Putin və Rəisi arasında telefon danışığı olub .....                        Naxçıvanda 4 şagird ən yüksək nəticəni göstərdi .....                        İzmirdə zəlzələ baş verdi .....                        “Semka” ləqəbli “TikTok”er saxlanıldı .....                        Qaxda 300 bal toplayan məktəblilər .....                        Bakı Türk Liseyinin yetirmələrindən 300 ballıq nəticə .....                        XİN Başçısı Şavkat Mirziyoyevlə bu məsələləri müzakirə etdi .....                        Gürcüstan parlamenti qarşısında aksiya keçirilib .....                        Ceyhun Bayramov Özbəkistan Prezidentiylə görüşdü .....                       
23-09-2022, 20:57
Döyüşə çağırılan rus gənc intihara cəhd etdi


Döyüşə çağırılan rus gənc intihara cəhd etdi

Rusiyanın paytaxtı Moskvada hərbi xidmətə çağırış vərəqəsi alan 25 yaşlı şəxs intihara cəhd edib. Butov.az xəbər verir ki, Nikita adlı gənc əvvəl hiddətlənib və spirtli içki qəbul etməyə başlayıb. O, bir müddət sonra sərxoş vəziyyətdə damarlarını kəsərək eyvandan özünü atmağa çalışıb. Lakin son dəqiqədə anası onun həyatını xilas edib və təcili tibbi yardım xidmətinə zəng vurub. Nikita xəstəxanaya çatdırılıb, həkimlərin müdaxiləsi nəticəsində onu həyata qaytarmaq mümkün olub.

23-09-2022, 20:54
ATƏT rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilər


ATƏT rəsmiləri Azərbaycan-Ermənistan münasibətlərini müzakirə etdilər

Azərbaycan-Ermənistan sərhədində sentyabrın 12-13-də baş verən gərginliyi ATƏT-in fəaliyyətdə olan sədri və üzv ölkələrin XİN başçıları müzakirə ediblər. Butov.az xəbər verir ki, məlumatı ATƏT-in saytı yayıb. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Polşanın xarici işlər naziri Zbiqnev Rau, İsveçin xarici işlər naziri Ann Linde, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə yanaşı ATƏT-in Baş katibi Helqa Mariya Şmidt də iştirak edib. Məlumata görə, diplomatlar ATƏT-in bu istiqamətdə daha fəal iştirakının vacibliyindən danışıblar. Onlar Avropa İttifaqının vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının davam etməsinin aktual olduğunu qeyd edərək bu istiqamətdə ATƏT-in regiondakı təcrübəsini xatırladıblar. Qeyd edək ki, görüş BMT Baş Assambleyasının 77-ci sessisyası çərçivəsində baş tutub.
23-09-2022, 20:44
ABŞ İran generalına və Əxlaq Polisinə sanksiya tətbiq etdi


ABŞ İran generalına və Əxlaq Polisinə sanksiya tətbiq etdi

ABŞ İran Silahlı Qüvvələrinin quru qoşunlarının komandanı Kiyumərd Heydəriyə qarşı sanksiyalar tətbiq edib. Bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb. İran vətəndaşı olan 5 nəfərə, eləcə də İran Əxlaqı Müdafiə Polisinə sanksiya tətbiq edilib.
23-09-2022, 20:42
Altıağac Milli Parkında yanğın


Altıağac Milli Parkında yanğın

Xızı rayonu, Əngilan kəndinin biçənək sahəsindən başlayan yanğın sonradan güclü külək nəticəsində kəndlə sərhəd ərazidə yerləşən Altıağac Milli Parkına keçib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat katibi İradə İbrahimova bildirib ki, hazırda ETSN-in yerli qurumlarının və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
23-09-2022, 20:37
Vətən Müharibəsi şəhidinin ailəsi ziyarət olunub


Vətən Müharibəsi şəhidinin ailəsi ziyarət olunub

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının əziz xatirəsi Naftalanda daim ehtiramla anılır. Şəhər rəhbərliyi ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının ailələrini mütəmadi olaraq evlərində ziyarət edir, onlara mənəvi dəstək olur. Butov.az xəbər verir ki, anım günü ərəfəsində Vətən Müharibəsi şəhidi Fərid Adıgözəlovun ailəsi Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhər polis şöbəsinin rəisi Zaur Bədəlov, Naftalan ŞİH yanında İctimai Şuranın sədri Möhübbət Bədəlov və digər rəsmlər tərəfindən ziyarət edilib. Görüş zamanı İcra başçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığından söz açaraq dünya hərb tarixinə əbədi həkk olunan misilsiz döyüş qabiliyyəti nümayiş etdirərək Şəhidlik zirvəsinə ucalmış qəhrəman oğullarımızın xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını qeyd edib. Görüşdə ailənin müraciəti ilə əlaqədar ŞİH başçısı bir sıra məsələlərin qısa müddətdə həlli ilə bağlı müvafiq tapşırıqlar verib. Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Vətən Müharibəsi şəhidi Adıgözəlov Fərid İlqar oğlu ölkə rəhbərinin müvafiq Sərəncamı ilə ölümündən sonra. “Vətən Uğrunda”, "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü"medalları ilə təltif olunub. Ailəlidir, 1 qız övladı bizlərə yadigar qalıb.



23-09-2022, 20:34
Gələn il maaş və pensiyalar nə qədər artacaq?


Gələn il maaş və pensiyalar nə qədər artacaq?

Dünən Nazirlər Kabinetində 2023-cü ilin dövlət büdcəsi layihəsinin müzakirəsi keçirilib. İclasda qeyd olunan məsələlərdən biri də dövlət başçısının tapşırığına uyğun olaraq əhalinin, şəhid ailələrinin, qazilərin sosial müdafiəsi və sosial təminatının gücləndirilməsinin, aztəminatlı əhalinin sosial rifahının yaxşılaşdırılması ilə bağlı tədbirlərin genişləndirilməsi olub. Bildirilib ki, inflyasiya təzyiqi nəzərə alınmaqla həssas əhali qruplarına sosial dəstək tədbirlərinin həyata keçirilməsi üçün 2023-cü il üzrə dövlət büdcəsinin sosialyönlü xərcləri bu illə müqayisədə 9,2% çox nəzərdə tutulub. Konkret rəqəmlərə gəldikdə isə 2023-cü ilin dövlət büdcəsində birbaşa sosial müdafiə və sosial təminat xərcləri 3 milyard 728 milyon manatdan 4 milyard 411 milyon manatadək artırılır. Deputat Vüqar Bayramov bildirib ki, gələn il büdcəsinin 23.7 faizi əməyin ödənilməsinə yönəldiləcək. Nəticədə həmin istiqamətə 6 milyard 495 milyon manat vəsait ayrılacaq. Eyni zamanda bu, 2022-ci ilin dövlət büdcəsində həmin istiqamət üzrə xərclə müqayisədə 5.2, ötən ilki faktiki göstəriciyə nəzərən isə 30.6 % faiz artım deməkdir. "2023-cü il üzrə dövlət büdcəsinin xərclərinin iqtisadi təsnifatında sosial ödənişlərə 4 milyard 61 milyon manat nəzərdə tutulub ki, bu da 2022-ci ilin proqnozundan 5.9 faiz, 2021-ci ilin icrası ilə müqayisədə 25.3 faiz çoxdur. Bütövlükdə, 2023-cü ildə sosial istiqamətlər üzrə artımlar nəzərdə tutulub. Bununla yanaşı, gələn ildə də inflyasiyaya qarşı mübarizə prioritet olaraq qalacaq. Dünya iqtisadiyyat üçün proqnozlar heç də ürəkaçan olmadığı üçün idxal inflyasiyası gələn ildə də istehlak bazarımıza təsirsiz ötüşməyəcəcək. Bu baxımdan da, sosial müdafiə tədbirləri fiskal siyasətdə əsas istiqamət olaraq qalmaqdadır", - deyə deputat gələn il üçün gözləntilərini dilə gətirib.
23-09-2022, 20:32
Ukraynadan daha 11 ərzaq gəmisi yola düşüb


Ukraynadan daha 11 ərzaq gəmisi yola düşüb

Sentyabrın 23-də ərzaq məhsulları daşıyan 11 gəmi “Odessa”, “Çornomorsk” və “Cənub” limanlarını tərk edib. Bu barədə Ukrayna İnfrastruktur Nazirliyi məlumat yayıb. Bildirilib ki, gəmilərin göyərtəsində ümumilikdə 201 min ton kənd təsərrüfatı məhsulu var. Gəmilər Asiya, Afrika ölkələrinə yola salınıb. Məlumata görə, taxıl dəhlizi işə başlayandan bəri Ukraynanın 4,58 milyon ton kənd təsərrüfatı məhsulu ixrac edilib. Ümumilikdə avqustun əvvəlindən Asiya, Avropa və Afrika ölkələri üçün kənd təsərrüfatı məhsulları daşıyan 203 gəmi Ukrayna limanlarını tərk edib. Xatırladaq ki, iyulun 22-də Ukrayna, Rusiya, Türkiyə və BMT Ukrayna taxılının Qara dəniz vasitəsilə ixracının həyata keçirilməsi ilə bağlı dördtərəfli saziş imzalayıb.
23-09-2022, 20:29
Məktəblilərə narkotik satan qadına hökm oxundu


Məktəblilərə narkotik satan qadına hökm oxundu

Bakıda narkotik vasitələrin satışı ilə məşğul olmaqda təqsirləndirilən Göyçək Əliməmmədovaya hökm oxunub. O, 6 il müddətinə azadlıqdan mərhum edilib. Butov.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesə yekun vurulub. Qeyd edək ki, G.Əliməmmədova ötən ilin noyabrın 27-də saxlanılıb. O, paytaxtın müxtəlif yerlərində, həmçinin bəzi orta məktəblərin yaxınlığında yetkinlik yaşına çatmayan şəxslərə narkotik vasitə satmaqda şübhəli bilinib. İstintaq orqanı tərəfindən G.Əliməmmədovanın barəsində Cinayət Məcəlləsinin 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) və 234.4.3-cü (külli miqdarda qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan olunub.
23-09-2022, 19:57
QHT YENİ LAYİHƏYƏ START VERİB


QHT YENİ LAYİHƏYƏ START VERİB

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İstedadlı məktəblilərin üzə çıxarılması və inkişafına dəstək” layihəsinin icrasına başlayıb.
Layihə çərçivəsində yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə xüsusi qabiliyyətə malik yeniyetmə və gənclərin cəmiyyətə tanıdılması, onların intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması məqsədilə “chevik.az” saytının yaradılması və onun fəaliyyətinə layihə iştirakçıları olan məktəblilərin fəal şəkildə cəlb edilməsi nəzərdə tutulub.
İctimai Birliyin sədri Könül Quliyeva layihənin məqsədini bu cür əsaslandırır: “Xüsusi istedada malik olan məktəblilər adətən orta məktəbdə yüksək bilik və bacarıqlar əldə edib təhsillərini ali məktəblərdən birində davam etdirmək arzusundadırlar.
Onlar mütəmadi olaraq məktəblilər üçün keçirilən fənn olimpiadalarında, bilik müsabiqələrində fəal iştirak edir, yüksək yer tutmağa cəhd göstərirlər. Onların bilik və bacarıqları, xüsusi qabiliyyətə malik olmaları barədə məlumatlar, bir qayda olaraq, ailə və məktəb hüdudlarından kənara çıxmır, həmyaşıdlarına, ümumilikdə isə cəmiyyətə yetərincə təqdim edilmir və təbliğ olunmur.

Nəticədə xüsusi qabiliyyət itirilmiş, istedadlı gənc unudulmuş olur. Nəzərə alaq ki, xüsusi qabiliyyətə malik məktəblilər elə məktəb illərində öz istedadlarını təbliğ və inkişaf etdirməyə dəstək ala biləcəkləri təqdirdə onlar nəinki ölkəmizdə, hətta beynəlxalq aləmdə öz bilik və bacarıqları, kəşfləri və ixtiraları ilə məşhurlaşa bilərlər. Yeni texnologiyaların sürətlə inkişaf etdiyi müasir dövrdə dünyanın bir çox ölkələrində xüsusi qabiliyyətə malik yeniyetmə və gənclərin cəmiyyətə tanıdılması, onların intellektual fəaliyyətlərinin təbliği və stimullaşdırılması istiqamətində ciddi tədbirlər həyata keçirilir və bu təcrübədən faydalanmaqla ölkəmizdə insan kapitalının zənginləşməsinə dəyərli töhfə vermiş olarıq”.
QHT sədri yeni saytda davamlı olaraq “Elm və texnika yenilikləri”, “Azərbaycançılıq: tariximiz, mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz”, “Sağlam həyat tərzi”, “Dahilər və tanınmışlar”, “İdeyalar bankı” və digər rubrikaların layihə iştirakçıları olan məktəblilərin özləri tərəfindən idarə ediləcəyini bildirib. Qeyd olunub ki, bu cür yanaşma gənclərə istedadlı həmyaşıdlarını cəmiyyətə tanıtmaq bacarığnı aşılamaqla yanaşı, onlarda sosial şəbəkələrdə ünsiyyət mədəniyyətinin formalaşmasına, asudə vaxtlarının səmərəli və faydalı təşkilinə köməklik göstərə bilər.
Təşkilat sədrinin sözlərinə görə, bu ilin sentyabr-noyabr aylarında icra ediləcək layihə Bakı Şəhər Baş Təhsil İdarəsinin əməkdaşlarının, layihə iştirakçıları olan istedadlı məktəblilər və onların müəllimlərinin, Agentlik və KİV nümayəndələrinin iştirakı ilə keçiriləcək dəyirmi masa ilə yekunlaşacaq.
Layihə çərçivəsində yaradılacaq “chevik.az” saytının fəaliyyəti isə davamlı olacaqdır.
Redaksiya
23-09-2022, 19:01
ABŞ Türkiyəni sanksiyalarla hədələyir


ABŞ Türkiyəni sanksiyalarla hədələyir

ABŞ Türkiyə banklarını Rusiyanın “Mir” ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir. Bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb. “Ankara və Moskva arasındakı münasibətlərə müdaxilə etməkdən çəkinməyən ABŞ türk banklarını Rusiyanın “Mir” ödəniş sistemindən istifadə etdiyinə görə sanksiyalarla hədələyir”, - deyə nəşr bildirib. Məlumata görə, Türkiyənin Ziraat, Halk və Vakif bankları "Mir"lə əməkdaşlığı davam etdirir.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!