“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
25-09-2022, 22:04
Əjdər Yunus Rza: "Təbriz"


Əjdər Yunus Rza


TƏBRİZ
Çıxmısan sən haqq yoluna,
Bu yoldan gəl dönmə, Təbriz!
Qeyrətindən qor almısan,
Alovlan sən, sönmə,Təbriz!
Bu yoldan gəl dönmə, Təbriz!

Bu gedişin ağır gediş,
Durma, get, haqqa yetiş...
Qıcasa da düşmənin diş,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

Babəkimin odu səndə,
Səttarxanın adı səndə.
Şeyx Məhəmməd Xiyabani,
Pişəvəri durub öndə,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

Quzey, Güney bir candayıq,
Bir ürəkdə, bir qandayıq.
Unutma ki, yanındayıq,
Bu yoldan gəl dönmə, Təbriz!
Alovlan sən, sönmə, Təbriz!

24.09.2022
Əjdər Yunus Rza
25-09-2022, 18:30
Pelosi Amerikanın maraqlarını zərbə altında qoyur - ABŞ nəşri


Pelosi Amerikanın maraqlarını zərbə altında qoyur - ABŞ nəşri

ABŞ-ın aparıcı “Boston Herald” nəşrində “Pelosi Amerikanın maraqlarını zərbə altında qoyur” sərlövhəli məqalə dərc olunub. Butov.az xəbər verir ki, məqalənin müəllifi, “60 Plus” və Amerika Böyük Vətəndaşlar assosiasiyalarının prezidenti, Respublikaçı Milli Komitəsinin keçmiş üzvü və Respublikaçılar Partiyasının Miçiqan təşkilatının sabiq sədri, Litva əsilli amerikalı Saul Anuzis ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana son səfərinə toxunur. Müəllif qeyd edir ki, qarşıdan gələn seçkilər ərəfəsində Demokratlar səs toplamaq üçün xarici ölkələrdə çalışarkən çıxılmaz vəziyyətə düşürlər. Bu baxımdan ötən həftə Nensi Pelosi NATO-nun sülh naminə tərəfdaşı olan Azərbaycanla Rusiya və İranın müttəfiqi Ermənistan arasında 100 il tarixi olan münaqişəni həll etməyə cəhd göstərdi. Sentyabrın əvvəllərində iki ölkə sərhədində hərbi toqquşmalar başlayanda Pelosi elan etdi ki, yüksək səviyyəli səfərə çıxaraq “öz dəstəyi”ni yalnız “haqlı tərəfə” göstərəcək. O, açıq-aşkar Ermənistanı nəzərdə tuturdu. Səbəb isə qarşıdakı seçkilərdir. Çünki Demokratlar divara dirəniblər, Pelosi üçün isə bu səfər spiker vəzifəsində qalmaq üçün son ümiddir. Onun Ermənistana səfəri ölkəsində səsləri öz xeyrinə dəyişmək məqsədi güdürdü. Onun üçün xarici siyasət, ABŞ diplomatiyası və beynəlxalq miqyasda meydana gələcək nəticələr maraqlı deyil. Saul Anuzis vurğulayır ki, Pensilvaniya, Miçiqan, Ohayo, Viskonsin, Minnesota və Floridada yüz minlərlə erməni əsilli amerikalı yaşayır. Bu insanlar ABŞ-da bütün azlıqlar içərisində ən yüksək səsvermə rekordlarına malikdirlər. Vətənpərvər, Litva əsilli amerikalı və heç kimi öz doğma vətənini sevdiyinə görə günahlandırmadığını bildirən müəllif Nensi Pelosini Amerika qarşısında vəzifələrini, dünyanın mənəvi mövqeyini və strateji maraqlarını açıq-aşkar satdığına görə ittiham edib. O yazır: “Biz artıq Pelosinin xarici səfərlərinin hansı ssenari ilə təşkil edildiyini bilirik. Odur ki, bu səfərin necə keçəcəyi təəccüblü deyil. Pelosi onilliklərlə davam edən diplomatik səylərin iflasa uğradığı və münaqişənin başladığı dözülməz vəziyyətlə üzləşmişdi. Xanım spiker Azərbaycanı son döyüşləri başlatmaqla “qanunsuz” hərəkət etməkdə ittiham etdi və heç bir ABŞ administrasiyasının yerinə yetirə bilməyəcəyi bir vəd verdi: Rusiyanın hərbi müttəfiqinin NATO müttəfiqinə qarşı dəstəklənməsi. Bu, geosiyasi dəlilikdir. Lakin onun dediklərinin yalnız bir məqsədi var idi - seçki kampaniyası”. Müəllif xatırladır ki, Pelosinin səfərindən bir neçə gün əvvəl erməni əsilli amerikalıların yaşadığı ərazilərdə olan Demokratlar Azərbaycanı dəstəkdən məhrum etməyi və İrəvan rejimi üçün əlavə vəsait ayırmağı vəd edirdilər. Bu, erməni əsilli amerikalıların səslərini bir qədər artıra bilər. Lakin bu, real dünyada daha böyük əks-səda doğura bilər. Amma açıq-aydın görünür ki, real dünya Demokratların vecinə deyil: onlar real dünyada hazırda Avropanın yeganə həyati enerji xətti olan ABŞ-ın uzunmüddətli və sabit müttəfiqinin üzünə qapıları bağlayırlar. Saul Anuzis bildirir ki, hazırki gərgin beynəlxalq şəraitdə Xəzər dənizində böyük qaz ehtiyatları olan Azərbaycan Avropaya qaz ixracını 30 faiz artırmağı söz verib. Amma Demokratların hərəkətləri onu deməyə əsas verir ki, seçkilərdə səs qazanılması qlobal təhlükəsizlikdən və Avropa qitəsində bu qış insanların donaraq ölməsindən daha vacibdir. Moskva və İrəvanın bir-birinə sıx bağlı olduqlarını söyləyən müəllif qeyd edir ki, Azərbaycan Qərbə həyati enerji marşrutu təmin etdiyi halda, Ermənistanın bütün enerji sektoru Rusiyanın əlindədir. Ermənistanda Rusiyanın hərbi bazası var. Hətta ruslar onların sərhədlərini, gömrüyünü və dəmir yollarını idarə edirlər. Pelosi məhz belə bir ölkəyə səfər edib. Azərbaycanı Ermənistanla müqayisə edən S.Anuzis yazır: “Azərbaycan bir neçə il bundan əvvəl NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına qoşulub. Ermənistan isə, əksində, fərqli yol seçərək Rusiyanın söz sahibi olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulub. Bu təşkilat keçmiş sovet respublikalarının qarşılıqlı özünümüdafiə mexanizmi olan kiçik, lakin təhlükəli qrupudur. Azərbaycanlı əsgərlər Baydenin tələsik çıxıb getdiyi Kabildə ötən il sıranı saxlayaraq Birləşmiş Ştatlara olan sədaqətini sübut etdiyi halda, Ermənistan Qazaxıstana müstəqil düşünən administrasiyanı qorxutmaq missiyası ilə göndərilən KTMT qüvvələrinə qoşulmaq üçün öz hərbçilərini göndərirdi. Bu, Pelosinin bayrağını yellədiyi həmin ölkədir.
25-09-2022, 18:27
Türkiyə səfiri Lənkəranda çay tingi əkdi


Türkiyə səfiri Lənkəranda çay tingi əkdi

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Lənkərana səfər edib. Səfir bu barədə twitter hesabında yazıb. “Çay, düyü, limon və feyxoa diyarı Lənkərandayıq. Azərbaycanda sərmayələri ilə iqtisadiyyata və məşğulluğa ciddi töhfə verən “Betaçay”da olduq. Beşir və Cəlal Uğurdan çay və çəltik istehsalı haqqında məlumat aldıq", - səfir qeyd edib.
25-09-2022, 18:24
İranın Yunanıstandakı səfirliyinə hücum edilib


İranın Yunanıstandakı səfirliyinə hücum edilib

Naməlum şəxslər İranın Afinadakı səfirliyinin binasında "molotov kokteyli" atıblar. Bu barədə bazar günü Afina polisi məlumat yayıb. Bildirilib ki, insident nəticəsində heç kim xəsarət almayıb və inzibati binaya ziyan dəyməyib. Yunanıstan polisinin məlumatına görə, üzləri örtülmüş iki nəfər motosikletlə İran səfirliyinə yaxınlaşaraq, səfirlik binasının divarına “molotov kokteyli” atıb. Hücuma görə hələlik heç kim məsuliyyəti üzərinə götürməyib.
25-09-2022, 18:22
Dağıstanda səfərbərliyə etiraz: Yolu bağladılar


Dağıstanda səfərbərliyə etiraz: Yolu bağladılar

Dağıstanda səfərbərliyə etiraz edən sakinlər Xasavyurt-Mahaçqala magistralını bağlayıblar. Butov.az xəbər verir ki, Rusiya Federasiyasının Dağıstan Muxtar Respublikasının Xasavyurt rayonunun Endriy qəsəbəsinin sakinləri hərbi xidmətdən qayıdan gənclərə çağırış vərəqinin verilməsinə etiraz ediblər. Onlar bu məqsədlə magistralı bağlayıblar. Polis aksiyanı dağıtmaq üçün havaya atəş açıb. Qeyd edək ki, bir neçə gün öncə Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı qərarı ölkədə böyük etirazlara səbəb olub. 40-a yaxın şəhərdə səfərbərlik əleyhinə aksiyalar keçirilib, mindən çox nümayişçi saxlanılıb.
25-09-2022, 18:20
Norveçlə İran arasında diplomatik qalmaqal


Norveçlə İran arasında diplomatik qalmaqal

Norveçin İrandakı səfiri bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Butov.az xəbər verir ki, səfirə etiraz notası təqdim olunub. Bildirilib ki, Norveç parlamentinin sədri İranda baş verən hadisələri qızışdırmaq üçün bəyanatlar səsləndirib, bu da birbaşa ölkənin daxili işlərinə qarışmaq deməkdir. Norveçin səfiri İranın etirazını öz hökumətinə çatdıracağını deyib. Bundan öncə Böyük Britaniyanın İrandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb və ona hökumətin kəskin etirazı çatdırılıb.
25-09-2022, 18:17
İran parlamentinin saytı dağıdıldı


İran parlamentinin saytı dağıdıldı

"Anonymous" hacker qrupu İran parlamentinin saytını dağıdıb. Butov.az xəbər verir ki, hackerlər İran hökumətinin rəsmi saytlarına hücumu davam etdirərək, bu dəfə ölkə parlamentinin saytını ələ keçiriblər. Hackerlər, həmçinin iranlı deputatların mobil telefon nömrələrini yayıblar: "Onlardan soruşun ki, niyə diktatoru müdafiə edirlər?".
25-09-2022, 18:14
Onlarla insan virusa yoluxdu, ölən olmadı


Onlarla insan virusa yoluxdu, ölən olmadı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 161 yeni yoluxma faktı qeydə alınıb, 177 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. İndiyədək ümumilikdə 820 823 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 809 597 nəfər müalicə olunaraq sağalıb, 9903 nəfər vəfat edib, aktiv xəstə sayı 1323 nəfərdir. Son sutka ərzində 2484, hazırkı dövrədək isə 7 236 764 test aparılıb.

25-09-2022, 18:11
Şəhidlərimiz anıldı


Şəhidlərimiz anıldı

Heydər Əliyev adına Hərbi İnstitutda və Cəmşid Naxçıvanski adına hərbi liseydə 2022-ci ilin sentyabrında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların ruhlarının daim uca tutulması məqsədi ilə “Şəhidlər ölməz - Vətən bölünməz!” adlı anım tədbirləri keçirilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələrinin, şəhidlərin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müdafiə Nazirliyindən bildirilib ki, tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbənin əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının göstərdiyi qəhrəmanlıq və şücaətindən, eləcə də 12-14 sentyabr 2022-ci il tarixində Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına qarşı bölmələrimiz tərəfindən görülən qətiyyətli cavab tədbirlərindən danışıblar. Sonra Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı Qələbəyə və şəhidlərimizin şərəfli döyüş yoluna həsr olunan videoçarxlar nümayiş olunub. Sonda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı heyəti və xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları qəhrəmanlığı, vətənpərvərliyi, igidliyi tərənnüm edən bədii kompozisiyalar təqdim ediblər.


25-09-2022, 18:08
Rusiya tələbələri də müharibəyə göndərir


Rusiya tələbələri də müharibəyə göndərir

Rusiyadakı özəl universitetlərin tələbələri qismən səfərbərliyə çağırıla bilər. Bu barədə Rusiya Federasiyasının Elm və Təhsil Nazirliyi məlumat yayıb. “Hazırda Təhsil Nazirliyi yuxarı orqanlarla bu məsələ ilə bağlı məsləhətləşmələr aparır. Hələlik prezidentin sərəncamında deyilir ki, yalnız dövlət təhsil müəssisələrinin tələbələrinin hərbi xidmətə çağırışdan möhləti var”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, bir neçə gün öncə Rusiyada qismən səfərbərlik elan edilib. Prezident Vladimir Putinin səfərbərliklə bağlı qərarı ölkədə böyük etirazlara səbəb olub. 40-a yaxın şəhərdə səfərbərlik əleyhinə aksiyalar keçirilib, mindən çox nümayişçi saxlanılıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!