“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
28-09-2022, 21:04
“Sağlam Qida” Könüllülərinin II maarifçilik məktəbi təşkil olunacaq


“Sağlam Qida” Könüllülərinin II maarifçilik məktəbi təşkil olunacaq

Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin maliyyələşdirdiyi, “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsinə dair tədbirlərin təşkili” adlı layihə həyata keçiriləcək. Layihə rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, layihənin məqsədi qeyri-formal təhsillə gənclərdə və gənclər vasitəsilə yeniyetmələrdə dayanıqlı inkişaf məqsədlərinin 2-ci və 3-cü məqsədləri istiqamətində sağlam və düzgün qidalanma vərdişlərini yaratmaq, qida təhlükəsizliyi şüurunu formalaşdırmaq və onların alış-veriş edərkən, yemək yeyərkən və s. qida təhlükəsizliyini əlaqələndirən hər mərhələdə bir sağlam qida könüllüsü kimi vəzifə almalarını təmin və könüllülərdən ibarət mobil qrup vasitəsilə yeniyetmələr arasında maarifləndirmə işini təşkil etməkdən ibarətdir.

Birliyin sədri Asim Vəliyevin verdiyi məlumata görə layihə çərçivəsində həm qida ixtisası üzrə, həm də digər sahələr üzrə təhsil alan könüllü 16-25 yaş arası gənclər arasından 25 gənc seçilərək maarifləndiriləcək və “sağlam qida” könüllüsü yetişdiriləcək. Hazırlanmış könüllü təlimçilər həmçinin məktəblilər arasında maarifləndirmə işinin aparılmasına cəlb olunacaq. İlk olaraq seçilmiş könüllülər peşəkar mütəxəssislər tərəfində 4 gün ərzində məlumatlandırılacaq. Daha sonra azyaşlı məktəblilər üçün qida təhlükəsizliyi təhsilinin gərəkliliyinin əhəmiyyətini nəzərə alaraq, ölkəmizin qida sahəsindəki ən böyük problemi olan qida təhlükəsizliyi haqqında ibtidai məktəblərdə maarifləndirici tədbirlər keçiriləcək. Beləliklə könüllülərimiz vasitəsilə maariflənən məktəblilər də qida təhlükəsizliyi sahəsində əldə etdikləri biliklər vasitəsilə, ailələrini və yaxın ətraflarını da sağlam qida satın almağa və düzgün qidalanmağa, sağlam istehlak vərdişlərinin yaxşılaşmasına sövq edəcəkdir. İştirakçılara maarifləndirici bukletlər, kitabçalar və dəftərxana ləvazimatları paylanılacaq və sonda sertifikatlarla təltif olunacaqdır.
28-09-2022, 20:55
Rusiyaya yardım edənlər də cəzalandırılacaq


Rusiyaya yardım edənlər də cəzalandırılacaq

Avropa İttifaqı (Aİ) Rusiya Federasiyasının Müdafiə Nazirliyinə, Ukraynanın işğal olunmuş Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinin qondarma rəhbərliyinə qarşı sanksiyalar tətbiq edəcək. Bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Cozef Borell bildirib. Onun sözlərinə görə, Rusiyanın sanksiyalardan yayınmasında iştirak edən əcnəbilərə qarşı da sərt cəzalar tətbiq olunacaq.
28-09-2022, 20:54
İdmançımız Avropa çempionu oldu


İdmançımız Avropa çempionu oldu

Taekvondoçumuz Səyyad Dadaşov Albaniyanın paytaxtı Tiranada keçirilən U-21 Avropa çempionatında qızıl medal qazanıb. Butov.az xəbər verir ki, 54 kq-da çıxış edən idmançı ilk görüşdə Artyom Bulavkanı (Moldova) 2:0 hesabı ilə məğlub edib. Ardınca Relya İvkoviçə (Serbiya) də eyni hesabla qalib gələn Dadaşov 1/8 finalda Haktan Can (Türkiyə) üzərində də inamlı qələbə qazanıb. Növbəti görüşündə Tedi Likometini (Albaniya, 2:0) mübarizədən kənarlaşdıran taekvondoçu yarımfinalda Ebrahim Marvan (İsveç) ilə döyüşməli olsa da, Dadaşov finala yüksəlib. Həlledici qarşılaşma kifayət qədər gərgin alınıb. Milan Millla (Niderland) ilə qarşılaşmanı 2:1 hesabı ilə xeyrinə bitirən Azərbaycan təmsilçisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yığmanın aktivinə digər mükafatı Eltac Qafarov yazdırıb. 74 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu ardıcıl olaraq Ege Şaşmaztin (Türkiyə, 2:0), Xesus Serrano (İspaniya, 2:0) və Çarai Flouskounisa (Yunanıstan, 2:1) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qafarov finala gedən yolda Stefan Takovla (Serbiya) üz-üzə gəlib. Rəqibinə 0:2 hesabı ilə uduzan idmançı bürünc medala sahib çıxıb.
28-09-2022, 20:46
Naxçıvanın sabiq naziri azadlığa çıxdı


Naxçıvanın sabiq naziri azadlığa çıxdı

Naxçıvan Muxtar Respublikasının keçmiş milli təhlükəsizlik naziri Vəli Ələsgərov azadlığa buraxılıb. Butov.az xəbər verir ki, sabiq nazir bu dəqiqələrdə cəzaçəkmə müəssisəsindən azad olunub. Qeyd edək ki, ötən gün Ali Məhkəmənin qərarı ilə Vəli Ələsgərovun cəzası 6 il 9 ay 20 günə endirilib. Həmin müddət başa çatdığı üçün təqsirləndirilən şəxsin dərhal azad olunması ilə bağlı qərar çıxarılıb.
28-09-2022, 20:43
İranda etirazçılar deputatın ofisini yandırdılar


İranda etirazçılar deputatın ofisini yandırdılar

İranın Kürdüstan əyalətinin Mərivan şəhərində parlamentin iqtidaryönlü üzvü Şiva Qasemipurun ofisi etirazçılar tərəfindən yandırılıb. Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
28-09-2022, 20:39
Futbol üzrə dünya çempionatı İTV-də yayımlanacaq


Futbol üzrə dünya çempionatı İTV-də yayımlanacaq

İctimai Televiziya yeni mövsümə start verir. İctimai TV-dən verilən məlumata görə, bu mövsümdə ölkəmizdə və beynəlxalq aləmdə ictimaiyyətin böyük maraqla izlədiyi, xüsusən futbolsevərlərin həvəslə gözlədiyi, 4 ildən bir keçirilən futbol üzrə Dünya Çempionatı ölkəmizdə eksklüziv olaraq İctimai Televiziyada yayımlanacaq. Bu çempionat tarixdə ilk dəfə payız-qış aylarında, 20 noyabr-18 dekabr tarixlərində Qətərdə baş tutacaq. Həmçinin idman həvəskarları 5-6 noyabr tarixlərində Bakıda təşkil olunacaq güləş üzrə Dünya Kubokunu da İctimai TV-dən izləyə biləcəklər. Mövsümün sonuna kimi isə İngiltərə Premyer Liqasında hər turun iki ən maraqlı qarşılaşması canlı yayımda futbol azarkeşlərinə təqdim olunacaq. Yeri gəlmişkən, ölkə idmanında baş verən maraqlı hadisələr hər həftənin bazar ertəsi “Bol idman”da müzakirə olunacaq. Beynəlxalq lisenziyalı layihələrdən İctimai TV-də “Səs Azərbaycan. Doğma nəğmələr” teleşousunun bu mövsüm premyerası olacaq: “Burada yalnız Azərbaycan mahnıları ifa ediləcək. Bir neçə ay ərzində tamaşaçılar son dərəcə maraqlı, dünyaca məşhur televiziya formatının yerli versiyasını izləyə biləcəklər”. Əyləncəli-musiqi proqramı olan “The Masked Singer” (Türkiyədə “Maske Kimsin Sen?”, Rusiyada isə ŞOU “MASKA”) beynəlxalq layihəsi də mövsüm ərzində İTV-nin efirində olacaq. İctimai TV-nin digər yeni layihələrindən “Savaş şəhəri” hərbi yarış proqramı, “Yaxşı həkim” sağlamlıq verilişi, “Kainat necə qurulub?” maarifləndirici veriliş, “Şənbə axşamı” məlumatlandırıcı-əyləncə proqram, “Rakadarum” musiqili proqramı geniş ictimaiyyət üçün maraqlı olacaq. “Camaat nə deyir?” əyləncəli proqramının isə yeni buraxılışları yayımlanacaq. Tamaşaçıların həvəslə izlədiyi beynəlxalq lisenziyalı layihələrdən “Milyonçu”, “61!”, “Breyn-rinq”, “Nə? Harada? Nə zaman?” kimi intellektual proqramlar bu mövsüm də nümayiş etdiriləcək. İctimai Televiziyanın efirində hərbi-vətənpərvərlik mövzusuna yenə xüsusi yer verilib. Bu qəbildən Mədəniyyət Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış “Görünməyən qəhrəmanlar” silsiləsindən daha bir filmin çəkilişləri davam edir. İndiyədək 11 seriyası nümayiş etdirilib. Milli qəhrəmanlarımıza həsr edilən “Heç kim unudulmur, heç nə yaddan çıxmır!”, 44 günlük Vətən müharibəsi iştirakçılarından bəhs edən “Döyüşçü” layihəsi, “Radius” hərbi analitik-informasiya proqramı bu mövzuda olan verilişlərdir. Tamaşaçılar “Qarabağ gündəliyi”ndən Vətən müharibəsindən sonra azad edilmiş ərazilərimizdə başlayan bərpa-quruculuq işləri barədə məlumat alacaqlar. “Şuşa ili” ilə əlaqədar sosialyönümlü “Mənim Şuşam” videoçarxlarının yeni buraxılışları da təqdim olunacaq. Günün mühüm ictimai-siyasi hadisələrinin müzakirəsi həmişə olduğu kimi “Diqqət Mərkəzi”ndə olacaq. İctimai-siyası mövzular eyni zamanda, müəllif proqramlarında - tanınmış politoloq Eldar Namazovun “Aydınlıq”, Nigar Sabirqızının aparıcılığı ilə “İTV Xəbər Yekun”, tanınmış jurnalist Elçin Şıxlının “Pressinq”, Orxan Fikrətoğlunun “Halbuki”, Vüsalə Məmmədova və Ürfan Məmmədlinin təqdimatında “Sabaha saxlamayaq” və s. verilişlərdə işıqlandırılacaq. İTV-nin böyük populyarlıq qazanmış simalarından biri - Dadaş Dadaşlinskinin “3D” verilişinin fərqli buraxılışları efirə gedəcək. Onu da qeyd edək ki, İctimai Teleradionun efirində indiyədək sevilən və əksəriyyət tərəfindən bəyənilən bütün proqramlar yenidən tamaşaçıların görüşünə gələcək.
28-09-2022, 20:30
Qazilərlə bağlı koordinasiya mərkəzi yaradıldı


Qazilərlə bağlı koordinasiya mərkəzi yaradıldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində Vətən Müharibəsi zamanı və erməni təxribatlarının qarşısını alarkən yaralanan hərbi qulluqçuqlara yardım göstərilməsi ilə bağlı koordinasiya mərkəzi yaradılıb. Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli məlumat verib. H.İbrahimli bildirib ki, rayon mərkəzi xəstəxanalarında qazilərin sayına görə koordinatorlar işə götürülüb:"Qazilər növbədənkənar qəbul edilir və xidmət göstərilir. Onlar əgər müayinə və müalicəni özəl klinikalarda istəyirlərsə, bizim tərəfimizdən göndəriş verilir, - qurum rəsmisi deyib.
28-09-2022, 20:26
Şəhid ailəsinin müraciəti həll olundu


Şəhid ailəsinin müraciəti həll olundu

Ən xoş anları yadda qalan edib əbədiləşdirmək fotoqrafların başlıca vəzifəsidir. 22 yaşlı Vüsal Məmmədov da bu peşə sahiblərindən biri kimi öz çəkdiyi fotolarda zamanı dondurmağa çalışırdı ancaq 44 günlük Vətən müharibəsi başlayan günədək. Vətənin dar günündə müsəlləh əsgər olan Vüsal obyektivi nişangahla əvəz edib döyüşlərə qatılır. Füzuli, Cəbrayıl və Xocavəndin azad olunmasına görə, "Cəsur əsgər” , "Vətən uğrunda” və "Şücaətə görə” medalları ilə təltif edilən Vüsal qızğın gedən döyüşlərin birində qəhrəmancasına şəhadətə yüksəlib. Butov.az xəbər verir ki, şəhidin ailəsi isə bu gün əmin əllərdədir. Dövlətin həssas qrupa göstərdiyi diqqət və qayğısı, yürütdüyü siyasət SOCAR "Azəriqaz” İB-nin də qayəsini təşkil edir. Elə Vüsalın atası Elşən Məmmədovun Birliyə etdiyi müraciətin qısa zamanda həll edilməsi buna əyani sübutdur.

28-09-2022, 20:23
"Fənərbağça" Novakla yollarını ayırdı


"Fənərbağça" Novakla yollarını ayırdı

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Filip Novakla vidalaşıb. Butov.az xəbər verir ki, 32 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Çexiyalı futbolçunun karyerasını Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubunda davam etdirmək istədiyi bildirilir. Qeyd edək ki, Novak 2020-ci ilin yayından "sarı-lacivərtlər"in formasını geyinirdi.
28-09-2022, 20:20
Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov


Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov

"Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır, banklar ikinci dərəcəli sanksiyalarla hədələnir, vəziyyət ağırdır". Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“Banklar və təsərrüfat subyektləri ABŞ-ın güclü təzyiqi altındadır. Bu təzyiqə qarşı birgə mübarizə yollarını axtarmaq lazımdır",- Kreml sözçüsü deyib. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin “İşbank”ı və “Dənizbank” Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdıqlarını açıqlayıb. Bildirilib ki, müvafiq qərar ABŞ və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqədar verilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!