Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı .....                        Özünü güllələyən sabiq baş pediatr ötən gün işdə olub .....                        Ukraynalı deputatlardan Nobel Komitəsinə müraciət: Vardanyanın namizədliyi rədd olunsun! .....                        2026-cı ilədək Şərqi Zəngəzura 40 min nəfər köçürüləcək .....                        UEFA AVRO-2024-lə bağlı qərar qəbul etdi .....                        Biz tam eyni tədbirləri görürük və qırmızı xətləri keçmirik - Prezident .....                        Prezident Azərbaycanın uğurlarının səbəbini açıqladı .....                        Ceyhun Bayramov Çexiyadakı çıxışı zamanı geri qaytarılmış kəndlərdən danışdı .....                        Azərbaycan çempionatının qalibi müəyyənləşdi .....                       
28-09-2022, 20:19
Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov


Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır - Peskov

"Türkiyə bankları ABŞ-ın güclü təzyiqi altındadır, banklar ikinci dərəcəli sanksiyalarla hədələnir, vəziyyət ağırdır". Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.“Banklar və təsərrüfat subyektləri ABŞ-ın güclü təzyiqi altındadır. Bu təzyiqə qarşı birgə mübarizə yollarını axtarmaq lazımdır",- Kreml sözçüsü deyib. Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin “İşbank”ı və “Dənizbank” Rusiyanın “Mir” kartlarına xidmət göstərməyi dayandırdıqlarını açıqlayıb. Bildirilib ki, müvafiq qərar ABŞ və Böyük Britaniyanın Rusiya Federasiyasına qarşı sanksiyaları ilə əlaqədar verilib.
28-09-2022, 20:17
Ermənilərin Kəlbəcərdə basdırdığı minalar aşkarlandı


Ermənilərin Kəlbəcərdə basdırdığı minalar aşkarlandı

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir. Müdafiə Nazirliyindən verilən məlumata görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib. Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.
28-09-2022, 20:15
Xüsusi təyinatlı bölmələrin birgə təlimi keçiriləcək


Xüsusi təyinatlı bölmələrin birgə təlimi keçiriləcək

Bu ilin oktyabr ayında Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlı bölmələrinin birgə təlimi keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə Gürcüstan Müdafiə Qüvvələrinin komandanı general-mayor Giorgi Matiaşvili arasında sentyabrın 28-də Tbilisidə keçirilən görüşdə təlimlərə hazırlıq məsələləri müzakirə olunub. Görüşdə Azərbaycan, Türkiyə və Gürcüstan hərbçilərinin iştirakı ilə cari ilin oktyabr ayında keçiriləcək “Qafqaz Qartalı-2022” xüsusi təyinatlı bölmələrin birgə təliminə hazırlıq, həmçinin gələn il ərzində keçirilməsi nəzərdə tutulan “Eternity-2023” kompüter dəstəkli komanda-qərargah təlimi və “Qafqaz Qartalı-2023” birgə təliminin yüksək səviyyədə təşkili barədə müzakirələr aparılıb. Bildirilib ki, birgə hərbi təlimlər ordularımız arasında qarşılıqlı uzlaşma və döyüş hazırlığı səviyyəsinin artırılması, habelə təcrübə mübadiləsinin aparılmasına geniş imkanlar yaradır.
28-09-2022, 20:12
Ərdoğan Zelenski ilə danışdı, “referendum”u pislədi


Ərdoğan Zelenski ilə danışdı, “referendum”u pislədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında telefon danışığı olub. Bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, liderlər Rusiya və Ukrayna arasında davam edən müharibəni müzakirə ediblər. Ərdoğan əsir mübadiləsi prosesinin uğurla başa çatmasından məmnunluğunu ifad edib. Türkiyə Prezidenti bildirib ki, Ukraynanın Rusiyanın nəzarəti altında olan ərazilərində "referendum" keçirilməsi diplomatik səylərə mane olur. Bundan əlavə, Ərdoğan müharibənin sülh yolu bitməsi üçün hər cür töhfəni verməyə hazır olduğunu diqqətə çatdırıb.
28-09-2022, 20:10
Daha 50 şəhid ailəsi və qaziyə mənzil verildi


Daha 50 şəhid ailəsi və qaziyə mənzil verildi

Bakının Suraxanı rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə daha 50 mənzil təqdim olunub. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Daha 50 şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunub. Təqdimatda çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev bildirib ki, bu il şəhid ailəsi və müharibə əlillərinə artıq 850 mənzil təqdim olunub. Mənzillərin sənədlərini nazir müavini Hidayət Abdullayev və xalq artisti Mənsum İbrahimov təqdim ediblər. Bildirilib ki, postmüharibə dövründə mənzillə təminat proqramı 5 dəfə genişlənib, bu gün verilən mənzillər də daxil olmaqla 3850 mənzil şəhid ailələri, müharibə əlilləri və həssas təbəqədən olan digər şəxslərə verilib. Ümumilikdə ötən dövrdə 12850 imtiyazlı şəxs mənzil və ya fərdi evlə təmin edilib. İlin sonunadək şəhid ailələri və müharibə əlillərinə 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub. Onlardan 500-ü regionlarda inşa edilən fərdi evlərdir. Yeni mənzillərdə ailələrin rahat yaşaması üçün hər cür şərait yaradılıb.










28-09-2022, 20:03
Duman olacaq, külək əsəcək - Sabahın havası


Duman olacaq, külək əsəcək - Sabahın havası

Sentyabrın 29-na gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 18-20° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz hava olacaq. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 28-32° isti, dağlarda gecə 5-10° isti, gündüz 14-19° isti olacaq.
28-09-2022, 20:00
Erməni təxribatı nəticəsində hərbçimiz yaralandı


Erməni təxribatı nəticəsində hərbçimiz yaralandı

Ermənistan tərəfindən açılan atəş nəticəsində hərbi qulluqçumuz yaralanıb. Müdafiə Nazirliyindən bildirilib ki, atəşkəs haqqında əldə olunmuş razılaşmaya baxmayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri sentyabrın 28-i saat 18:00 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Alagöllər istiqamətində yerləşən bölmələrini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu İsgəndərov Nicat Hidayət oğlu yaralanıb. Hərbi qulluqçumuza lazımi tibbi yardım göstərilir. Azərbaycan Ordusunun qeyd olunan istiqamətdə dislokasiya olunan bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb. "Bildiririk ki, baş vermiş insidentə görə bütün məsuliyyət vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirməyə çalışan Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - Nazirlikdən bildirilib.
28-09-2022, 19:57
Şəmkirdə məktəbliləri maşın vurdu


Şəmkirdə məktəbliləri maşın vurdu

Şəmkirdə 3 piyadanı avtomobil vurub. Butov.az xəbər verir, hadisə rayonun Könüllü kəndində baş verib. Hərəkətdə olan “VAZ-21099” markalı minik maşını yolu qarşı tərəf keçmək istəyən 2012-ci il təvəllüdlü Mövlan Əsgərlini, 2010-cu il təvəllüdlü Samir Əliyev və 1958-ci il təvəllüdlü Atlas Tağıyevanı vurub. Hər 3 piyada xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin kafi olduğu bildirilir.
28-09-2022, 19:55
Lukaşenkonun səfəri beynəlxalq hüquqa ziddir - Zurabişvili


Lukaşenkonun səfəri beynəlxalq hüquqa ziddir - Zurabişvili

Gürcüstan Prezidenti Salome Zurabişvili Belarus Prezidenti Aleksandr Lukaşenkonun Abxaziyaya səfərini pisləyib. Bu barədə o, özünün twitter hesabında məlumat yayıb. O, səfərin beynəlxalq hüquqa zidd olduğunu qeyd edib. Zurabişvili səfərin Gürcüstan və Belarus arasındakı ikitərəfli əlaqələrə mənfi təsir edəcəyini vurğulayıb.
28-09-2022, 19:53
Şolts Zelenski ilə danışdı


Şolts Zelenski ilə danışdı

Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb. Bu haqda Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit açıqlama verib. Şolts və Zelenski Ukraynanın hərbi, siyasi və iqtisadi vəziyyəti, həmçinin ölkəyə dəstək imkanları, o cümlədən ölkənin yenidən qurulması ilə bağlı fikir mübadiləsi aparıblar. Şolts bəyan edib ki, Almaniya Ukraynaya onun suverenliyi və ərazi bütövlüyünün müdafiəsi üçün konkret dəstəyi, həmçinin silah, siyasi, maliyyə və humanitar yardımı dayandırmayacaq.
����������� ��������� ������ � �����-����������.
��� dle ������� ��������� ������� � �����.
���������� ���� ������ ��������� � ��� �����������.
Sorğu
Saytımızda hansı mövzulara daha çox yer verilməsini istəyirsiniz?


Son buraxılışımız
Facebook səhifəmiz
Təqvim
«    Sentyabr 2022    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
2627282930 
Reklam
Hava
Valyuta
Reklam

Sayğac
Ən çox baxılanlar
Xəbər lenti
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Foto
Erməni tərəfdən Azərbaycan mövqeləri belə görünür... - VİDEO






Bütöv.az
Video
"Vətən Qəhrəmanları" Şəhid İlyas Nəsirov


All rights reserved ©2012 Butov.az
Created by: Daraaz.net Wep Developer By DaDaSHoV
MATERİLLARDAN İSTİFADƏ EDİLƏRKĦƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!