Arvadını boğamaqda şübhəli bilinən kişi saxlanılıb .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        Hacıqabul sakini qızılcadan öldü .....                        İsrail və HAMAS danışıqları nəticəsiz yekunlaşdı .....                        İranda sel: 5 mindən çox sakin zərər çəkib .....                        “Bakı marafonu 2024”ün qalibləri müəyyənləşdi .....                        Rezidenturaya qəbul imtahanı keçirildi .....                        Ululardan, Babadağdan soraq aldım Hissələr .....                        12 minə yaxın şəxs imtahan verdi .....                       
7-09-2022, 20:11
Rusiya Avropa İttifaqına sanksiya tətbiq etdi


Rusiya Avropa İttifaqına sanksiya tətbiq etdi

Rusiya Avropa İttifaqının yüksək səviyyəli hərbi rəhbərlərini "persona non-qrata" elan edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat yer alıb. Bundan əlavə, məhdudiyyətlər hüquq-mühafizə orqanlarının yüksək rütbəli əməkdaşlarına, eləcə də Ukraynaya arsenal tədarükü ilə məşğul olan silah və hərbi texnika istehsalı üzrə Avropa təşkilatlarının nümayəndələrinə şamil olunub. XİN-dən bildirilib ki, Rusiyaya qeyri-dost hərəkətlərə sərt cavab verəcək.
7-09-2022, 20:09
Serblər Türkiyəyə pasportsuz gedə biləcəklər


Serblər Türkiyəyə pasportsuz gedə biləcəklər

Serbiya və Türkiyə arasında vətəndaşların səyahətlərinin şəxsiyyət vəsiqəsilə həyata keçirməsinə dair müqavilə imzalanıb. Butov.az xəbər verir ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Serbiyada səfərdədir. Səfər zamanı Prezident Sarayında Ərdoğan və serbiyalı həmkarı Aleksandr Vuçiçin təkbətək görüşü keçirilib, daha sonra iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığa dair müqavilələr imzalanıb. Mətbuata birgə bəyanatla çıxış edən prezidentlər ikitərəfli əlaqələrin inkişafında məmnunluq ifadə ediblər. Ərdoğan bildirib ki, Serbiya ilə Türkiyə arasında vətəndaşların gediş-gəlişinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsi barədə razılıq əldə olunub.
7-09-2022, 20:07
Aybənizin meyiti Bakı-Sumqayıt yolunda tapılıb


Aybənizin meyiti Bakı-Sumqayıt yolunda tapılıb

Sentyabrın 7-i saat 9 radələrində Bakı-Sumqayıt avtomobil yolunun kənarında Ağsu Rayon Polis Şöbəsinə sentyabrın 2-də itkin düşməsi ilə bağlı müraciət olunmuş, Ağsu rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayevanın üzərində xəsarət izləri olan meyitinin aşkar olunması barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub. Bu barədə Abşeron rayon prokurorluğundan bildirilib. Aparılmış araşdırmalarla zərərçəkmişin atası, 1965-ci il təvəllüdlü Nazim Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarətlər yetirərək Aybəniz Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Nazim Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.
7-09-2022, 20:05
Rusiya və İran turistlərin vizasız mübadiləsinə başlayır


Rusiya və İran turistlərin vizasız mübadiləsinə başlayır

Rusiya və İran turist qruplarının vizasız mübadiləsinə başlayacaq. Bu barədə Rusiya Turizm Agentliyinin rəhbəri Zarina Doquzova bildirib. Onun sözlərinə görə, ilin sonuna kimi Rusiya və İran turist qruplarının vizasız mübadiləsinə başlayacaq. Qruplar azı 20 nəfərdən ibarət olacaq. Bundan başqa, Doquzova 52 ölkənin, o cümlədən Avropa dövlətlərinin vətəndaşları üçün elektron vizaların tətbiqi məsələsinin müzakirə olunduğunu diqqətə çatdırıb.
7-09-2022, 19:42
Peyvənd olunanların sayı açıqlandı


Peyvənd olunanların sayı açıqlandı

Azərbaycanda son sutkada 1353 nəfər vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Gün ərzində birinci doza vaksinlərin sayı 377, ikinci doza vaksinlərin sayı 178 təşkil edib. Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 671-dir. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 127 olub. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 868 240 olub.

7-09-2022, 19:40
Son sutkada 7 nəfər koronavirusdan öldü


Son sutkada 7 nəfər koronavirusdan öldü

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 502 yeni yoluxma faktı qeydə alınıb, 611 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, son sutkada analiz nümunələri müsbət çıxan 7 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 816 589 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 803 562 nəfər müalicə olunaraq sağalıb, hazırda 3189 aktiv xəstə var. Bu günə qədər 9838 nəfər vəfat edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 4343, bu günə qədər isə ümumilikdə 7 180 867 test icra olunub.

7-09-2022, 19:37
Ağsuda evdən qaçan qızı atası öldürdü


Ağsuda evdən qaçan qızı atası öldürdü

Ağsu Rayon Polis Şöbəsi tərəfindən itkin kimi axtarılan qadın öldürülüb. Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Bu gün 33 yaşlı A.Abdullayevanın Abşeron rayonunda qətlə yetirildiyi məlum olub. Araşdırma zamanı onun atası Nazim Əliyev tərəfindən öldürülməsi faktı üzə çıxıb. Hazırda cinayətlər bağlı araşdırma aparılır.
7-09-2022, 19:36
Qərb Rusiyaya qarşı səhv edir - Ərdoğan


Qərb Rusiyaya qarşı səhv edir - Ərdoğan

"Bu gün açıq şəkildə deyək ki, Qərb Rusiyaya qarşı səhv edir". Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belqradda Serbiya dövlət başçısı Aleksandr Vuçiçlə birgə mətbuat konfransında deyib. "Qəbullanmaq lazımdır ki, Qərbə qarşı Rusiya zəif sayılacaq ölkə deyil. Ona görə də Qərb yanlışlığa yol verməli deyil. Türkiyə hər iki tərəflə əlaqələri normallaşdırmağa çalışır",- deyə Ərdoğan bildirib.

7-09-2022, 19:34
Paşinyan Rusiyada özünü gülünc vəziyyətə saldı


Paşinyan Rusiyada özünü gülünc vəziyyətə saldı

Rusiyanın Vladivostok şəhərində keçirilən Şərq İqtisadi Forumuna qatılan Ermənistanın Baş naziri Nikol Paşinyan çıxışı ilə gündəmə gəlib. Butov.az xəbər verir ki, rus dilində normal danışa bilməyən Paşinyan yenə tənqidlərə tuş gəlib. Erməni teleqram kanalları Paşinyanın forumdakı çıxışını ələ salaraq, baş naziri Ermənistan xalqı üçün üz qarası adlandırıblar. Sosial şəbəkələrin Ermənistan seqmentində ermənilər özləri də Paşinyanı məsxərəyə qoyublar. Şərhlərdə bildirilib ki, hökumət rəhbərinin çıxışı zaldakı qonaqlar, xüsusilə də Putin üçün maraqsız olub. Qeyd edək ki, Paşinyan sözügedən çıxışında Rusiya Prezidenti Vladimir Putinin də adını səhv salıb.

7-09-2022, 19:31
Avropa Komissiyası Ukraynaya 5 milyardlıq yardımı təsdiqlədi


Avropa Komissiyası Ukraynaya 5 milyardlıq yardımı təsdiqlədi

Avropa Komissiyası Ukraynaya 5 milyard avroluq makromaliyyə yardımının ayrılmasını təsdiqləyib. Bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen tviter səhifəsində yazıb. “Ukraynadakı vəziyyət bizim ciddi dəstəyimizi tələb edir. Bu gün Avropa Komissiyası Ukraynaya əlavə 5 milyard avro makromaliyyə yardımı təklif edir. Bu, Avropa İttifaqının maliyyə və humanitar yardım şəklində ayırdığı 10 milyard avronu tamamlayır”, - deyə Ursula Fon der Lyayen vurğulayıb.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!