5-09-2022, 22:01
Xətaidə yanğın başlayıbFövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsində yanğın olması barədə məlumat daxil olub.
Butov.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
5-09-2022, 22:00
Avropa Ukraynaya 500 milyon yardım ayırır Avropa Komissiyası və Ukrayna Kiyevə 500 milyon avro yardım göstərilməsi haqqında saziş imzalayıb. Bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Samer Brüsseldə mətbuat konfransı zamanı bildirib. “Avropa Komissiyası və Ukrayna bu gün Avropa Komissiyasının sədri Ursula fon der Leyenin elan etdiyi öhdəliklər çərçivəsində 500 milyon avro məbləğində yeni büdcə dəstəyi proqramı imzalayıb. Bu yardım apreldə “Ukraynaya dəstək” kampaniyası çərçivəsində, mayda isə Varşavada keçirilən yüksək səviyyəli beynəlxalq donor konfransının bir hissəsi kimi elan edilib”, - deyə Samer bildirib.
5-09-2022, 21:57
Son sutkada vurulan vaksin sayı açıqlandı Azərbaycanda son gündə koronavirus əleyhinə 5 vaksin vurulub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib. Məlumata görə, bir gündə birinci və ikinci mərhələ üzrə vaksinasiya həyata keçirilməyib. üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 4, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 1 nəfərdir. Qeyd edək ki, ölkədə indiyədək vurulan vaksinlərin ümumi sayı 13 865 343 təşkil edir.
5-09-2022, 21:56
Yoluxanların sayı azaldı - Ölən yoxdurAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, koronavirusdan ölən olmayıb. İndiyədək ölkədə ümumilikdə 815 595 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 802 395 nəfər müalicə olunaraq sağalıb, hazırda 3 375 aktiv xəstə var. Bu günə qədər 9 825 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 001, bu günə qədər isə ümumilikdə 7 172 037 test icra olunub.
5-09-2022, 21:54
Podolyak Krım sakinlərinə müraciət etdi: Sığınacaq hazırlayın
Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Krım yarımadasının yaşayan insanlara müraciət edib. Bunu Mixaylo Podolyak "Twitter" səhifəsində yazıb. O bildirib ki, Krım sakinləri yarımadanın işğaldan azad olunmasına hazır olmalıdır. “İşğal olunmuş ərazilərin, o cümlədən Krım yarımadasının əhalisinin işğaldan azad olunma zamanı rəsmi orqanların tövsiyələrinə əməl etmələrini xahiş edirik. İndidən sığınacaq, yetərincə su ehtiyatını təmin etmək lazımdır”.
5-09-2022, 21:52
Ukraynada qadınların hərbi qeydiyyatı başlayır Oktyabrın 1-dən Ukraynada qadınlar könüllülük əsasında hərbi qeydiyyata alınacaqlar. Bu barədə ölkənin müdafiə nazirinin müavini Anna Malyar bildirib. O vurğulayıb ki, hakimiyyət ukraynalı qadınlar üçün səyahət məhdudiyyəti qoymağı planlaşdırmır. “İndi Ukraynanın silahlı qüvvələrində hələ də qadınlara ehtiyac var - tibb, radiotexnika və qida texnologiyaları üzrə mütəxəssislər lazımdır. Ancaq digər peşələrə gəlincə, söhbət könüllü qeydiyyatdan gedir. Arzusu olan, həvəsli olan qadınların qeydiyyatdan keçmək hüququ olmalıdır, biz onları bu hüquqdan məhrum etməməliyik”, - deyə xanım Malyar bildirib.
5-09-2022, 19:55
Ermənistanın mina xəritələri qeyri-peşəkar tərtib olunub“Ermənistanın təqdim etdiyi mina xəritələrinin dəqiqliyi çox aşağı səviyyədədir və çox qeyri-peşəkar tərtib olunub”. Bunu Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib. "İstənilən halda məlumatlar minatəmizləyənlərə ötürülür: “İstənilən yeni sahədə minatəmizləmə əməliyyatlarına başlayan zaman bütün məlumatlar araşdırılır. Əlimizdə olan məlumatlardan da istifadə olunur”,- ANAMA sədri deyib.
5-09-2022, 19:53
“Qarabağ” azarkeşlərə biletlə bağlı müraciət etdi“Qarabağ” Avropa Liqası qrup mərhələsinin ilk oyununda komandanı stadionda dəstəkləmək istəyən azarkeşlərə müraciət edib.
Butov.az xəbər verir ki, “Frayburq” (Almaniya) - “Qarabağ” matçını izləmək və Ağdam təmsilçisini dəstəkləmək istəyənlər oyun günü "Wolfswinkel" stadionunda (Europa-Park Stadion) azarkeşlər üçün ayrılmış E-4 sektorunun giriş qapısından saat 19:00-dan 21:00-dək bilet ala bilərlər. Biletlərin qiyməti 29 avrodur. Ödəniş yalnız nağd şəkildə qəbul ediləcək. Qeyd edək ki, "Frayburq" - "Qarabağ" oyunu sentyabrın 8-də 21:00-da (Bakı vaxtı ilə 23:00) keçiriləcək.
5-09-2022, 19:51
BDU-da yeni ixtisaslar açılacaq
Bakı Dövlət Universitetində (BDU) “Aqrar hüquq”, “Qida məhsullarının kimyəvi ekspertizası”, “Təbii ehtiyatlar hüququ”, “İctimaiyyətlə əlaqələr” və digər yeni ixtisasların açılması üzrə işlər aparılır. Bu barədə BDU-dan məlumat verilib. BDU-da əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması elmə və təhsilə böyük maraq doğurub. Təhsilin bütün pillələri (bakalavriat, magistratura, doktorantura) üzrə təhsil proqramları sənaye və biznes müəssisələrinin mütəxəssisləri ilə birgə hazırlanır və yenilənir. İstehsalat müəssisələrindən olan mütəxəssislər tədrisə və elmi fəaliyyətə cəlb olunur, ustad dərsləri və elmi seminarlar təşkil olunur. Bu cür əməkdaşlıq çərçivəsində əmək bazarının ehtiyac və tələbləri öyrənilir. Yeni ixtisaslar (ixtisaslaşmalar) müəyyən edilir, elmi-pedaqoji potensial nəzərə alınmaqla həmin ixtisaslar üzrə kadrlar hazırlanır. Son illər BDU-nun təşəbbüsü ilə “Aktuar riyaziyyat”, "Ekologiya hüququ”, “Mobil tətbiqlərin hazırlanması və oyun dizaynı”, “Mədəniyyət hüququ”, “Vergi hüququ” kimi ixtisaslar açılıb.BDU-nun onlarca məzunu son illər yüksək nəticələr əldə edərək nüfuzlu xarici universitetlərə qəbul olub.
5-09-2022, 19:47
Zelenski Makronla danışıqlar apardı Ukrayna Prezidenti Volodimir Zelenski və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Bu barədə Zelenski özünün Twitter hesabında məlumat yayıb. Telefon danışığı 1 saat 50 dəqiqə davam edib. Danışıqların substantiv keçdiyini deyən Zelenski fransalı həmkarını cəbhədəki son vəziyyət barədə məlumatlandırıb. "Fransanın koordinasiya edilmiş əlavə müdafiə dəstəyi barədə danışdıq. Həmçinin, AEBA-nın Zaporojye AES-dəki missiyasının nəticələrinin qiymətləndirilməsi ilə bağlı fikir mübadiləsi apardıq", - Zelenski qeyd edib.