Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
28-08-2022, 00:46
Neftimizin qiyməti 102 dollara çatır


Neftimizin qiyməti 102 dollara çatır

Azərbaycan neftinin qiyməti yenidən ucuzlaşıb. Butov.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,68 ABŞ dolları və ya 0,66 % azalaraq 101,9 ABŞ dolları təşkil edib. Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti martın 9-da (135,99) qeydə alınmışdı.
28-08-2022, 00:43
Kəlbəcərin yaşlı sakinləri doğma yurdlarına gedib


Kəlbəcərin yaşlı sakinləri doğma yurdlarına gedib

Parlament Jurnalistləri Birliyinin təşəbbüsü ilə Kəlbəcərin bir qrup yaşlı sakini doğma yurdlarına yola düşüb. Butov.az xəbər verir ki, səfər jurnalistlərin müşayiəti ilə təşkil olunub. Tədbirin əsas məqsədi Kəlbəcərin yaşlı sakinlərinin fikirlərini gələcək nəsillərə çatdırmaq, eyni zamanda, erməni vandalizmini onların dilindən öyrənməkdir. Səfər zamanı sakinlər Kəlbəcər rayonunda şəhidlərimizin abidəsini ziyarəti edəcək. Daha sonra İsti suya gedəcək. Eyni zamanda rayonun Qılınclı, Nadirxanlı, Sarıdaş, Cəmilli, Dəmirçidam kəndlərində dağıdılmış qəbiristanlıqlar, təhsil müəssisələri, tarixi abidələri ilə tanış olacaqlar. Həmçinin Söydlü yaylağında fermerlərlə görüşəcəklər.

27-08-2022, 17:52
İrandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

İrandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

İran Azərbaycanla nəqliyyat əlaqələrini daha da genişləndirməyə davam edir.
Butov.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
“Buna misal olaraq, yeni çəkilən dəmir yollarını göstərə bilərik. İran Zəngəzur dəhlizinin əleyhinə deyil və İranın qardaş Azərbaycanla əsas koridoru mövcuddur. Bu əsas dəhliz Azərbaycan və Naxçıvanı artıq 30 ildir ki, bir-birinə bağlayır. Azərbaycan və Naxçıvan arasında bütün əlaqələr İran torpaqları vasitəsilə baş tuturdu. Biz indiyə qədər olan dəhlizi əsas hesab edirik. Təbii ki, alternativ dəhlizlər də olmalıdır. Yeni dəhlizin Azərbaycan və Ermənistanı birləşdirmək məsələsinə gəlincə, bu, hər iki ölkədən asılıdır və beynəlxalq məsələdir. Bizim ölkəmizin prinsipi odur ki, bir ölkə digər bir ölkənin, o cümlədən, qonşularının milli maraqlarına təsir göstərə bilməz”.
Regionda əməkdaşlıq məsələsindən bəhs edən səfir qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılan 3+3 platforması regionda olan əməkdaşlığa töhfə verəcək:
“Bu platformanın ilk iclası keçən il Moskvada baş tutdu. Bu il isə Tehranda keçiriləcək. Bu format çərçivəsində biz regionda olan problemləri dialoq yolu ilə həll edə bilərik. Biz regionda normallaşma, həmçinin, Qarabağın yenidən qurulması, mina təmizlənməsi istiqamətlərində irəliləyiş görürük”.
27-08-2022, 17:36
Ərdoğan İlham Əliyevə zəng etdi

Ərdoğan İlham Əliyevə zəng etdi

Avqustun 27-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Türkiyə Prezidenti Laçın şəhərinin, Zabux və Sus kəndlərinin Azərbaycanın nəzarətinə keçməsi ilə bağlı dövlətimizin başçısına və bütün Azərbaycan xalqına öz adından və Türkiyə xalqı adından sevinc hisslərini çatdırdı.
Dövlətimizin başçısı öz növbəsində öz adından və Azərbaycan xalqı adından Türkiyə Prezidentinə və qardaş Türkiyə xalqına təbriklərə görə təşəkkürünü bildirdi.
Söhbət zamanı dostluq və müttəfiqlik əlaqələrimizin müxtəlif aspektləri müzakirə olundu, yeni təmaslar haqqında fikir mübadiləsi aparıldı.
27-08-2022, 11:10
QHT-lərin Laçına səfəri təşkil olunacaq


QHT-lərin Laçına səfəri təşkil olunacaq

Yaxın gələcəkdə azad edilmiş bütün ərazilərə, o cümlədən Laçın rayonuna qeyri-hökumət təşkilatlarının səfərləri təşkil olunacaq. Ordum.az QHT.az-a istinad edərək xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, belə ərazilərdə yeni QHT-lərin yaradılması, vətəndaşların ictimai fəallıq göstərməsi, insanların ictimai iştirakı olarsa baxılacaq.
"Bu gün səhər saatlarından Laçının Azərbaycan Ordusunun nəzarəti altına keçməsi xəbərindən sonra bir çox vətəndaş cəmiyyəti ölkə başçısına təşəkkür etmək üçün müraciət etdi. Biz də onlara şərait yaratdıq ki, təşəkkürlərini məhz ofisimizdə keçirilən toplantıda bildirsinlər. Biz mübaliğəsiz deyə bilərik ki, son 200 ildə Azərbaycan öz tarixinin ən şanlı səhifələrini bu qələbələrdən sonra yaşayıb. Artıq azad edilmiş ərazilərdə abadlıq quruculuq işləri həyata keçirilir. Biz də vətəndaş cəmiyyəti təsisatı olaraq bu işlərə öz töhfəmizi vermək fikrindəyik", - A.Əliyeva bildirib
27-08-2022, 11:09
QHT Agentliyində Laçınla bağlı tədbir keçirilib


QHT Agentliyində Laçınla bağlı tədbir keçirilib

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Laçın rayonunun azad edilməsi ilə bağlı tədbir keçirilib. Tədbirdə bir çox qeyri-hökumət təşkilatlarının rəhbərləri iştirak ediblər. Agentliyin icraçı direktoru Aygün Əliyeva bu münasibətlə hər kəsi təbrik edib və işğaldan azad olunan ərazilərdə də vətəndaş cəmiyyətlərinin fəaliyyətinin təmin ediləcəyini istisna etmədiyini bildirib. Qeyd edib ki, yaxın vaxtlarda Zəngilanın Ağalı kəndinə və Laçına qeyri-hökumət təşkilatlarının səfəri təşkil olunacaq.
Aygün Əliyeva onu da əlavə edib ki, bu gün Zəngilanda yeni vətəndaş cəmiyyətinin yaradılması məsələsi də gündəmdədir.
Daha sonra təşkilat rəhbərləri Laçınla bağlı xatirələrini bölüşüblər.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov:
"Azərbaycan Prezidentinin keçirdiyi görüşlərin, atdığı addımların nəticəsidir ki, Laçın şəhəri döyüşsüz düşməndən zad edildi. İnanırıq digər ərazilərimizə də qovuşacağıq. Biz beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırmalıyıq k, nə üçün Suriyadan və digər xarici ölkələrdən gətirilmiş ermənilər ərazilərimizə yerləşdiriliblər. Buna hüquqi müstəvidə cavab tapmaq lazımdır".
Tədbirdə qeyri-hökumət təşkilatları tərəfindən Laçınla bağlı tarixi nüansların açılmasına ehtiyac olduğu, bu haqda sənədli filmlərin çəkilməsinin və beynəlxalq ictimaiyyətə çatdırılmasının labüdlüyü vurğulanıb.
Daha sonra çıxış edən qeyri-hökumət təşkilatları – Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev, "Mərhəmət" Kimsəsizlərə Yardım ictimai birliyinin sədri İradə Polad, Azərbaycan Vətən Müharibəsi Veteranları" ictimai birliyinin nümayəndəsi Niyazi Quliyev, Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası İctimai Birliyinin sədri Rey Kərimoğlu, “Xankəndi” məcburi köçkünlərə dəstək İctimai Birliyinin sədri Xatirə Vəliyeva, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri Şamil Ələkbərli, Milli QHT Forumunun sədri Rauf Zeyni, "Jurnalist Ekspert Mərkəzi" ictimai birliyinin sədri Ceyhun Musaoğlu, "Azərbaycan Jurnalistlər Şəbəkəsi" ictimai birliyinin sədri Ayaz Mirzəyev, "Ortaq Dəyərlər" ictimai birliyinin sədri Aqil Camal, Tarix və Mətbuat Araşdırmalarına Dəstək ictimai birliyinin sədri Nəsiman Yaqublu, "Regional İnsan Hüquqları və Media Mərkəzi" ictimai birliyinin sədri Xalid Kazımov, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri Fariz Xəlili, Azərbaycanın İşğal Olunmuş Ərzilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyinin sədri Laçın şəhəri, Sus və Zabux kəndinin nəzarətə keçməsinə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkür ediblər.

27-08-2022, 09:38
Güney Azərbaycanın Asiya çempionu


Güney Azərbaycanın Asiya çempionu

Güney azərbaycanlı taekvondoçu Fatimə Baqirzadə yeniyetmə qəzlar arasında keçirilən Asiya çempionatının qızıl medalını qazanıb. Əslən Şərqi Azərbaycanın Məlikan şəhərindən olan idmançı Vyetnamda keçirilən çempionatın son mərhələsində, 25 avqustda növbəti qələbəsini qazanaraq birinci yeri tutub.
41 kq çəki dərəcəsində Tayvan, Vyetnam, Cənubi Koreya və Qazaxıstan idmançılarını məğlub edən Fatimə Baqirzadə Asiya çempionu olub.
O, bir ay bundan öncə yeniyetmələr arasında keçirilən dünya çempionatında da bürünc medal qazanaraq öz çəki dərəcəsində dünya üçüncüsü seçilib.
Timur
27-08-2022, 09:10
"Nur ocağı" ədəbi məclisi  Xasay Yusifin şeirlərini təqdim edir:


"Nur ocağı" ədəbi məclisi Xasay Yusifin şeirlərini təqdim edir:

Vur komandir!

Vur deyirlər, vur komandir,
Vuran əllər qoy var olsun.
Elə vur ki, yağı düşmən
Qabağında qoy xar olsun.

Yol aç gedək Qubadlıya,
Kəlbəcərə, Xocalıya,
Elə vur ki, bu gen dünya
Düşmənlərə qoy dar olsun.

Yol aç, gedək Zəngilana,
Cəbrayıla, həm Laçına,
Salam verək Ağdamıma,
Xudam sənə qoy yar olsun.

Şuşamıza bayraq asaq,
Şəhidlərin qanın alaq,
Qaranlığa işıq salaq,
Sevinənlər qoy var olsun.

Ananın

Cənnət ayağında, şəfa əlində,
Nur çilənir, gözlərindən ananın.
Qoynun cənnət bağı, hər cür meyvəli,
Dürr tökülür dillərindən ananın.

O bir mələk, yaradıbdır İlahi ,
Göydən yerə göndəribdir İlahi ,
Sükür olsun, gözəllikdir İlahi,
Məlhəm olur sözlərindən ananın.

O ismətdir, o namusdur, vüqardır,
Əyilməzdir, yenilməzdir, ucadır,
Dünya kimi şan-şöhrətdir, qocadır,
Kim yazmayıb şöhrətindən ananın.

Gəzmə qiblə, sinəsinə üz çevir,
Namaza dur o varlığa, qiblədir.
Xasay deyər Mədinədir, Məkkədir,
Doymaq olmur səcdəsindən ananın.

Gətir mənə
Azad olmuş o torpağa gedəndə,
Barlı bağlarından bar gətir mənə.
Xəzan vaxtı könlüm yaman arzular,
Almadan, heyvadan, nar gətir mənə.

Zirvəsində gör qalıbmı kəkliyi,
Yamaclarda turacların göyçəyi,
Buz bulaqda sındırarsan sənəyi,
Dağın quzeyindən qar gətir mənə.

Murovdağda ayaq saxla bir anlıq,
Qırxbulaqdan lilpar topla dolçalıq,
Öp torpağın yaddan çıxsın ayrılıq,
Köhnə yurd yerindən qoz gətir mənə.

Xasay deyər dünya fani, neynəyək?
Körpə quzu, bulaq başı, kabab çək,
Dağların qoynundan bir əlçin çiçək,
Özün öz əlinlə dər gətir mənə.

Şəhid balalar
Şəhid balalara ölübdür demə,
Qurbansız qələbə nəsibdir kimə?
Vətən haray çəkib oğul deyəndə,
Onlar hazır oldu soyuq səngərdə.
Düşmən tapdağında anam Qarabağ,
Düşmənin köpəyi qalmamalı sağ,
Gərəkdir döyüşdən çıxaq üzüağ,
Ucaldaq Şuşada üçrəngli bayraq.
Əli yalın getdi düşmən üstünə,
Qorxmadı dik baxdı ölümün gözünə,
Sinə sipər oldu top mərmisinə,
Oyandı körpələr raket səsinə.
Qirpmadı gözünü keçdi canından,
Qızardı üfüqlər İgid qanından,
Vətənin eşqiylə onlardır yanan,
Şəhidliyin zirvəsinə ucalan.
Uca tut başını, ağlama Vətən,
Vardır qeyrətini hər zaman çəkən.
Əgər ki ugrunda gərəksə ölən,
Hər zaman qabaqda dayanmışam mən.
Şəhid balalara ölübdür demə,
Qurbansız qələbə nəsibdir kimə?


Durma, at!
Naşı ovçu ov bərədə gözləmə,
Ov çilədə, maral qaçar, durma at!
İgid comərd, həlqə dardır, amandır
Çıxar dardan, imdad eylə, durma at!

Dünya səni sınağına çəkəndə,
Qada güc gələndə can əyiləndə,
Məlhəm üçün canın əldən gedəndə
Al mətahın, çıx bazara, durma sat!

Xasay deyər Süleymandan qalıbdır,
Bu dünyanın kim oyununa çatıbdır,
Əgər görsən namərd bəxtin yatıbdır
Haraylama, gir qoynuna, sən də yat!

Bacım
Üzünü görüb tanış olmadığım bir xanıma, mənə "Başımın tacı"qardaş deyən Sehran xanıma xitabən :
****
Tapammıram birin, deyəm dərdimi,
Dərdimi sinəmdən alarmı, bacım?
Qəlbi kövrək ola, üz gülər ola,
Məni arxa dayaq sanarmı, bacım?

Onsuz oldum, bəxtim üzə gülmədi,
Nə olmadı, nə də dərdim bilmədi,
Bircə dəfə göz yaşımı silmədi,
Könlüm həsrətində duyarmı bacım?

Ömür gedib, yaşamışam bacısız,
Gedib gənclik qocalmışam bacısız,
Dəm satıban qəm almışam bacısız,
Qəmimin şəriki olarmı, bacım?

Gülərmi mənimlə, üzüm güləndə,
Qəmə bələnərmi, qəmli görəndə,
Xasay bu dünyadan köç eyləyəndə,
Pərişan saçların yolarmı bacım?


26-08-2022, 20:56
Türkiyə ordusundan terrorçulara növbəti zərbə


Türkiyə ordusundan terrorçulara növbəti zərbə

Türkiyə ordusu Suriyanın şimalında daha 6 terrorçunu zərərsizləşdirib. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, terrorçulara qarşı "Fərat Qalxanı" əməliyyat bölgəsində atəşə dəstək vasitələri ilə zərbələr endirilib. "Əməliyyatlarımız davam edəcək!", - Nazirlik bildirib.
26-08-2022, 20:53
Ordumuzun Laçına daxil olmasının yeni görüntüləri


Ordumuzun Laçına daxil olmasının yeni görüntüləri

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələrinin Laçın şəhəri, Zabux və Sus kəndlərinə daxil olmasının növbəti videogörüntülərini yayıb. Butov.az həmin görüntüləri təqdim edir:

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!