Hacıqabul sakini qızılcadan öldü .....                        İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                        Onun alimliyi vətəndaşlığından doğan alimlik idi .....                        İranda sel: 5 mindən çox sakin zərər çəkib .....                        “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        Ululardan, Babadağdan soraq aldım Hissələr .....                        12 minə yaxın şəxs imtahan verdi .....                        İçərişəhərdə Milli Xalça Festivalı keçirildi - FOTO .....                       
3-08-2022, 10:34
Raket və Artilleriya Qoşunlarında həyəcan siqnalı


Raket və Artilleriya Qoşunlarında həyəcan siqnalı

Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.
Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.
Keçirilən məşğələlərdə əsas məqsəd komandir heyətinin çevik qərar qəbuletmə bacarıqlarının təkmilləşdirilməsi, eləcə də digər qoşun növləri ilə qarşılıqlı əlaqədə atəşi idarəetmə suallarının məşq etdirilməsi və hərbi qulluqçuların praktiki vərdişlərinin inkişaf etdirilməsidir.
3-08-2022, 10:01
DİN-dən Məhərrəm ayı ilə bağlı MÜRACİƏT


DİN-dən Məhərrəm ayı ilə bağlı MÜRACİƏT

Bu il iyul ayının 30-dan başlamış Məhərrəm ayında, o cümlədən avqustun 8-nə təsadüf edən “Aşura” günündə dini mərasimlər “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) daxil olan müraciətdə deyilir. Bildirilir ki, mərasim iştirakçılarının təhlükəsizliyi, məscidlərə rahat gediş-gəlişi, dini ayinləri sərbəst və maneəsiz yerinə yetirmələri üçün bütün lazımi tədbirlər görülür:
"Eyni zamanda diqqətə çatdırırıq ki, əhalinin epidemioloji salamatlığının təmin edilməsinin zəruriliyi baxımından mərasimlərin həm də sanitariya normalarına uyğun təşkil edilməsi tövsiyə olunur. Piyadaların və yol hərəkətinin digər iştirakçılarının həyatına təhlükə yaradan, tıxaclara səbəb ola bilən hallara yol verilməməlidir.
İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək vətəndaşlarımızı bu müraciəti anlayışla qarşılamağa çağırır və həmçinin bildiririk ki, qeyd olunan tələb və tövsiyələr məhz hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, azadlıqlarının, qanuni mənafelərinin və cəmiyyətin dinc həyatının qorunmasına xidmət edir".
3-08-2022, 09:19

ABŞ Alina Kabayevanı "qara siyahı"ya saldı
ABŞ Alina Kabayevanı "qara siyahı"ya saldı


ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirib. Sanksiya siyahısına idmançı Alina Kabayevanın da daxil olduğu 13 fiziki və 30-dan çox qurumun adları əlavə edilib. Bundan əlavə, PhosAgro-nun keçmiş rəhbəri Andrey Quryev, Xerson vilayətinin rəhbəri Vladimir Saldo və Xerson vilayətinin administrasiyası rəhbərinin müavini Kirill Stremousov məhdudlaşdırıcı tədbirlərə məruz qalıblar.
İyulun sonunda ABŞ Senatı Dövlət Departamentini Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada baş verən hadisələrə görə Rusiyanı terrorizmə sponsorluq edən dövlət kimi tanımağa çağıran qətnamə qəbul edib. ABŞ Konqresinin saytında təqdim olunan məlumatlara görə, qətnamə mayın 9-da təqdim edilib. Sənəddə bildirilir ki, ABŞ Senatı Rusiya hökumətinin Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə törətdiyi hərəkətləri terror aktlarının sponsoru hesab edir.
3-08-2022, 09:04
Ankara və Bakı hazırlığı başa çatdırdı

Ankara və Bakı hazırlığı başa çatdırdı

Türkiyə və Azərbaycan sadələşdirilmiş gömrük dəhlizinin yaradılmasının son mərhələsindədir. Bunu Türkiyənin ticarət naziri Mehmet Muş Türkiyə, Özbəkistan və Azərbaycan xarici işlər, ticarət və nəqliyyat nazirlərinin Daşkənddə keçirilən üçtərəfli görüşündə deyib:
"Biz bu layihənin Azərbaycanla pilot rejimində reallaşdırılmasına başlamaq üçün texniki baza yaradırıq. Türkiyə Özbəkistanla da analoji gömrük dəhlizini həyata keçirməyə hazırdır".
Mehmet Muşun sözlərinə görə, Türkiyə, Azərbaycan və Özbəkistanın ümumi ÜDM-si 1 trilyon dollara çatır, 3 ölkənin əhalisinin sayı isə 130 milyon nəfərdir ki, bu da böyük potensialın göstəricisidir. Azərbaycan və Özbəkistanla imzalanmış güzəştli ticarət sazişləri Türkiyənin bu potensialın reallaşdırılmasına verdiyi önəmi göstərir.
"İnanıram ki, bu sazişlərin əhatə dairəsinin genişlənməsi ilə dövlətlərarası münasibətlərin yeni dövrü gələcək. Bundan əlavə, gömrükdə bürokratiyanın azaldılması istiqamətində tədbirlərin görülməsi ticarəti asanlaşdıracaq və ticarət dövriyyəsinə müsbət təsir göstərəcək".
Nazir qeyd edib ki, Ankara gömrük prosedurlarının sadələşdirilməsinə önəm verir. "Azərbaycan və Özbəkistan Türkiyənin Orta Asiya ilə ticarətində mühüm rol oynayır, Türkiyə isə öz növbəsində Azərbaycan və Özbəkistanın Avropa, Yaxın Şərq və Afrika ölkələri ilə ticarətində körpü rolunu oynayır".
3-08-2022, 08:18

ABŞ-dan Ermənistandakı vətəndaşlarına xəbərdarlıq


ABŞ-ın Ermənistandakı səfirliyi bu ölkədəki vətəndaşlarına təhlükəsizlik məqsədilə müəyyən ərazilərdən uzaq durmaqla bağlı xəbərdarlıq edib. Bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunub ki, söhbət avqustun 2-də axşam Fövqəladə Hallar Nazirliyinə partlayıcı qurğuların qoyulması barədə məlumat daxil olan yerlərdən gedir. Bunlar “Zvartnots” hava limanı, İrəvan metrosunun bütün stansiyaları, habelə paytaxt meriyası və Milli Məsclisin binalarıdır.
ABŞ səfirliyi Amerika vətəndaşlarını məlumatlandırıb ki, fövqəladə xidmətlər “Zvartnots” hava limanında, bütün metro stansiyalarında, meriya və Milli Məclisdə bomba təhlükəsi ilə bağlı yoxlama aparır.
Qeyd edək ki, “Zvartnots” hava limanında və meriyada heç bir partlayıcı qurğu aşkarlanmayıb, metroda axtarış davam edir.
3-08-2022, 08:04
Bunu Trampdan öyrənmişəm!


Bunu Trampdan öyrənmişəm!

Emin Ağalarov Moskvada yeni açdığı “Peach” (“Şaftalı”) restoranı barədə danışıb. Ağalarov deyib ki, markanın arxasında bir insan varsa, xüsusən də söhbət restoran biznesindən gedirsə, onu tanıtmaq daha asandır:
"Bu brendlərin siması olduğuma inanıram. Yəni Ağalarovun restoranları. Yeni restoran açdığımı videoda elan edib insanları ora dəvət etsəm, bu, onlar üçün keyfiyyət əlamətidir. Zəhərlənməyəcəklərinə, xidmətin yaxşı olacağına, çox güman ki, dadlı olacağına inamdır. Hər kəsin subyektiv fikri var, kiminsə xoşuna gəlməyə bilər, amma ümumiyyətlə, başa düşürəm ki, izləyicilərimin çoxu gedib yeni bir şey sınayacaqlar, çünki artıq məni tanıyırlar. Əslində, mən bunu hər yerdə soyadını başlığa yazan Donald Trampdan öyrənmişəm”.
3-08-2022, 07:55
Darvinizmin yanlış olduğu sübut edildi


Darvinizmin yanlış olduğu sübut edildi

Antropoloqlar insanın kəllə sümüyünün formasının 160 min illik təkamül dövründə dəyişmədiyini müəyyən ediblər. Sürix Universitetindən olan antropoloqların araşdırmasına görə, yaşı 200 min il olan qədim insanların kəllə sümüyü ölçü baxımından müasirlərdən çox da fərqlənmir.
“Fərziyyə var idi ki, sənətkarlığın inkişafı Homo sapiensin beyninin formasının dəyişməsinə səbəb olub. Lakin son kəşf müəyyən edilmiş rəyə ziddir. Antropoloqlar qrupu Efiopiya və İsraildə tapılan Homo sapiens, Homo erektus və neandertalların kəllələrini rəqəmsal şəkildə rekonstruksiya edib. Daha sonra fosillərin 3D modelləri 125 müasir insan kəlləsi ilə müqayisə edilib. Komanda 160.000 il əvvəl Homo sapiensin kəlləsinin forma və ölçüsünün indiki insanla demək olar ki, eyni olduğunu müəyyən edib”.
Tədqiqatçılar kəllə sümüyünün formasının azacıq dəyişməsinin səbəbini isə insanın daha yumşaq qidalar yeməyə başlaması və ya oksigen azlığı ilə bağlayırlar.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!