Eldar MƏMMƏDBƏYLİNIN poetik dünyası .....                        Ermənilər illərdi musiqimizi oğurlayır .....                        Sən təkcə mənim anam deyildin .....                        Borçalıdan başlanan alim ömrü .....                        “Övladımın qəhrəmanlığı ilə fəxr edirəm” .....                        Qəlbin monoloqu", yaxud ömrümüzün nur payı .....                        Spiker “Partizan döyüşçüsü” abidəsini ziyarət etdi .....                        İlham Əliyev iki nazirə yeni vəzifə verdi .....                        Tariximizin varlıq qaynağı: Naxçıvan .....                       
27-09-2022, 19:05
“Şimal axını” qaz kəmərinə partlayış olub


“Şimal axını” qaz kəmərinə partlayış olub

"Şimal axını 1" və "Şimal axını 2" qaz kəməri marşrutlarında iki partlayış olub. Bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi məlumat yayıb. Bildirilib ki, şəbəkənin ölçmə stansiyaları sentyabrın 26-da müxtəlif vaxtlarda iki partlayış qeydə alıb. Hadisə ilə bağlı araşdırma aparılır. Onu da qeyd edək ki, gecə saatlarından etibarən "Şimal axını" ilə Rusiyadan Şimali Avropaya qaz nəqli tammilə dayandırılıb.
27-09-2022, 19:02
Şəhid məzunların diplomları ailələrinə verildi


Şəhid məzunların diplomları ailələrinə verildi

Azərbaycan Dillər Universitetində (ADU) 27 sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib. Tədbirdə universitetin şəhid məzunlarının ailə üzvləri, universitetin əməkdaşları, müəllimləri və tələbələr iştirak edib. Mərasim dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhid olmuş qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin rektoru, akademik Kamal Abdulla 27 sentyabr - Anım Gününün mahiyyətindən, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusunun xalqımıza yaşatdığı tarixi qələbədən danışıb:"Biz bu gün şəhidlərimizin əziz xatirəsinin işığına yığışmışıq. Ölkə prezidenti Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, Şəhidlərin qanı yerdə qalmayıb, biz onların qisasını döyüş meydanında düşməndən almışıq. Tarixi qələbəyə görə şəhidlərimizə, qazilərimizə, Ali Baş Komandan Prezident İlham Əliyevə borcluyuq". Rektor universitetin şəhid məzunlarının qəhrəmanlığından qürur və fəxarətlə söz açıb, məzun şəhidlərimizin ailələrinə başsağlığı diləyib. Universitetin iki məzun şəhidi - Əzim Həsənov və Elvin Bayramovun diplomlarını valideynlərinə təqdim edib:"44 günlük Vətən müharibəsində tarix yazan gənclər arasında bizim universitetin üç tələbəsi var. Onlar bizim fəxrimizdir. Onların ailə üzvlərinə, doğmalarına başsağlığı verir, Allahdan səbr diləyirəm. Bu gün ürək ağrısı ilə məzun şəhidlərimizin diplomlarını valideynlərinə təqdim edirəm”. Şəhid Əzim Həsənovun atası Fikrət Həsənov və Elvin Bayramovun atası İslam Bayramov universitet rəhbərliyinə şəhid məzunların xatirəsini daima əziz tutduğu və övladlarının adını daşıyan auditoriyalarda onların xatirəsini əbədiləşdirdiyi üçün minnətdarlıqlarını bildiriblər. Mərasimdə ADU-nun Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasovanın “Amalı Vətən - ünvanı əbədiyyət”, Filologiya fakültəsinin 3-cü kurs tələbəsi Nəzrin Hüseynzadənin “44 günlük Vətən müharibəsi” adlı çıxışları dinlənilib. Tədbir “Vətəndən pay olmaz!” adlı ədəbi-bədii kompazisiya ilə davam edib.





27-09-2022, 18:54
Bakıda NATO kursunun açılışı oldu


Bakıda NATO kursunun açılışı oldu

NATO-nun ölkəmizdə keçirilən "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursunun (OCC EF Database Training Course) açılış mərasimi keçirilib. Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Açılış mərasimində Anım Günü ilə əlaqədar olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyimiz uğrunda canını qurban verən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra kursda iştirak edən heyətlərə kursun məqsədi, şərtləri və icra olunacaq tapşırıqlar barədə brifinq təqdim olunub. Qeyd edək ki, ölkəmizdə təşkil olunan "Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) Məlumat Bazası" kursu (OCC EF Database Training Course) sentyabrın 30-na kimi davam edəcək.


27-09-2022, 18:51
Ata qızının üzünə "kislota" tökdü - Bakıda mülk davası


Ata qızının üzünə "kislota" tökdü - Bakıda mülk davası

Bakıda ata qızının üzünə sulfat turşusu ("kislota") tökərək yandırıb. Bu barədə zərərçəkən qızın həyat yoldaşı Elnur Əhmədov məlumat verib. Onun sözlərinə görə, hadisə Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini İldız İbayev 1986-cı il təvəllüdlü qızı, Yeganə Əhmədovanın üzünə “kislota” atıb. E.Əhmədov qeyd edib ki, hadisəyə xanımının valideynləri ilə arasında olan mülk davası səbəb olub:“Bu məsələ üç ildir ki, davam edir. Yoldaşımın valideynləri 17 il öncə qızlarına torpaq sahəsi hədiyyə ediblər. Mən də həmin torpaq sahəsində ev tikmişəm. 17 ildir ki, həmin evdə yaşayırıq. Son üç ildir ki, qarşılarına məqsəd qoyublar ki, bizdən o evi alsınlar. Qanuni yolla heç nə edə bilmədiklərinə görə dünən səhər saat 9 radələrində yoldaşımın üzünə “kislota” tökərək, evdə heç kim olmadığı vaxtda onu öldürmək istəyiblər. Yeganə balaca övladımı bağçaya aparanda qapının ağzında ata və anası yandırıcı maddəni əskiyə tökərək onun üzünə basıblar”. Elnur Əhmədovun sözlərinə görə, hazırda xanımı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alır:“Yoldaşımın vəziyyəti orta-ağır olaraq qalır. Bütün üzü yanıb. Danışa bilmir”. E.Əhmədov onu da bildirib ki, qayınatası və qayınanasından şikayətçidir:“Hadisə ilə bağlı polisə müraciət etmişik. Polislər ekspertizanın rəyini gözləyirlər. Ondan sonra istintaq başlanacaq. Biz onlardan şikayətçiyik. Üç ildir ki, evimizi bizdən almaq istəyirlər”.
27-09-2022, 18:47
Laçında Ermənistanın PUA-sı ələ keçirildi


Laçında Ermənistanın PUA-sı ələ keçirildi

Laçın rayonu istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “UL-350” tipli pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

27-09-2022, 18:44
Azərbaycan əsgəri Qarakilsə yüksəkliyində


Azərbaycan əsgəri Qarakilsə yüksəkliyində

“Caliber.az” hərbi-analitik internet portalı Azərbaycan ordusunun “Qətiyyətli cavab” əməliyyatını təhlil edib. Portalın hərbi təhlilində “bu əməliyyatdan sonra dəniz səviyyəsindən 3550,4 metr yüksəklikdə olan Böyük İşıqlı dağı tamamilə bizim nəzarətimizə keçdi. İndi biz praktiki olaraq Kiçik İşıqlı dağının arxasında yerləşən Qaragöl gölünün bütün perimetrinə nəzarət edirik”, - deyə bildirilir. Qeyd edilir ki, Ermənistanın Qarakilsə şəhəri (Sisian) artıqAzərbaycan Ordusunun vizual və atəş nəzarəti altındadır. Butov.az "Caliber"in hazırladığı videonu təqdim edir:


27-09-2022, 18:40
ABŞ Ukraynaya görə İranı cəzalandırıb


ABŞ Ukraynaya görə İranı cəzalandırıb

Bir neçə gün öncə Ukrayna hökuməti İranın Kiyevdəki səfirinin akkreditasiyasını ləğv edib. Bununla da iki ölkə arasında diplomatik əlaqələr kəsilib, böyük qalmaqalın əsası qoyulub. İran səfirinin Kiyevdən qovulması təsadüfi deyil. Buna səbəb İranın Ukraynaya qarşı müharibədə istifadəsi üçün Rusiyaya kamikadze dronlarını verməsi olub. İki ölkəni üz-üzə qoyan dron qalmaqalı barədə danışan Orta Doğu Araşdıma Mərkəzinin rəhbəri Sədrəddin Soltan bildirib ki, İranın Rusiyaya PUA-lar verməsi Ukraynanın ərazi bütövlüyü və suverenliyi uğrunda apardığı müharibəyə müdaxilədir. Bunu İranın Kiyevə zərbəsi kimi qiymətləndirmək olar. Politoloqun sözlərinə görə, İrandan Ukraynaya birinci zərbəni ali dini lider Ayətullah Xamenei vurub. Belə ki, o, prezident Vladimir Putinlə görüşdə Rusiyanın Ukraynada apardığı müharibəyə dəstək verdiyini bəyan edib. S.Soltan vurğulayıb ki, İran lap əvvəldən Rusiyaya həm siyasi, həm də hərbi dəstək verir:"İran tərəfi bu dəstəyin adını ABŞ-a qarşı mübarizə adlandırır. İran bildirir ki, müharibənin başlamasının əsas səbəbi ABŞ və NATO-dur. Bunu özünə bəraət qazandımaq üçün edir. Buna görə də, Ukrayna İranla diplomatik əlaqələri kəsməyə məcbur olub. Ukrayna başqa cür etirazını bildirə bilməzdi”. Politoloq, həmçinin vurğulayıb ki, bu dəstəyə görə İran ABŞ tərəfindən cəzalandırılıb: “ABŞ Rusiyaya dəstək verdiyinə görə İrana açıq müdaxilə edə bilməz. Sadəcə olaraq ABŞ İran şirkətlərinə sanksiya tətbiq edə bilir. Rusiya ilə əməkdaşlıq edən İran şirkətlərinə, o cümlədən Rusiyaya hərbi yardım daşıyan İran aviaşirkətinə artıq sankisya tətbiq edilib. Bir sözlə, deyə bilərik ki, ABŞ tərəfindən İran cəzalandırılıb. İran bu əməlinə görə, beynəlxalq ictimaiyyətdə işğalçını, təcavüzkarı müdafiə edən, ona yardım göstərən ölkə kimi tanınır. Bu isə beynəlxalq ictimaiyyət tərəfindən yeni sanksiyaların tətbiq edilməsinə səbəb ola bilər”.

27-09-2022, 18:36
Səhvən demişdilər ki, Səbuhi şəhid olub...


Səhvən demişdilər ki, Səbuhi şəhid olub...

"Vətən müharibəsi başlamazdan qabaq qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, ona fərqlənmə nişanı vermişdilər". Bu sözləri 12-14 sentyabr tarixlərində sərhəddə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndinin yetirməsi Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib. O bildirib ki, müharibə başlayanda qardaşı döyüşlərdə ön sırada gedirdi:"Suqovuşanda, Zəngilanda, Ağdərə və Füzulidə döyüşüb. Mən qardaşımı düşünürdüm ki, görən hardadı, necədi? Səbuhi Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Ümumilikdə 3 dəfə yaralanmışdı Səbuhi. 7 gün müalicə aldı, sonra dedi ürəyim partdıyır, dayana bilmirəm. Daha sonra Zəngilana getdi. Döyüş zamanı maşında sıxışıb qalan silahdaşını xilas edərkən, əlini yandırmışdı. Ağdərə istiqamətində baş nahiyəsindən qəlpə yarası almışdı. Səbuhi 44 günlük Vətən müharibəsindən 4 medal ilə qayıtmışdı". Şəhid qardaşı deyir ki, qardaşının bir neçə döyüş yoldaşı vətən uğrunda həlak olub:"Çox qorxurdum ki, qardaşıma nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Zəng edib soruşmaq çətin idi ki, mənim qardaşımın nəşi gəlib? Sonra mənimlə əlaqə saxladı, dedi yaxşıyam. Vətən müharibəsindən sağ salamat qayıtmışdı deyə, mən inanmırdım ki, bu dəfə qardaşım şəhid ola bilər. Son döyüşlərdə qardaşım qəhrəmancasına şəhid olub. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir". Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. O, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi son təxribatlar nəticəsində şəhidlik zirvəsinə ucalıb.


27-09-2022, 16:16
Səhvən demişdilər ki, Səbuhi şəhid olub...


Səhvən demişdilər ki, Səbuhi şəhid olub...

"Vətən müharibəsi başlamazdan qabaq qardaşım Səbuhi Əhmədov gizir rütbəsi almışdı, ona fərqlənmə nişanı vermişdilər". Bu sözləri 12-14 sentyabr tarixlərində sərhəddə Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan SOS uşaq kəndinin yetirməsi Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov deyib. O bildirib ki, müharibə başlayanda qardaşı döyüşlərdə ön sırada gedirdi:"Suqovuşanda, Zəngilanda, Ağdərə və Füzulidə döyüşüb. Mən qardaşımı düşünürdüm ki, görən hardadı, necədi? Səbuhi Şəki batalyonu ilə döyüşə girdi. Suqovuşan istiqamətində döyüşlərdə ayaqlarından qəlpə yarası aldı. Ümumilikdə 3 dəfə yaralanmışdı Səbuhi. 7 gün müalicə aldı, sonra dedi ürəyim partdıyır, dayana bilmirəm. Daha sonra Zəngilana getdi. Döyüş zamanı maşında sıxışıb qalan silahdaşını xilas edərkən, əlini yandırmışdı. Ağdərə istiqamətində baş nahiyəsindən qəlpə yarası almışdı. Səbuhi 44 günlük Vətən müharibəsindən 4 medal ilə qayıtmışdı". Şəhid qardaşı deyir ki, qardaşının bir neçə döyüş yoldaşı vətən uğrunda həlak olub:"Çox qorxurdum ki, qardaşıma nəsə olar. Səhvən demişdilər ki, Səbuhi şəhid olub, amma sağ idi. Zəng edib soruşmaq çətin idi ki, mənim qardaşımın nəşi gəlib? Sonra mənimlə əlaqə saxladı, dedi yaxşıyam. Vətən müharibəsindən sağ salamat qayıtmışdı deyə, mən inanmırdım ki, bu dəfə qardaşım şəhid ola bilər. Son döyüşlərdə qardaşım qəhrəmancasına şəhid olub. Mən onunla fəxr edirəm, amma bunu qəbul etmək mənim üçün çox çətindir". Qeyd edək ki, 2 yaşında valideynlərini itirən Səbuhi Əhmədov qardaşı Sənan Əhmədovla birlikdə SOS uşaq evində böyüyüb. O, Ermənistan silahlı qüvvələrinin sərhəddə törətdiyi son təxribatlar nəticəsində şəhidlik zirvəsinə ucalıb.


27-09-2022, 16:12
İranda tutulan azərbaycanlı fəallar həbsdə aclığa başladılar


İranda tutulan azərbaycanlı fəallar həbsdə aclığa başladılar

İranın Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində keçirilən etiraz aksiyalarında saxlanılan azərbaycanlı fəallar aclığa başlayıblar. Rumina Rəhmani, Mubina Rəhmani, Məlihə Güləfşan, Əmirhüseyn Xəlilzadə, Meysəm Zəhmətkeş, Əli Zəhmətkeş sentyabrın 21-də gecə saatlarında İranın İnformasiya və Kəşfiyyat Nazirliyinin (ETTELAAT-ın) məmurları tərəfindən döyülərək tutulublar. Adları çəkilən şəxslər ETTELAAT-ın təcridxanasında dindirildikdən sonra Azərbaycanın Marağa şəhərindəki təcridxanaya köçürülüblər. Hazırda 6 azərbaycanlı gənc fəal aclıq aksiyası keçirir. Onlar qanunsuz həbs edildiklərini, təzyiq, təqib və təhqirlərə məruz qaldıqlarını söyləyiblər. Aclıq aksiyası bunlara etiraz olaraq keçirilir. Azərbaycanlı fəalların nədə ittiham olunduğu açıqlanmayıb. Gənclərin ailə üzvləri bildiriblər ki, yaxınlarının həyatlarına təhlükə yaranarsa, buna görə Məlikan şəhərinin prokuroru Mürtəza Fərcampur məsuliyyət daşıyacaq. Bundan başqa, Azərbaycanın Ərdəbil bölgəsindən olan azərbaycanlı fəallar Əsgər Əkbərzadə, Səid Sadiqifər, Meysəm Colani və Möhsün Möhsünzadənin həbs edilmələrindən bir həftə keçməsinə baxmayaraq, onların harada saxlanıldıqları və vəziyyətlərinin necə olması barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb. Adıçəkilən şəxslərin ailə üzvləri dəfələrlə Ərdəbil prokurorluğu və başqa əlaqədar qurumlara müraciət etdiklərini, ancaq heç bir cavab ala bilmədiklərini bildiriblər. Qeyd edək ki, sentyabrın 13-də İranın paytaxtı Tehranda hicab qaydasını pozduğuna görə 22 yaşlı Məhsa Əmini əxlaq polisi tərəfindən qətlə yetirilib. Hadisə ölkədə geniş etiraz aksiyalarına səbəb olub. Təhlükəsizlik qüvvələri aksiyaları dağıtmaq üçün güc tətbiq edir. Nəticədə azı 41 nəfər öldürülüb. İranın dini-ideoloji mərkəzi yerləşən Qum şəhərində 3 müctəhid – ayətullah Əsədullah Bayat Zəncani, ayətullah Hüseyn Nuri Həmədani, ayətullah Mustafa Mühəqqiq Damad etiraz aksiyası keçirən şəxsləri dəstəkləyiblər. Bu nüfuzlu din xadimləri yaydıqları bəyanatda İran hakimiyyətindən xalqın tələblərini dinləyib problemlərini həll etməyi tələb ediblər.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!