“Qarabağ” “Neftçi”ni darmadağın etdi - Finala yüksəldi .....                        Qazi anasına görə intihar etdi .....                        İraq Prezidenti COP29-a dəvət edildi .....                        Aytmatovun abidəsi dostluğumuzun rəmzinə çevriləcək .....                        Azərbaycan kubokunda ilk finalçı müəyyənləşdi .....                        Qırğızıstan Prezidenti Bakını seyr etdi - FOTO .....                        Japarovun şərəfinə ziyafət verilir .....                        Qırğızıstan Prezidenti Fəxri Xiyabanda - FOTO .....                        Nəsib Quliyevin intihar səbəbləri - Hüquqşünas-kriminalist danışdı .....                       
6-09-2022, 21:36
Bayden Britaniyanın yeni liderini təbrik etdi


Bayden Britaniyanın yeni liderini təbrik etdi

ABŞ Prezidenti Co Bayden Böyük Britaniyanın yeni Baş naziri Liz Trassı təbrik edib. Bu barədə ABŞ lideri "Twitter" hesabında təbrik mesajı paylaşıb. Bayden iki ölkənin qlobal çağırışlara qarşı sıx əməkdaşlıq etməsini səbirsizliklə gözlədiyini vurğulayıb. “Mən Rusiyanın hücumundan özünü müdafiə edən Ukraynaya davamlı dəstəyi səbirsizliklə gözləyirəm”, - ABŞ lideri qeyd edib.
6-09-2022, 21:34
Gənc sosial işçilər üçün təlim proqramının 3-cü mövsümünə tələbə qəbulu elan edilir


Gənc sosial işçilər üçün təlim proqramının 3-cü mövsümünə tələbə qəbulu elan edilir

“İrəli” İctimai Birliyi gənc sosial işçilər üçün həyata keçirilən “Essentials of Social Work” təlim proqramının üçüncü mövsümünə tələbə qəbulu elan edir.
Butov.az xəbər verir ki, 3 aylıq təlim proqramı çərçivəsində seçilmiş gənclər bu sahənin peşəkar mütəxəssisləri tərəfindən müxtəlif təlim və görüşlərdə iştirak edərək, öz biliklərini nəzəri və praktiki modullar vasitəsi ilə artıracaqlar.
Ümumilikdə 75 akademik saatı əhatə edən proqram boyunca sosial işçi təcrübələri, empatiya burulğanı, ahıllar, əlilliyi olan şəxslər, qazilər, bullinqə məruz qalmış uşaqlar, sağlamlıq imkanı məhdud uşaqlarla sosial iş, sosial psixologiya, effektiv ünsiyyət, stressin idarə edilməsi və digər mövzularda təlimlər keçiriləcək. Həmçinin proqram müddətində müxtəlif sosial xidmət müəssisələrinə səfərlər də nəzərdə tutulub.
Həyata keçirilən proqramın əsas məqsədi gənclərə sosial iş sahəsini qeyri-formal təhsil metodları ilə öyrətmək, habelə gənc təlimçi və fasilitatorların, potensial sosial işçilərin hazırlanması, onların bilik və bacarıqlarının artırılması yolu ilə keyfiyyətli gənclərlə işə nail olmaqdır.
Qeyd edək ki, təlim proqramının ilk iki mövsümündə ümumilikdə 100-ə yaxın gənc iştirak edib. Proqramda iştirak etmək istəyən 17-23 yaş arasında, sosial iş üzrə ixtisaslaşan, bu sahəyə maraqlı, yüksək motivasiyalı, təşəbbüskar, komandada işləmək bacarığına malik gənclər aşağıdakı linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3ejWC2Z
6-09-2022, 21:34
Almaniyanı etirazlar bürüdü, xalq küçələrə axışdı


Almaniyanı etirazlar bürüdü, xalq küçələrə axışdı

Bu gün Almaniyanın bir neçə şəhərində minlərlə insanın iştirakı ilə etiraz aksiyaları keçirilib. Butov.az xəbər verir ki, nümayişlər federal hökumətin enerji və sosial siyasətinə qarşı yönəlib. Hakim koalisiya tərəfindən əhaliyə 65 milyard avroluq üçüncü yardım paketi qəbul edilməsinə baxmayaraq, vətəndaşlar bunun kifayət etmədiyini bildiriblər. Nümayişçiləri həm solçu, həm də ifrat sağçı partiyalar dəstəkləyib. Onlar hökumətə təzyiq göstərmək məqsədilə öz tərəfdarlarını Almaniya şəhərlərinin küçə və meydanlarına çıxarıblar. Vətəndaşlar enerji daşıyıcılarının və qida məhsullarının kəskin bahalaşmasına etiraz ediblər. Aksiyaların davam edəcəyi qeyd olunub.
6-09-2022, 21:32
Ərdoğan Balkan səfərində - Qapalı görüşlər keçirildi


Ərdoğan Balkan səfərində - Qapalı görüşlər keçirildi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Bosniya və Herseqovinaya səfər edib. Bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb. O, Sarayevoda Bosniya və Herseqovina Rəyasət Heyətinin rəhbəri Şefik Jaferoviç ilə danışıqlar aparıb. Görüş Türkiyə liderinin rəsmi qarşılanma mərasimindən sonra baş tutub. Mətbuat üçün qapalı keçirilən görüşdə Bosniya və Herseqovina Rəyasət Heyətinin üzvləri Zelko Komşiç və Milorad Dodik də iştirak ediblər. Görüşdən sonra Ərdoğan Türkiyə-Bosniya və Herseqovina biznes forumuna qatılıb. Qeyd edək ki, Türkiyə Prezidenti sentyabrın 6-da axşam saatlarında Belqrada yola düşəcək.
6-09-2022, 21:30
Nəriman Abbasov UFC-də ilk sınağına çıxır


Nəriman Abbasov UFC-də ilk sınağına çıxır

Azərbaycanın və “Qəbələ” idman klubunun MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk sınağına çıxacaq. Butov.az xəbər verir ki, 28 yaşlı idmançımız “Dana White’s Contender Series”də gücünü sınayacaq. Seriyada qələbə qazanan döyüşçülər UFC seriyasında mübarizə aparacaqlar. N.Abbasov ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq turnirdə braziliyalı İsmael Bonfim ilə üz-üzə gələcək. Sentyabrın 7-də Bakı vaxtı ilə saat 07:00-də başlayacaq turnirdə 5 döyüş olacaq. N.Abbasovla İ.Bonfim ikinci cütdə döyüşəcək. Xatırladaq ki, MMA döyüşçümüz peşəkar karyerasında 28 qələbə qazanıb və 3 dəfə məğlub olub. İsmaelin hesabında 17 qələbə və 3 məğlubiyyət var.
6-09-2022, 21:27
Paşinyan Rusiyadadır - Putinlə görüşəcək


Paşinyan Rusiyadadır - Putinlə görüşəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Vladivostok şəhərinə səfər edib. Bu barədə Paşinyanın ofisi rəsmi məlumat yayıb. Paşinyanı səfərdə Baş nazirin müavini Mher Qriqoryan, parlamentin sədr müavinləri Hakop Arşakyan, Ruben Rubinyan, xarici işlər nazirinin müavini Mnatsakan Səfəryan və digər rəsmi şəxslər müşayiət edir. Baş nazir 7-ci Şərq İqtisadi Forumunun “Çoxqütblü dünyaya aparan yolda” mövzusunda plenar iclasında iştirak edəcək. Səfər çərçivəsində Paşinyanın Rusiya Prezidenti Vladimir Putinlə görüşü nəzərdə tutulub.

6-09-2022, 21:25
Döyüş təyyarələrimiz havaya qaldırıldı


Döyüş təyyarələrimiz havaya qaldırıldı

“TurAz Qartalı - 2022” birgə taktiki-uçuş təlimində döyüş təyyarələri ilə ətrafı tanıma uçuşları icra edilib. Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir. Sonra təlimin planına uyğun olaraq əməliyyat uçuşları yerinə yetirilib. Uçuşlardan öncə əməliyyatın planı, hava şəraiti və digər texniki məsələlərlə bağlı brifinq təqdim edilib. Plana əsasən radioelektron mübarizə (REM) vasitələrindən istifadə edərək aldadıcı manevrlərlə şərti düşmənin hava hücumundan müdafiə vasitələrindən yayınmaq və təyin olunan yerüstü hədəflərin məhv edilməsi üzrə tapşırıqlar yerinə yetirilib. Yüksək peşəkarlıq nümayiş etdirən Azərbaycan və Türkiyənin hərbi pilotları qarşıya qoyulan tapşırıqları uğurla icra ediblər.






6-09-2022, 21:22
ABŞ və Fransa deputatları Tayvana gedir


ABŞ və Fransa deputatları Tayvana gedir

ABŞ Konqresinin və Fransa parlamentinin bir neçə deputatı Tayvana səfər edəcək. Bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, 5 fransalı deputat və bir qrup ABŞ konqresmeni bu həftə adaya gedəcək. Parlamentarilər Tayvan administrasiyasının rəsmiləri ilə görüşəcək. Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.
6-09-2022, 21:21
Britaniyanın yeni baş naziri Kiyevə gedir


Britaniyanın yeni baş naziri Kiyevə gedir

Ukraynanın Böyük Britaniyadakı səfirliyi ölkənin yeni Baş naziri Liz Trassın Kiyevə səfəri üçün hazırlıqlara başlayıb. Bu barədə Ukraynanın Londondakı səfiri Vadim Pristayko məlumat verib. “Biz artıq Liz Trassın Kiyevə gəlişinə hazırlaşmağa başlamışıq”, – deyə Pristayko bildirib. Qeyd edək ki, Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının lideri Liz Trass sentyabrın 6-da krallığın Baş naziri təyin edilib. O, bu vəzifədə Boris Consonu əvəzləyib.
6-09-2022, 21:19
Ukrayna NATO-dan qış geyimi istədi


Ukrayna NATO-dan qış geyimi istədi

Ukrayna NATO-dan 200 min əsgər üçün qış geyimləri və çadırlar istəyib. Bu barədə “Spiegel” nəşri yazıb. Nəşr bildirir ki, bu ilin iyul ayında Ukraynanın müdafiə naziri Aleksey Reznikov NATO-nun Baş katibi Yens Stoltenberqdən termal paltarlar və qış çəkmələri istəyib. ABŞ, Kanada, İsveç və Finlandiya artıq tələb olunan məhsulun təxminən 50%-ni təmin etməyi öhdələrinə götürüblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!