Kanal-11 internet TV-nin rəhbərinə 9 il həbs istənildi .....                        Azərbaycan və Serbiya XİN başçıları müzakirə apardılar .....                        Ceyhun Bayramov Səfirlər Konfransında çıxış edib .....                        Naxçıvanda istilik elektrik stansiyası tikiləcək - SƏRƏNCAM .....                        “Nidanın Gücü, Gücün Nidası!”: Yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı .....                        Azərbaycanda neçə "Tesla" avtomobili var? - QİYMƏTLƏR .....                        Sabahın hava proqnozu .....                        Qubadlı və Cəbrayılda modul tipli xəstəxanalar tikiləcək .....                        34 il sonra Xankəndidə Yeni il - FOTO .....                       
9-08-2022, 21:21
Rusiya Avropa ölkələrinə neft nəqlini dayandırdı


Rusiya Avropa ölkələrinə neft nəqlini dayandırdı

Rusiyanın dövlət neft gəmiçiliyi şirkəti "Transneft" Ukraynanın neft daşıma şirkəti "Ukrtrasnafta" ilə ödəniş problemi səbəbilə Drujba boru kəmərinin cənub hissəsi ilə Macarıstan, Çexiya və Slovakiyaya neft nəqlinin dayandırıldığını açıqlayıb. Bu barədə "Transneft"in sözçüsü İqor Demin bildirib. "Ukrtransnafta avqustun 4-də saat 06.10-da Drujba neft kəmərinin cənub qolundan Macarıstan, Çexiya və Slovakiyaya nəqli tamamilə dayandırıb. Bununla belə, Belarus vasitəsilə Polşa və Almaniyaya daşımalar davam edir", - Demin deyib. Ukrayna şirkətinin ödənişi 100% qabaqcadan aldıqdan sonra neft nəqli xidmətləri təklif etdiyinə diqqət çəkən Demin, "ancaq tranzit ödənişi Ukrayna ərazisindən həyata keçirilərkən pul Transneftin hesabına qaytarılıb. Qazprombank bizə bildirdi ki, Aİ qaydalarının, yəni 7-ci sanksiya paketinin qüvvəyə minməsi ilə əlaqədar ödəniş geri qaytarılıb” - deyə söyləyib.
9-08-2022, 21:16
"Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri


"Ferentsvaroş" və "Qarabağ"ın start heyətləri

Macarıstanda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Ferentsvaroş" və "Qarabağ" klubunun start heyətləri açıqlanıb. Butov.az xəbər verir ki, komandalar meydana aşağıdakı tərkibdə çıxacaq.
"Ferentsvaroş": 90. Deneş Dibus, 10. Tokmak Nquen, 13. Anderson Esiti, 15. Adnan Kovaçeviç, 16. Kristofer Zakariasen, 17. Eldar Çiviç, 20. Adama Traore, 21. Endre Botka, 25. Rasmus Telander, 70. Frank Boli, 93. Aissa Laiduni
Ehtiyat oyunçular: 1. Adam Boqdan, 3. Sami Mmae, 4. Mats Knuster, 61. Sabolç Merql, 5. Muhamed Beşiç, 19. Balint Veçei, 23. Lorand Paska, 28. Karlos Auski, 44. Styepan Lonçar, 50. Markinyos, 76. Kristian Listeş
Baş məşqçi: Stanislav Çerçesov
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 13. Bəhlul Mustafazadə, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 29. Marko Veşoviç, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə
Baş məşqçi: Qurban Qurbanov
Qeyd edək ki, bu gün "Groupama Arena"da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
9-08-2022, 21:03
Son sutkada 1668 vaksin vurulub


Son sutkada 1668 vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 688 vaksin vurulub. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 94, üç və daha çox doza vaksin vurduranların sayı 1 129, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 185 nəfərdir. Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 830 718, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 368 796, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 858 957, üç və daha çox doza vaksin vurduranların sayı 3 346 862, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 103 təşkil edir.

9-08-2022, 21:00
Yoluxma artmağa davam edir - Ölən var


Yoluxma artmağa davam edir - Ölən var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 563 yeni yoluxma faktı qeydə alınıb, 520 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1 nəfəri vəfat edib. Azərbaycanda indiyədək ümumilikdə 802 623 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 789 667 nəfər müalicə olunaraq sağalıb, 9 762 nəfər vəfat edib, aktiv xəstə sayı 3 194 nəfərdir. Ölkədə son sutka ərzində 4 000, hazırkı dövrədək isə 7 076 185 test aparılıb.

9-08-2022, 20:57
Ərdoğan illər sonra Əsədlə danışa bilər - Putin təklif edib


Ərdoğan illər sonra Əsədlə danışa bilər - Putin təklif edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya dövlət başçısı Bəşər Əsəd arasında telefon danışığı ola bilər. Bu barədə "Türkiye" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb. İki lider sonuncu dəfə 2011-ci ildə təmas qurub. Telefon danışığı ilə bağlı müzakirələr Ərdoğanın Soçidə Rusiya lideri Vladimir Putinlə görüşündən sonra başlayıb. Görüşdən sonra Türkiyə Prezidenti jurnalistlərə bildirib ki, rusiyalı həmkarı ona Suriyadakı problemləri Bəşər Əsəd rejimi ilə əməkdaşlıq edərək "həll etmək yolunu seçməyi" təklif edib. Nəşrin məlumatına görə, Ankara hesab edir ki, Türkiyə və Suriya prezidentləri arasında şəxsi görüşün keçirilməsi hələ tezdir, ona görə də onlar telefon danışığı ilə başlaya bilərlər.
9-08-2022, 20:54
Bayden NATO-nun gözlədiyi qərarı verəcək


Bayden NATO-nun gözlədiyi qərarı verəcək

ABŞ Prezidenti Co Bayden bu gün Finlandiya və İsveçin NATO-ya üzv olmasını təsdiq edən sənədləri imzalayacaq. Bu barədə Ağ Ev məlumat yayıb. Keçən həftə ABŞ Senatı səs çoxluğu ilə dövlətlərin NATO-ya üzv olmasına razılıq verib. Həm Demokrat, həm də Respublikaçı senatorlar iki şimali Avropa ölkəsinin üzvlüyünü qətiyyətlə təsdiqləyib. NATO-nun 30 müttəfiqi ötən ay İsveç və Finlandiyanın üzvlük protokolunu imzalayıb və bütün üzv dövlətlər qərarı ratifikasiya etdikdən sonra iki ölkə təşkilata tam üzv ola biləcək.
9-08-2022, 20:48
Babadağda həlak olan şəxsin meyiti tapıldı


Babadağda həlak olan şəxsin meyiti tapıldı

Babadağ dağında həlak olan Mübariz Məmmədovun meyiti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
9-08-2022, 20:43
Rusiya və Ukrayna arasında beşinci cəsəd mübadiləsi


Rusiya və Ukrayna arasında beşinci cəsəd mübadiləsi

Rusiya və Ukrayna beşinci dəfə ölən hərbçilərin cəsədlərini mübadilə ediblər. Bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi məlumat yayıb. Rusiya tərəfi mübadilə barədə məlumat verməyib. Qeyd olunur ki, Ukrayna tərəfi həlak olan hərbçilərdən 17-nin cəsədini qaytarmağa nail olub. Ukraynanın Rusiyaya nə qədər cəsəd verdiyi barədə məlumat verilmir. Bundan əvvəlki mübadilə iyulun 19-da, digər mübadilələr isə 4, 14 və 28 iyunda baş tutub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!