Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                        Xocalıda Şəhidlər xiyabanı ziyarət olunub .....                        Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir .....                       
10-09-2022, 15:46
Paşinyan ABŞ rəsmisilə Azərbaycanı müzakirə etdi


Paşinyan ABŞ rəsmisilə Azərbaycanı müzakirə etdi

ABŞ dövlət katibinin Qafqaz üzrə baş məsləhətçisi Filipp Riker İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması müzakirə edilib. Bu barədə Ermənistan KİV-ləri məlumat yayıb. Bildirilib ki, tərəflər regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Filipp Rikerin Ermənistana səfəri sentyabrın 10-da başa çatır. Onun Azərbaycana səfəri gözlənilir.
10-09-2022, 15:44
Çarlz rəsmən Kral elan olundu


Çarlz rəsmən Kral elan olundu

III Çarlz rəsmən Böyük Britaniyanın Kralı elan edilib. Butov.az xəbər verir ki, Çarlzın Kral elan edilməsi mərasimi Londonun mərkəzində yerləşən Sent-Ceyms sarayında keçirilib. Qeyd edək ki, Çarlzın anası 96 yaşında vəfat edən kraliça II Elizabet Böyük Britaniyanın və Avstraliya, Kanada və Yamayka da daxil olmaqla 14 ölkənin dövlət başçısı idi.
10-09-2022, 15:42
İspanlar Ukrayna hərbçilərinə təlim keçəcək


İspanlar Ukrayna hərbçilərinə təlim keçəcək

İspaniya tezliklə öz ərazisində Ukrayna hərbçilərinə təlim keçməyə başlayacaq. Butov.az xəbər verir ki, ispaniyalı mütəxəssislər ukraynalı əsgərlərə tanklardan və raket sistemlərindən istifadə etməyi öyrətməyə, həmçinin tibbi və istehkamçılıq üzrə təlimlər keçməyə hazırlaşır. Təlimin əsas hissəsi İspaniya Müdafiə Nazirliyinin Saraqosa əyalətində yerləşən bazalarında keçiriləcək. Bundan öncə döyüşlərdə yaralanan 600-ə yaxın ukraynalı əsgər də orada müalicə almışdı. İspaniya Əfqanıstan, İraq və ya Malinin silahlı qüvvələrinin hazırlanmasında böyük təcrübəyə malik olsa da, bu cür təlimlər ilk dəfə olaraq krallıq ərazisində baş tutacaq. Qeyd edək ki, İspaniya tərəfindən Kiyevə vəd edilən silahlar artıq Ukraynaya gəlməyə başlayıb. Belə ki, 20 ədəd M113 zirehli transportyoru, “Aspide” raket batareyası və tonlarla artilleriya mərmisi digər təchizatla birlikdə artıq Polşaya çatdırılıb.
10-09-2022, 15:38
Bazar günü yağış yağacaq


Bazar günü yağış yağacaq

Azərbaycanda sentyabrın 11-nə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-26° isti, Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Axşam tədricən kəsiləcək. Mülayim şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-20° isti, gündüz 23-28° isti, dağlarda gecə 3-8° isti, gündüz 10-15° isti olacaq.
10-09-2022, 15:36
Ata qızının 16 yaşlı sevgilisini iplə boğub öldürdü


Ata qızının 16 yaşlı sevgilisini iplə boğub öldürdü

Bakı sakini qonşusunu qətlə yetirib. Sabunçu rayon prokurorluğundan verilən məumata görə, sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında aparılmış istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub. Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb. İstintaqla zərərçəkmişin qonşusu 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, daha sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir. İddialara görə, Babək Quliyev 16 yaşlı Hüseynbalanın sevdiyi qızın atasıdır. Hadisənin məhz bu səbəbdən baş verdiyi ehtimal olunur.
10-09-2022, 15:34
Ukrayna ordusu bu şəhərini azad etdi


Ukrayna ordusu bu şəhərini azad etdi

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk şəhərini işğaldan azad edib. Bu barədə Xarkov vilayət şurası rəhbərinin müşaviri Natalya Popova bildirib. Qeyd edək ki, bundan əvvəl Ukrayna ordusunun Xarkov vilayətində əhəmiyyətli şəkildə irəlilədiyi barədə məlumat verilmişdi.
10-09-2022, 15:32
Laçının su təchizatı bərpa edilir


Laçının su təchizatı bərpa edilir

Azərbaycan ordusu tərəfindən tam nəzarətə götürülmüş Laçın şəhəri, Sus və Zabux kəndlərinin içməli su təchizatının bərpa edilməsi məqsədilə “Azərsu” ASC tərəfindən tədbirlər davam etdirilir. Bu barədə “Azərsu” məlumat yayıb. Bildirilir ki, ilkin olaraq şəhərin mövcud su mənbəyi, su anbarları, magistral və şəbəkə su xətlərinin istismar vəziyyəti təftiş edilib. "Məlum olub ki, şəhərin əsas içməli su mənbəyi olan subartezian quyuları tamamilə istismara yararsız vəziyyətə salınıb. Quyu zonasında suqəbuledici qurğu, nasos stansiyası, elektrik təchizatı sistemləri məqsədli şəkildə sıradan çıxarılıb, nasoslar sökülərək aparılıb. Subartezian quyuların bərpası qısa müddətdə mümkün olmadığından alternativ mənbə olaraq bulaqlardan şəhərə suyun verilməsi qərara alınıb. Bu məqsədlə magistral kəmərin qəzalı hissələri təmir olunub, suyun optimal paylanması və tənzimlənməsi məqsədilə magistral kəmər üzərində siyirtmələr və havaburaxıcı quraşdırılıb. Şəhər şəbəkəsi də istismara yararsız olduğundan müvəqqəti olaraq yerüstü şəbəkənin yaradılmasına qərar verilib. Bu məqsədlə müxtəlif diametrli polietilen borularla 3 km-dən artıq xətt çəkilib, mövcud magistraldan yeni şəbəkəyə birləşmələr verilib və ehtiyac olan tikililərə içməli suyun verilməsi təmin edilib. Eyni zamanda şəhərdə sudoldurucu qüllə quraşdırılıb, xidmət göstərilməsi üçün əraziyə 3 ədəd sudaşıyan maşın cəlb olunub. Bunlarla yanaşı, Laçın şəhərinin dayanıqlı su təchizatının aparılması məqsədilə layihələndirmə işlərinə başlanılıb. Mütəxəssislər tərəfindən subartezian sahəsinə, anbarlara, nassos stansiyalarına baxış keçirilib, vəziyyət yerində qiymətləndirilib. Qərara alınıb ki, yararsız hala salınmış subartezian quyuları, nasos stansiyası və digər hidrotexniki qurğular bərpa edilsin, anbarlar yuyulub təmizlənərək istismara qaytarılsın", - məlumatda qeyd olunub.







10-09-2022, 15:29
Ruslar Ukraynada 400-ə yaxın uşağı öldürüb


Ruslar Ukraynada 400-ə yaxın uşağı öldürüb

Rusiyanın Ukraynaya hücumu nəticəsində indiyədək 383 uşaq öldürülüb, 746 nəfər yaralanıb. Bu barədə Ukrayna Baş Prokurorluğu “Telegram”da məlumat yayıb. "2022-ci il sentyabrın 10-da səhər saatlarına olan məlumata əsasən, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 1129-dan çox uşaq zərər çəkib. Yetkinlik yaşına çatmayanlarla iş üzrə prokurorların rəsmi məlumatına görə, bu dövrdə 383 uşaq ölüb, 746-dan çox uşaq yaralanıb”, - Baş Prokurorluqdan bildirilib. Məlumata görə, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir. Qeyd edək ki, Rusiya bu il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
10-09-2022, 15:27
Ağdam-Füzuli yolunun inşası sürətlə davam edir


Ağdam-Füzuli yolunun inşası sürətlə davam edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın 2021-ci il oktyabrın 17-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan Ağdam-Füzuli avtomobil yolunun inşası sürətlə davam edir. AAYDA-dan verilən xəbərə görə, sözügedən yol Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan və işğaldan azad edilmiş rayon və kəndlərin sosial-iqtisadi inkişafında mühüm rol oynayacaq layihələrindən biri sayılır. Uzunluğu 64.8 km, hərəkət hissəsinin eni 15 metr təşkil edəcək yol 4 hərəkət zolaqlı olmaqla tikilir. Yol çiyinlərinin eni hər bir istiqamətdə 3.75 metr, ayırıcı zolağın eni 2 metr olmaqla yol yatağının eni 26.5 metr təşkil edir. I texniki dərəcəli olacaq yolda layihə üzrə 380 metr uzunluğunda istinad divarının inşası da aparılır. Hazırda Ağdam-Füzuli avtomobil yolunda torpaq işlərinin icrası çərçivəsində yararsız qruntun çıxarılması, yatağın genişləndirməsi, 26.5 metr enində yeni yol yatağının, yol yatağı hazır olan hissələrdə yol əsasının tikintisi, həmçinin kommunikasiya xətlərinin köçürülməsi işləri davam etdirilir. Artıq yolun 59.3-64.8-ci kilometrlik hissəsində yol əsasının tikintisi yekunlaşmaq üzrədir. Yol boyunca layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif ölçülü suötürücü borular, su keçidləri, həmçinin zəruri olan yerlərdə yeraltı və kommunikasiya xətləri üçün nəzərdə tutulan ehtiyat keçidlərinin tikintisi aparılır. Bundan başqa layihə üzrə nəzərdə tutulan yolun 0.2, 5.7, 37 və 63-cü kilometrlik hissəsində 4 avtomobil körpüsünün inşası da davam edir. Körpülərdə svay, betonlanma və dayaqların tikintisi işləri icra olunur. Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun 2023-cü ilin sonunadək yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib. Bərdə-Ağdam avtomobil yolunun davamı olan Ağdam-Füzuli avtomobil yolu Ağdam, Ağcabədi, Füzuli rayonları ərazisindən keçir. Yolun inşası Bərdədən Ağdam və Füzuliyədək, həmçinin əks istiqamətdə rahat gediş-gəlişi təmin edəcək, yol boyu sosial-iqtisadi inkişafa müsbət təsir göstərəcək.










10-09-2022, 15:22
Rusiyanın Ukraynadakı itkiləri - Bir gündə 350 hərbçi


Rusiyanın Ukraynadakı itkiləri - Bir gündə 350 hərbçi

Son sutkada Ukraynada Rusiya ordusunun 350 hərbçisi məhv edilib. Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb. Bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 52 250-yə çatıb. Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2136 tank, 4584 zirehli döyüş maşını, 1259 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 212 helikopter, 898 PUA, 215 qanadlı raket, 15 gəmi, 3426 avtomobil texnikası və avtosistern, 116 xüsusi texnikadan ibarətdir. Xatırladaq ki, Rusiya ordusu bu ilin fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!