"Neftçi" heç-heçə etdi .....                        Seçkilərdə namizədliyi qeydə alınan şəxs öldü .....                        Vilayət Eyvazov bu rayona polis rəisi təyin etdi .....                        Ötən gün 11 kiloqramdan artıq narkotik vasitə aşkarlandı .....                        TIR sürücüsü olan Türkiyə vətəndaşı ölüb .....                        Suriyanın yeni xarici işlər naziri təyin edilib .....                        Köç karvanı Şuşa şəhərinə çatıb - FOTO .....                        Leyla Əliyeva Keniya Prezidenti ilə görüşdü - FOTO .....                        Gömrükdə işləmək istəyənlər üçün imtahan keçirilib .....                       
11-09-2022, 01:07
Ukrayna ordusunun son 10 gündə azad etdiyi ərazilər


Ukrayna ordusunun son 10 gündə azad etdiyi ərazilər

Ukrayna ordusu son 10 gün ərzində 2000 kvadrat kilometrdən çox ərazini ruslardan təmizləyib. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski mütəmadi yayımladığı axşam videomüraciətində bildirib. Dövlət başçısı qeyd edib ki, Ukrayna qoşunları cəbhənin müxtəlif istiqamətlərində irəliləyir. Zelenski Ukrayna hərbçilərinə təşəkkür etdiyini deyib. Qeyd edək ki, son günlər Ukrayna ordusu cəbhənin bir neçə istiqamətində əks-hücuma keçib. Uğurlu əməliyyatlar nəticəsində Rusiya bəzi strateji şəhərlərdən geri çəkilmək məcburiyyətində qalıb.
11-09-2022, 01:06
Ukrayna ABŞ-dan qaz üçün pul istəyir


Ukrayna ABŞ-dan qaz üçün pul istəyir

Ukraynanın Baş naziri Denis Şmıqal ABŞ-ın maliyyə naziri Canet Yellen ilə danışıqlar aparıb. Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. Tərəflər əsasən enerji təhlükəsizliyi məsələlərini müzakirə ediblər. Şmıqal bildirib ki, Ukrayna qaz alışı üçün ABŞ-ın "Eksimbank" təşkilatından 1,5 milyard dollar vəsait almaq üçün danışıqlar aparır. Ukraynanın "Naftoqaz" dövlət enerji şirkətinin rəhbəri Yuri Vitrenko isə deyib ki, Ukraynanın anbarında noyabrın 1-dək 15 milyard kubmetr qaz ola bilər.
11-09-2022, 01:04
Biləsuvar sakini aptekdə iynə vurdurandan sonra öldü


Biləsuvar sakini aptekdə iynə vurdurandan sonra öldü

Biləsuvar rayon sakini qəflətən vəfat edib. Butov.az xəbər verir ki, rayonun Xırmandalı kənd sakini, 1990-ci il təvəllüdlü Muxtarov Niyaməddin Musa oğlu ürəyində olan ağrılarla əlaqədar aptekə yaxınlaşıb. Şahidlərin sözlərinə görə, bu zaman ona iynə vurulub. Küçəyə çıxan N.Muxtarov qəflətən yerə yıxılıb. Daha sonra onun öldüyü məlum olub. Onun meyiti müayinə olunması üçün rayon morquna təhvil verilib. Faktla bağlı araşdırma aparılır.
11-09-2022, 01:02
Trass Makronla danışıqlar apardı


Trass Makronla danışıqlar apardı

Böyük Britaniyanın yeni Baş naziri Liz Trass və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Yelisey sarayı məlumat yayıb. Bildirilib ki, tərəflər əməkdaşlığı gücləndirmək istəkləri barədə razılığa gəliblər. Makron və Trass söhbət zamanı Ukraynaya dəstək, ərzaq təhlükəsizliyi, eləcə də enerji qiymətlərinə diqqət yetiriblər.
11-09-2022, 00:59
Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı


Yunanlar azərbaycanlıların olduğu gəmiyə atəş açdı

Yunanıstanın sahil mühafizəsi Türkiyənin Çanaqqala vilayətinin Bozcaada bölgəsində Komor adaları bayrağı altında üzən "Anadolu" adlı gəmiyə atəş açıb. Bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığı məlumat yayıb. Bozcaadanın 11 dəniz mili cənub-qərbində beynəlxalq sularda üzən gəmiyə atəş açılması nəticəsində ölən və yaralanan olmayıb. Gəmidə 18 nəfər olub. Onlardan 6-sı Misir, 4-ü Somali, 5-i Azərbaycan və 3-ü Türkiyə vətəndaşıdır. Hazırda gəmini Türkiyənin iki sahil mühafizə gəmisi müşayiət edir.

11-09-2022, 00:57
Ruslar Xarkovu yenə raketlə vurdular


Ruslar Xarkovu yenə raketlə vurdular

Rusiya ordusu Ukraynanın şimal-şərqində yerləşən Xarkov şəhərinə növbəti dəfə raket zərbələri endirib. Bu barədə şəhərin meri İqor Terexov məlumat verib. Zərbələr nəticəsində bir nəfər ölüb, eyni zamanda bir neçə evə ziyan dəyib. Xarkov vilayətinin hərbi administrasiyasının rəhbəri Oleq Sinequbov bildirib ki, yaylım atəşli reaktiv sistemdən atılan raketlər bir nəfərin ölümünə, daha iki nəfərin yaralanmasına səbəb olub. Qeyd edək ki, Ukrayna qüvvələri son günlər Xarkov vilayətində geniş əks-hücum əməliyyatı keçirib.
11-09-2022, 00:55
Eldəniz Əzizli dünya çempionatının finalında


Eldəniz Əzizli dünya çempionatının finalında

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında finala yüksəlib. Butov.az xəbər verir ki, 55 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarımfinalda ABŞ təmsilçisi Maks Nouriyə 9:0 hesabı ilə qalib gəlib. Onun finaldakı rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.
11-09-2022, 00:52
Əfqanıstanda helikopter qəzası - Ölənlər var


Əfqanıstanda helikopter qəzası - Ölənlər var

Əfqanıstanın paytaxtı Kabildə təlim uçuşu zamanı helikopter qəzaya uğrayıb. Bu barədə Əfqanıstan Müdafiə Nazirliyi məlumat yayıb. ABŞ istehsalı "Black Hawk" helikopterinin qəzaya uğraması nəticəsində üç nəfər həlak olub. "Amerikanın "Black Hawk" helikopteri Milli Müdafiə Universitetinin şəhərciyində texniki problem səbəbindən qəzaya uğrayıb", - deyə açıqlamada bildirilir.
11-09-2022, 00:49
"Neftçi" qələbə qazandı


"Neftçi" qələbə qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VI tur çərçivəsində "Neftçi" klubu Qəbələdə eyniadlı komandanın qonağı olub. Butov.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma paytaxt klubunun 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb. Bu qələbədən sonra xallarını 15-ə çatdıran "Neftçi" turnir cədvəlində liderliyə yüksəlib. 9 xalı olan "Qəbələ" isə 5-ci sırada qalıb.
11-09-2022, 00:45
Koronavirusla bağlı son vəziyyət - Ölənlər var


Koronavirusla bağlı son vəziyyət - Ölənlər var

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 274 yeni yoluxma faktı qeydə alınıb, 613 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 3 nəfəri vəfat edib. İndiyədək ölkədə ümumilikdə 817 596 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 805 170 nəfər müalicə olunaraq sağalıb, hazırda 2574 aktiv xəstə var. Bu günə qədər 9852 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3252, indiyədək ümumilikdə 7 191 050 test icra olunub.

����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!