Bədən görkəmi və psixoloji sağlamlıq: Artıq çəkinin yaratdığı təzyiqlər .....                        Trampdan Zelenskiyə çağırış - Müharibəni dayandırın .....                        Qəzzada ölən fələstinlilərin sayı 45 mini keçdi .....                        Türkiyə ordusu Suriyada 6 terrorçunu məhv etdi .....                        Dəhşətli bərə qəzası - Onlarla insan öldü .....                        Terrorçulara qarşı əməliyyatlar artırılacaq - Yaşar Gülər .....                        Ukraynada müharibə 2025-ci ildə bitməyəcək .....                        Trampın gəlini Senata namizədliyini geri götürdü .....                        Kəlbəcərdə avtomobil aşıb - Ölən və yaralanan var .....                       
6-08-2022, 15:40
Diaspor gəncləri Şuşada şəhid ailələri və qazilərlə görüşüb


Diaspor gəncləri Şuşada şəhid ailələri və qazilərlə görüşüb

Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində “Fəxr Zirvəsi” mövzusunda panel iclası keçirilib. Butov.az xəbər verir ki, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vəsilə Zeynalovanın moderatorluğu ilə aparılan panel iclasında Vətən Müharibəsi Qəhrəmanı, “Hadrut fatehi”, baş gizir Camal İsmayılovun anası Filarə İsmayılova, şəhid polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Əlizadə və Vətən müharibəsinin şəhid polkovnik-leytenantı Elzamin Təhməzovun həyat yoldaşı Günay Elzamin çıxış ediblər. Onlar düşərgə iştirakçılarına qəhrəman şəhidlərin güclü iradəyə və mərdanə xarakterə malik olduqlarını, Azərbaycan bayrağının Qarabağın bütün bölgələrinə, o cümlədən Şuşaya sancılması gününü səbirsizliklə gözlədiklərini, şəhid ailəsi üzvü olmağın böyük məsuliyyət tələb etdiyini bildiriblər. Qeyd edilib ki, şəhidlərimiz aramızda olmasalar da, ruhları şaddır, çünki torpaqlarımız azadlığına qovuşub və bütün şəhidlərimizin qisası alınıb. “Camal hər zaman namaz üstə “Allahım, mənə şəhadət qismət et” duasını edərdi. O, mənim doğum günümü şəhadəti ilə təbrik etdi. Camalın şəhadət xəbəri gələndə mən qapının kandarında Azərbaycan bayrağını öpdüm. Sonra həmin bayrağı qapımızın önündən asdılar. İndi hər dəfə bayrağa baxanda hesab edirəm ki, oradan mənə Camal baxır. İndi Camalım mənim üçün qapımın üzərindən asılan üçrəngli bayrağımdır, çalınan himnimdir, azad olunan torpaqlarımızdır!”, - deyə Filarə İsmayılova bildirib. Ananın bu qürurlu çıxışından mütəəssir olan gənclər onu uzun müddət ayaq üstə alqışlayıblar. “Raquf Orucov, Camal İsmayılov, Elzamin Təhməzov və başqa şəhidlərimiz Vətən deməkdir, Azərbaycan deməkdir. Mən təkcə Raqif Orucovu təbliğ etmirəm. Raquf Orucov kimi zabitlər qəhrəmanlıq, peşəkarlıq rəmzidir. Biz onların timsalında Azərbaycan gəncliyini formalaşdırırıq. Bu gün düşərgə iştirakçıları arasında Vətən Müharibəsi Qəhrəmanı, şəhid polkovnik-leytenant Ramiz Cəfərovun qızı Nigar balamızı görürəm. Bizim təskinliyimiz onların bu gün ruhunun şad olmasıdır. Xalq olaraq şəhidlərimizin önündə üzümüz ağdır. Çünki biz Şuşadayıq. 30 il ərzində tökülən hər bir qan bizi Şuşaya gətirdi. Çünki Qarabağdan heç bir vaxt vaz keçmədik”, - deyə Sevinc Əlizadə qeyd edib. Vətən müharibəsi qaziləri döyüş əməliyyatlarının yüksək peşəkarlıqla yerinə yetirilməsindən danışıb, diaspor gənclərinə yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini yorulmadan və usanmadan təbliğ etməyi tövsiyə ediblər.




6-08-2022, 15:29
Azərbaycan bayrağını anlamayan “London dindarları”


Azərbaycan bayrağını anlamayan “London dindarları”

Londonda baş verənlər hamımızı ciddi narahat etməkdədir. Baş vermiş hadisənin (əslində törədilmiş cinayətin) səbəbkarları qanun çərçivəsində cəzalandırılmalıdır. Lakin bir məqam da bizi düşündürür: bu dindarlar və yaxud üzdəniraq “din təəssübkeşləri” anlamalıdılar ki, onların həqarətlə yanaşdığı üçrəngli bayrağın bir rəngi - yaşıl rəng elə islamın mənasını verməkdədir. Yəni söhbət dinə təəssübkeşliklə yanaşmaqdan gedirsə, bizim dövlət bayrağımızda bu da əksini tapıb. Dövlət bayrağımızın üstünlüyü ondadır ki, orada təsvir edilmiş göy, qırmızı və yaşıl boyalar çox geniş mənaları özündə əks etdirməkdədir. "London dindarları"na bir xatırlatmam da var - dünyanın bir-çox ölkələrinin də bayrağında yaşıl rəng, aypara, ulduz rəmzləri vardır. İndi nə edəcəksiniz? Yoxsa bu ölkələrin də səfirliklərinə “səlib yürüşü” başlamaq istəyirsiniz? İslam bizim dinimizdir. Buna kimsənin şübhəsi də yox. Lakin islam bizim bir xalq olaraq mənəviyyatımızın və dəyərlərimizin bir hissəsidir, heç də hamısı deyildir. Qalan türkçülük və müasirlik bu dəyərləri tamamlayır və bir bütov ideya halında millətimizə təqdim olunur. Üçrəngli dövlət bayrağımız bir fikir halında ilk dəfə 1907-ci ildə böyük mütəfəkkir Ə.Hüseynzadə tərəfindən ortalığa qoyulub və sonradan Z.Göyalp, M.Ə.Rəsulzadə tərəfindən inkişaf etdirilib. Bu ideyanı ortaya qoyan Ə.Hüseynzadənin babası Şeyx Əhməd Səlyani Qafqazın ilk Şeyxülislamı idi və islam dinini siz - “London dindarları”ndan gözəl anlayırdı. Müasir formada olan dövlət bayrağımızın yaradıcısı M.Ə.Rəsulzadənin atası Axund Hacı Ələkbər isə Bakı şəhərinin məşhur axundu idi və o, da islam dininin mahiyyətini yaxşı başa düşürdü. Bizim bayrağımız həm də bu təlim-tərbiyədən qidalanıb. Sizin bu bayrağa haqsız yanaşmağa nəinki mənəvi, heç dini haqqınız da yoxdur. İlk dəfə olaraq 1918-ci ilin noyabrın 9-da isə üçrəngli bayraq dövlət bayrağımız olaraq qəbul edilib. Bu bayrağa tarixən çox hücumlar olub, lakin hər dəfə məğlubiyyətlə qarşılaşıblar. Sovet rejimi kimi amansız siyasi quruluş bu bayraqla 70 il savaş açsa da, nəticədə məğlub oldu. Üçrəngli dövlət bayrağımız 1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra yenidən xalqımızın başı üzərində dalğalandı. Deyəsən, “London dindarları” bayrağımızla bağlı çox həqiqətlərdən xəbərsizdi. İndi onlara bu bayrağın əsasını qoyanlardan birinin böyük mütəfəkkir və dövlət xadimi M.Ə.Rəsulzadənin məşhur sözlərini xatırladıram: Bir kərə yüksələn bayraq bir daha enməz!



Nəsiman Yaqublu

tarix elmləri doktoru, professor
6-08-2022, 15:25
Külək, dolu, leysan...


Külək, dolu, leysan...

Avqustun 6-sı saat 11:00-a olan məlumata əsasən avqustun 5-i axşamdan ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olub, dolu düşüb. Milli Hidrometeorologiiya Xidmətindən verilən xəbərə görə, düşən yağışın miqdarı Gədəbəydə 23.0 mm, Göygöldə 18.0 mm, Daşkəsəndə 16.0 mm, Gəncədə 13.0 mm, Şahdağ, İsmayıllıda 9.0 mm, Altıağacda 8.0 mm, Qırızda 7.0 mm, Oğuzda 6.0 mm, Naftalan, Xaltan, Şamaxıda 5.0 mm, Göyçay, Qəbələ, Şəki,Şəmkir, Tovuz, Yevlax, Sarıbaşda (Qax) 3.0 mm, Qobustan, Ceyrançöl, Quba, Mingəçevirdə 2.0 mm, Ağsu, Balakən, Ləzə, Qusar, Xınalıq, Zərdab, Bərdə, Xaçmaz, Zaqatalada 1.0 mm, Bakıda və Abşeron yarımadasında isə 1.0 mm-dək olub. Avqustun 5-də Göygöl stansiyası ərazisinə saat 21:00-21:03 radələrində diametri 23 mm, rayon ərazisinə və rayonunun Göyçə kəndi, Topalhəsənli kəndi, Hacıkənd qəsəbəsinə leysan yağışla bərabər 15-20 mm, həmçinin Köşkü və Aşıqlı kəndlərinə, Tərtər rayonu ərazisinə saat 21:51-21:53 radələrində 10 mm, Gədəbəydə isə 00:30-da leysan yağışla xırda dolu yağıb. Qərb küləyi Daşkəsəndə 23-28 m/san-dək güclənib. Havanın temperaturu avqustun 5-də Bakıda iqlim normasından 2.7° yuxarı olub, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 30-34° isti, Naxçıvan MR-da 38-40°, Ordubadda 42° isti, dağlıq rayonlarda 26-28°isti, aran rayonlarında 35-40° isti olub.Ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti avqustun 09-gündüzədək davam edəcək.
6-08-2022, 15:21
Buzdux dağı və ətrafındakı yüksəkliklər nəzarətimizə keçdi

Buzdux dağı və ətrafındakı yüksəkliklər nəzarətimizə keçdi

Bölmələrimiz tərəfindən ərazidə aparılan dəqiqləşdirmələr nəticəsində Buzdux dağı və ətrafındakı yüksəkliklər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
6-08-2022, 14:45
Ərdoğandan Qarabağdakı son vəziyyət barədə - Açıqlama

Ərdoğandan Qarabağdakı son vəziyyət barədə - Açıqlama

İki gün əvvəl qardaşım İlham Əliyevlə Qarabağdakı vəziyyətlə bağlı ətraflı danışdıq. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın Soçi şəhərindən səfərdən qayıdandan sonra jurnalistlərə açıqlamasında bildirib.
“Əvvəla, azərbaycanlı qardaşlarımızın birinin şəhid olmasına səbəb olan hücumu pisləyirik. Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində yerləşən ərazidir. Azərbaycan təbii olaraq öz ərazisində hər hansı qeyri-qanuni silahlı ünsürlərin olmasını istəmir. Üçtərəfli bəyanatdan iki ilə yaxın vaxt keçir. Ermənistanın buradakı öhdəliklərini tez bir zamanda yerinə yetirməsi vacibdir”, - dövlət başçısı vurğulayıb.
6-08-2022, 14:40
Əli Əsədovdan  SƏRƏNCAM imzalayıb


Əli Əsədovdan SƏRƏNCAM imzalayıb[/color]

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaşıl texnologiyaların və enerji səmərəliliyi tələblərinin tətbiqi ilə bağlı əlaqələndirmə və monitorinq üzrə İşçi Qrupu yaradılıb.
Bununla bağlı Baş nazir Əli Əsədov sərəncam imzalayıb.
Sənədə əsasən, İşçi Qrup aşağıdakı tərkibdə yaradılıb:
İşçi Qrupun rəhbəri
Energetika naziri
İşçi Qrupun üzvləri:
İqtisadiyyat nazirinin müavini
Maliyyə nazirinin müavini
Ekologiya və təbii sərvətlər nazirinin müavini
Kənd təsərrüfatı nazirinin müavini
Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini
Fövqəladə hallar nazirinin müavini
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin vitse-prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədr müavini
Dövlət Neft Şirkətinin vitse-prezidenti
Sərəncamla Energetika Nazirliyinə tapşırılıb ki, İşçi Qrupun katibliyi funksiyasını yerinə yetirsin və rübdə 1 dəfədən az olmayaraq İşçi Qrupun görüşlərini təşkil etsin.
6-08-2022, 14:34
Ərdoğan Soçidə nəyə nail oldu?


Ərdoğan Soçidə nəyə nail oldu?

Ərdoğan-Putin görüşü haqqında bir neçə ciddi mənbələrdə yayılan məlumatlar qardaş Türkiyənin doğru xarici siyasət yürütdüyünə bir daha əminlik yaradır: bu ölkə Qərb və Rusiya arasında əsas kommunikasiya kanalına, əsas "pəncərəyə" çevrilir və bu, hər üç tərəfə (Qərb, Rusiya, Türkiyə) divident gətirir.
Bu sözləri ekspert Natiq Cəfərli bildirib.
O qeyd edib ki, Türkiyə Rusiyaya ixracını kəskin artırır, bazardan gedən Qərb şirkətlərini əvəz edir, həm də Qərbin Rusiyaya satmaq, Rusiyadan almaq istədiyi məhsulların əsas kanalı funksiyasını yerinə yetirir:
“İki ölkə arasında ticarət dövriyyəsinin yaxın zamanda 100 mlrd. dollara çatdırılması hədəfi qoyulub (2021 də 33 mlrd. dollar olub), deməli, Türkiyənin "pəncərə" rolu xeyli artacaq.
Görüşün siyasi və təhlükəsizlik yükü də çox önəmli idi, Rusiya ilə Türkiyə Suriyada, Liviyada birbaşa, Qafqazda isə dolayısı ilə üz-üzədir, toqquşan maraqları çoxdur, amma diplomatiya, siyasət də məhz uzlaşma sənətidir.
Əminliklə söyləmək olar ki, Rusiyanın Türkiyəyə ehtiyacı artır, bu isə bizim üçün çox yaxşı haldır, son illər Türkiyə və Azərbaycan xarici siyasətdə sinxron davranır, bir-birini tamamlayırlar”.
6-08-2022, 14:17
İrəvana gizli zəng edirdik, Bakı dərhal....


İrəvana gizli zəng edirdik, Bakı dərhal...

Ermənistan Rusiyanın müttəfiqi ola bilər, lakin bu və ya digər strukturun başında duran konkret adamlar haqqında bu gün mən bu fikri çox ehtiyatla işlədərdim.
Bu sözləri Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski “Solovyov Layf” proqramında deyib.
Y.Satanovski İkinci Qarabağ müharibəsinə də toxunub:
“Ermənistana biz necə kömək edə bilərdik ki, Rusiya rəhbərliyinin İrəvanla qapalı kanallarla danışıqlarının səsi uzağı 1-1,5 saatdan sonra Bakıdan gəlirdi və Bakıdan zəng edib, bu addımın atılmamasını xahiş edirdilər. Axı, danışıq bağlı kanalla olurdu. Bəs, Bakı necə xəbər tuturdu?
Ehtimal edirəm ki, Ermənistan dərhal ABŞ-a zəng edirdi, məruzə edirdi, Vaşinqton isə dərhal Azərbaycanı bununla bağlı məlumatlandırırdı. İş “Parçala və hökm sür” sxemi ilə aparılır”.
O, sülhməramlıların Qarabağa yerləşdirilməsinə də toxunub:
“Biz hansı səylərlə sülhməramlıları Qarabağa göndərə bildik? Bu, ayrı mövzudur, bunun haqda vaxtı çatanda Şoyqu və Gerasimov danışarlar. Amma Müdafiə Nazirliyinin baş verənlərdən necə tamamilə məəttəl qaldığını yaxşı xatırlayıram.
Paşinyana necə təsir edəcəksiniz? Bilmək istərdim. Mən Paşinyanın hakimiyyətə gəlişini, İkinci Qarabağ savaşını, növbəti çevrilişi yaxşı bilirəm; Paşinyanın kim olduğunu bioqrafiyası ilə, bütün əlaqələri və simpatiyası ilə bilirəm...”
Satanovski qeyd edib ki, Qərb Rusiyaya hər tərəfdən təzyiq edir:
“Nə mümkündürsə, partladır – istər Kosova olsun, istər Cənubi Qafqaz. Rusiyaya hər tərəfdən təzyiq göstərmək üçün sxem işə salınıb. Mərkəzi Kəşfiyyat İdarəsinin rəisi Berns İrəvana kabab yeməyə gəlməmişdi.
Paşinyan İkinci Qarabağ müharibəsinə yalnız səbəb olmadı, həm də rusları gözdən saldı: necə pis ruslardır, lazımlı raketləri vermədilər, yararsız radioelektron qurğular verdilər, bununla da türk PUA-larını vurmaq olmazdı... İndi isə deyir ki, bizim rus sülhməramlılara suallarımız var”.
6-08-2022, 14:09
Əliyev və Paşinyan Brüsseldə görüşəcək


Əliyev və Paşinyan Brüsseldə görüşəcək
Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüş keçirəcək.
Bunu Avropa Birliyi Şurasının prezidenti Şarl Mişel öz Tvitter səhifəsində yazıb.
O vurğulayıb ki, görüş ərəfəsində gündəliyin bütün bəndləri üzrə dialoqun davam etməsi və konkret irəliləyişin əldə olunması mühüm əhəmiyyət daşıyır.
"AB Cənubi Qafqazda sülh prosesinə sadiqliyini davam etdirir", - deyə o bildirib.
6-08-2022, 11:58
Hərbçilərimiz Türkiyədə "Xüsusi təyinatlı kursu"nu bitirdilər


Hərbçilərimiz Türkiyədə "Xüsusi təyinatlı kursu"nu bitirdilər

Azərbaycan ilə Türkiyə arasında imzalanan “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu qardaş ölkənin Ankara şəhərində keçirilən “Xüsusi təyinatlı kursu"nda iştirak ediblər.
Müdafiə Nazirliyindən Butov.az-a verilən məlumata görə, kursunun başa çatması ilə əlaqədar növbəti buraxılış mərasimi keçirilib. Buraxılış mərasimində iştirak edən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler kursu müvəffəqiyyətlə bitirən hərbi qulluqçuları təbrik edərək onlara gələcək xidmətlərində uğurlar arzulayıb.
Sonda kursu bitirən məzunlara sertifikatlar təqdim edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Avqust 2022    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!