İran Rusiyadan yardım istədi .....                        Açılan atəş hərbiçimizin həyatına son qoydu .....                        Neftlə bağlı qərara Azərbaycanın müsbət reaksiyası .....                        Xəzərdə canlıların məhvi davam edir - 1700 suiti cəsədi .....                        İngiltərədən komandasına 450 minlik mükafat şərti.. .....                        Sumqayıtda yanğın - İki uşaq öldü .....                        İranda yeni qərar - Əxlaq polisi ləğv olundu .....                        İranda etirazlara dəstək olan 115 hərbçi həbs olundu .....                        Daha 4 nəfər edam edildi .....                       
27-09-2022, 21:43
Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov


Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır. Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib: "Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir". Peskov, həmçinin qeyd edib ki, prezident Vladimir Putin Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini diqqətə çatdırıb.
27-09-2022, 19:58
Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov


Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır - Peskov

Rusiya hələ də Ukrayna ilə danışıqlara hazırdır. Bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Rusiya prezidenti türkiyəli həmkarı ilə söhbətində Ukrayna ilə danışıqlar aparmağa hazır olduğunu bəyan edib: "Lakin vəziyyətin dəyişməsi danışıqların şərtlərini də dəyişir". Peskov, həmçinin qeyd edib ki, prezident Vladimir Putin Ukraynanın danışıqlar prosesini tərk etdiyini və buna görə də xüsusi hərbi əməliyyatın davam etdiyini diqqətə çatdırıb.
27-09-2022, 19:53
İrandakı etirazlarda 76 nəfər ölüb


İrandakı etirazlarda 76 nəfər ölüb

Ötən həftə İranda “Əxlaq” polisi tərəfindən hicab bəhanəsilə 22 yaşlı Məhsa Əminin qətlə yetirilməsindən qəzəblənən xalq küçələrə axışaraq hökumət əleyhinə aksiyalar keçirir və ölkə rəhbərliyinin zülmünə qarşı “ölüm olsun diktatora” kimi kəskin şüarlar səsləndirir. Butov.az xəbər verir ki, bu günədək kütləvi nümayişlər zamanı 76 dinc etirazçı polislər tərəfindən öldürülüb."Hazırda Tehranda keçirilən etirazlarda polis və xüsusitəyinatlı qüvvələr atəş açır Hadisə zamanı ölən və yaralananlar barədə dəqiq məlumat yoxdur", - deyə KİV-də qeyd olunub.
27-09-2022, 19:49
Türkiyədən Suriyadakı terrorçulara ağır zərbə


Türkiyədən Suriyadakı terrorçulara ağır zərbə

Türkiyə ordusu Suriyanın şimalında terrorçulara ağır zərbə vurub. Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilir ki, zərbələr nəticəsində 13 terrorçu zərərsizləşdirilib. Terrorçuların Suriyanın şimalında Fərat Qalxanı, Sülh bulağı və Zeytun budağı əməliyyat bölgələrində hücuma hazırlaşan zaman zərərsizləşdirildiyi qeyd olunur. Nazirlik terrora və terrorçulara heç bir yerdə imkan verilməyəcəyini vurğulayıb.
27-09-2022, 19:43
“İrəli” Anım Günü ilə əlaqədar olaraq bir sıra tədbirlərə başyıb.


“İrəli” İctimai Birliyi tərəfindən 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq bir sıra tədbirlərin icrasına başlanılıb.

Birliyin mətbuat xidmətindən Butov.az-a məlumat verilib ki, təşkilatın nümayəndə və üzvlərinin iştirakı ilə II Fəxri və şəhidlər xiyabanında Vətən müharibəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəmanlarımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.
Tədbirlər çərçivəsində Azərbaycan Gənclər Fondunun dəstəyi, “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Müzəffər Əsgərimiz” layihəsinin 15 müxtəlif şəhər və rayonda təqdimatı keçirilib. Layihənin əsas məqsədi 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanlarımızın xatirəsinin əbədiləşdirilməsidir. Layihə çərçivəsində hazırlanmış 27 videoçarxın qarşıdakı günlərdə minlərlə gəncin iştirakı ilə respublikamızın bütün bölgələrində təqdimatının keçiriləcəyi nəzərdə tutulur.
Həmçinin “İrəli” İctimai Birliyinin ofisində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, “Bakı Media Mərkəzi” və “Salnaməfilm” studiyasının birgə istehsalı olan “Şuşa, sən azadsan!” sənədli filminin nümayişi keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi, habelə şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən “İrəli” İctimai Birliyinin baş katibi İlqar Axundov qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəyliyinin ən yüksək təntənəsi idi. Müzəffər Ali Baş Komandanın yüksək sərkərdəlik məharəti, qətiyyəti və prinsipiallığı qısa müddətdə işğal altında olan torpaqlarımızın azad edilməsi ilə nəticələndi. İkinci Qarabağ müharibəsində qazanılan qələbəyə görə dövlətimizin başçısına öz minnətdarlığını bildirən İlqar Axundov diqqətə çatdırdı ki, nümayişin keçirilməsi Zəfər tariximiz haqqında gənclərin maarifləndirilməsi məqsədi daşıyır.

Həyata keçirilən tədbirlərlə yanaşı Birlik tərəfindən “Müzəffər Əsgərimizi tanıt” adlı sosial media kampaniyasının keçirilməsi planlaşdırılır. Kampaniyanın əsas məqsədi torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş igid vətən övladlarının əziz xatirəsini dərin ehtiramla yad etmək və onların döyüş yolu haqqında əhalinin məlumatlanmasını təmin etməkdir.
27-09-2022, 19:27
Azərbaycan Demokrat Firqəsinin bəyanatı

Azərbaycan Demokrat Firqəsinin bəyanatı

Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi İran xalqlarının geniş etirazları münasibətilə bəyanat yayıb. Bəyanatın mətnini oxucularımıza təqdim edirik:
İran İslam Respublikasının qadına düşmənçilik siyasətlərinə qarşı
Əziz həmvətənlər!
Azərbaycanlı qardaş və bacılar!

Ölkəmizin hakim rejiminin polis qüvvələrinin “Gəşti İrşad” tərəfindən Məhsa Əmini dəhşətli şəkildə qətlə yetirməsi ilə İran İslam Respublikasının anti-qadın hesabat dosyasına daha bir qara səhifə əlavə olundu. Bu qətlin üzə çıxmasından və 22 yaşlı qızın günahsız cəsədinin Səqqezdə dəfn edilməsindən sonra Vilayət fəqihin zalım hökumətinə qarşı qəzəb və nifrət dalğası yüksəldi. Gənclər və tələbələr, onlardan öndə qadınlar və qızlar “Qadınlar, həyat, azadlıq” müştərək şüarı ilə keçirilən etiraz toplantılarında bu cinayəti törədənlərin üzə çıxarılmasını və cəzalandırılmasını tələb etdilər. Vətənimizin igid qızları ictimai yerlərdə rejim məmurları qarşısında hicablarını çıxartmaq, yandırmaq və öz saçlarını kəsmək kimi yeni hərəkat, təşəbbüslərlə hakim rejimin ideoloji aparatına meydan oxuyublar.
İndiyədək bu etirazların ölkəmizin şərqindən qərbinə, şimalından cənubuna qədər yüzə yaxın şəhərinə yayılması ilə bağlı çoxlu xəbərlər dərc olunub. Kürdüstan şəhərlərində etirazçılarla həmrəylik əlaməti olaraq mağazalar iki gün bağlanıb. Başlanğıcda hökumətin təhlükəsizlik orqanları və dövlət rəsmiləri bu ağrılı hadisəyə haqq qazandırmağa çalışırdılar. Əvvəlki illərdə olduğu kimi, çox keçmədən etirazçılara qarşı zorakılıq, amansız və qanlı təzyiqlər başladı. İndiyədək müxtəlif şəhərlərdə rejimin repressiv qüvvələri tərəfindən 20-dən çox insanın öldürüldüyü barədə məlumatlar yayılıb. Bu etirazların sürətlə yayılmasından şoka düşən repressiv hakimiyyət 1396-cı (h.ş) və 1398-ci (h.ş) il hadisələrində olduğu kimi internet xətlərini kəsməyə, mobil telefonların əlaqəsini kəsməyə əl atıb və bəlkə də eyni illərdə olduğu kimi, geniş miqyasda etirazçıları qırğın etmək niyyətindədir.
Rejim Kürdüstanın bəzi şəhərlərində fövqəladə vəziyyətə bənzər vəziyyət yaradıb və kürd şəhərlərinin sakinlərini yatızdırmaq üçün qonşu vilayətlərdən və xüsusilə Azərbaycan vilayətlərindən repressiv qüvvələr göndərərək xalqların arasında parçalanma yaratmağa, türk və kürdləri qarşı-qarşıya qoymağa çalışır. Təbii ki, Təbrizdə gənclərin, qız və oğlanların böyük nümayişləri və “Azərbaycan oyaqdır, Kürdüstanı dəstəkləyir” şüarının səsləndirilməsi onu göstərdi ki, Azərbaycan gəncliyi təhlükəsizlik qüvvələri repressiv təşkilatlarin bölücü sui-qəsdlərini dərk edib, onların təxribatlarını ifşa etməyə doğru irəliləyirlər.
1396 (h.ş) və 1398-ci (h.ş) illərdə olduğu kimi etirazçıların qanlı yatırılmasının genişlənməsi ilə yanaşı, küçələrdə gənclərin, qadınların və qızların şüarları da daha radikal xarakter almışdı. “Diktatora ölüm”, “Xamneyiyə ölüm”, “Zalıma ölüm, padşah ol ya rəhbər fərq etməz” və “Kürdüstandan Təbrizə səbrimiz tükənibdi” kimi şüarları ilə etirazçılar artıq birlikdə hökümətin rəhbərliyini hədəf almşlar.
Ötən illər ərzində İslam Respublikasının zalım rejiminin müxtəlif orqanlarına qarşı ədalətli və humanist bir həyatı təmin etmək üçün fəhlələr, zəhmətkeşlər, müəllimlər və təqaüdçülər kimi müxtəlif təbəqələrdən ibarət etiraz hərəkatları olub. İndi isə qadınlar kişilər ilə bərabər hüquqlar əldə etməklə, hakim rejimin ideoloji və orta əsr buxovlarından qurtulmaq uğrunda əsrlər boyu davam edən hərəkatı yeni mərhələyə qədəm qoyub və qadınların mühüm rolunu göstərir. Bundan əlavə, qadınlar cəmiyyətin və işçi qüvvəsinin bir hissəsi olaraq müəllimlər, işçilər də ölkəmizin kişilərilə birgə olduqlarını göstərirlər.
Fəhlələrin, müəllimlərin, təqüdçülərin, gənclərin geniş hərəkatı indi də Məhsa Əmininin dəhşətli qətli münasibətilə qadınların və qızların ölkənin hər tərəfini bürüyən geniş hərəkatı onu göstərir ki, İslam Respublikasının diktator idarəçiliyinin boğucu maşını ölkəmizin sakinləri tərəfindən ciddi sınaqlarla üzləşib. Bu, həmin müxtəlif hərəkatların əməldə hərəkətlərini birləşdirərək, demokratik hüquq və azadlıqların, sosial ədalətin və ölkə xalqlarının hüquqlarının bərpası uğrunda müştərək və mütəşəkkil mübarizə məsələsini diqqət mərkəzində saxlamaq üçün münasib fürsətdir.
Azərbaycan Demokrat Firqəsi hesab edir ki, bu istəkləri təmin etmək üçün mütərəqqi və azadlıqsevər partiya və təşkilatların fəaliyyətini mübarizə meydanında olan insanlarla birləşdirməklə ölkəmizi idarə edən mürtəce rejimi və onun rəhbərliyini geri çəkərək ölkə sakinlərinin iradəsini təmin edərək ölkəmizdə yeni və mütərəqqi şərait yaratmaq olar.
Azərbaycan Demokrat Firqəsinin Mərkəzi Komitəsi Məhsa Əminin vəfatının ağrılı faciəsi ilə əlaqədar ailəsinə dərin hüznlə başsağlığı verir və bu dəhşətli cinayətin günahkarlarının cəzalandırılması üçün Əmini ailəsinə və ölkəmizin müxtəlif şəhərlərində keçirilən aksiya iştirakçılarına qoşulur. Həmçinin etiraz edən qadın və gənclərin haqlı tələblərini dəstəkləyir.
Azərbaycan Demokrat Firqəsi Mərkəzi Komitəsi
29 Şəhrivər 1401(h.ş)
20 sentyabr 2022-ci il
27-09-2022, 19:22
NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gəldi


NATO-nun xüsusi nümayəndəsi Gürcüstana gəldi

NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ksavye Koromina Gürcüstana səfərə gəlib. Butov.az xəbər verir ki, səfər çərçivəsində Kolomina Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb. Gürcüstan prezidentinin administrasiyasının yaydığı məlumata görə, tərəflər NATO ilə Gürcüstan arasında münasibətləri, regionda yaradılmış təhlükəsizlik mühitini və Qara dənizin təhlükəsizliyini müzakirə ediblər.
27-09-2022, 19:18
Düşmənin yer altında qurduğu beton tunel


Düşmənin yer altında qurduğu beton tunel

Real TV Lələtəpə yaxınlığında torpaqlarımızın işğal altında olduğu dövrdə ermənilərin ərazidə qurduğu beton tunellərlə bağlı süjet hazırlayıb. Butov.az xəbər verir ki, korpus komandiri, general-mayor Mais Bərxudarov tunelin texniki göstəricilərinə dair ətraflı məlumat verib.“Sentyabrın 27-si günün ikinci yarısında biz artıq burada idik. Ermənilər inadla bura hücum edirdilər. 150 nəfər bir, 200 nəfər bir. Onlar buradan çıxmamaq üçün bura daxil olmaq istəyirdilər. Onların içərisində olan bir tağıma qədər qüvvəni məhv etmişdik”, - deyə Mais Bərxudarov bildirib. Həmin süjeti təqdim edirik:

27-09-2022, 19:14
Bu dəmiryolu marşrutu üzrə reyslərin sayı artırılır


Bu dəmiryolu marşrutu üzrə reyslərin sayı artırılır

Hərəkət qrafikinin optimallaşdırılması və pik saatlarda qatarlarda olan sərnişin sıxlığını tənzimləmək məqsədilə 28 sentyabr tarixindən etibarən Sumqayıt-Pirşağı-Bakı marşrutu üzrə hərəkət edən reyslərin sayı artırılacaq. Bu barədə məlumatı "Azərbaycan Dəmir Yolları" QSC yayıb. Qeyd olunub ki, Sumqayıtdan saat 07:25-də çıxan qatar yeni qrafiklə saat 07:15-də hərəkət edəcək və əlavə olunmuş qatar isə saat 07:30-da Sumqayıt stansiyasından yola düşəcək. Bundan başqa, Sumqayıtdan saat 07:45-də yola düşən Sumqayıt-Xırdalan-Bakı marşrutu üzrə hərəkət edən reys ləğv edilir. Digər qatarların hərəkət cədvəlləri isə dəyişdirilmədən saxlanılır. Qeyd edək ki, dəyişiklik edilən reyslərinin nömrələri cədvəldə sarı rənglə işarələnib.
27-09-2022, 19:10
Türkiyədə zəlzələ oldu


Türkiyədə zəlzələ oldu

Türkiyədə zəlzələ baş verib. Bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb. Yeraltı təkanlar Ərdahan vilayətinin Gölə rayonunda qeydə alınıb. Zəlzələ Qars bölgəsində də hiss edilib.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!