40 gündür Səni axtarırıq .....                        Terrorçuların “hərbi əsir” kimi qələmə verilməsi qəbuledilməzdir .....                        Gürcüstandan Almaniyaya etiraz .....                        Millimiz Estoniyada məğlub oldu .....                        Daha bir hərbi komissar saxlanıldı - RƏSMİ .....                        Zelenski Şoltsla bir arada .....                        Pre-COP29 konfransına yekun vuruldu .....                        Ordumuz raket və artilleriyanı işə saldı - VİDEO .....                        Milli Məclisdə AŞPA nümayəndə heyəti yaradılmadı - ÖZƏL .....                       
13-09-2022, 19:53
Hikmət Hacıyev və Ceyhun Bayramov brifinq keçirdi


Hikmət Hacıyev və Ceyhun Bayramov brifinq keçirdi

13 sentyabr 2022-ci il tarixində Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun və Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevin iştirakı ilə Azərbaycanda akkreditə olmuş diplomatik korpusun nümayəndələri üçün brifinq keçirilib. XİN-dən verilən xəbərə görə, brifinq zamanı, Kəlbəcər, Laçın və Daşkəsən rayonları istiqamətində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları nəticəsində yaranmış gərginlik və hərbi təcavüzün qarşısının alınması məqsədilə görülmüş təxirəsalınmaz və adekvat tədbirlər barədə iştirakçılara müfəssəl məlumat verilib. Azərbaycan tərəfindən cavab addımlarının məhdud xarakterli olduğu, legitim hərbi hədəflərə yönəldiyi və mülki əhalinin hədəf alınmadığı bildirilib. Şərti dövlət sərhədində baş vermiş bu təcavüz aktının son günlər ərzində Ermənistan tərəfindən törədilən hərbi və siyasi təxribatlar zəncirinin bir elementi olduğu qeyd edilib. Belə təxribatlar sırasında Azərbaycan, Ermənistan, Rusiya Federasiyası liderləri arasında imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən kobud şəkildə pozularaq erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmaması, Azərbaycanın ərazilərinin minalanması işinin davam etdirilməsi və şərti sərhədboyu bölgədə hərbiləşmənin artması, nəqliyyat kommunikasiyalarının açılmasına maneçilik törətməsi və sülh prosesinə qarşı destruktiv addımlar atması, sülh müqaviləsi üzrə konkret danışıqların başlanmasına dair Azərbaycan tərəfinin təkliflərinə qarşılıq verməməsi və s. pozuntular diqqətə çatdırılıb. İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən yenidənqurma işləri aparılan və külli miqdarda sərmayələr qoyulan bir zamanda, hərbi gərginlik zonasına yaxın əraziyə - Zəngilan rayonunun Ağalı kəndinə bir qrup məcburi köçkün ailəsinin geri qayıtması şəraitində regionda hərbi gərginliyin Azərbaycan tərəfinin marağında olmadığı vurğulanıb. Brifinqin yekununda iştirakçıların mövqeyi dinlənilib və verilən suallar cavablandırılıb.
13-09-2022, 19:52
Məsuliyyət Ermənistanın üzərinə düşür - Prezident


Məsuliyyət Ermənistanın üzərinə düşür - Prezident

Azərbaycan Ermənistanın təxribatlarına cavab tədbirləri həyata keçirib. Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 13-də ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Rikeri qəbul edən zaman deyib. Dövlət başçısı baş vermiş təxribatlara görə bütün məsuliyyətin Ermənistanın siyasi-hərbi rəhbərliyinin üzərinə düşdüyünü qeyd edib.
13-09-2022, 19:49
Ermənistan atəşkəsi pozdu - Rəsmi


Ermənistan atəşkəsi pozdu - Rəsmi

Sentyabrın 13-ü saat 16:55-də Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsin elan olunmasına baxmayaraq, Azərbaycan-Ermənistan sərhədinin Qarakilsə rayonunun Vağudi yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Əhmədli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini artilleriya qurğularından istifadə edərək atəşə tutub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri görülüb. Qeyd edək ki, 09.00-dan etibarən atəşkəsin elan olunmasına baxmayaraq Ermənistan tərəfindən artilleriya və digər ağır silahlardan istifadə etməklə sərhəd boyunca atəşkəs intensiv şəkildə pozulur.
13-09-2022, 19:48
Rusiya İran PUA-larından istifadə etməyə başladı


Rusiya İran PUA-larından istifadə etməyə başladı

Rusiya “Geran-2” adlı pilotsuz uçan aparatı (PUA) ilə Kupyansk vilayətində Ukrayna Silahlı Qüvvələrinin mövqelərinə hücum edib. Butov.az xəbər verir ki, hücum edən PUA-nın fotoları müxtəlif teleqram kanallarında yayılıb. PUA-nın qalıqları İranın "Şahed -136" adlı kamikadze PUA-larına oxşayır. Ekspertlər PUA-nın birbaşa İrandan gəldiyini və ya Rusiyada yığıldığını bildirir. "Şahed-136" 2000 km məsafə qət edə bilən İran istehsalı kamikadze tipli PUA-dır. Model 2020-ci ildə istifadə verilib. Sistemlər xüsusilə Yəməndəki husilər tərəfindən istifadə olunur. Avqustun 30-da “The Washington Post” qəzeti yazıb ki, Rusiya İran istehsalı PUA-ların ilk partiyasını alıb.


13-09-2022, 19:46
İlham Əliyev Səmərqənddə Putinlə görüşəcək


İlham Əliyev Səmərqənddə Putinlə görüşəcək

Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. Onun sözlərinə görə, Putin sammit çərçivəsində Prezident İlham Əliyev ilə yanaşı, İran, Türkmənistan, Türkiyə, Qırğızıstan, Hindistan, Pakistan və Çin liderləri ilə də görüş keçirəcək. Sammit sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
13-09-2022, 19:44
Ermənilərin hərbi hissəsi şəxsi heyətlə birlikdə məhv edilib


Ermənilərin hərbi hissəsi şəxsi heyətlə birlikdə məhv edilib

Ermənistan Müdafiə Nazirliyinin Basarkeçər rayonunun Zod istiqamətində yerləşən hərbi hissəsi gecə saatlarında Azərbaycan Ordusunun bölmələrinin dəqiq atəş zərbəsi nəticəsində məhv edilib.Bu barədə Ermənistanın "Hraparak" nəşri yazıb. Bildirilib ki, aktiv döyüş fəaliyyəti yerinə yetirən hərbi hissənin vurulması nəticəsində ölən və yaralananlar var. Məlumata görə, əraziyə təcili tibbi yardım maşınları cəlb edilməyə başanılıb. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.

13-09-2022, 19:42
Sərhəddə ölən erməni hərbçilərin ailələri etiraza qalxdı


Sərhəddə ölən erməni hərbçilərin ailələri etiraza qalxdı

Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilir. Butov.az xəbər verir ki, Ermənistan ordusunun Azərbaycanla sərhəddə törətdiyi təxribat nəticəsində ölən erməni hərbçilərin valideynləri etiraza qalxıblar. Onlar Ermənistan parlamentinin binası qarşısında toplaşaraq, övladlarının ölümünə görə hakimiyyətin günahkar olduğunu bildiriblər. Əraziyə cəlb olunan polis əməkdaşları aksiyanın qarşısını almağa çalışır. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.
13-09-2022, 19:34
Qərbin Azərbaycan qazına ehtiyacı var - Çavuşoğlu


Qərbin Azərbaycan qazına ehtiyacı var - Çavuşoğlu

“Rusiyadan qaz tədarükü kəsildikdən sonra Avropa əvvəlcə bizə, sonra Azərbaycana müraciət etdi. Bunun səbəbi nə idi?” Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. “Çünki Qərbin can Azərbaycanın qazına ehtiyacı var. Bu ölkələr bizə müraciət edir, biz də Azərbaycanla danışıqlara gedirik ki, təbii qaz ixracını, TANAP-ın perspektivdə potensialını artırsın. Amma indi Qərb nə edir? Paxıllıq Avropa İttifaqının gözünü kor edir”, - deyə XİN başçısı vurğulayıb.
13-09-2022, 19:33
Külək güclənəcək, leysan olacaq


Külək güclənəcək, leysan olacaq

Bakıda və Abşeron yarımadasında sentyabrın 14-ü gündüzdən 15-i səhərədək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında sentyabrın 14-dən 15-i səhərədək bəzi yerlərdə qısamüddətli yağış yağacağı, əsasən dağlıq və dağətəyi rayonlarda isə yağışın leysan xarakteli olacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimal olunur.
13-09-2022, 19:27
Hərbçi oğlunun öldüyünü eşidən erməni intihar etdi


Hərbçi oğlunun öldüyünü eşidən erməni intihar etdi

Ermənistanda hərbçi oğlunun ölüm xəbərini eşidən kişi həyatına qəsd edib. Bu barədə "Hraparak" nəşri məlumat yayıb. Bildirilir ki, oğlunun ölümünə dözə bilməyən erməni kişi intihar edib. Hadisə ilə bağlı əlavə məlumat verilməyib. Qeyd edək ki, sentyabrın 13-ü gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Azərbaycan Ordusunun cavab tədbirləri nəticəsində düşmən tərəfi ağır itkilər verib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!