliyə əsasən, bundan sonra İqtisadiyyat Nazirliyi vergi ödəyicilərinin əldə etdikləri gəlirlərin və xərclərin uçotunun, eləcə də nağdsız əməliyyatların aparılmasına, e-ticarətin vergiyə cəlb edilməsinə və səyyar vergi yoxlamaları zamanı vergi üstünlüyü əldə etmək məqsədilə qanunvericiliyin tələblərindən sui-istifadə etməklə aparılan əməliyyatlara ciddi nəzarət olunması istiqamətində bütün zəruri tədbirlərin görülməsini təmin etməlidir.
3-08-2022, 15:49
“Şuşada teatr binasının inşası gündəmdədir” - Nazir


“Şuşada teatr binasının inşası gündəmdədir” - Nazir

“Şuşada yeni teatr binasının inşa edilməsi məsələsi nəzərdən keçirilir”. Bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib. Nazir bildirib ki, Şuşa Azərbaycan Prezidentin qərarı ilə qoruq elan edilib: "Şuşanın Baş planı təsdiq edilsə də, təfsilatlı plan hazırlanmaqdadır. Belə ki, orada hansı mədəniyyət müəssisələrinin olacağı müzakirə mövzusudur. Nəzərə alsaq ki, Şuşanın ərazisi o qədər də böyük deyil, ona görə də biz orada mədəniyyət və digər müəssisələrin yerləşməsini optimal şəkildə müəyyən etməliyik”. A.Kərimov əlavə edib ki, Şuşada teatr binasının inşa edilməsi məsələsi gündəmdədir.
3-08-2022, 15:45
Antalyada zəlzələ oldu


Antalyada zəlzələ oldu

Türkiyənin Antalya şəhərində 4,2 bal gücündə zəlzələ baş verib. Butov.az xəbər verir ki, hadisə Kumluca ərazisində qeydə alınıb. Zəlzələnin episentri 11 kilomertr olub. Dağıntı və tələfat barədə açıqlama verilməyib.
3-08-2022, 15:41
DİN və DSX-dan birgə əməliyyat


DİN və DSX-dan birgə əməliyyat

Daxili İşlər Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının Yardımlı rayonu ərazisində birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayon sakini, 2006-cı il təvəllüdlü şərti adı A.A tutularaq üzərindən 26 qram metamfetamin aşkar olunaraq götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumatda bildirilib. Davam etdirilən tədbirlərlə narkokuriyerliyə cəlb edilən yetkinlik yaşına çatmayan şəxsin İran İslam Respublikası ilə dövlət sərhəddinin yaxınlığında gizlətdiyi yerdən əlavə 13 kq 530 qram heroin, 10 kq 550 qram qurudulmuş marixuana və 3 kq 65 qram metamfetamin aşkarlanıb. Narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs ilkin sorğuda ondan aşkar olunan narkotik vasitələri və psixotrop maddəni "Əhməd" adlı şəxsdən satmaq məqsədi ilə əldə etdiyini bildirib. Tədbirlərlə, ümumilikdə 27 kq 171 qram narkotik maddə qanunsuz dövriyyədən çıxarılıb. O da müəyyən edilib ki, şərti adı A.A-nın atası 2020-ci ildə külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil etdiyinə görə polis tərəfindən tutularaq istintaqa cəlb edilib və barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Yetkinlik yaşına çatmayan şəxsi narkokuriyerliyə cəlb edən şəxslərin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.






3-08-2022, 15:36
Laçında şəhid olan Anar 4 ayın əsgəri imiş


Laçında şəhid olan Anar 4 ayın əsgəri imiş

Bu gün şəhid olan əsgər Kazımov Anar Rüstəm oğlu əslən Şəmkir rayonundandır. Butov.az xəbər verir ki, A.Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. O, bu ilin aprel ayında Şəmkir Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Məlumata görə, şəhid A.Kazımov subay olub. Onun bir bacısı və bir qardaşı var. Hazırda doğulduğu rayonda şəhidin dəfni ilə bağlı hazırlıq işləri görülür. A.Kazımovun nəşinin nə vaxt rayona gətiriləcəyi hələ ki məlum deyil. Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir.

3-08-2022, 15:31
Fransa səfiri Horadizə gedir


Fransa səfiri Horadizə gedir

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zakari Qross Horadizə yola düşüb. Bu barədə diplomat özünün “Twitter” hesabında paylaşım edib. O, paylaşımlarına Saatlı və Sabirabadda çəkdiyi şəkilləri də əlavə edib. Lakin diplomat səfərin məqsədi barədə açıqlama verməyib.
3-08-2022, 15:29
Əsgərimizin şəhid olması ilə bağlı cinayət işi açıldı


Əsgərimizin şəhid olması ilə bağlı cinayət işi açıldı

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvlərinin avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutması nəticəsində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, hadisə yerinə baxış keçirilib, o cümlədən zəruri prosessual hərəkətlər yerinə yetirilib. Faktla bağlı Qubadlı hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) madddəsi ilə cinayət işi başlanıb. Hazırda istintaq davam edir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun rəhbərliyi və kollektivi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir! Allah rəhmət eləsin!
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!