TƏHSİL TARİXİMİZİN SÖNMƏYƏN ÇIRAQLARI .....                        20 oktyabr — Səttarxanın doğum günü: .....                        Zəngilanın dirçəliş və qayıdış dövrü .....                        Sədaqətli dost, dəyərli qələm sahibi .....                        Azərbaycan və Kamboca əməkdaşlığın yeni mərhələsinə hazırlaşır .....                        Onlar məndən, mən onlardan öyrəndim… .....                        Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı .....                        “70-in işığında” .....                        Milli yaddaşın zəfəri: Tarixi Qayıdışın Məramı .....                       
23-09-2022, 22:18
XİN-dən ABŞ səfirliyinə etiraz


XİN-dən ABŞ səfirliyinə etiraz

"ABŞ-ın Ermənistandakı səfirliyini birtərəfli bəyanatlardan çəkinməyə çağırırıq". Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin ABŞ-ın Ermənistandakı səfirliyinin 23 sentyabr 2022-ci il tarixli açıqlaması ilə bağlı şərhində bildirilir. "Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfirliyinin bu ilin 23 sentyabr tarixində ölkənin ictimai televiziyasına verdiyi birtərəfli və real vəziyyəti təhrif edən açıqlaması ciddi təəssüf doğurur", - açıqlamada deyilir. XİN ABŞ səfirliyini bu kimi həssas məsələlərdə məsuliyyətli mövqe nümayiş etdirməyə çağırıb: "Bu qəbildən olan yanaşma regionda sülh gündəliyinin irəli aparılmasına xidmət etmir, əksinə Ermənistandakı revanşist və separatist meylli dairələrin həvəslənməsinə və beləliklə də bölgədə gərginliyin artmasına səbəb olur. Eyni zamanda, bu kimi mövqe Ermənistan və Azərbaycan arasında normallaşma prosesində rol oynamağa çalışan ABŞ-ın neytrallığına və qərəzsizliyinə kölgə salır".
23-09-2022, 22:15
Rusiya müdafiə xərclərini artırır


Rusiya müdafiə xərclərini artırır

Rusiya 2022-2025-ci illər arasında milli müdafiə, təhlükəsizlik və hüquq-mühafizə orqanlarına 34 trilyon rubl (600 milyard dollar) xərcləməyi planlaşdırır. Bu barədə "Reuters" agentliyi özəl mənbələrinə istinadən məlumat yayıb. Bildirilir ki, Rusiya 2022-2025-ci illərdə milli müdafiəyə ümumilikdə 18,5 trilyon rubl xərcləyəcək. Vəsaitin 4,7 trilyonunun bu il xərclənməsi planlaşdırılır. Bundan əvvəl Rusiya cari il ərzində milli müdafiəyə 3,5 trilyon rubl vəsait xərcləməyi nəzərdə tutmuşdu. Ekspertlər deyir ki, Rusiyanın qonşu Ukraynada apardığı müharibə bu ölkəyə baha başa gəlib. Belə ki, Moskva bu həftə 300 min əsgərin səfərbər olunduğunu elan edib.
23-09-2022, 22:13
Qazaxıstana gedən rusların sayı kəskin artıb


Qazaxıstana gedən rusların sayı kəskin artıb

Bu il Qazaxıstan ərazisinə təxminən 1,66 milyon Rusiya vətəndaşı daxil olub. Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin miqrasiya xidməti komitəsinin sədri vəzifəsini icra edən Aslan Atalıkov məlumat verib. "Onların ölkədə müvəqqəti qalmaları nəzərə alınır. Hər birində pasport məlumatları, giriş tarixləri və onlar haqqında ətraflı məlumat var. Miqrasiya prosesləri izlənilir", - deyə o qeyd edib. Ümumilikdə ölkəyə 4.1 milyon əcnəbinin gəldiyi bildirilir. Məlumata görə, Rusiyada qismən səfərbərlik elan ediləndən sonra Qazaxıstana üz tutan rusların sayında kəskin artım müşahidə edilir. Qeyd edək ki, Avrasiya İqtisadi İttifaqına üzv dövlətlərin (Rusiya, Ermənistan, Belarus, Qırğızıstan) vətəndaşları üçün Qazaxıstanda qalma müddəti 90 günə qədərdir.
23-09-2022, 22:10
Daha bir ölkə "Bayraktar" aldı


Daha bir ölkə "Bayraktar" aldı

Türkiyənin "Baykar" şirkəti bu ay Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) "Bayraktar TB2" zərbə PUA-larını tədarük edib. Bu barədə "Reuters" agentliyi Türkiyədəki mənbələrinə istinadən məlumat yayıb. Agentlik bildirir ki, BƏƏ-yə ilkin olaraq 20 PUA təhvil verilib. Tədarüklərin davam edəcəyi deyilir. Qeyd olunub ki, BƏƏ ilə yanaşı, Səudiyyə Ərəbistanı da Türkiyə PUA-ları ilə maraqlanır. Məlumata görə, rəsmi Ər-Riyad Türkiyə PUA-ları üçün yerli fabrik qurmaq istəyir. Şirkətin icraçı direktoru Haluk Bayraktar ötən ay "Baykar"ın TB2 üçün 22 ölkə ilə ixrac müqaviləsi imzaladığını vurğulayıb.
23-09-2022, 22:09
Təxribatlara baxmayaraq, Azərbaycan sülh səylərini davam etdirəcək


Təxribatlara baxmayaraq, Azərbaycan sülh səylərini davam etdirəcək

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorkda BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT Baş Assambleyasının 77-ci sessiyasının Prezidenti, Macarıstan nümayəndəsi Ksaba Korosi ilə görüşüb. XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanın BMT çərçivəsində fəaliyyəti, BMT-nin ixtisaslaşmış qurumları ilə əməkdaşlıq əlaqələri, gələcək fəaliyyət istiqamətləri və gündəlikdə duran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın BMT-yə 30 illik üzvlüyü ərzində bir sıra genişmiqyaslı təşəbbüslər irəli sürdüyü, BMT-nin işinə böyük töhfələr verdiyi, BMT-nin mötəbər qurumlarında üzvlüyü, Qoşulmama Hərəkatında sədr qismində fəalliyyətini diqqətə çatdırıb. BMT-nin ali rəhbər heyətinin ölkəmizə son illərdə həyata keçirdikləri səfərlər və müzakirələr xatırlanıb. BMT Baş Assambleyasının Prezidentinin ofisi ilə faydalı əməkdaşlıq münasibətlərinin mövcud olduğunu, gündəlikdə duran məsələlər üzrə müzakirələrdə Azərbaycanın fəal surətdə iştirak etdiyini vurğulayıb. Nazir Ceyhun Bayramov BA Prezidentinə bölgədə mövcud olan cari vəziyyət, o cümlədən işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri, mina təhdidləri, habelə Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan addımlar barədə məlumat verib. O, Ermənistanın təxribatlarına və prosesləri ləngitmək siyasətinə baxmayaraq, bölgədə sülh və sabitliyin təmin edilməsi üçün bütün vacib istiqamətlər üzrə, o cümlədən gələcək sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası, bütün kommunikasiyaların açılışı və digər məsələlərdə Azərbaycanın səylərini davam etdirəcəyini bildirib.

23-09-2022, 22:07
Xızıdakı yanğın məhdudlaşdırıldı


Xızıdakı yanğın məhdudlaşdırıldı

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb. FHN-dən verilən məlumata görə, hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Qeyd edək ki, yanğının söndürülməsi əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək.
23-09-2022, 22:05
Çavuşoğlu gürcü həmkarı ilə görüşüb


Çavuşoğlu gürcü həmkarı ilə görüşüb

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda gürcü həmkarı İliya Darçiaşvili ilə görüşüb. Məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayıb. Görüş BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində baş tutub. Nazirlər iki ölkə arasında strateji tərəfdaşlıq əlaqələri, yüksək səviyyəli qarşılıqlı səfərlər və onların nəticələrini müzakirə ediblər. Bundan əlavə, tərəflər regionda mövcud təhlükəsizlik mühitini nəzərdən keçirib və regionun davamlı inkişafı üçün sabitlik və sülhün vacibliyini vurğulayıblar.
23-09-2022, 22:03
Fransadan Ermənistanla bağlı xəbərdarlıq - Ora getməyin!


Fransadan Ermənistanla bağlı xəbərdarlıq - Ora getməyin!

Fransa Xarici İşlər Nazirliyi (XİN) Ermənistanda olan və ya bu ölkəyə səfər etmək niyyətində olan vətəndaşlarına xəbərdarlıq edib. Bu barədə Fransa XİN məlumat yayıb. Xəbərdarlıq sentyabrın 23-dək qüvvədədir. "Ermənistan və Azərbaycan silahlı qüvvələri arasında baş verən toqquşmalara görə sərhədyanı Vayots Dzor, Sünik və Geğarqunik bölgələrinə getmək qətiyyən tövsiyə edilmir. Üzrlü səbəb olmadıqca ziyarət edilməsi tövsiyə edilməyən ərazilər narıncı rənglə vurğulanıb, ölkənin qalan hissəsinə isə əsaslı səbəb olmadıqca səfər etmək tövsiyə edilmir”, - Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

23-09-2022, 22:02
Daha 6 erməni hərbçinin meyiti İrəvana verilib


Daha 6 erməni hərbçinin meyiti İrəvana verilib

Azərbaycan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəsilə ərazidə tapılmış daha 6 erməni hərbçisinin meyitini Ermənistan tərəfinə təhvil verib. Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından bildirilib. Meyitlərə Azərbaycan Hərbi Prokurorluğunun iştirakı ilə baxış keçirilib və onların üzərində hər hansı zorakılıq əlamətlərinin olması müəyyən edilməyib. Cəsədlərin ərazidə axtarışı davam etdirilir. Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin 2022-ci ilin 12-14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində törətdikləri genişmiqyaslı təxribatlara qarşı Azərbaycan Ordusunun əks-hücum əməliyyatı nəticəsində həlak olaraq ərazidə qalmış erməni hərbi qulluqçularına aid meyitlərin axtarışı həyata keçirilməkdədir.
23-09-2022, 22:00
İranın Zəngəzur dəhlizi haqda iddiasına Bakıdan reaksiya


İranın Zəngəzur dəhlizi haqda iddiasına Bakıdan reaksiya

"Zəngəzur dəhlizinin İranın Ermənistan ilə sərhədini kəsməsi kimi qələmə verilməsi kökündən yanlış olmaqla yanaşı, reallıqdan uzaqdır". Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Leyla Abdullayeva deyib. "44 günlük Vətən müharibəsi zamanı işğal altında olan Azərbaycan-İran sərhədinin azad edilməsi münasibətilə ilə Müzəffər Ali Baş Komandan Azərbaycan və İran xalqlarını təbrik etmişdir. Azərbaycan tərəfi İran ilə sərhədlərini ticarətin və əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün fürsət kimi dəyərləndirir. Ermənistanın işğalı nəticəsində yalnız Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə deyil, həmçinin İran ilə də dəmiryolu əlaqəsi kəsilmişdir. 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq, regionda kommunikasiyaların açılması və bərpası üzrə Komissiya çərçivəsində müzakirələr davam edir. Azərbaycan tərəfi paralel olaraq, İran ilə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikasının birləşdirilməsi üçün İran ərazisindən keçməklə infrastrukturun yaradılmasına dair müqavilə imzalamışdır. Əldə olunmuş razılığa əsasən, 22 sentyabr 2022-ci ildə Zəngilan rayonu ərazisində hər iki ölkə rəsmilərinin iştirakı ilə avtomobil körpüsünün təməlqoyma mərasimi baş tutmuşdur. Zəngəzur dəhlizi, əksinə, ölkələrimiz arasında əlaqələri daha da dərinləşdirən və regional əməkdaşlıq üçün yeni perspektivlər vəd edən önəmli bir layihədir", - deyə XİN rəsmisi vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Zəngilanın dirçəliş   və qayıdış dövrü


Zəngilanın dirçəliş

və qayıdış dövrü


Azərbaycan tarixinin ən şanlı səhifəsi olan Vətən müharibəsi bizə təkcə torpaqlarımızı deyil, ləyaqətimizi, qürurumuzu qaytardı. Həmin qürurun ən parlaq ünvanlarından biri də Zəngilandır. 2020-ci il sentyabrın 27-də başlanan Zəfər yürüşü zamanı şərqdən, Cəbrayıl istiqamətindən düşmənə vurulan sarsıdıcı zərbələr nəticəsində Azərbaycan Ordusu 30-dan çox yaşayış məntəqəsini azad edərək Zəngilanın inzibati hüdudlarına çatdı. Oktyabrın 18-də rayonun tam azad edilməsi uğrunda genişmiqyaslı əməliyyata start verildi və cəmi iki gün sonra, oktyabrın 20-də Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev xalqa müraciətində Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Birinci Muğanlı kəndlərinin və Zəngilan şəhərinin işğaldan azad edildiyini elan etdi. Beləliklə, Zəngilan döyüşləri nəticəsində 1 şəhər, 4 qəsəbə və 49 kənd düşmən tapdağından xilas edildi və bununla da 132 kilometrlik Azərbaycan-İran dövlət sərhədi tam bərpa olundu. İşğalın bitməsindən dərhal sonra sərhəd boyunca zəruri istehkam və mühafizə işlərinə başlanıldı.

Qərbi zəngəzurlular Zəngilan şəhidliyində

Bu tarixi qələbənin əbədiləşdirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə” medalı təsis edildi və 6974 hərbi qulluqçumuz bu medalla təltif olundu. Prezidentin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə isə 20 oktyabr tarixi Zəngilan şəhəri günü kimi rəsmiləşdirildi. Zəngilanın azad olunması Böyük Qayıdışın başlanğıcı oldu. Bu gün dövlətin ən böyük hədəfi həmin torpaqları yenidən həyatla doldurmaqdır. 2026-cı il 1 oktyabr tarixinə olan məlumata görə, Zəngilan şəhərində 84 ailə, yəni 339 nəfər, Ağalı kəndində 234 ailə, yəni 1017 nəfər, Məmmədbəyli kəndində isə 179 ailə, yəni 903 nəfər öz doğma ocağına qayıdıb. Köçürülən ailələr peşə və bacarıqlarına uyğun olaraq müxtəlif dövlət qurumlarında, tikinti şirkətlərində, tikiş fabrikində və digər sahələrdə işlə təmin edilirlər.Bu qayıdışın dünyaya nümunə olan simvolu isə Ağalı kəndidir. Ağalı təkcə Azərbaycanda deyil, dünyanın ən müasir kəndlərindən biri hesab olunur. Burada “ağıllı kənd” konsepsiyası tam şəkildə tətbiq edilib. Dayanıqlı inkişafın təmin olunması üçün sosial-iqtisadi xidmətlər ən yüksək texnologiyalarla qurulub. Kəndin enerji təminatı ekoloji cəhətdən tam təmizdir, Həkəri çayı üzərində 3 turbindən ibarət Arximed tipli su elektrik stansiyası və gücü 325 kilovat olan günəş panelləri quraşdırılıb. Evlərdə istilik xərclərini azaltmaq üçün kombinə edilmiş sistemlər, mətbəx sobası və yüksək səmərəli elektrod boilerlər var. Suyun isidilməsi üçün günəş kollektorlarından, çirkab suların təmizlənməsi üçün bioloji təmizləmə qurğularından istifadə olunur.
Kənddə GPON texnologiyası ilə yüksək sürətli internet, İP TV, video müşahidə kameraları, ağıllı işıq dirəkləri və avtomatik hava müşahidə stansiyaları var. Əhalinin rahatlığı üçün Tele-səhiyyə, E-təhsil və digər elektron xidmətlər, ASAN, DOST, məktəb, bağça, tibb məntəqəsi, kiçik və orta biznesə dəstək mərkəzləri fəaliyyət göstərir. Ümumi sahəsi 2 hektardan çox olan park salınıb. Bütün bunlar onu göstərir ki, Ağalı kəndi sadəcə yaşayış məntəqəsi deyil, gələcəyin kənd modelidir. Nazirlər Kabinetinin 30 oktyabr 2023-cü ildə təsdiq etdiyi Baş Plana əsasən şəhərin 2040-cı ilədək inkişafı üçün böyük vəsait ayrılıb. 2022-ci ildə təməli qoyulan 104 mənzilli ilk yaşayış kompleksinin açılışı 2026-cı ildə olub. Kompleksin ərazisi 2 hektardan artıqdır və burada 12 bina, o cümlədən 4 ədəd üçmərtəbəli 60 mənzilli və 8 ədəd ikimərtəbəli 44 mənzilli evlər tikilib.

Azad Zəngilanın qonaqları

Zəngilan Beynəlxalq Hava Limanı bu bölgənin inkişafı üçün mühüm faktora çevrilib. Zəngəzur dəhlizinin hava infrastrukturu ilə gücləndirilməsi baxımından hava limanı strateji əhəmiyyət daşıyır. Eyni zamanda Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun inşası da böyük strateji əhəmiyyətə malikdir. Bu yol azad edilmiş torpaqlara həm vətəndaşların qayıdışı, həm də yüklərin daşınması üçün tarixi imkan yaradır. Artıq yolun birinci mərhələsi üzrə böyük hissə tamamlanıb və Araz İqtisadi Zonası Sənaye Parkına yüklər daşınır. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun uzunluğu 126,3 kilometrdir, illik buraxılış qabiliyyəti 15 milyon tondur və layihənin 2026-cı ilin ikinci yarısında yekunlaşdırılması nəzərdə tutulur. İşğal dövründə tövlə kimi istifadə olunan XIX əsrə aid Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. Bərpa-tikinti işləri çərçivəsində tarixi məscid konservasiya edilib və onun yanında düzbucaqlı planlı, iki minarəli yeni məscid inşa edilib. Yeni məsciddə 220 və 100 nəfərlik ibadət zalları yaradılıb. Rayonun gələcəyi üçün turizm və kənd təsərrüfatı da unudulmayıb. 2024-cü il mayın 18-də Ağalı kəndində, Həkəri çayı vasitəsilə yaradılmış süni gölün sahilində “Ağalı” hoteli açılıb. Zəngilan İstirahət Kompleksində 111 nömrəli hotelin təməli 2023-cü il mayın 4-də qoyulub. 2026-cı il mayın 10-da isə “Zəngilan City Park Hotel”in təməli qoyulub. Kənd təsərrüfatı sahəsində isə “Dost Aqropark” layihəsi həyata keçirilir. Azərbaycan və Türkiyə şirkətlərinin birgə layihəsi olan bu kompleks tam başa çatdıqda 500 nəfəri işlə təmin edəcək və 100 milyon dollar sərmayə qoyulacaq. Layihənin birinci mərhələsində 5200 kvadratmetr qapalı, 113 min kvadratmetr açıq tipli heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr tikilib.
Beləliklə, Zəngilan bu gün sadəcə işğaldan azad edilmiş bir rayon deyil, Azərbaycan dövlətinin qüdrətinin, iradəsinin və gələcəyə olan inamının canlı rəmzidir. Burada hər daş, hər tikilən ev, hər qayıdan ailə 30 illik həsrətin sonu və Böyük Qayıdışın əbədi başlanğıcıdır.

Mahnur Hüseynova
Xırdalan şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!