Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
10-09-2022, 21:47
NATO Kosovoda hərbçilərinin sayını artırır


NATO Kosovoda hərbçilərinin sayını artırır

NATO-nun Kosovodakı (KFOR) hərbçilərinin sayı müvəqqəti olaraq artırılacaq. Bu barədə təşkilatın mətbuat xidmətindən bildirilib. Məlumata görə, 27 sentyabr-2 noyabr tarixlərində ehtiyat birliklər üçün keçiriləcək təlimlə əlaqədar KFOR-un əsgərlərinin sayında artım olacaq. Sentyabrın 11-də İngiltərədən gələcək hərbi hissə təlimdən əvvəl KFOR personalı ilə uyğunlaşdırma işləri aparacaq. Xatırladaq ki, KFOR 1999-cu ildə, Kosovo-Serbiya müharibəsindən sonra BMT Təhlükəsizlik Şurasının Kosovoda sülh və sabitliyi qorumaq üçün qəbul etdiyi qətnamə əsasında yaradılıb.
10-09-2022, 21:45
Cüdoçumuz İtaliyada finala çıxdı


Cüdoçumuz İtaliyada finala çıxdı

İtaliyanın Riççone şəhərində keçirilən Avropa açıq turnirində Azərbaycanın 1 cüdoçusu finala vəsiqə qazanıb. Butov.az xəbər verir ki, bu, 60 kq çəki dərəcəsində yarışan Rövşən Əliyevdir. O, yarımfinalda milliyyətcə özbək olan Dilşad Xalmatova (Ukrayna) "Golden Score"da ipponla qalib gələrək finala çıxıb. Əliyevin finaldakı rəqibi Salih Yıldız (Türkiyə) olacaq. Qeyd edək ki, Riççone şəhərində keçirilən turnir sentyabrın 11-də başa çatacaq. Bu yarışda Azərbaycanın 13 kişi cüdoçusu iştirak edir.
10-09-2022, 21:43
Ukrayna ordusu 10 kilometr irəlilədi


Ukrayna ordusu 10 kilometr irəlilədi

Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində bəzi istiqamətlərdə on kilometrlərlə irəliləyib. Bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələrinin mətbuat mərkəzinin rəhbəri Natalia Qumenyuk bildirib. Mətbuat katibi azad edilmiş ərazilərin adlarının tezliklə açıqlanacağını qeyd edib. Onun sözlərinə görə, təkcə sentyabrın 9-da Ukrayna hərbçiləri cənubda 70-dən çox işğalçını məhv edib, bundan əlavə, Nikopol rayonunu davamlı olaraq atəşə məruz qoyan 9 tank və 2 topu sıradan çıxarıb.
10-09-2022, 21:41
Rus polkovnik Ukrayna hərbçilərinə əsir düşdü


Rus polkovnik Ukrayna hərbçilərinə əsir düşdü

Rusiya Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ukrayna hərbçiləri tərəfindən əsir götürülüb. Bu barədə “Ukraina online” məlumat yayıb. Bildirilib ki, polkovnik-leytenant Artyom Vladimiroviç Xelemendik 1983-cü il mayın 16-da anadan olub. O, hərbi hissənin məntəqə rəisi vəzifəsində xidmət edib.


10-09-2022, 21:37
Güləşçilərimiz dünya çempionatının yarımfinalında


Güləşçilərimiz dünya çempionatının yarımfinalında

Bu gün Serbiyanın paytaxtı güləş üzrə dünya çempionatı start götürüb. Butov.az xəbər verir ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə millinin 3 üzvü mübarizəyə qoşulub. Eldəniz Əzizli (55 kq) 1/8 finalda italiyalı Covanni Freniyə ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Dünya və Avropa çempionu 1/4 finalda yaponiyalı Şiotani Yuya da aman verməyib - 10:0. Eldəniz yarımfinalda amerikalı Maks Nouri ilə üz-üzə gələcək. İkinci mərhələdən mübarizəyə qoşulan Ülvü Qənizadə (72 kq) qazaxıstanlı İbrahim Məhəmmədovu 4:2 hesabıyla üstələyib. Qənizadə 1/4 finalda bolqarıstanlı Deyvid Dimitrovu vaxtından əvvəl məğlub edib - 10:0. Ülvü yarımfinalda türkiyəli Selçuk Canla qarşılaşacaq. Sənan Süleymanov (77 kq) isə ilk mərhələdə almaniyalı İdris İbayevlə qarşılaşıb. Keçən il 23 yaşadək güləşçilər arasında dünya çempionu olmuş rəqiblə görüş gərgin mübarizə şəraitində keçib. Süleymanov rəqibinə minimal fərqlə (7:8) məğlub olub.
10-09-2022, 21:34
Sumqayıtda 41 yaşlı kişi qonşularını yandırdı


Sumqayıtda 41 yaşlı kişi qonşularını yandırdı

Sumqayıtda 41 yaşlı kişi qısqanclıq zəminində qonşularını yandırıb. Butov.az xəbər verir ki, hadisə şəhərin Xəzri yaşayış massivində səhər saatlarında qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Anar Məmmədov qonşusunun evinin pəncərəsindən benzin ataraq yaşayış sahəsinə od vurub. Bu zaman özü də yanıb. Hadisə vaxtı evdə olan 58 yaşlı Oruc Qocayev, onun gəlini 28 yaşlı Günay Qocayeva və nəvəsi Həsən Qocayev müxtəlif yanıq xəsarətləri alıblar. Onlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər. Anar Məmmədovun bədənin bütün hissəsi yandığından vəziyyəti ağırlaşıb. O, təcili tibbi yardım avtomobili ilə Bakı Yanıq Mərkəzinə göndərilib. 2016-cı ildə həyat yoldaşından boşanan Anar Məmmədovun hadisəni qısqanclıq zəminində törətdiyi bildirilir. Keçmiş həyat yoldaşı Aynurə Məmmədova açıqlamasında bildirib ki, Anar Məmmədov onu qonşusuna qısqanırmış. A.Məmmədova boşanmalarına baxmayaraq, eyni evdə qaldıqlarını, lakin hadisə baş verən zaman anasıgildə olduğunu deyib.

10-09-2022, 21:05
Çin Ayla bağlı yeni kəşf etdi


Çin Ayla bağlı yeni kəşf etdi

Çin alimləri "Chang'e-5" missiyası çərçivəsində 2020-ci ildə Yerə çatdırılan Ay torpaq nümunələrini tədqiq edərkən Changesite-(Y) adlı yeni mineral aşkar ediblər. Butov.az xəbər verir ki, Changesite-(Y) rəngsiz şəffaf sütunlu kristaldır. Qeyd olunur ki, bu, insan tərəfindən Ayın tədqiqi başlayandan bəri aşkar edilən altıncı yeni materialdır. Alimlərin fikrincə, bu, Ay minerallarının tədqiqi üçün böyük elmi əhəmiyyət kəsb edir və ayın təkamülünü tədqiq etməyə kömək edəcək və gələcək dərin kosmosun tədqiqini asanlaşdıracaq.
10-09-2022, 15:55
Laçından qaçan ermənilər İrəvanda etiraza qalxır


Laçından qaçan ermənilər İrəvanda etiraza qalxır

Azərbaycanın Laçın rayonundan İrəvana qaçmış ermənilər Ermənistan hakimiyyətindən narazıdır. Butov.az xəbər verir ki, Qreta Movsisyan adlı qadın 22 il Laçında firəvan yaşadıqlarını, 44 günlük müharibə nəticəsində evlərindən məcburi şəkildə küçəyə atıldıqlarını deyib. Movsisyan Laçını tərk etdikdən sonra Ermənistan hakimiyyətinin onlara vəd etdiyi yardımları ayırmadığını söyləyib. Erməni qadın ev və kompensasiya problemini həll etmək üçün döymədikləri qapı qalmadığını, lakin rəsmilərin onların şikayətini qulaq ardına vurduğunu deyib. Onun sözlərinə görə, narazı ermənilər İrəvanda etiraz aksiyası keçirməyə hazırlaşır. Qreta Movsisyan yaranmış vəziyyətə görə, Ermənistan rəhbərliyi və Qarabağdakı qondarma rejimin məsuliyyət daşıdığını qeyd edib. “İndi çıxılmaz vəziyyətdə qalmışıq, nə edəcəyimizi, kimə müraciət edəcəyimizi bilmirik. Laçından köçən ermənilərin bəziləri İrəvanda kirayədə, bəziləri ilə yaxınlarının evlərində qalır. Bizi “küçə iti” kimi evdən bayıra atdılar, heç kim yardım göstərmədi. İrəvanda yaşamaq və işləmək üçün normal şərait yoxdur. Kompensasiya verilsə belə, bu məbləğ ev almağa kifayət etmir”, - deyə Movsisyan vurğulayıb.
10-09-2022, 15:52
Qırıcılar Türkiyəyə geri qayıtdı


Qırıcılar Türkiyəyə geri qayıtdı

“TurAz Qartalı-2022” birgə taktiki-uçuş təlimində iştirak edən qardaş ölkənin Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri Türkiyəyə qayıdıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.




10-09-2022, 15:50
İlham Əliyev Binəqədidə məktəb açılışında


İlham Əliyev Binəqədidə məktəb açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Binəqədi rayonunda yeni inşa olunan 335 nömrəli tam orta məktəbin açılışında iştirak edib. Butov.az xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev məktəbdə yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verdi. Qeyd edək ki, Binəqədi rayonu ərazisində yerləşən məktəblərdə şagird sıxlığı ilə əlaqədar yeni ümumi təhsil müəssisəsinin tikintisinə zərurət yarandığından Prezident İlham Əliyevin 2019-cu il 30 dekabr tarixli Sərəncamı ilə əhali sıxlığı və məktəb tutumu nəzərə alınaraq bu məktəbin layihəsi hazırlanıb. Tikintisinə 2020-ci ilin noyabrında başlanılan 1600 şagird yerlik məktəbdə 63 sinif, 4 informatika otağı, 2 məktəbə qədər hazırlıq otağı, 5 STEAM otağı, 2 idman zalı, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika kabineti, kimya və biologiya laboratoriyaları, kitabxana, 200 yerlik yeməkxana və 520 nəfərlik akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 17 min 254 kvadratmetrdir. Prezident İlham Əliyev bu təhsil ocağının məktəbəhazırlıq qrupu, fizika kabineti, informatika otağı, kitabxana, idman zalı, kimya laboratoriyası, yeməkxana, çağırışa qədər hərbi hazırlıq otağında, STEAM otaqlarında yaradılan şəraitlə tanış oldu. STEAM layihəsi birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-2020-ci tədris ilinin əvvəlindən məktəblərimizdə tətbiq edilir. STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərməklə yanaşı, onlara mühəndislik səriştələri öyrədir. Qeyd edək ki, təhsil müəssisələrinin işinin, tədris proqramlarının müasir çağırışlara uyğunlaşdırılması, yeni əmək bazarına uyğun kadr potensialının formalaşdırılması dövlətimizin prioritetləri sırasındadır. Müasir məktəblərin tikilərək istifadəyə verilməsi, təhsil müəssisələrində bərpa və yenidənqurma işlərinin ardıcıl xarakter alması da bu prosesin tərkib hissəsidir. Bu strategiyaya Heydər Əliyev Fondu da 2005-ci ildən icra olunan “Yeniləşən Azərbaycana - yeni məktəb” proqramı ilə davamlı şəkildə dəstək verir. Hər bir dövlətin tərəqqisi və gələcəyi onun təhsil səviyyəsi ilə birbaşa bağlıdır. Bu sahəyə qoyulan investisiya gələcəyə yatırılan sərmayə deməkdir. Dövlətimiz bu baxımdan hazırda dünyada lider ölkələrdən biridir. Heç bir ölkədə qısa müddət ərzində bu sayda məktəb tikilməyib və yenidən qurulmayıb. Çox mühüm amillərdən biri də odur ki, yeni yaradılan və əsaslı təmir olunan təhsil müəssisələri ən müasir tədris avadanlığı ilə təchiz edilir. Yeri gəlmişkən, 2022-2023-cü tədris ilində 70-ə yaxın məktəb binası tikiləcək və ya əsaslı təmir edilərək istifadəyə veriləcək. Bu məktəblərdən 30-u modul tiplidir.







����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!