40 gündür Səni axtarırıq .....                        Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir .....                        Gürcüstandan Almaniyaya etiraz .....                        Millimiz Estoniyada məğlub oldu .....                        Daha bir hərbi komissar saxlanıldı - RƏSMİ .....                        Zelenski Şoltsla bir arada .....                        Pre-COP29 konfransına yekun vuruldu .....                        Ordumuz raket və artilleriyanı işə saldı - VİDEO .....                        Milli Məclisdə AŞPA nümayəndə heyəti yaradılmadı - ÖZƏL .....                       
9-09-2022, 18:57
Pakistanda daşqınların vurduğu ziyan açıqlandı


Pakistanda daşqınların vurduğu ziyan açıqlandı

Pakistanda daşqınların vurduğu zərər 30 milyard dollardır. Bu barədə BMT-nin baş katibi Antonio Quterreş məlumat verib. “Təbiət geri çəkilir. Bu gün Pakistandır, sabah başqası ola bilər. Pakistanın 30 milyard dollar dəyərində maliyyə dəstəyinə ehtiyacı var”, - Antonio Quterreş İslamabadda Daşqınlara Qarşı Mübarizə Koordinasiya Mərkəzində keçirilən mətbuat konfransında bildirib. Sentyabrın 9-da BMT Ümumdünya Ərzaq Proqramı çərçivəsində zərər çəkmiş 1,9 milyon pakistanlının ərzaqla təmin edilməsi planını açıqlayıb. Quterreşin sözlərinə görə, Pakistan kimi ölkələr üçün daha çox resurs səfərbər edilməlidir. Pakistanda bu yay son 30 ildə rekord miqdarda yağıntı qeydə alınıb. Musson leysanları çayların daşmasına və nəticədə geniş əraziləri su basmasına səbəb olub. Milli Fəlakətlərin İdarə Edilməsi Təşkilatının məlumatına görə, Pakistanda 1391 nəfər həlak olub, 12722 nəfər xəsarət alıb, 1,7 milyondan çox evə ziyan dəyib.
9-09-2022, 18:55
Ukrayna ordusu irəliləyir - Yeni ərazilər azad edildi


Ukrayna ordusu irəliləyir - Yeni ərazilər azad edildi

Ukrayna ordusu Rusiya hərbçilərinin nəzarətində olan cənub mövqelərinə doğru bir neçə kilometr irəliləyib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirmə Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk bildirib. “Biz irəliləyirik, bu, göz qabağındadır. Azad etdiyimiz yaşayış məntəqələri, uğur qazandığımız istiqamətlər var. Lakin hələ ki onların adlarını açıqlamırıq”, - Qumenyuk bildirib.
9-09-2022, 18:53
Putin hökumətə ərzaq tədarük etməyi tapşırdı


Putin hökumətə ərzaq tədarük etməyi tapşırdı

Rusiya Prezidenti Vladimir Putin hökumətə ərzaq tədarükü ilə məşğul olmağı tapşırıb. Butov.az xəbər verir ki, dövlət başçısı bu barədə Təhlükəsizlik Şurasının iclası zamanı bildirib. Putinin Rusiya hökumət sədrinin birinci müavini Andrey Belousova tapşırığı yerli mediada dərc olunub.
9-09-2022, 18:52
Erməni general “Lələtəpə əməliyyatı”na görə Paşinyanı suçladı


Erməni general “Lələtəpə əməliyyatı”na görə Paşinyanı suçladı

Ermənistanda 44 günlük müharibə zamanı məğlubiyyətlə nəticələnmiş uğursuz “Lələtəpə əməliyyatı” ilə bağlı qarşılıqlı ittihamlar səngimir. Butov.az xəbər verir ki, Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-polkovnik Movses Akopyan uğursuz “Lələtəpə əməliyyatı”na görə Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandiri Cəlal Arutyunyanın həbsinə etiraz edib: “Əgər Cəlal Arutyunyan mühakimə olunursa, ilk növbədə qərarı təsdiqləyən Ermənistanın baş naziri Nikol Paşinyanı da mühakimə etməlidirlər”. General deyib ki, “Lələtəpə əməliyyatı” ilə bağlı qərar qəbul edilən zaman baş komandan kimi Nikol Paşinyan şəxsən iştirak edib. “Bu gün iki ən yaxşı generalımız həbsdədir (Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandirləri Cəlal Arutyunyan və Mikael Arzumanyan-red.), onlara cinayət işi açılıb. Kim ittiham irəli sürüb? Hərbi işlərdən ümumiyyətlə anlayışı olmayan müstəntiq”, - deyə Akopyan hiddətini ifadə edib. O, təqsirləndirilən şəxslərin sonda bəraət alacaqlarına inandığını vurğulayıb. Baş nazir Nikol Paşinyanın müharibənin fərqli nəticə verə biləcəyi ilə bağlı dünənki bəyanatını şərh edən Movses Akopyan bu bəyanatla razılaşaraq, hazırkı nəticəyə səbəb kimi idarəetmə səhvini göstərib. Xatırladaq ki, Qarabağ separatçılarının “müdafiə ordusu”nun keçmiş komandirləri Cəlal Arutyunyan və Mikael Arzumanyan hazırda həbsdədirlər. Arutunyan uğursuz “Lələtəpə əməliyyatı”na görə, Arzumanyan isə Şuşadakı məğlubiyyətlə bağlı həbs olunub.
9-09-2022, 18:49
Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq


Azərbaycan və Türkiyə arasında həkim mübadiləsi aparılacaq

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və “Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi” qeyri-hökumət təşkilatı arasında Niyyət Bəyannaməsi imzalanıb. Bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, Niyyət Bəyannaməsini TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov və Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş imzalayıblar. Niyyət Bəyannaməsi tərəflər arasında bilik və təcrübə mübadiləsi, idarəetmə heyəti, mütəxəssis-həkimlərin və digər səhiyyə işçilərinin mübadiləsinə dəstək, səhiyyə işçilərinin qısamüddətli təlimlərə cəlb olunaraq bilik səviyyələrinin artırılmasının təşkil olunması, birgə əməkdaşlıq layihələrinin hazırlanması, müvafiq səhiyyə müəssisələri arasında əməkdaşlığın təmin edilməsinə dəstək, qarşılıqlı elmi-tədqiqat işlərinin aparılması üçün mühitin yaradılmasını və s. müəyyən edir. TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov imzalanan Niyyət Bəyannaməsi çərçivəsində təşkil ediləcək konqres, konfrans, simpozium və s. kimi tədbirlərin uşaq xəstəlikləri üzrə təcrübə mübadiləsinin aparılmasında səmərəli nəticələr verəcəyini qeyd edib. O, kritik vəziyyətdə olan uşaqlara anında tibbi müdaxilənin vacibliyini vurğulayıb: “Məqsədimiz təcili tibbi müdaxilə tələb edən bütün uşaqların ölkəmizdə ən keyfiyyətli müalicə almasını təmin etməklə uşaq ölümlərinin azaldılmasına töhfə verməkdir”. Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyinin rəhbəri Dinçer Yıldızdaş qarşılıqlı Fəaliyyət Planının hazırlanacağını bildirib. O qeyd edib ki, əməkdaşlıq çərçivəsində hər iki tərəf maddi və texniki bazadan müştərək olaraq istifadə edə bilər. Məlumat üçün bildirək ki, Pediatrik Təcili Tibbi Yardım və Reanimasiya Dərnəyi 19 yanvar 1998-ci ildə “Təcili Pediatriya Assosiasiyası” olaraq yaradılıb.
9-09-2022, 18:43
İran Moskva, Bakı və Tehran arasında vizaların sadələşdirilməsini istəyir


İran Moskva, Bakı və Tehran arasında vizaların sadələşdirilməsini istəyir

İranın yol və şəhərsalma naziri Rüstəm Qasemi cümə günü bildirib ki, Moskva, Bakı və Tehran üçün sərhədləri keçmə və vizaların verilməsi prosesinin sadələşdirilməsi vacibdir. "Biz (Rusiya, Azərbaycan, İran - red.) sərhədləri keçmək və viza almaq məsələsini sadələşdirməliyik. Bu, bir sıra xərclərin azalmasına, o cümlədən qeyri-qanuni və qeyri-prosessual maneələrin aradan qaldırılmasına gətirib çıxaracaq". Butov.az xəbər verir ki, iranlı nazir Bakıda "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə deyib. Üçtərəfli görüş cümə günü, sentyabrın 9-da baş tutub və ondan sonra Bakı Bəyannaməsi imzalanıb. Sənədi Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasemi və Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksandr Novak imzalayıblar. Bəyannaməyə əsasən, Rusiya, Azərbaycan və İran “Şimal-Cənub” dəhlizi çərçivəsində nəqliyyat və tranzit əməliyyatlarının və prosedurlarının asanlaşdırılması üçün işçi qrupunun yaradılması barədə razılığa gəliblər. İlk iclasın cari ay ərzində keçirilməsi planlaşdırılır. “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Sankt-Peterburqdan başlayıb Mumbay limanına (Hindistan) qədən gedən və uzunluğu 7,2 min kilometr olan multimodal marşrutdur. Dəhliz Süveyş kanalı vasitəsilə Avropanı, Fars körfəzi ölkələrini və Hind okeanını birləşdirən dəniz yoluna alternativdir. Beynəlxalq nəqliyyat dəhlizinin üç marşrutu var: Transxəzər (dəmir yolları və limanlardan istifadə etməklə), Qərbi və Şərqi (yerüstü).
9-09-2022, 18:41
Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi


Laçın Radio-Televiziya Yayımı Stansiyası istismara verildi

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində radio-televiziya yayımı şəbəkəsinin yenidən qurulması işləri çərçivəsində bu gün Laçın rayonunda yerləşən Radio-Televiziya Yayımı Stansiyası (RTYS) istismara verilib. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib. Məlumata görə, stansiyanın işinin müvəqqəti bərpası məqsədilə mövcud 20 metrlik qüllədən və texniki binadan istifadə edilib. Nəticədə rəqəmsal paketdə 8 TV proqramının (AzTV, Mədəniyyət TV, İdman Azərbaycan TV, İctimai TV, Azad Azərbaycan TV, Xəzər TV, CBC, Real TV), Azərbaycan Radiosunun, İctimai Radionun Laçın rayonunda, həmçinin Şuşa və Qubadlı rayonlarının Laçın istiqamətində olan kəndlərində yayımı təmin olunub. Stansiyanın infrastruktur və yayım imkanlarının artırılması istiqamətində gələcəkdə müvafiq işlərin görülməsi nəzərdə tutulur. Bundan əvvəl işğaldan azad olunmuş ərazilərdə Şuşa, Kəlbəcər, Mincivan (Zəngilan) və Xanlıq (Qubadlı) RTYS-lərin fəaliyyəti müvəqqəti bərpa olunub. Hazırda Şuşa RTYS-dən 10 televiziya, 7 radioproqramın, Kəlbəcər, Mincivan, Xanlıq və Laçın RTYS-lərin hər birindən 8 televiziya və 2 radioproqramın yayımı həyata keçirilir. Qeyd olunan stansiyalar vasitəsilə hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam və digər yaxın ətraf ərazilərdə radio-televiziya yayımları təmin edilir.

9-09-2022, 18:38
Vaksinasiya ilə bağlı son durum


Vaksinasiya ilə bağlı son durum

Azərbaycanda son gündə koronavirus əleyhinə 1356 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 173, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 704, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 142 nəfərdir. Ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 870 922 təşkil edir.

9-09-2022, 18:36
Yoluxma azaldı - Daha 6 nəfər öldü


Yoluxma azaldı - Daha 6 nəfər öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 337 yeni yoluxma faktı qeydə alınıb, 442 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 817 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 804 557 nəfər müalicə olunaraq sağalıb, hazırda 2916 aktiv xəstə var. Bu günə qədər 9849 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3159, bu günə qədər isə ümumilikdə 7 187 798 test icra olunub.

9-09-2022, 18:34
Bərdədə 6 nəfərdə qarayara aşkarlandı


Bərdədə 6 nəfərdə qarayara aşkarlandı

Sentyabrın 1-də Bərdə rayonunun Piyadalar kənd sakini tərəfindən daxil olmuş məlumat əsasında Bərdə rayon İcra Hakimiyyətinin, Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bərdə şöbəsinin, Bərdə Rayon Mərkəzi Xəstəxanasının, Baytarlıq İdarəsinin, Qida Təhlükəsizliyi Agentliyinin, Piyadalar kənd Bələdiyyəsinin və Polis Şöbəsinin əməkdaşlarından ibarət xüsusi qrup tərəfindən kənd ərazisində monitorinq aparılıb. TƏBİB-dən verilən məlumata görə, monitorinq zamanı kənd əhalisindən 6 nəfərin əl və qol nahiyələrində qarayara xəstəliyinə xas yaraların olduğu müşahidə edilib. TƏBİB-in tabeliyindəki Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinin həkim mütəxəssisinin tövsiyəsi ilə həmin şəxslər Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. xəstələrdən götürülən laborator müayinə üçün nümunələr Səhiyyə Nazirliyinin Mingəçevir Regional Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə göndərilib. Götürülən nümunələrdən 3-nün nəticəsi müsbət olub. Laborator müayinə nəticələri müsbət olan şəxslərin Bərdə Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsində müalicələri davam edir. Onların vəziyyətləri stabildir. Yaxın günlərdə xəstələrin evə buraxılması nəzərdə tutulub. Qeyd edək ki, törədicinin mənbəyi, əsasən, xəstə heyvanlar və bu xəstəlikdən ölmüş heyvanların cəsədlərinin basdırıldığı torpaq hesab olunur. Xəstəlik heyvandan insana keçir, lakin insandan insana keçmir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!