Qazaxda gənclərin karyera planlama müzakirəsi .....                        Könüllərdə taxt quran kişi .....                        TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                       
11-08-2022, 20:49
130-dan çox ukraynalı qadın ruslara əsir düşüb


130-dan çox ukraynalı qadın ruslara əsir düşüb

Ukraynanın “Azovstal” zavodunda çalışmış 130-dan çox qadın Rusiya hərbçiləri tərəfindən əsir götürülüb. Bu barədə Ukrayna Baş nazirinin müavini - müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk bildirib. "Bizim "Azovstal"da 131 qadın əməkdaşımız çalışıb. Onların arasında Azov alayında xidmət edən əsgərlərimiz, hərbi həkimlərimiz, sərhədçilərimiz və Milli Qvardiyaçılarımız var”, - deyə nazir qeyd edib. Vereşçuk Ukraynanın əsirlikdə olan qadınları azad etmək üçün səy göstərəcəyini vurğulayıb.
11-08-2022, 20:47
İsveç axtarışda olan şəxsi Türkiyəyə verəcək


İsveç axtarışda olan şəxsi Türkiyəyə verəcək

İsveç hökuməti dələduzluq ittihamı ilə axtarışda olan bir nəfəri Türkiyəyə təhvil vermək qərarına gəlib. Bu barədə İsveçin STV kanalı məlumat yayıb. Bildirilir ki, Türkiyə tərəfindən qırmızı bülletenlə axtarılan 35 yaşlı şəxs Türkiyəyə ekstradisiya olunacaq. Qeyd olunub ki, 2011-ci ildən İsveçdə yaşayan və bu müddət ərzində sığınacaq üçün müraciət edən şəxs dələduzluq ittihamı ilə Türkiyədə 14 il həbs cəzası alıb. Sözügedən şəxsin Türkiyəyə ekstradisiya edilməmək üçün xristianlığı qəbul etdiyi bildirilir. Xatırladaq ki, iyun ayında Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasına razılıq verib. Tərəflər arasında müqavilə imzalanıb. Müqaviləyə əsasən Türkiyə ekstradisiyasını tələb etdiyi bir sıra şəxslərin siyahısını İsveçə təqdim edib.
11-08-2022, 20:43
NATO genişmiqyaslı təlimlərə başladı


NATO genişmiqyaslı təlimlərə başladı

Bolqarıstanda NATO ölkələrinin Hərbi Hava Qüvvələrinin “Tracian Viper-2022” adlı genişmiqyaslı təlimlərinin birinci mərhələsi başlayıb. Butov.az xəbər verir ki, təlimlərdə Bolqarıstan Hərbi Hava Qüvvələri ilə yanaşı, ABŞ, Kanada, Rumıniya və Yunanıstanın aviasiya bölmələri də iştirak edir. Təlimə qatılan şəxsi heyətin ümumi sayı açıqlanmayıb. Qeyd edək ki, “Trakiya gürzəsi” təlimləri 2010-cu ildən bəri hər il keçirilir.
11-08-2022, 20:40
13 min belaruslu Ukraynaya qarşı savaşacaq


13 min belaruslu Ukraynaya qarşı savaşacaq

13 minə yaxın belaruslu fəal və ehtiyatda olan hərbçi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün müqavilə imzalayıb. Bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəis müavini Aleksey Qromov bildirib. Onun sözlərinə görə, Rusiya Belarusu genişmiqyaslı müharibəyə cəlb etməkdə davam edir: "Belaruslular üçün əsas motivasiya müharibədə iştiraka görə alacaqları maddi mükafatdır, çünki işğalçıların hərəkətlərində heç bir ideoloji əsas yoxdur və heç kim denazifikasiyaya inanmır".
11-08-2022, 20:37
Şeyx Şamil haqqında film çəkiləcək


Şeyx Şamil haqqında film çəkiləcək

Tanınmış türkiyəli ssenarist və aktyor Atilla Engin Şeyx Şamil haqqında film çəkmək üçün Rusiyaya səfər edib. Butov.az xəbər verir ki, Şeyx Şamillə bağlı serial üzərində işləyən ssenarist çəkilişlərə hazırlıq məqsədilə Dağıstanda olub. O, jurnalistlərlə söhbətində hələ uşaq vaxtlarından Şeyx Şamil barədə çox eşitdiyini, indi təkcə Qafqaz deyil, həm də İslam dünyası üçün önəmli olan bu şəxsiyyət haqqında bütün dünyaya danışmaq arzusunda olduğunu söyləyib. Şeyxin həyat və mübarizəsindən bəhs edəcək “Şeyx Şamil” serialı 12 seriyadan ibarət olacaq. Hazırda filmin ssenarisi üzərində iş gedir. Çəkilişlərə Dağıstandan aktyorlar da cəlb ediləcək.
11-08-2022, 20:34
Xəstəxanada qanun pozuntusu - Araşdırma aparılır


Xəstəxanada qanun pozuntusu - Araşdırma aparılır

Azərbaycan Respublikasının Baş Prokurorluğu Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkarlanmış qanun pozuntuları ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Baş Prokuror Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında aşkar edilmiş qanun pozuntularına dair araşdırma aparılır.
11-08-2022, 20:31
İslamiada: Daha üç güləşçimiz finalda


İslamiada: Daha üç güləşçimiz finalda

Azərbaycanın 3 sərbəst güləşçisi V İslam Həmrəyliyi Oyunlarında finala vəsiqə əldə edib. Butov.az xəbər verir ki, Türkiyənin Konya şəhərində təşkil olunan bu mötəbər yarışda İslam Bazarqanov (61 kq) yarımfinalda iranlı Məcid Dastana (10:0), Gözəl Zutova (72 kq), Ngiri Nyehə (6:0), Leyla Qurbanova (53 kq) isə türkiyəli Rahime Arifeyə (10:0) qalib gələrək finala yüksəlib.
11-08-2022, 20:27
Vaksin vurduranların yeni statistikası


Vaksin vurduranların yeni statistikasıl

Azərbaycanda son sutkada koronavirus əleyhinə 1766 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza vaksin vurduranların sayı 1116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 834 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 226, üç və daha çox doza vaksin vurduranların sayı 3 349 143, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 573 təşkil edir.

11-08-2022, 20:24
Yoluxanların bu günə olan sayı açıqlandı


Yoluxanların bu günə olan sayı açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 488 yeni yoluxma faktı qeydə alınıb, 492 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 803 645 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 790 685 nəfər müalicə olunaraq sağalıb, 9768 nəfər vəfat edib, aktiv xəstə sayı 3192 nəfərdir. Son sutka ərzində 4076, hazırkı dövrədək isə 7 084 848 test aparılıb.

11-08-2022, 20:21
Almaniya kansleri ruslara qarşı sanksiyanın əleyhinə çıxdı


Almaniya kansleri ruslara qarşı sanksiyanın əleyhinə çıxdı

"Ruslara Şengen vizalarının verilməsinin dayandırılması ideyasını düzgün hesab etmirəm". Bunu Almaniya kansleri Olaf Şolts mətbuat konfransında bildirib. Onun sözlərinə görə, Rusiya vətəndaşlarının hamısına sanksiya tətbiq etmək doğru yanaşma deyil. “Moskvanın güc mərkəzi”ndən olan insanlara qarşı tətbiq edilən sanksiyaları Almaniya həmişə dəstəkləyəcək. Lakin bu, Putinin müharibəsidir, ona görə də vizaların dayandırılması ideyası ilə razılaşmaqda çətinlik çəkirəm. Bütün ruslara qarşı sanksiyaların tətbiqini haqlı hesab etmirəm", - deyə Kansler vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!