Avropa İttifaqı "ölə bilər" - Makron .....                        Qriqoryan İran səfiri ilə delimitasiyadan danışdı .....                        Sahibə Qafarova Monteneqroda səfərdədir .....                        İlham Əliyev Füzulidən Berlinə gedir .....                        Erməni hərbçi sərhəddə minaya düşdü .....                        Rəsmi Pekin Azərbaycan - Ermənistan münasibətlərinin normallaşması prosesindəki irəliləyişi alqışlayır .....                        Çinin Çendu şəhərində “Azərbaycan Ticarət Evi”nin açılışı olub .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                        Qazaxıstanın Baş Qərargah rəisi Bakıya gəldi - VİDEO .....                       
7-09-2022, 20:34
Ceyhun Bayramov Baş katiblə danışıqlar apardı


Ceyhun Bayramov Baş katiblə danışıqlar apardı

Sentyabrın 7-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İspaniyaya rəsmi səfəri çərçivəsində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Baş katibi Zurab Pololikaşvili ilə görüşüb. Bu barədə XİN-dən məlumat verilib. C.Bayramov Azərbaycanın turizm sahəsinin inkişafına böyük əhəmiyyət verdiyini və bu xüsusda ÜTT ilə əməkdaşlıq əlaqələrinin önəmli olduğunu bildirib. Nazir son illər ərzində ölkəmizdə turizm üzrə infrastrukturun inkişafı istiqamətində genişmiqyaslı işlərin görüldüyünü qeyd edib. Azərbaycanın ölkə və regional səviyyədə turizm sahəsində təhsil və təlim imkanlarının artırılmasında maraqlı olduğu Baş katibin diqqətinə çatdırılıb. C.Bayramov həmçinin qarşı tərəfə ölkəmizin işğaldan azad olunmuş ərazilərdə turizm sahəsində imkanlar barədə məlumat verib. Z.Pololikaşvili Azərbaycanda, habelə regionda turizmin inkişafı potensialının yüksək olduğunu və ölkəmizlə birgə layihələrin həyata keçirilməsinə və tədbirlərin təşkilinə hazır olduqlarını bildirib. Bu xüsusda, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və aidiyyəti qurumlarla birlikdə təhsil və innovasiya sahələrində proqramların həyata keçirilməsinin vacibliyi vurğulanıb. Görüşdə həmçinin Azərbaycanın ÜTT-nin qərarverici orqanlarında təmsilçiliyi, birgə tədbirlərin və konfransların təşkili məsələləri, beynəlxalq təşkilatlarda turizm sahəsində təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
7-09-2022, 20:32
Bakıda dəhşət: Qardaşını qəbiristanlıqda öldürdü


Bakıda dəhşət: Qardaşını qəbiristanlıqda öldürdü


Bakıda 66 yaşlı kişi qəbiristanlıqda qətlə yetirilib. Bu barədə Sabunçu Rayon Prokurorluğundan məlumat verilib. Bildirilib ki, sentyabrın 7-si saat 13 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbirstanlıqda 1966-cı il təvəllüdlü Siyavuş İsmayılovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin qardaşı, 1976-cı il təvəllüdlü Səyyad İsmayılovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı oraqla çoxsaylı xəsarətlər yetirərək Siyavuş İsmayılovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səyyad İsmayılov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
7-09-2022, 20:30
ABŞ nüvə daşıya bilən raketini sınaqdan keçirdi


ABŞ nüvə daşıya bilən raketini sınaqdan keçirdi

ABŞ ordusu qitələrarası ballistik raketi sınaqdan keçirib. Bu barədə ABŞ Hərbi Hava Qüvvələri məlumat yayıb. Rusiya ilə gərginlik fonunda keçirilən sınaqlar Kaliforniyadakı Vandenberq aviabazasında baş tutub. Hərbçilər eksperimental döyüş başlığı ilə təchiz edilmiş "Minuteman III" ballistik raketini buraxıblar. Qeyd edilir ki, raketlər nüvə tipli döyüş başlıqları daşıya bilər. "Bu sınaq buraxılışı ABŞ-ın nüvə çəkindirmə siyasətinin təhlükəsiz, etibarlı və effektiv olduğunu nümayiş etdirmək məqsədi daşıyan müntəzəm və dövri fəaliyyətlərin bir hissəsidir", - deyə açıqlamada bildirilir. Qeyd edək ki, "Minuteman III" 50 ildir xidmətdədir və hazırda ABŞ nüvə arsenalında yeganə qitələrarası ballistik raketdir. Raketlər ABŞ-ın Vayominq, Şimali Dakota və Montanadakı üç hərbi bazasında yerləşir. ABŞ arsenalına, həmçinin "Trident" adlı sualtı qayıqlardan və strateji bombardmançılardan buraxılan nüvə silahları daxildir.
7-09-2022, 20:27
Ərdoğan 5 günlük səfərlə ABŞ-a gedir


Ərdoğan 5 günlük səfərlə ABŞ-a gedir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn həftə ABŞ-a səfər edəcək. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Səfər sentyabrın 17-dən 22-dək davam edəcək. O, ABŞ-da bir sıra dövlət rəsmləri ilə görüşlər keçirəcək. Ərdoğanın ABŞ Prezidenti Co Baydenlə görüşüb-görüşməyəcəyi barədə məlumat verilməyib.
7-09-2022, 20:25
Üç ölkə ruslara viza verilməməsi barədə razılığa gəldi


Üç ölkə ruslara viza verilməməsi barədə razılığa gəldi

Litva, Latviya və Estoniya rusların və belarusluların öz sərhədləri vasitəsilə Avropa İttifaqına girişini məhdudlaşdırmaq barədə razılığa gəliblər. Bu barədə Latviyanın xarici işlər naziri Edqars Rinkeviç bildirib. İstisnalar yalnız yük maşını sürücüləri, diplomatlar, ailə və humanitar səbəblərə görə gələn vətəndaşlara aiddir. "Qərarlar milli hökumətlər tərəfindən milli prosedurlara uyğun olaraq qəbul ediləcək və qüvvəyə minəcək", - Rinkeviç qeyd edib.
7-09-2022, 20:23
Ata evdən qaçan qızını namus üstündə öldürüb


Ata evdən qaçan qızını namus üstündə öldürüb

Bir neçə gündür ki, itkin kimi axtarışda olan Ağsu sakini qətlə yetirilib. Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu gün 33 yaşlı Aybənizin qətlə yetirildiyi məlum olub. Araşdırma zamanı onun atası Nazim Əliyev tərəfindən öldürülməsi müəyyən edilib. Butov.az-ın əldə etdiyi məlumata görə, Aybəniz Abdullayeva Ağsunun Pirhəsənli kəndinin sakini olub. O, bir neçə il öncə həmin kənddə yaşayan bibisi oğlu ilə ailə həyatı qurub. Onların 7 yaşlı bir oğlu var. A.Abdullayevanın həyat yoldaşı Bakıda işləyir, o, ara-sıra Ağsuya gedərək ailəsinə baş çəkirmiş. Qadın ərinin Bakıda olduğu gün - sentyabrın 2-də heç kimə demədən evdən qaçaraq Abşeron rayonuna gəlib. Aybəniz bir neçə gün kimliyi hələlik açıqlanmayan tanışının evində qalıb. Qızının evdən qaçmasından xəbər tutan Nazim Əliyev dərhal axtarışlara başlayıb. O, A.Abdullayevanın yerini müəyyən edərək, Abşerona yollanıb. N.Əliyev bu gün səhər saatlarında qızının qaldığı evi taparaq, onu bıçaqla qətlə yetirib. Qadının meyiti bu gün səhər saatlarında Bakı-Sumqayıt avtomobil yolunun kənarında aşkarlanıb. İlkin ehtimala görə, cinayət hadisəsi namus üstündə törədilib. Qeyd edək ki, faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
7-09-2022, 20:20
"Bəziləri İrəvanı yox, Bakını seçir" - Putin


"Bəziləri İrəvanı yox, Bakını seçir" - Putin

“Rusiya biznesinin Ermənistan və Avrasiya İqtisadi İttifaqının digər ölkələrinə köçməsinə normal münasibət bəsləyirəm”. Bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib. Putin qeyd edib ki, əgər onlara orada işləmək rahatdırsa, getmələri normaldır: "Bəziləri İrəvanı deyil, Bakını seçirlər. Qazaxıstanda da çox yaxşı maliyyə zonası yaradılıb. Adətən İT sahəsi ilə bağlı biznes nümayəndələri ölkədən gedirlər”. Prezident onu da qeyd edib ki, Rusiya biznesinin xeyrinə olan hər bir şeyi alqışlayır: "İrəvanda işləyib, faktiki olaraq Moskvada yaşamaq olar, buna heç nə mane olmur. Gedənlərin bir çoxu artıq geri qayıdıb, onlar başa düşüblər ki, burada qorxulu heç nə baş vermir, hər şey sabitdir. Kiməsə Ermənistanda işləmək xoşdursa, buyursun, getsin".
7-09-2022, 20:18
Putin təzyiq göstərsə də, Lukaşenko müharibə istəmir


Putin təzyiq göstərsə də, Lukaşenko müharibə istəmir

Rusiya Ukraynanın şimalında ikinci cəbhənin açılması üçün Belarusa təzyiq göstərir. Buna baxmayaraq, Belarus Prezidenti Alekdandr Lukaşenko müharibəyə girməkdən yayınır. Bu barədə istefada olan ukraynalı general-leytenant İqor Romanenko bildirib. Onun sözlərinə görə, belaruslular Ukraynadakı işğala qoşulmaq üçün xeyli sayda hərbçi hazırlasalar da, onlar əslində, hərbi əməliyyatların aktiv mərhələsinə daxil olmamaq üçün hər şeyi edirlər.
7-09-2022, 20:16
“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı


“Qarabağ” “Trabzonspor”un futbolçusu ilə anlaşdı

“Qarabağ” “Trabzonspor”dan ayrılan Benqali-Fode Koyta ilə anlaşıb. Bu barədə “Qafqazinfo”ya futbolçunun özü məlumat verib. O bildirib ki, artıq Azərbaycan təmsilçisi ilə razılıq əldə edib: “Mən “Qarabağ”a gəlirəm”. Qeyd edək ki, Benqali-Fode Koyta peşəkar karyerasına Fransanın “Monpelye” klubunda başlayıb. O, icarə əsasında “Lans” və “Le Havre”də oynayıb. 2013-cü ildə “Kann” klubuna keçib. 2 il burada oynadıqdan sonra İngiltərə “Bləkbörn”ünə transfer olunub. 2016-ci ildə isə Koyta Türkiyənin “Kasımpaşa” klubuna keçib. Burada 5 il çıxış edib və 100 oyuna 27 qol vurub. Ötən il isə o, “Trabzonspor” transfer olunub. Trabzonluların heyətində Koyta 18 oyuna qol vura bilməyib.
7-09-2022, 20:13
“Liz Trass da Conson kimi rüsvay olacaq” – Medvedev


“Liz Trass da Conson kimi rüsvay olacaq” – Medvedev

Böyük Britaniyanın yeni baş naziri Liz Trass sələfi Boris Conson kimi vəzifəsini rüsvayçılıqla tərk edəcək. Bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev “Telegram” kanalında bildirib. “Yeni Baş nazirin siyasət, tarix, coğrafiya haqqında elementar təsəvvürləri yoxdur. O, sadəcə Rusiyaya hər şeydə qalib gəlmək istəyən səriştəsiz rusofobdur. Digər yandan, öz sərsəm sanksiyalarına görə yaranan enerji böhranı və ərzaq inflyasiyasını sanksiyalardan əl çəkmədən son qoymaq istəyir. Bütün bunlar mənim bu proqnozuma əsas verir”, - Medvedev Trassı ittiham edib. Qeyd edək ki, Liz Trass ötən gündən etibarən Böyük Britaniyanın baş naziri kimi fəaliyyətə başlayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!