Hikmət Hacıyev ADA-da COP29-dan danışdı .....                        Qazax sakinləri 4 kəndin qaytarılmasını böyük sevinvlə qeyd etdilər .....                        NATO müttəfiqləri Ukraynayla bağlı razılığa gəldi .....                        İstanbulda torpaq sürüşməsi baş verdi .....                        “Nərimanov” stansiyasında bədbəxt hadisə .....                        Aİ Qazaxın 4 kəndinin qaytarılmasını alqışlayır .....                        Sadiq Qurbanov nüfuzlu beynəlxalq tədbirdə məruzəçi olub .....                        Martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olundu .....                        Milli Məclisin plenar iclasında nələr müzakirə olundu.. .....                       
23-09-2022, 21:57
İsraildə erməni təxribatlarına etiraz edildi


İsraildə erməni təxribatlarına etiraz edildi

Aksiya “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının təşkilatçılığı, Kiryat-Bialik şəhəri bələdiyyəsinin dəstəyi və şəhərin birinci vitse-meri Naxum Raçevskinin birbaşa iştirakı ilə baş tutub. Butov.az xəbər verir ki, aksiya iştirakçıları Azərbaycanın dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların dayandırılmasını tələb edərək, iki ölkə arasında sülh müqaviləsinin imzalanmasına çağırıb. Ölkəmizin ərazilərində erməni işğalçıları tərəfindən minaların basdırılması və mədəni irsimizin məhv edilməsinə etiraz səsi ucaldılıb. Aksiya zamanı İsrail və Azərbaycan bayraqlarını dalğalandıran icmamız ivrit və ingilis dillərində “Azərbaycan sülh istəyir, Ermənistan müharibəni seçir!”, “Azərbaycan torpaqlarında erməni əsgərləri olmamalıdır!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan faktları təhrif edir, dünya ictimaiyyətini aldadır!”, “Ermənilərin basdırdıqları minalar mülki əhalini öldürür!”, “Ermənistan minaları hərbi cinayətdir!”, “Ermənistan, hücumları dayandır!”, “Ermənistan, bizim torpaqlarımızın minalanmasını dayandır!”, “Ermənistan Azərbaycanın İrəvandakı mədəni irsini məhv edib!” və digər şüarların yazıldığı plakatları nümayiş etdiriblər. Yerli sakinlərə Ermənistanın son təxribatı nəticəsində həlak olmuş Azərbaycan hərbçilərinin adlarını və fotolarını əks etdirən bukletlər paylanıb, şəhidlərimizin xatirəsinə şam yandırılıb.




23-09-2022, 21:13
Avropa İttifaqı Lənkərana 300 min dollar ayıracaq


Avropa İttifaqı Lənkərana 300 min dollar ayıracaq

“Avropa İttifaqı Lənkəranın mədəni inkişafının maliyyələşdirilməsinə 300 min avro ayıracaq”. Bunu Fransanın Azərbaycandakı səfiri Zakari Qross tviter hesabında yazıb. “Avropa İttifaqı Lənkəranın mədəni inkişafı üçün 300 min avro məbləğində proqramı maliyyələşdirir. Fransa İnstitutu tərəfdaşlardan biri olmaqdan qürur duyur. Teatr tamaşaları, film nümayişləri, musiqi, sərgilər, kitabxanalarla əməkdaşlıq təşkil olunacaq”, - deyə səfir bildirib.
23-09-2022, 21:12
İranda aksiyalarda ölənlərin rəsmi sayı açıqlandı


İranda aksiyalarda ölənlərin rəsmi sayı açıqlandı

İranda son günlər baş verən aksiyalarda 17 nəfər ölüb, 95 nəfər yaralanıb. Bu barədə İran dövlət mediası məlumat yayıb. Müstəqil müşahidəçilər ölənlərin daha çox olduğunu düşünür. Bildirilir ki, mitinqlərdə 61 təcili tibbi yardım və 25 yanğınsöndürən maşın yandırılıb. Xatırladaq ki, İranda sentyabrın 16-da 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə böyük etirazlara səbəb olub. Aksiyalar Tehran, Təbriz, İsfahan, Şiraz, Kirman və digər böyük şəhərləri əhatə edib.
23-09-2022, 21:10
Conson Zelenski ilə Putini səhv saldı


Conson Zelenski ilə Putini səhv saldı

Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson postunu tərk etdikdən sonra ilk dəfə İcmalar Palatasında mühafizəkar deputat kimi çıxış edib. Butov.az xəbər verir ki, o, çıxışında Rusiyanın Ukraynaya hücumlarından bəhs edib. Conson Ukrayna Prezidenti Volodimir Zelenskiyə işğala qarşı uğurla müqavimət göstərdiyinə görə təşəkkür etmək istəyərkən səhvən Rusiya lideri Vladimir Putinə minnətdarlığını bildirib. O, "Putinə ilhamverici liderliyinə görə təşəkkür edirəm" deyib. Conson daha sonra “Volodomir Zelenskiyə təşəkkür edirəm, məni bağışlayın” deməklə səhvini düzəldib.
23-09-2022, 21:09
Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə etdiyini açıqladı


Ceyhun Bayramov Mirzoyanla nələri müzakirə etdiyini açıqladı

“Sentyabrın 19-da Nyu-York şəhərində ABŞ-ın dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşdüm. Müxtəlif məsələləri müzakirə etdik”. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov AzTV-yə müsahibəsində deyib. Nazirin sözlərinə görə, üçtərəfli görüşdə Ermənistanın sərhəddə törətdiyi son təxribatlar geniş müzakirə olunub: “Görüşdə əsas müzakirə mövzularından biri delimitasiya olunmamış dövlət sərhədindəki qarşıdurma və onun nəticələri idi. Biz bu barədə mövqeyimizi bildirdik. Razılaşmaların, o cümlədən Brüssel formatında əldə olunmuş razılıqların ləngiməsinə diqqət çəkdik”. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Azərbaycan Silahlı Qüvvələri adekvat cavab tədbirləri görüb. Nəticədə Ermənistan silahlı qüvvələrinin 207 hərbçisi ölüb, 293 nəfər yaralanıb, 20 hərbçi əsir, 2 nəfər isə itkin düşüb. Hazırda sərhəddə vəziyyət sabitdir, atəşkəsə əməl olunur. Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatının qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin 80 hərbi qulluqçusu şəhid olub, 281-i yaralanıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
23-09-2022, 21:07
Külək ağacı aşırdı - 3 yaşlı uşaq və yeniyetmə öldü


Külək ağacı aşırdı - 3 yaşlı uşaq və yeniyetmə öldü

Tovuzda irigövdəli ağacın aşması iki nəfərin ölümünə səbəb olub. Butov.az xəbər verir ki, hadisə rayonun Əlibəyli kəndində qeydə alınıb. Məlumata görə, güclü küləyin aşırdığı ağac 2005-ci il təvəllüdlü Telman Allahverdiyevin və 2019-cu il təvəllüdlü F.Zeynalovun üzərinə aşıb. Nəticədə hər iki şəxs aldığı xəsarətdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.
23-09-2022, 21:05
Neft sürətlə ucuzlaşır - 87 dollardan aşağı düşdü


Neft sürətlə ucuzlaşır - 87 dollardan aşağı düşdü

Dünya bazarında neftin qiyməti 4%-ə qədər enib. Brent markalı neft yanvarın 25-dən bəri ilk dəfə bir barel üçün 87 dollardan aşağı düşüb. Butov.az xəbər verir ki, beynəlxalq ticarət məlumatlarına görə, WTI markalı neft yanvarın 11-dən bəri ilk dəfə olaraq 80 dollardan ucuzlaşıb, 79,78 dollar olub. Brent markalı neftin noyabr fyuçerslərinin qiyməti 3,71% azalaraq bir barel üçün 87,1 dollar olub, daha sonra isə 87 dollardan aşağı düşüb.
23-09-2022, 21:03
Şəhid ailələrinə qarşı dələduzluq - 7 il həbs verildi


Şəhid ailələrinə qarşı dələduzluq - 7 il həbs verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində şəhid ailələrinə qarşı külli miqdarda dələduzluqda təqsirləndirilən Fərid Abdinovun işi üzrə məhkəmə prosesi başa çatıb. Butov.az-ın məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F.Abdinov 7 il azadlıqdan məhrum edilib. İttihama görə, vətəndaşlar Ü.Əsədova, K.İsmayılova və E.Eynullayev Daxili İşlər Nazirliyinə müraciət edərək Bakı şəhər sakini Fərid Abdinovun onlara müxtəlif vədlər verərək etibarlarından sui-istifadə etməklə külli miqdarda pul vəsaitlərini ələ keçirdiyini bildiriblər. DİN-dən verilən məlumata əsasən, vətəndaşların şikayətləri araşdırılıb və onların Fərid Abdinov barədə qeyd etdikləri qanunsuz əməllər təsdiqini tapıb. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmış, Fərid Abdinova ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İstintaqla müəyyən edilib ki, Fərid Abdinov dələduzluq yolu ilə zərərçəkənlərin ümumilikdə 178 min manat pulunu ələ keçirib.
23-09-2022, 21:01
İranda hakimiyyətə dəstək aksiyaları keçirilib


İranda hakimiyyətə dəstək aksiyaları keçirilib

İranın paytaxtı Tehranda hakimiyyətə dəstək mitinqləri keçirilib. Butov.az xəbər verir ki, “Mehr” Agentliyinin məlumatına görə, cümə namazından sonra aksiyaya çıxanlar ölkədə xaricdən təşkil olunmuş iğtişaşları pislədiklərini bəyan ediblər. Yürüş iştirakçıları indiyədək bir neçə təhlükəsizlik əməkdaşının ölümü ilə nəticələnmiş iğtişaşların zorakı hərəkətlərinə qəzəbləndiklərini bildiriblər. Qeyd edək ki, sentyabrın 16-da Tehranda hicab qaydalarına əməl etmədiyinə görə polis tərəfindən saxlanıldıqdan sonra döyülən və komaya düşərək həyatını itirən 22 yaşlı Mehsa Əmini adlı qızın ölümü ölkəni etiraz aksiyalarına bürüyüb. Çevik polis qüvvələri nümayişçilərin qarşısını almağa çalışarkən bir neçə şəhərdə qarşıdurma yaşanıb. Mehsa Əmininin ölümünə etiraz olaraq bəzi qadınlar saçlarını kəsib. Aksiyalar Tehran, Pave, Bane, Mehabad, Rəşt şəhərlərində davam etdirilir. Etnik kürdlərin çox olduğu Kürdistan, Kirmanşah, İlam və Qərbi Azərbaycan əyalətlərində də insanlar etirazlara başlayıb.
23-09-2022, 21:00
Moskva hər şey edir ki, nüvə silahından istifadə olunmasın - Kreml


Moskva hər şey edir ki, nüvə silahından istifadə olunmasın - Kreml

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Aleksandr Venediktov bildirib ki, Kreml öz günahı olmadan nüvə raketlərindən istifadə risklərini minimuma endirmək üçün hər şeyi edir. Butov.az xəbər verir ki, Venediktov bunu cümə günü Kuba raket böhranının 60-cı ildönümünə həsr olunmuş konfransda deyib. “SSRİ ilə ABŞ arasında qarşıdurma başa çatdıqdan sonra keçmiş kimi görünən nüvə təhlükəsi üfüqdə yenidən peyda olub. Qeyd edirəm ki, bu, heç bir halda Rusiyanın günahı deyil”.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!